Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1783/2025 12.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Adil oğlunun, Cavabdeh nümayəndəsi və vəkil Musayev Tural Arif oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi boşaldılaraq qanuni istifadəsinə qaytarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikilinin sökülməsi və 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 1694 nömrəli Sərəncamı və həmin Sərəncam əsasında verilmiş 40 nömrəli Orderlə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 186 nömrəli Bağ-Tikinti Kooperativi (BTK) ərazisində 0,12 ha ölçüdə 1845 nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. Bağ sahələrinin Yerləşmə Sxeminə əsasən bütün bağ sahələri, o cümlədən 1843, 1844, 1845, 1846 nömrəli və digər bağ sahələri ərazidən keçən bağlararası yola perpendikulyar, yəni 25 metrlik hissəsi yola paralel, 48 metrlik hissısi perpendikulyar yerləşmişdir. Buna baxmayaraq, 186 nömrəli, BTK-nın 1843 nömrəli bağ sahəsinə dair hüquqlar qeydiyyata alınarkən və Seriya MH ******* nömrəli çıxarış və torpaq sahəsinin plan vəölçüsü Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsitərəfindən Cavabdeh adına tərtib edilərkən bağ sahələrinin Yerləşmə Sxeminin əksinə olaraq, sözügedən 1843 nömrəli bağ sahəsi öz ərazisi də daxil olmaqla əlavə olaraq 1844 və 1845 nömrəli bağ sahələrinin üzərinə işlənmişdir. Belə ki, cavabdehə ayrılmış 1843 nömrəli bağ sahəsinin 0,12 ha sahəsinin cəmi 99 kv.metr hissəsi sxem üzrə özünə aid olan hissəyə, yerdə qalan 562 kv.metr hissəsi 1844 nömrəli bağ sahəsinə və 498 kv.metr hissəsi isə 1845 nömrəli bağ sahəsinin üzərinə işlənilmişdir. Hüquqların bu formada əsassız qeydiyyatı ona gətirib çıxarmışdır ki, 1843 nömrəli bağ sahəsinin 1846 nömrəli bağ sahəsi ilə qonşuluğu yaranmışdır. Halbuki, 186 nömrəli BTK-nın ərazisində olan bağ sahələrinin Yerləşmə Sxeminə əsasən bu iki bağ sahəsi arasında 50 metrlik məsafə olmaqla, 1844 və 1845 nömrəli bağ sahələri mövcuddur. İddiaçı üçüncü şəxs Cavabdeh və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın qismən ləğv edilməsi, çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, e-2-1(112)-610/2023 nömrəli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,186 nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan bağ sahələrinin Yerləşmə Sxeminə zidd olaraq, daşınmaz əmlakın dövlət reyestrində 1843 nömrəli bağ sahəsinə dair Cavabdeh adına aparılmış qeydiyyatın 1845 nömrəli bağ sahəsinə düşən hissəsində (437,0 kv.m ölçüdə) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 186 nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan 0,12 ha ölçüdə 1845 nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Birinci instansiya Məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli, 2-1(103)-518/2024 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Cavabdeh tərəfindən verilmiş kassasiya mümkün sayılmamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli CİXARİŞ-la Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,186 nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində 0,12 ha ölçüdə 1845 nömrəli bağ sahəsi (Yeni qaydalarla AZ1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) üzərində İddiaçı Baladay oğlunun xüsusi mülkiyyət hüququ tanınmışdır. Lakin hazırda Cavabdeh əvvəllər etdiyi zəbt və faktiki qanunsuz olaraq inşa etdiyi özbaşına tikililər torpaq sahəsindən istifadəni mümkünsüz etməklə onun mülkiyyət hüquqlarını pozur. İddiaçı nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən, İddiaçı məxsus torpaq sahəsinin boşaldılaraq qanuni istifadəsinə qaytarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş bütün özbaşına tikililərin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, ekspert rəyi ilə razı olmadıqlarını və tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirdərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. III. İşin faktiki halları: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsinə (Yeni qaydalarla: AZ 1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) dair İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-610/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 186 nömrəli BTK-nın ərazisində olan bağ sahələrinin yerləşmə sxeminə zidd olaraq, daşınmaz əmlakın dövlət reyestrində 1843 nömrəli bağ sahəsinə dair Cavabdeh adına aparılmış qeydiyyatın 1845 nömrəli bağ sahəsinə düşən hissəsində (437,0 kv.m ölçüdə) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 186 nömrəli BTK-nın ərazisində olan 0,12 ha ölçüdə 1845 nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi (Yeni qaydalarla: AZ 1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) İddiaçı xüsusi mülkiyyətindədir. Plan və ölçünün tərtib edilməsinə əsas Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-610/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarıdır. Torpaq sahəsinin planı və ölçüsü xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası adından X2 Kollegiyasının 2-1(102)- 2303/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadına əsasən Prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 mart 2024-cü il tarixli 2-1(103)-518/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1783/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 10/5333 nömrəli 15 avqust 2025-ci il tarixli rəyinə əsasən göstərilən torpaq sahəsi (1843 nömrəli bağ sahəsi) sənəd üzrə 0.1117 ha olsa da, faktiki olaraq 0.068 ha təşkil edir (0.0437 ha ləğv edilib). İddiaçı məxsus torpaq sahəsinin sərhədləri Ləhiş bağ sahəsi, 1845 nömrəli bağ sahəsinin planı və ölçüsündə öz əksini tapmışdır. İddiaçıya məxsus 1845 nömrəli bağ sahəsi ilə cavabdehə verilmiş 1843 nömrəli bağ sahəsinin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsində üst-üstə düşmə olmuşdur (sənəd üzrə 0.0437 ha hissəsi ləğv edildikdən sonra üst-üstə düşmə yoxdur). İddiaçıya məxsus 1845 nömrəli bağ sahəsi qeydiyyata alındıqdan sonra cavabdehin mişar daşı ilə hasarı sökülməmiş qalmışdır. Cavabdehin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsinə düşən 45.0 metr uzunluğunda hasarı iddiaçının **********36 reyestr nömrəli çıxarışa əsasən 1845 nömrəli bağ sahəsinə düşməsi müəyyən edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsi: Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.3 Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşdən göründüyü kimi iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. İş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış tikililər iddiaçıya məxsus sahədə yerləşir. Rəyi tərtib etmiş mütəxəsislər iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin kordinat məlumatları əsasında müvafiq ekspertiza keçirmiş və iddiaçıya məxsus 1845 nömrəli bağ sahəsi qeydiyyata alındıqdan sonra cavabdehin mişar daşı ilə hasarı sökülməmiş qalmışdır. Cavabdehin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsinə düşən 45.0 metr uzunluğunda hasarı iddiaçının **********36 reyestr nömrəli çıxarışa əsasən 1845 nömrəli bağ sahəsinə düşməsi müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin qərarından da göründüyü kimi cavabdehə məxsus sahənin bir hissəsi iddiaçıya aid torpaq sahəsinə düşdüyündən, həmin torpaq sahəsində aparılmış tikinti işləri onun tərəfindən sökülməlidir. Eyni zamanda iddia tələbinin dəqiqləşdirilmıəsi barədə vermiş ərizədən göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsində heç bir tikinti işi aparmadığından qeyd olunan torpaq sahəsində olan bütün tikililərin cavabdeh tərəfindən sökülərək, sahənin ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə keçirilmiş ekspertiza rəyinə münasibət bildirərək qeyd edir ki, rəydə 45 metr daş hasarın iddiaçıya məsus sahəyə düşdüyünü göstərilsə də, məhkəmə araşdırması zamanı həmin tikili sahələrinin 45 metrdən çox olduğu müəyyən edilmiş və iddiaçı qeyd olunan torpaq sahəsində olan bütün özbaşına tikililərin sökülərək, sahənin ona təhvil verilməsini xahiş etdiyindən iddia təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, mübahisə mülkiyyətin müdafiəsinə yönəldilmiş tələb olduğundan iddia təmin edilrərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi (Yeni qaydalarla: AZ 1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılmalı, torpaq sahəsində qanunsuz inşa edilmiş bütün özbaşına tikililər Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində (Yeni qaydalarla: AZ 1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) qanunsuz inşa edilmiş bütün özbaşına tikililər Cavabdeh hesabına sökülsün. Torpaq sahəsi boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya qaytarılsın. 50 (əlli) manat ekspertiza xərcindən 25 manat iddiaçıdan, 25 manat isə cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1783/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1783/2025
12.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver