Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1797/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı Cavabdeh qarşı iddia predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs olmaqla “ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3cü şəxs Maraqlı şəxs qızı olmaqla “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20213 (iyirmi min iki yüz on üç) manat zərərin və ödənilmiş 151 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 120 C ünvanındakı 0.12 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi arvadı Maraqlı şəxs xüsusi mülkiyyətindədir. 2021-ci ilin əvvəllərində həmin evdə müəyyən təmir işləri aparılırdı. Evin qapılarının və pilləkənlərin yığılması ərəfəsi gəldikdə, evində işləyən ustaların vasitəsilə Cavabdeh və sonuncunun qardaşı Nicat adlı şəxslərdə 2021-ci ilin iyun ayının əvvəllərində tanış olmuşdur. Belə ki, onları yaxşı qapı və pəncərə ustaları kimi təqdim edilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh qeyd olunan bağ evinə gələrək müəyyən ölçü işləri aparıldıqdan sonra görəcəyi işlərə görə 73 ədəd 1.20 m enində pilləkən hazırlanıb quraşdırılması üçün (material daxil) hər birinin dəyəri 160 manat olmaqla, ümumilikdə 12.000 manat, 23 ədəd qapının hazırlanıb quraşdırılması üçün (material daxil) hər birinin dəyəri 415 manat olmaqla, ümumilikdə 9752 manat, Cavabdeh özünün qapının üstündə qoyduğu və qapının qiymətinə daxil olan kilid dəsti xoşuna gəlmədiyindən, hər kilidə görə əlavə 53 manat ödəmək şərti ilə, 26 ədəd kilid dəstinə görə 1538 manat. Cavabdeh həmin məbləğin müqabilində özünə məxsus materiallarla qeyd olunan işləri görüb, müəyyən edilmiş ünvanda quraşdıraraq təhvil verməli idi. Cavabdeh işə başlamaq üçün xx.xx.2021-ci il tarixdə işlədiyi və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat yolunun kənarında yerləşən sexə gedərək, Salehə qardaşı Nicatın iştirakı ilə 8000 manat, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən bağ evində 4000 manat, daha sonralar isə xx.xx.2021-ci il tarixədək hissələrlə ümumilikdə 25.500 manata yaxın pul vermişdir. Verilmiş pulların tarixinə və və məbləğində dair özündə müvafiq qeydlər aparmış və hətta, həmin məbləğlərinə bəzilərinə Saleh özü imza atmışdır. Cavabdeh və qardaşı Nicat 2021-ci ilin sentyabr ayının sonunda bütün işləri təhvil verəcəklərinə söz verəcəklərinə söz versələr də, pulları tam almalarına baxmayaraq, bağ evinə yalnız materialların bir hissəsini gətirib, yerdə qalan hissəsini gətirməmiş və ümumiyyətllə hər hansı iş görməmişdir. Eyni zamanda, pilləkənlərin materialları evdə qaldığı zaman müəyyən olunmuşdur ki, cavabdehə sifariş verdiyi pilləkənlərin eninin 1.20 m bütöv taxta olmalı olduğuna baxmayaraq, hansısa səbəbdən pilləkənlər 1.20 metr calaq taxta hissələrdən hazırlanmaqla, bir-birinə yapışdırılmış və üzərinə rəng vurulmuşdur ki, həmin calaq bilinməsin. Hələ heç quraşdırılmamış pilləkənlər calaq yerlərindən şişib aralanaraq, yararsız vəziyyətə düşmüşdür. 2021-ci ilin sentyabr ayının başa çatmasına baxmayaraq, Cavabdeh istifadəsində olan +**********44 və +**********44 nömrələrinə dəfələrlə zəng vursa da, o zənglərinə cavab verməmiş, qardaşı Nicatın istifadəsində olan +**********00 və +**********84 nömrələrinə zəng vurduqda isə sonuncu müxtəlif bəhanələrlə vaxtı uzatmışdır.2021-ci ilin noyabrında isə Saleh zənglərinə cavab vermədiyindən, qardaşı Nicata zəng vurub, işi görməyəcəkləri ya da ki pulunu qaytarmayacaqları təqdirdə barələrində polisə şikayət edəcəyini bildirdikdən sonra, Saleh bağ evinə gələrək ondan bir qədər vaxt istəmiş və 2022-ci ilin yanvar ayının sonuna kimi işi başa çatdırıb ona təhvil verəcəyini bildirmişdir. O da bir insan olaraq onu başa düşüb, onunla razılaşmışdır. Lakin, 2022-ci ilin yanvar ayının sonu olmasına baxmayaraq, Salehlə dəfələrlə əlaqə saxlamağına baxmayaraq, o zənglərinə cavab verməmişdir. Bu səbəbdən də, Cavabdeh barəsində Xəzər rayonu Polis İdarəsinə şikayət etmiş və şikayəti əsasında Xəzər RPİ-nin 1-ci Polis Bölməsində araşdırma aparılsa da, xx.xx.2022-ci il tarixdə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilərək, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh araşdırma zamanı vermiş olduğu izahatında ondan yuxarıda qeyd olunan işlərə görə 25000 manat aldığını və iş görmədiyini, 2022-ci ilin may ayınadək bütün işləri başa çatdıracağını və hətta əlavə olaraq ondan 1500 manat aldığını etiraf etmişdir. 2022-ci ilin may ayı keçsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, onunla əlaqədən yayınmışdır. Bu səbəbdən, o işlərin görülməsi üçün artıq digər ustalara müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, həmin ustalar cavabdeh tərəfindən ona verilmiş qapılara, pilləkənlərə digər materiallara baxdıqdan sonra, onların hər birinin qüsurlu olduğunu bildirdiyindən, məcburiyyət qarşısında qalaraq, cavabdeh tərəfindən təqdim edilmiş materialların vəziyyətinin, qüsurlarının və çəkilməli olan xərclərin müəyyən edilməsi üçün mütəxəssis dəvət etməli olmuşdur. “Yeni Dövr” Qiymətləndirmə Mərkzəi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli Qiymtələndirmə hesabatına əsasən, 22 ədəd qapı və onların çərçivələrinin, 152 ədəd məhəccər, 72 ədəd pilləkən və onun aksessuarları bütövlükdə qüsurludur. Belə ki, 22 ədəd qapının iş hissələri doldurulmamış, bucaq dərəclərinin uyğunsuzluqları bəzi hissələrin ümumiyyətlə, işlənilməməsi aşkar olunmuşdur. Eyni zamanda, qapı və pilləkənə aid taxta materialdan olan hissələrin lazımi qaydada standartlara uyğun rənglənməməsi, bir çox hissələrin konstruksiya elementi çərçivəsində digər hissələrlə uyğunsuzluqları müəyyən edilmişdir. Bundan başqa, 72 ədəd pilləkənin hər bir pilləsi calamaqla uzunluğu artırılmış, sonradan rənglənmişdir. Həmin hissələrin calanması keyfiyyətsiz işləndiyindən, nəticədə birləşən hissələrdə xətt əmələ gəlmiş və rəngin çatlamasına gətirib çıxarmışdır. Bu proses 72 pilləkənin hər birində baş vermişdir. Müxtəlif ölçüdə olan ümumlikdə 152 ədəd məhəccər və pilləkən aksessuarları lazımi qaydada standartlara uyğun rənglənməməsi bir-biri arasında rəng fərqi yaratmış və vurulan rəngin getməsi müşayiət olunmuşdur. Göstərilən qüsurların aradan qaldırılması üçün bərpa işlərinin xərci 13407 (on üç min dörd yüz yeddi) manat təşkil edir. Bundan başqa, cavabdeh üzərinə götürdüyü işləri yerinə yetirmədiyindən, hazırda digər ustalar qüsurlar aradan qaldırılmaq bərpa olunduqdan sonra, 22 ədəd qapının hər birinin quraşdırılması üçün 50 manat olmaqla cəmi 1100 manat, 72 ədəd pilləkənin hər birinin quraşdırılması üçün 40 manat olmaqla cəmi 2880, 152 ədəd məhəccərin hər birinin quraşdırılması üçün 3 manat olmaqla cəmi 456 manat və 190 metr plintusun hər bir metrinin rənglənməsi üçün 3 manat olmaqla cəmi 570 manat zəhmət haqqı tələb edirlər. Bu isə ümumilikdə 5006 manat edir. Eyni zamanda, qiymətləndirmənin həyata keçirilməsi üçün tərəfindən qiymətləndirmə təşkilatına 300 manat ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar əsassızdır, həqiqəti əks etdirmir və aşağıda qeyd olunanlara əsasən iddiası rədd edilməlidir. Belə ki, tanışı, usta Fazil Məmmədov 2021-ci ilin may ayında ona zəng edərək İddiaçı evində taxta qapı və pilləkan yığılmasını təklif etmiş və o bu təklifi qəbul etmişdir. xx.xx.2021-ci ci il tarixdən İddiaçı bağ evində ölçü işlərinə başlamış və sifarişçinin hansı ağac növündən və hansı formada qapı və pilləkan istədiyini müəyyən edərək "FİSDİQ" ağacının sifarşini vermişdir. Həmin ərəfədə İddiaçı bağ evi tam hazır olmadığından və qiymətlərin bir qədər baha olması, həmin qiymətlərə onun maddi imkanının çatmaması (2021-ci ilin sonlarında fısdıq ağacından olan bir pilləkanın qiyməti 230 manat olduğu halda, onun yalvarışına dözməyib. 166 manatdan, qapıların qiyməti 600 manat olduğu halda 415 manatdan və 3 X 0.30 X 0.05 ölçülü taxtanın qiyməti 1000 manat olduğu halda, 800 manatdan hesablayaraq razılaşmışlar) və onun 2021-ci ilin noyabr ayının sonlarında “Koronovirus” a yoluxmağının səbəbindən sifarişlər yubanmış və artıq qış ayı olduğu üçün alınmış taxtaların qurudulması zərurəti yaranmışdır. O, "KORONOVİRUS"dan ev şəraitində müalicə aldığı zaman İddiaçı və həyat yoldaşı hansısa prokuror qohumuna güvənərək ona və ailə üzvlərinə hədə-qorxu gələrək, bağ evinə gəlməyini, sifarşləri yerinə yetirməyini, işi qurtarmağı tələb edirdilər. Onun ora gəlməyinin hansı nəticələr verməsini onlara izah edə bilmədiyin bildirmişdir. 2022-ci ilin yanvar ayının axırlarında Bağ evinə gəlib müəyyən işləri görmək istəyəndə İddiaçı və həyat yoldaşının ona qarşı təhqirlərinə dözməyib bağ evini tərk etmişdir. Materialların pulunu qaytaracağını və belə bir ailə üçün işləməyəcəyini bildirmişdir. 2022ci ilin mart ayında başqa bir sifariş qəbul etmişdir ki, İddiaçı aldığı pulları qaytarmışdır. Lakin, İddiaçı 2022-ci ilin mart ayının sonlarında "axtarılıb tapılması və barəsində qanuni tədbir görülməsi haqqında" Xəzər RPİ-nin 1-ci PŞ-nə şikayət etmiş və o yuxarıda qeyd etdiyi kimi, materialların baha olması, xəstəlik və ona qarşı təhqiramiz ifadələrin işlənməsi səbəbindən incidiyi barədə izahat verərək, 2022-ci ilin may ayının sonuna qədər pilləkanları və qapıları təhvil verəcəyini izahatında bildirmişdir.Əİavə olaraq, həmin materialların rənglənməsi üçün 1500 manat istəmişdir. İddiaçı rənglənmə işi üçün 1500 manatın həddən artıq çox olduğunu bildirdikdə, Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyev iddiaçının yanında başqa bir rəngsaza zəng edərək sadalanan materialların rənglənmə qiymətini soruşmuş, iddiaçıya onun təklif etdiyi qiymətlə razılaşmağı məsləhət bilmiş və ona izahatında 1500 manatı da aldığını qeyd etməyə məcbur etmişdir. Halbuki, həmin məbləğ ona verilməmişdir. Polis mayoru Xəzər Yolçuyev işi bitirdiyində ona məlumat verməyini də ona tapşırmışdır. 10 may 2022-ci il tarixdə fısdıq ağacından olan 12 ədəd tumba, 132 ədəd balaçnı, 72 ədəd pilləkan, 72 ədəd pilləkan sinəliyi, 40 metr perila və 60 metr pilləkanın plintusu (ümumi məbləğ 12000 manat). Şam ağacından 23 ədəd taxta qapı-iki üzü MDF materialından, şam ağacından qapıların çərçivəsi, MDF taxta hissələri və 10 sm-lik 266 metr MDF qapı kənarları (ümumi məbləğ 9545 manat). 12 sm-lik MDF plintuslar 290 metr (ümumi məbləğ 1400 manat), üzləməsi MDF 3 dəmir qapı (ümumi məbləğ 1130 manat). mərtəbə arası 3 dənə MDF döşəmə, FİSDİQ ağacından perila, 22 ədəd 50 sm-lik balaçnı (ümumi məbləğ 1500 manat edir, lakin o məbləği ondan almamışdır) və 40 manatlıq qapı kilidlərinin bir neçə dəfə dəyişdirilərək 93 manatlıq kilidlərlə əvəz edilərək, usta Fazil Məmmədovun iştirakı ilə İddiaçı təhvil vermiş və əlavə olaraq foto-şəkil, video çəkiliş etmişdir. Şəxsən, usta Fazil Məmmədov qapıların boşaldılmasında köməklik etmişdir. Bundan əlavə, yuxarıda qeyd olunan materialların quraşdırılması üçün İddiaçı 3500 manat zəhmət haqqı istənilmiş və o, pulunun olmamasını bəhanə edərək quraşdırılma işlərini təxirə salmışdır. Hətta ona, materialların 2-3 ay ərzində quraşdırılmayacağı təqdirdə taxtaların deformasiyaya uğrayacağı izah edilmiş, lakin o, bu işi başqa bir ustaya həvalə edəcəyini bildirmişdir. Materialları təhvil verdikdən sonra polis mayoru Xəzər Yolçuyevə məlumat vermiş və təhvil verilmiş materialların foto-video çəkilişlərini Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevə təqdim etmişdir. Bir faktı da nəzərə çatdırmaq istəyir ki, İddiaçı və ailə üzvləri usta və fəhlələrlə heç bir əmək müqaviləsi bağlamamaları səbəbindən onlarla qul kimi rəftar edirdilər. Onlar usta və fəhlələr ehtiyacı üzündən məcburiyyət qarşısında sifarişçinin bütün təhqirlərinə dözməli olurlar. İddiaçı Cavabdeh qarşı "ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında X1 Mərkəzi YDQM 012-/2022 nömrəli, xx.xx.2022-ci il tarixli rəyin surətindən görünür ki, apardığı araşdırmalar, təhlillər və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, fərdi-yaşayış evinin daxilində quraşdırılması nəzərdə tutulmuş 22 ədəd qapı, onların çərçivələri, bundan başqa ümumilikdə 152 ədəd məhəccər, 72 ədəd pilləli piləkən və onların aksessuarları bütövlükdə qüsurludurlar. Belə ki, 22 ədəd qapının hər birisinin iş hissələri doldurulmamış, bucaq dərəcələrinin uyğunsuzluqları və bəzi hissələrin ümumiyyətlə işlenilmeməsi aşkar olunmuşdur. Eyni zamanda qapı və pilləkənə aid taxta materialdan olan hissələrin lazimi qaydada standartlara uyğun olaraq renglənməməsi, bir çox hissələrin konstruksiya elementi çərçivəsində digər hissələrlə uyğunsuzluqları müəyyən olunmuşdur. Bunan başqa 72 ədəd pilləkənin hər bir pilləsi calamaqla uzunluğunu artırılmışdır və sonradan rənglənmişdir. Həmin hissələrin calanması keyfiyyətsiz işlənildiyindən, nəticədə birləşən hissələrdə xett əmələ gəlmiş və rəngin çatlamasına gətirib çıxamışdır. Bu proses 72 pilləkənin hər birində baş vermişdir. Müxtəlif ölçüdə olan ümumilikdə 152 ədəd məhəccər və pilləkənin aksesuarları lazimi qaydada standartlara uyğun olaraq renglənməməsi bir-biri arasında rəng fərqi yaratmış və vurulan rəngin getməsi müşayiət olunmuşdur. Bütün yuxarıda göstərilənləri əsas götürərək, 22 ədəd daxili qapıların, 152 ədəd məhəccərin, 72 pilləli pilekən və onların aksesuarlarının aşkarlanan qüsurların aradan qaldırılması üçün bərpa işlərinin xərci 13.407 (on üç min dörd yüz yeddi manat) olması müəyyən edilmişdir. Aparılmış təhqiqatın dəəri 300 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Cinayət işinin başlanmasının rədd matriallarında Cavabdeh izahat verərək bildirmişdir ki, o İddiaçı 2021-ci il tanımışdır. O Razeyv Raufdan bağ evinin yikintisi üçün 25000 manat məbləğində və əlavə olaraq 1500 manat məbləğində pul vəsiti almışdır. - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, o 2021-ci ilin iyun ayında İddiaçı ilə tanış olmuş və ona məxsus olan bağ evini təmir etdirmək üçün ondan 25000 manat pul almış lakin işi söz verdiyi vaxta qutara bilmədiyini bildirmişdir. O İddiaçı məxsus olan bağ evinin 2022-ci ilin may ayının sonunadək təmir edib təhvil verəcəyini bildirmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 120 C ünvanında yerləşən evin mülkiyyətçisi xx.xx.2013-cü il tarixdən Maraqlı şəxs Cahandır qızıdır. - Səadət Sarayının AZ İ seriyalı, 962114 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında xx.xx.1997-ci il tarixdə, 1661 nömrəsi ilə nikah akt qeydi ilə qeydə alınmış, arvada Rzayeva soyadı verilmişdir. - “X1” Mərkəzinin YDQM 012/2022 nömrəli, xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, “X1” MMC-nin hesabına 300 manat məbləğində xidmət haqqının dəyəri ödənilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 151 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci və 762.2-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi podrat müqaviləsi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qapı və pilləkənlərin hazırlanması müqabilində 25000 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh podrat müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilən mütəxəssis rəyindən məlum olur ki, cavabdeh tərəfindən matriallar qüsurlu şəkildə hazırlanmışdır. Sözügedən mütəxəssis rəyindən həmçinin oda müəyyən edilir ki, qeyd edilmiş qüsurların aradan qaldırılması üçün bərpa işlərinin xərci 13407 manat təşkil edir. Belə olan halda məhkəm hesab edir ki, iddiaçı tərəfindən qüsurlu materiallın qüsurunun aradan qaldırılması üçün çəkilmiş xərc cavabdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 764.1-ci maddəsinə əsasən Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Bundan başqa məhkəmə iddia tələbinin 1500 manat pulun tutulması hissəsinə münasibətb bildirərək qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi matriallarında cavabdehin yazılı olaraq vermiş olduğu izahatdan da görünür ki, cavabdeh həmin matrialların rənglənməsi üçün iddaçıdan əlavə olaarq 1500 manat pul almışdır. Cavabdeh etiraz ərizəsində qeyd edilən pul məbləğini almadığını, məcburiyyət qarşısında qalaraq izahatında onu yazımış olduğunu bildirsə də bu halı təsdiq edəcək hər hansı bir möhtəbər sübut məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 22 ədəd qapının hər birinin quraşdırılması üçün 50 manat olmaqla cəmi 1100 manat, 72 ədəd pilləkənin hər birinin quraşdırılması üçün 40 manat olmaqla cəmi 2880, 152 ədəd məhəccərin hər birinin quraşdırılması üçün 3 manat olmaqla cəmi 456 manat və 190 metr plintusun hər bir metrinin rənglənməsi üçün 3 manat olmaqla cəmi 570 manat zəhmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirrək qeyd edir ki, tərəflər arasında yazılı podrat müqaviləsi olmadığından, cavabdeh tərəfindən hazırlanmış matrialların quraşdırılmasına çəkilməli olan xərcin məbləği habelə cavabdehə ödənilən pul məbləğinə daxil olması sübut edilməmişdir. Belə ki, cavabdeh məhkəməyə təqdim etmiş etiraz ərizəsində də qeyd etmişdir ki, qeyd edilən matrialların quraşdırılması üçün o əlavə 3500 manat məbləğində zəhmət haqqı tələb etmişdir. Bundan başqa iddiaçı matrialların quraşdırılması üçün çəkmiş olduğu xərcin məbləğini təsdiq edəcək möhtəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 300 manat ekspertiza xərcinin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, eksperiza xərci cavabdehə aid edilməli 300 ekspertiza xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 134.72 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 14907 (on dört min doqquz yüz yeddi) manat maddi ziyan, 300 (üç yüz) manat exspertiza xərci və 134.72 (bir yüz otuz dörd manat, yetmiş iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(008)-1797/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1797/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver