Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1871/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Rüstəmova Əminə Pünhan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “notariat hərəkətlərinin və ya həmin hərəkətlərin aparılmasından imtinaya” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “notariat hərəkətlərinin və ya həmin hərəkətlərin aparılmasından imtinaya” dair iddia ərizəsi ilə məhkəməyə müracət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Əzizbəyov küçəsi 29, 41 nömrəli bərbərxananın 31 iyul 2004-cü il tarixdə vəfat etmiş mərhum əri X5 məxsus payına onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 iyul 2004-cü il tarixdə vəfat etmiş mərhum əri X2 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Əzizbəyov küçəsi 29, 41 nömrəli bərbərxana faktiki olaraq onun istifadəsində olduğundan, miras paya vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri 17 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisinin 31 avqust 2022-ci il tarixdə vərəsəlik şəhadətnaməsinin verilməsindən müddət ötürüldüyündən imtina verilmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Əzizbəyov küçəsi 29, 42 nömrəli bərbərxananın 31 iyul 2004-cü il tarixdə ölmüş mərhum əri X3 vərəsəsi kimi tanınması və miras əmlakdan payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmumuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh 17 saylı Notariat Ofisi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JQ 497313 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 arasında 5 avqust 1978-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş 17 sentyabr 2005-ci il tarixli AZ-İ 160773 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 iyul 2004-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 006405 nömrəli Şəhadətnamənin təstiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov küçəsi 29, 42 nömrəli bərbərxa 1/8 hissəsi paylı mülkiyyət hüququ əsasında X4 məxsusdur. X9 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********687 nömrəli Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən təstiq edilmiş ərizəsindən görünür ki, ataları Qeybulla Quliyevdən miras qalmış paylı mülkiyyətin anaları İddiaçı tərəfindən qəbul edilməsinə etiraz etmir. X7 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********688 nömrəli Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən təstiq edilmiş ərizəsindən görünür ki, ataları Qeybulla Quliyevdən miras qalmış paylı mülkiyyətin anaları İddiaçı tərəfindən qəbul edilməsinə etiraz etmir. X10 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********973 nömrəli Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən təstiq edilmiş ərizəsindən görünür ki, ataları Qeybulla Quliyevdən miras qalmış əmlaka dair vərəsəliyi faktiki qəbul etmədiyini və etmək fikrində deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunun məzmunundan, eləcə də iş materiallarından görünür ki, İddiaçı Notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsə də, 31 iyul 2004-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Əzizbəyov küçəsi 29, 42 nömrəli bərbərxananı faktiki idarə etməklə, mirası qəbul etməsi işin mübahisəsiz halıdır. Həmin Məcəllənin 1243.3-cü maddəsiində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanun məzmundan da göründüyü kimi İddiaçı, X9, X7 və X10 31 iyul 2004-cü il tarixində ölmüş X1 miras qalmış əmlaka bərabər pay hüquqlu vərəsələrdir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Qanunun məzmunundan və iş materiallarında olan Notarial qaydada təstiq edilmiş xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli ərizələrdən göründüyü kimi X9, X7 və X10 31 iyul 2004-cü il tarixində ölmüş X1 miras qalmış əmlakdan anaları Quliyeva X16 xeyrinə imtina etmişlər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Əzizbəyov küçəsi 29, 42 sayl bərbərxanaya dair İddiaçı 1/8 (səkkizdə bir) hissəsinə vərəsə hesab edilərək, həmin hissə onun mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Əzizbəyov küçəsi 29, 42 sayl bərbərxanaya dair İddiaçı 1/8 (səkkizdə bir) hissəsinə vərəsə hesab edilsin və həmin hissə onun mülkiyyətinə verilsin Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-1871/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1871/2023
03.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver