Məhkəmə qərarları › İş №e-2(008)-170/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-170/2023

25.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-170/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi verərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Məhəllədə yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş Cavabdeh yaşadığı yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiası tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu ildə ailə qurmuş, xx.xx.2011-ci ildə isə rəsmi nikaha daxil olmuşdur. İki uşaqları var – xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5. Ailə qurduğu dövrdə cavabdehin yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində yeni məhəllə adlanan ərazidə olan yaşayış evinə gəlin gəlmiş, bütün cehiz əmlakını həmin evdə yerləşdirmişdir. Həmin evdə bir müddət yaşdıqdan sonra 2011-ci ildən yaşadıqları evin həyətində evə bitişik 3 otaqlı ev tikməyə başlamışdılar. Belə ki, Zabrat Bələdiyyəsi onların həyətinin 0,02 ha hissəsini ayıraraq onlara vermiş, bundan sonra onlar həmin həyətdə evi tikməyə başlamışdılar. Evi tikib qurtardıqdan sonra həmin evə köçmüş və həyəti hasara alıb öz yaşadıqları evin giriş-çıxışını da ayırmış, özləri üçün ayrıca yaşayış yeri yaratmış, bütün komunal şəraitlərini yaxşılaşdırmış, həyətdə hamam və sanitar qovşaq inşa etmişdilər. Evə köçəndən sonra öz adlarına ayrıca qaz sayğacı qoydurmuş, lakin su və elektrikdən qaynanası ilə birlikdə istifadə etmişdilər. Qeyd edilən evdə yaşaya-yaşaya həmin evi tam təmir edib qurtarmış, evin tikintisini, təmirini də iddiaçının qardaşları təmənnasız olaraq həyata keçirmiş, hətta onlar evin tikintisi üçün maddi köməklik də etmişlər. Qeyd edilən yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd olmasa da, ev onların yaşayış yeri kimi Sabunçu Rayon İcra Hakimiyyətinin Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır. Qaynanası təzyiqlər etmiş, şiddətlər göstərmiş, iddiaçı isə bunların hamısına dözmüşdür. Axırıncı dəfə isə cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçını döyüb evdən qovmuş, uşaqları da almış, heç bir paltar belə vermədən evdən çıxarmışdır. İddiaçı dəfələrlə öz evinə gedib, evə daxil olmaq istədikdə cavabdeh onu öz yaşadığı evə buraxmamış, hal-hazırda qardaşının evində yaşamağa məcbur olmuşdur. Cavabdeh nəinki evə buraxmır, hətta öz uşaqlarını da görməyə icazə vermir. Ona görə də belə hesab edir ki, özünə məxsus yaşayış evinə köçüb yaşamaq hüququ vardır. İddiaçı vəkili Vəkil ərizə göndərərək iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, mübahisəli ev 2002-ci il tarixdən anası tərəfindən torpaq sahəsi ilə birlikdə əldə edilmişdir. İddiaçı həmin evə köçürülsə anası onu da oradan qovar. Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikahın pozulmuş, uşaqlar atalarının yanında qalmış və hər uşağa görə hər ay İddiaçı alimentin tutulmuşdur, lakin o, nə uşaqları ilə maraqlanır, nə aliment ödəyir. Xahiş edir, işə mahiyyəti üzrə baxılsın və iddia rədd edilsin. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə cavabdeh xx.xx.2011-ci il tarixdə nikahlarını bağlamışdılar (Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1656-05/70 №-li arayış). Nikahdan iki uşaq doğulmuşdur - xx.xx.2010-cu ildə Murad və xx.xx.2011-ci ildə Tural (4 saylı Bakı “Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05- Q/3488-69 və 05-Q/3489-69 №-li Doğum haqqında Şəhadətnamələr). Tərəflərin nikahlarına xx.xx.2022-ci il tarixdə xitam verilmişdir (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 452662 №-li nikahın pozulması barədə şəhadətnamə). Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Məhəllədə yerləşən 0,06 ha torpaq sahəsinə dair X3 (cavabdehin anası) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixli AA 047253 №-li «Torpaq sahəsinin plan və ölçüsü» verilmişdir. xx.xx.2023-cü il tarixli 10/6474 №-li ekspert rəyinə əsasən cavabdehin yaşadığı və iddiaçının köçmək istətidiyi ev həmin plan və ölçüdə göstərilən torpqa sahəsinin üzərində yerləşir. Eyni zamanda evin 2008-ci ildən 2018-ci ilədək olan peyk görüntüləri əlavə edilmişdir. Həmin görüntülərdən evin 2008-ci ildən mövcud olduğu görünür. Beləliklə, iddiaçının köçmək istədiyi ev cavabdehin anasının qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və həmin ev 2008-ci ildən mövcuddur. Əvvəllər keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etəyərək qeyd etmişdir ki, iddiaçı ilə nikahda olduqları müddətdə X6 ilə əvvəl telefon vasitəsilə, sonradan isə şəxsən görüşlər təşkil edərək əxlaqsız hərəkətlərə yol vermişdir. İddiaçı əxlaqsız hərəkətlərini evdə azyaşlı övladlarının gözü qarşısında belə etməkdən çəkinməmişdir. İddiaçının əxlaqsız hərəkətlərinin üstünü açıldıqda o, xx.xx.2020-ci il tarixdə mətbəxdən bıçaq götürərək öz qarın nahiyəsindən 2 dəfə zərbə vurmuşdur. İddiaçının özünə bıçaq xəsarəti yetirməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılmış və xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin yaşayış evinin bütün kommunal xidmətləri (qaz, su, işıq), o cümlədən 012 *** ** ** telefon nömrəsi də cavabdehin anasının adınadır. Nikah dövründə hər hansı bir tikinti və təmir işləri aparılmamışdır. İddiaçı hazır inşa edilmiş evə gəlin köçərək yaşamış, həmin evin inşasında nə özünün, nə də ki qardaşlarının heç bir rolu olmamışdır. İddiaçı evin nikah dövründə tikildiyini bildirsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Çünki göstərilən halın sübut edilməsi yükü iddiaçının üzərinə düşür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər, 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, evin inşa edildiyi torpaq sahəsi cavabdehin anasına məxsusdur, iddiaçı həmin evin onun və cavabdeh tərəfindən inşa edildiyinə dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ekpsertiza iddiaçı tərəfin vəsatəti əsasında təyin edildiyindən aparılmış ekspertizanın dəyəri olan 50 manat iddiaçıdan ekspertiza mərkəzənin xeyrinə tutulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar