Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1921/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və İstismarı Birliyinin 29 dekabr 2004-cü il tarixli 92 nömrəli protokolunun, X1 və İstismarı Birliyi ilə vətəndaş X3 arasında 11 yanvar 2005-ci il tarixdə Ləhiş ərazisindəki 3144 saylı bağ sahəsinə dair bağlanmış 33877 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında xx.xx.2013-cü il tarixdə X2 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsünün (torpaq kadastrının ) ləğv edilməsi, xx.xx.2014-cü il tarixdə X2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, Bakı şəhəri 5 saylı Notariat Kontorunun 14 mart 2014-cü il tarixli reyestrdə 2V-1-64 № ilə qeyd edilmiş Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixdə Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında 23 aprel 2014-cü il tarixdə bağ sahəsinə dair bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin ( AN-İ № ******* ) etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, həmin bağ torpaq sahəsinə vərəsəlik hüququ əsasında iddiaçının mülkiyyət hüququnun tanınması, Cavabdeh1 həmin bağ sahəsindən çıxarılması və iddiaçının-İddiaçı həmin bağ sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi – **********) özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1921/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1921/2025
17.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver