Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1835/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi, İddiaçı İddiaçının etibarnamə üzrə nümayəndələri, Vəkil2 və Vəkil1 Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Koperativinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi, 50 manat mediasiya xərcinin və vəkilə ödənilmiş 2000 manat məbləğində xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Mənzil-Tikinti Koperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən qanunsuz verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, yenidən işə barpa edilməsi, macburi iş buraxmağa gora orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi, 50 manat mediasiya xarcinin va vəkilə çəkdiyi 2000 manat məbləğində xərcin cavabdehdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin may ayında "xxxx" MTK-da Baş mühasib vəzifəsində çalışmağa başlamışdır. İşə başladiği ilk vaxtlar rəhbərliklə aralarında heç bir problem yaranmamışdır. "xxxx" MTK-nin direktoru Tofiq Aslanov ona bildirmişdi ki, vergi orqanında müəyyən problemləri movcuddur lakin, tezliklə bu problemləri həll edəcəklər. Sonradan T.Aslanov öz vəzifə səlahiyyətlərini aşaraq ona qarşı şər və böhtan atması, barəsində əsassız olaraq müəyyən qurumlara həqiqəti əks etdirməyən və heç bir təsdiqini tapmayan məlumatlar göndərməsi nəticəsində onunla arasında müəyyən problemlər yaranmışdır. Belə ki, çalişdıgı MTK-da 2021-ci ilin noyabr ayında, yəni, onun şirkətdə rəsmi olaraq çalışmağa başladığı müddətdən 6 ay əvvəl Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarasi tərəfindən yoxlama keçirilməyə başlanmışdır.Yoxlama nəticəsində Development MTK-nın 422.700 manat məbləğində vergi borcunun olması müəyyən edilmişdir. Yoxlama müddətində rəhbərliyin tapşırığına əsasən o, vergi işçisi olan Orxan adlı şəxslə 2 dəfə görüşmüş, yoxlama üçün lazım olan sənədləri ona təqdim etmişdir. Rəsmi məktub əsasında keçirdiyi görüşlərin nəticəsi barəda T.Aslanova məlumat vermişdir. 10 noyabr 2022-ci il tarixində T.Aslanov tərəfindən vergi orqanının əməkdaşı Orxan Niftəliyev barəsində həqiqəti əks etdirməyən ittihamlara əsaslanan və bütünlüklə şər-böhtandan ibarat olan şikayətlərini onun adından X2 İlham Əliyevə göndərdiklərini bildirmişlər. Həmin zaman o buna etiraz etmiş, ittihamların çox ağır və həqiqəti əks etdirmədiyini, qeyd olunan halların heç birinə şahidlik etmədiyini, sözügedən müraciətə imza edə bilməyəcəyini və işdən çıxmaq istədiyni bildirmişdir.Sonradan o, qeyd olunan məktubu öz adından deyil, şirkətin adından müvafiq qurumlara göndərmişdir. Daha sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 11 noyabr 2022-ci il tarixində direktor T.Aslanova ərizə ilə müraciət etmişdir.T.Aslanov onunla razılaşmış va yerinə başqa mühasib də gətirmişdir.O mühasibat işlərinin apalıma qaydasını və görüləcək işləri yeni mühasibə izah etmişdir. 14 noyabr 2022-ci il tarixində yeni işə götürən-"xxxx" MMC-lə əmək müqaviləsi bağladığından onunla Development MTK arasında bağlanmış əmək müqaviləsinə həmin gündən xitam verilməsi barədə təkrar ərizə ilə rəhbərliyə müraciət etmişdir. Lakin, rəhbərlik tərəfindən ona cavab verilmişdir ki, vergi işçisi ilə əlbir olub şirkət üçün 422700,44 manat məbləğində vergi borcu yaratdığına, vəzifə öhdəliklərini yerinə yetirməməklə vergi orqanı ilə məsələni həll etmədiyinə, ona görə də cinayət məsuliyyətinə cəlb olunacağına dair və s.. məzmunlu cavablar verilməklə öz ərizəsinə əsasən işdən çıxarılmasından imtina edilmişdir.Qeyd olunanlara baxmayaraq Cavabdeh MTK-nın xx.xx.2022-ci il tarixli əmri ilə heç bir əsas mövcud olmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi il əmək müqaviləsinə xitam verilmişdir. Tərəfimdən xx.xx.2022-ci il tarixində xx.xx.2022 tarixli əmrin dəyişdirilməsi, əmrin ləğvi, işə bərpa, əmək haqqinın ödənilməsi və maddi zərərin ödənilməsi ilə bagli cavabdeh tərəfə mediasiya prosesinin tətbiqi barədə ərizə göndərilmşdir. 10 gün ərzində Cavabdeh MTKdan heç bir cavab almadığına görə xx.xx.2022-ci il tarixində tərəfimdən mediasiya üçün müraciət edilmişdir. xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyası keçirilmiş lakin, Cavabdeh MTK mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2022-ci il tarixində başqa işəgötürən ilə əmək müqaviləsi bağlamış və həmin tarixdən də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq Cavabdeh MTK qeyd olunanları nəzərə almamış, yenidən ona şər və böhtan xarakterli maktublar ünvanlamişdır. Ona görə də, cavabdeh idarə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, yenidən işə bərpa edilməsi, məcburi iş buraxmağa görə orta aylıq əmək haqqının hesablanaraq ona ödənilməsi, 50 manat mediasiya xərcinin və vəkilə çəkdiyi 2000 manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmumuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndələri və vəkilləri Vəkil2,Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək, izahatını onunla əsaslandırdı ki, İddiaçı 10 noyabr 2022-ci il tarixdən işə gəlməmiş,ona işə çıxması, asan imzanı şirkətə qaytarması ilə əlaqədar bir neçə dəfə rəsmi müraciət olunmasına məhəl qoymamış, asan imzanı poçtla göndərməklə kommersiya sirrini pozmuş,təhvil-təslim işlərini aparmaqdan imtina etmiş,idarənin mənafeyinə ziyan vurmaqla onun üçün vergi borcu yaratmış və onun bu kimi hərəkətləri məsuliyyətsiz işçi təəsüratı yaratdığından işdən çıxarılmışdır. Ona görə də verilmiş əmri qanuni və əsaslı hesab etməklə məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MTK tərəfindən xx.xx.2022-ci il tarixdə baş mühasib vəzifəsinə işə qəbul olunmuş və bu barədə tərəflər arasında xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" MTK ya ərizə ilə müraciət edərək Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 2 –ci bəndlərinə əsasən 11 dekabr 2022-ci il tarixinədək “Baş mühasib” vəzifəsindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xxxxxxx000600 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı "xxxx" MMC-də Baş mühasib vəzifəsinə işə qəbul olunmuş və bu barədə tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə MTK-nın sərdi X5 müraciət edərək, xx.xx.2022-ci il tarixindən işdən azad edilməsini xahiş etmiş, sənədləri təhvil-təslim etməyə hazır olduğunu, bundan sonrakı proseslərə məsuliyyət daşımayacağını bildirməklə şirkətin asan imzasını poçt vasitəsilə təqdim etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı 11, 14 Noyabr 2022-ci il tarixli işdən çıxmaq barədə ərizələrinə 11, 14, 15 Noyabr 2022-ci il tarixlərində cavab verən MTK-nın rəhbərliyi onun şirkət üçün yaratdığı vergi borclarını qaydaya saldırmasını, əks təqdirdə məsuliyyətə cəlb olunacağını, vergi borclarını qaydaya salmağın və vergi orqanı ilə məsələnin həll edilməsinin, hesablanan vergi borcunun geri qaytarılmasının onun vəzifə öhdəliyi olmasını xatırlatmaqla işdən çıxarılmağa dair ərizəsini qəbul etməmişdir. İş materiallarından göründüyü kimi Development MTK İddiaçı xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmiş və əmri onunla əsaslandırmışdır ki, İddiaçı vəzifəsindən sui-istifadə edərək, 2019, 2020, 2021-ci ilin vergi hesabatlarına artıq məbləğlərdə (əlavə kvadrat yazmaqla) dəqiqləşmə hesabat verib şirkətə borc yaratmışdır. Gördüyü işləri təhvil-təslim etməkdən boyun qaçırmışdır. Şirkətə məxsus asan imza telefonunu isə kuriyerlə göndərmişdir. Ən əsası odur ki, şirkətin üzərinə 422700 AZN borc yazdırmışdır. Və buna görə də şirkət onu bu maddə ilə vəzifəsindən azad etmək qərarına gəlmişdir. Məhkəmə hesab edir ki, əmr aşağıda göstərilən əsaslara görə ləğv edilməlidir. Belə ki, İddiaçı 2019, 2020, 2021-ci illər üzrə vergi hesabatlarına artıq məbləğdə dəqiqləşmə hesabatı verməsi, şirkətə vəzifəsindən sui-istifadə etməklə vergi borcu yaratması hər hansı bir sübutla təstiq olumamış, cavabdeh idarə bu barədə məhkəməyə sübut tədim edə bilməmişdir. Cavabdeh idarənin vəkilinin izahatından aydın olmuşdur ki, MTK vergi borcunun müəyyən edilməsinə dair Aktı, yəni vergi orqanının hərəkətlərini məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə iclasında işə baxılarkən MTK üçün vergi borcunun hesablanmasında İddiaçı təqsirli olması, əmək müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini pozması müəyyən edilməmişdir. İddiaçının gördüyü işləri təhvil-təslim etməkdən boyun qaçırması barədə əmrdə göstərilənləri də əsaslı hesab etmək olmaz. Belə ki, işçinin barəsində işdən çıxarılmaya dair əmr verilmədən, ondan təhvil-təslim edilməsinin tələb olunması əsaslı deyildir. Hansı ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində əmr verilərkən təhvil-təslim etməyə hazır olduğunu MTK-nın sədrinə bildirmişdir. Eləcə də xx.xx.2022-ci il tarixli əmrdən sonra da İddiaçı təhvil-təslim etməsi tələb olunmamış, onun hesabında hər hansı bir mal- material və yaxud təhvil veriləsi hər hansı bir sənəd qalması göstərilməmişdir. Ona görə də məhkəmə təhvil-təslim etməkdən imtina barədə əmrdə göstərilənləri əsaslı hesab etmir və nəticəyə gəlir ki, bu halda da işçi tərəfindən əmək müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklər pozulmamışdır. Əmrin digər hissəsinə, yəni asan imzanın kuriyerlə göndərilməklə şirkətin kommersiya sirrinin pozulmasına istinad edən cavabdeh idarə konkret olaraq hansı sirrin pozulmasını əsaslandırmamış, bu hərəkətə görə ona ziyan dəyməsini göstərə bilməmişdir. Yəni asan imza kuriyer vasitəsi ilə göndərilmiş və cavabdeh idarə tərəfindən qəbul edilmişdir. Həmin hərəkətləri ilə İddiaçı əmək müqaviləsi ilə şərtləşdirilmiş hansı öhdəliklərini pozması və bunun nəticəsində MTK-ya ziyan vurulması göstərilməmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi İddiaçı sonuncu iş günü xx.xx.2022-ci il tarixində işə getmiş və növbəti iş günü xx.xx.2022-ci il tarixi olduğundan yeni işəgötürənlə bağlamış olduğu əmək müqaviləsinin surətini və asan imza telefonunu kuriyerlə şirkətə çatdırmışdır. “Poçt xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində Poçt rabitəsi sahəsində fəaliyyətin prinsipləri sırasında 8.0.2 İstifadəçilərin hüquqlarının qorunması, 8.0.4 poçt rabitəsi sahəsində məxfiliyin qorunması qeyd olunmuşdur. Həmin Qanunun 20-ci maddəsinə əsasən Poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyi bu qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə qorunur. Poçt rabitəsi sahəsində işləyən şəxslər poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyini qorumalıdır. xx.xx.2022-ci il tarixli əmrin nəticə hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinin məzmunu göstərilsə də, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olumması konkret göstərilməmişdir. İşçinin xx.xx.2022-ci il tarixdən sonra işə çıxmaması, başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqla xx.xx.2022-ci ildən işdən azad olunması barədə ərizə verməsi işin mübahisəsiz halıdır. Lakin, cavabdeh idarə verdiyi əmrdə onu üzürlü səbəb olmadan işə gəlməməsinə görə işdən azad etməmiş, bu barədə əmrdə heç nə göstərməmişdir. Məhkəmə hesab edir ki, mübahisənin həllində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nəzərdə tutulmayan hallara istinad oluna bilməz, həmin əmrin genişləndirici təfisiri mümkünsüzdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. Qanunun məzmunundan göründüyü kimi Əmək Məcəlləsinin 10-cu maddəsində, eləcə də işçi ilə bağlanmış əmək müqaviləsinin şərtlərində vergi orqanlarının yoxlaması nəticəsində müəyyən edilmiş cərimələrin və vergi öhdəliklərinin silinməsi və yaxud sair qaydada aradan qaldırılması İddiaçı vəzifə öhdəliyi kimi nəzərdə tutulmamışdır. İşəgötürən vergi borcunun yaranmasında qanunsuz olaraq İddiaçı təqsirli bilmiş və mövcud olmayan intizam pozuntusuna görə ona intizam tənbehi vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşdən göründüyü kimi İddiaçı MTK-da işə çıxmamasına görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, nəticədə mülkiyyətçiyə hər hansı bir ziyan dəyməsi halı müəyyən edilməmiş, işəgötürən xx.xx.2022-ci il tarixli əmrində bu barədə heç nə göstərməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İş materiallarında olan Development MTK-nın işcilərin davamiyyət cədvəlindən görünür ki, İddiaçı həftədə iki gün 2-ci və 5-ci günlər işə çıxmışdır. Eləcə də 3ABBBMM001000 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə X1 MTK-da mühasib vəzifəsinə qəbul olunmuş və onunla əsas iş yeri kimi müddətsiz əmək müqaviləsi bağlanmışdır. Yəni MTK işə yeni mühasib qəbul etdiyi üçün İddiaçı işə çıxmaması idarədə işin normal ahənginin pozulmasına səbəb olmamışdır. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununu nəzərdə tutan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi bardə əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Cavabdeh idarənin xx.xx.2022-ci il tarixli əmrində iddiaçının Əmək Məcəlləsinin 72ci maddəsinin “A” bəndinə əsasən, yəni heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə işdən azad olunması göstərilməmiş, əmrdə həmin bəndə istinad olunmamışdır.Eləcə də İddiaçı idarəyə vergi borcu yaratmaqla maddi ziyan vurmasına əsaslanan işəgötürən işdən çıxarmağa dair əmrində Əmək Məcəlləsinin 72-ci maddəsinin heç bir bındinə istinad etməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduğundan cavbadeh idarənin xx.xx.2022-ci il tarixli əmri qanun pozuntusu ilə verildiyindən etibarlı hesab oluna bilməz və ləğv edilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2022-ci il tarixdə Development MTK-ya ərizə ilə müraciət edərək digər işəgötürən olan "xxxx" MMC-də baş muhasib vəzifəsinə qəbul olduğunu və onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci ildən ləğv olunmasını xahiş etmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşdən göründüyü kimi MTK xx.xx.2022-ci ildən işə başqa mühasib dəvət etmiş və xx.xx.2022-ci ildə həmin şəxslə əmək müqaviləsi bağlamışdır. Yəni İddiaçı mühasib kimi ehtiyac olmasa da, əmək müqaviləsini işçinin ərizəsinə əsasən ləğv etməkdən imtina etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı intizam tənbehi verən işəgötürən “intizam tənbehinin verilməsi qaydaları”nı nəzərdə tutan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin də tələblərini pozmuşdur. Belə ki, işəğötürən həmin maddənin 1-ci bəndinin tələblərini pozaraq intizam tənbehi verməmişdən əvvəl İddiaçı yazılı izahaat verməsini tələb etməmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndində göstərilir ki, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu və ya aşkar edildiyi gündən 1 ay müddət keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi MTK da Səyyar vergi yoxlama Aktı xx.xx.2022ci ildə tərtib olunmuş, işəgötürən həmin vergi aktına görə İddiaçı 2 ay 11 gün sonra intizam cəzası vermişdir.Yəni işəgötürən vergi aktının tərtib olunmasında, MTK-ya vergi borcunun yaradılmasında İddiaçı intizam pozuntusuna yol verməkdə təqsirli hesab edirdisə belə qanunla nəzərdə tutulmuş 1 aylıq müddət ötdüyü üçün ona intizam cəzası verə bilməzdi. Şərh olunanlardan göründüyü kimi işəgötürən əmək müqaviləsinin ləğv edilmə qaydalarına da əməl etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilir ki, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elsholz Almaniyaya qarşı iş üzrə , Blucher Çex Respublikasına qarşı iş üzrə, Van de Hurk Hollandiya qarşı iş üzrə qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə iclasında müəyyən edilmiş yuxarda göstərilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh idarə iddiaçını heç bir qanuni əsas olmadan, eləcə də işdən çıxarma qaydalarını pozmaqla qanun pozuntusu ilə işdən azd etmişdir. Şərh olunanları nəzərə alan məhkəmə nəticəyə gəlir ki, iddiaçının pozulmuş hüquqları bərpa olunmalı, cavabdeh idarənin əmri iləğ edilməli, İddiaçı Develpoment MTKya Baş mühasib vəzifəsinə bərpa olunmalı, iddiaçının ödədiyi 50 manat Mediyasiya xərci cavabdehdən tutulmaqla ona qaytarılmalıdır. İddianın digər hissələrinə münasibətdə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022ci ildən başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqla əmək haqqı aldığından onun məcburi iş buraxmağa görə əmək haqqı tələbi təmin edilməməlidir. Eləcə də, iddiaçı vəkilə xidmət haqqı olaraq 2000 manat ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia həmin hissədə də, təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-in xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 384/22 nömrəli Əmri ləğv edilsin. İddiaçı Cavabdeh MTK-da Baş mühasib vəzifəsinə bərpa edilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1835/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1835/2023
17.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver