Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2031/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Asimovnanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1935 manat borcunu, X1 əlavə çəkdiyi 300 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin, dövlət rüsumu kimi ödənilmiş 42,35 manatın, cəmi 2277,35 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ış və Böyük Britaniyada işləmək məqsədi ilə vizanın alınması üçün cavabdehin ofisində cavabdehlə görüşmüşdür. Cavabdeh özünü “Diploma Education” şirkətinin rəhbəri kimi təqdim edərək, Böyük Britaniyada işləməsi üçün iddiaçıya vizanın alınması üzrə xidmətlərin göstərilməsini öz üzərinə götürmüşdür. İddiaçı Natiq Haciyev ilə cavabdeh arasında viza xidmətinin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən, iddiaçı ilə razılaşdırılmış vizaya dəstək xidmətin növündən irəli gələn şərtlərə əsasən xidmət göstərən “Diploma Education” şirkətinin rəhbəri Cavabdeh işçi vizası üçün müraciət etmiş X2 işçi vizası üçün razılaşdırılmış 6000 manatın 2685 manatını ilkin ödəniş kimi qəbuletmiş və 2 ay müddətinə iddaçını işçi vizası ilə təmin edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Qeyd olunan müqavilənin 3-cü bəndinə əsasən, işçi vizası üçün müraciət etmiş iddiaçı vizanı aldıqdan sonra razılaşdırılmış məbləğin qalan hissəsi olan 3315 manatın cavabdehə ödənilməsini öz üzərinə götürmüşdür. Lakin müqaviləni bağlandıqdan və ödəniş etdikdən sonra 4 ay müddətinin keçməsinə baxmayaraq, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini icra etməyərək, iddiaçıya vizanın alınması üçün heç bir tədbir görməmişdir. Bu səbədən, iddiaçı ödədiyi pulun geri qaytarılması üçün cavabdehə müraciət etmiş və cavabdeh iddiaçıya yalnız 750 manatı qaytararaq, Natiq Haciyevə 1935 manatını qaytarmamışdır. Hal-hazırda cavabdehin iddiaçıya 1935 manat məbləğində borcu qalmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil Asimovna iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 18 may 2023-cü il tarixli Viza xidmətinin göstərilməsi haqqında müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı işçi vizası üçün razılaşdırılmış 6000 manatın 2685 manatını ilkin ödəniş kimi qəbul etmiş və 2 ay müddətinə onun işçi vizası ilə təmin edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. **********41 nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 43 manat dövlət rüsumu ödəmişdir. İddiaçı ilə Bakı şəhəri 24 saylı vəkil bürosunun vəkili Vəkil Asimovna arasında bağlanmış 647 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı hüquq yardımı göstərilməsi üçün 300 manat ödəniş etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.. Həmin Məcəllənin 782-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı tərəfindəın məhkəməyə təqdim edilən 18 may 2023-cü il tarixli Viza xidmətinin göstərilməsi haqqında müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı işçi vizası üçün razılaşdırılmış 6000 manatın 2685 manatını ilkin ödəniş kimi qəbul etmiş və 2 ay müddətinə onun işçi vizası ilə təmin edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin həmin müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq tapşırığı alan göstərdiyi xidmətin nəticələri barədə tapşırığı verənə məlumat verməmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin vermiş olduğu izahatdan görünür ki, cavabdeh almış olduğu pulun 750 manat hissəsini qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1935 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, 42.35 manat məbləğində dövlət rüsumu və 300 manat vəkillə bağladığı müqavilə üzrə ödəniş cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1935 (bir min doqquz yüz otuz beş) manat məbləğində pul vəsaiti, 300 (üç yüz) manat vəkillə bağladığı müqavilə üzrə ödəniş və 42,35 (qırx iki manat otuz beş qəpiki) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2031/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2031/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver