Məhkəmə qərarları › İş №e-2(008)-1677/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1677/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1677/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1935 manat tutularaq İddiaçı2, cavabdehdən 1935 mant tutularaq İddiaçı1 ödənilməsi, eyni zamanda 1-ci iddaçı İddiaçı2 əlavə çəkdiyi 300 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və 2-ci iddiaçı X1 əlavə çəkdiyi 300 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin, dövlət rüsumu kimi ödənilmiş 60 manatın, cəmi 4530 manat məbləğinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsində ayrı-ayrı hallar üzrə bir cavabdehə bir iddia ərizəsi vermiş olduğundan iddia ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsinin xahiş etdi hissəsində nəzərdə tutulan “Cavabdeh 1935 manat tutularaq İddiaçı2 ödənilməsi, 1-ci iddaçı İddiaçı2 əlavə çəkdiyi 300 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin “cavabdehdən 1935 mant tutularaq İddiaçı1 ödənilməsi və iddiaçı X1 əlavə çəkdiyi 300 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin, dövlət rüsumu kimi ödənilmiş 60 manatın” tutulması ” tələbi bir-biri ilə əlaqədar olmadığı üçün ayrı-ayrı iddia ərizəsi formasında verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan qanunvericilik aktı normasına, əsasən, hesab edirəm ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar