Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2049/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "uşaqları xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Məhəllə 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh1 qarşı "uşaqları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Məhəllə 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdən istifadə qaydasının müəyyən edilməsi və ondan maneəsiz, sərbəst şəkildə istifadəsinə yaradılan bütün maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, İddiaçı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Məhəllə 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdən istifadə qaydasının müəyyən edilməsi və ondan maneəsiz, sərbəst şəkildə istifadəsinə yaradılan bütün maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2010cu ildə nikaha daxil olmuş, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Onlar 2020-ci ildə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Məhəllə 20 Yanvar küçəsində torpaq sahəsi alıb orada fərdi yaşayış evi tikmiş və 2021-ci ildə həmin evə köçmüşlər. Uşaqları qeyd olunan ərazidə yerləşən orta məktəbdə təhsil alırlar. Bütün qazancını torpaq sahəsinin alınmasına, yaşadıqları evin tikilməsinə və təmirinə xərcləmişdir. Hazırda Cavabdeh1 həmin evdə yaşamalarına ciddi əngəllər yaratmış, dəfələrlə onu uşaqlarının gözü önündə döymüş, bədən xəsarətləri yetirmiş, evdən getməsi üçün işığı, suyu, qazı kəsdirmiş, evin açarlarını dəyişmiş, evdə ona aid olan şəxsi əşyaları zibilliyə atmış, bəzilərini gizlətmişdir. O, polisin 102 xidmətinə dəfələrlə şikayət etsə də, əri öz əməllərindən əl çəkməmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının razılığı ilə Cavabdeh2 məhkəmə tərəfindən cavabdeh qismində cəlb edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024cü il tarixli ayrıca qərardadına əsasən, hazırkı iddia "evdən istifadə qaydasının müəyyən edilməsi və ondan maneəsiz, sərbəst şəkildə istifadəsinə yaradılan bütün maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi" hissəsində baxılmamış saxlanmışdır. Odur ki, hazırkı qətnamədə iddianın yalnız "iddiaçının uşaqları X11 və X6 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Məhəllə 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi" hissəsinə qiymət verildi. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh1 ilə 2008-ci ildə faktiki ailə qurmuş, 2009-cu ildə isə rəsmi nikaha daxil olmuşdur. Onlar əvvəl yaşadıqları evi 2021-ci ildə 55000 manata satmış, sonra isə mübahisəli evə köçmüşlər. Ərinin əmisi Cavabdeh2 həmişə onlarla birlikdə yaşamışdır. Həmin ev Cavabdeh1 tərəfindən 2-3 ay ərzində inşa edilmişdir. Evin tikintisinə 90000 manat pul xərclənmişdir. O, əri ilə birlikdə işləmiş, kredit götürmüşdür. Cavabdehlər onun evdən köçməsinə nail olmaq üçün tez-tez evin işığını, suyunu kəsir və qapının açarını dəyişirlər. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, mübahisəli ev tərəflərin birgə nikah dövründə tikilmişdir. Qaz, su, işıq Cavabdeh1 adınadır, lakin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdehlər iddiaçıya sözügedən evdə yaşamağa imkan vermir. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı etiraf etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev əmisi Cavabdeh2 məxsusdur. İddaçı və uşaqları hal-hazırda orada yaşayırlar. O, özünə məxsus olan evi satdığına görə əmisi həm ona baxmağı, həm də onunla birlikdə yaşamağı təklif etmişdir. O və ailəsi 2022-ci ildə həmin evə köçmüşlər. Əmisi yaşlı olduğundan qazın, suyun, işığın sayğaclarının qoyulması üçün özü müraciət etmişdir. İddiaçı ilə nikahı pozulmamışdır. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı etiraf etməmiş və izahatında bildirmişdir ki, Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən özünə məxsus evi sataraq 2020-ci ildə mübahisəli evin yerləşdiyi torpaq sahəsini almış, 2020-ci ilin sonlarında isə sözügedən evi tikmişdir. Cavabdeh1 qardaşı oğludur. Amilin evi olmadığına görə o, birlikdə yaşamağı təklif etmişdir. Yaşlı olduğu üçün kommunal məsələləri həll etməyi Amilə tapşırmışdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı və Cavabdeh1 xx.xx.2010-cu ildə nikaha daxil olmuşlar. Onların xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. İddiaçı, Cavabdeh1, onların uşaqları X11 və X6, eləcə də Cavabdeh2 2021-ci ildən etibarən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 20 yanvar küçəsində özbaşına inşa edilən fərdi yaşayış evində birlikdə yaşayırlar. İddiaçı və Cavabdeh1 arasında yaranmış münaqişə ilə əlaqədar İddiaçı polis orqanlarına dəfələrlə şikayətlə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun evdə yaşamasına əngəl yaratdıqlarını bildirmişdir. Qeyd olunan ev 2 mərtəbəlidir və "x-409505, y-4481284" koordinatlarında 330 kv.m həyətyanı torpaq sahəsində yerləşir. Evin yerləşdiyi torpaq sahəsinin iş üzrə tərəflərə, yaxud başqa şəxsə ayrılması barədə hər hansı sənəd yoxdur və evə heç kəsin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Qeyd olunan evlə bağlı Bakı Şəhəri Sabunçu Rayon Zabrat Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci ildə Cavabdeh1 adına, xx.xx.2023-cü ildə isə digər Cavabdeh2 adına "Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə" verilmişdir. Cavabdeh1 "Azəriqaz" İB-nə xx.xx.2021ci il tarixli ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin öz şəxsi vəsaiti hesabına qazlaşdırılmasını, abunəçi kodunun açılmasını xahiş etmiş və "Azəriqaz" İB tərəfindən xx.xx.2021-ci ildə evə qaz sayğacı quraşdırılmışdır. Qeyd olunan evə elektrik enerjisinin verilməsi barədə Cavabdeh1 xx.xx.2022-ci il tarixli müraciəti ilə bağlı "xxxx" ASC tərəfindən "Texniki şərtlər" verilmişdir. Evin elektrik şəbəkəsinə qoşulması üçün 160 manat qoşulma haqqının ödənilməsi barədə "xxxx" ASC-nin "Bildiriş"i Cavabdeh1 adına verilmişdir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 5-18-10/2- 4533/2023 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. İşdə olan Bakı Şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin xx.xx.2023-cü il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından görünür ki, iddiaçının şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı və onun ailəsinin "münaqişəli ailə" kimi qeydiyyata alınması üçün ərazi üzrə xidmət aparan müvafiq əməkdaşa göstəriş verilmişdir. İşdə olan АZ-İİ seriyalı 376717 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X11 xx.xx.2009-cu ildə doğulmuş, atası Cavabdeh1, anası isə X3r. İşdə olan АZ-İİ seriyalı 997562 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X6 xx.xx.2012-ci ildə doğulmuş, atası Cavabdeh1, anası isə İddiaçıdır. İşdə olan АZ-İ seriyalı 548561 nömrəli "Nikah haqqında şəhadətnamə"nin surətindən görünür ki, Cavabdeh1 və X8 xx.xx.2010-cu ildə nikaha daxil olmuşlar. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 3328 qeydiyyat nömrəli "Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə"dən görünür ki, Bakı şəhəri Zabrat qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi üzrə Cavabdeh1 vergi uçotuna alınmışdır. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5786 qeydiyyat nömrəli "Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə"dən görünür ki, Bakı şəhəri Zabrat qəsəbəsi 20 Yanvar küçəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi üzrə Cavabdeh2 vergi uçotuna alınmışdır. İşdə olan AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci ildə X9 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Surxay Cabbarov küçəsində yerləşən 2 nömrəli evin 57-ci mənzilini 70000 manata satmışdır. İşdə olan Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli "Qısamüddətli mühafizə orderi"ndən görünür ki, Cavabdeh1 İddiaçı qarşı məişət zəminində fiziki, psixi, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi qadağan edilmişdir. Qısamüddətli mühafizə orderi xx.xx.2024-cü ilədək etibarlıdır. İşdə olan xx.xx.2020-ci il tarixli 11-MZ-1-0-2313-20 nömrəli "Kredit verilməsinə dair müqavilə"dən görünür ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 11-MZ-2-0-102-21 nömrəli "Kredit limitinin ayrılmasına dair müqavilə"dən görünür ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən 100000 manat məbləğində kredit limiti ayrılmışdir. İşdə olan xx.xx.2021-ci il tarixli 11-MZ-2-0-102-21 nömrəli "Kredit verilməsinə dair müqavilə"dən görünür ki, Cavabdeh1 "xxxx" ASC tərəfindən 6000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 11-MZ-2-0-102-21 nömrəli "Zaminlik müqaviləsi"ndən görünür ki, xx.xx.2021-ci il tarixli 11-MZ-2-0-102-21 nömrəli "Kredit limitinin ayrılmasına dair müqavilə" əsasında "xxxx" ASC-dən kredit götürmüş Cavabdeh1 tərəfindən bank qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsiliyyəti zamin qismində İddiaçı öz üzərinə götürmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 və X7 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, mübahisəli evi Cavabdeh1 tikdirmişdir, orada tərəflərlə birlikdə cavabdehin əmisi Cavabdeh2 da yaşamışdır. Son zamanlar Cavabdeh1 iddiaçını mübahisəli evdə yaşamağa imkan verməmiş, onu dəfələrlə oradan qovmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4, X16, X13, X14 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, mübahisəli evin tikilməsini Cavabdeh2 maliyyələşdirmişdir, ev ona məxsusdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X10 iş üzrə düzgün araşdırma aparılması üçün əhəmiyyət kəsb edən faktlar barədə məlumat verə bilməmişdir. Azərbaycan Respublikası Mülkil Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunan normalardan başqa, məhkəmə onu bildirməyi zəruri hesab edir ki, yaşayış sahəsinə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır:
1. şəxs köçmək istədiyi yerdə yaşayıbmı;
2. şəxs yaşadığı yerdən məhrum edilibmi;
3. məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış və yaşadığı evdən məhrum edilmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyinə görə onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuşlar və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Hazırkı halda iddiaçının köçmək istədiyi mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin evin üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Buna görə də, dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair analoji norma tətbiq olunmalıdır. İddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs – akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Cavabdehlər hesab edirsə ki, ev onların vəsaiti hesabına inşa olunub və onlara məxsusdur, belə halda, həmin şəxslər müvafiq sənədləri təqdim etməklə ev üzərində hüquqlarının qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüquqları qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də hazırkı işdə evin "cavabdehlərə məxsus olan ev" kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Cavabdehlər qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyirlər. Ona görə cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır. Bundan başqa, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda, iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Ona görə də mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kımı, iddiaçının da bu huququ realizə etməsi məqsədə müvafiqdir. İddiaçının mübahisəli evdə əvvəllər yaşamasını, oradan daimi yaşayış sahəsi kimi istifadə etməsini cavabdehlər mübahisələndirməmişlər. İş üzrə tərəflərin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadəsindən görünür ki, cavabdehlərin razılığı ilə iddiaçı uşaqları ilə birlikdə mübahisəli evdə yaşamışdır. Beləliklə, iddiaçının sözügedən evə köçürülməməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin normalara uyğun olaraq, iddiaçının köçürülməsini tələb etdiyi ev onun uşaqları X5 və X1 da yaşayış yeri sayılır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli, İddiaçı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Məhəllə 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməli, həmin məbləğ onlardan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdən görünür ki, 50 manat məbləğində mediasiya xərci xx.xx.2023-cü ildə iddiaçı tərəfindən Bakı 13 saylı Mediasiya təşkilatının hesabına ödənilmiş, Cavabdeh1 isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə 50 manat mediasiya xərci həmin cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Digər Cavabdeh2 isə mediasiya sessiyasına dəvət olunmadığına və işdə iştirak etməyə sonradan məhkəmə tərəfindən cəlb edildiyinə görə mediasiya xərci ona aid edilməməlidir.
Nəticə hissəsi:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Yeni Məhəllə 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 50 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.
X27.