Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2066/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X9 qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil Abbas oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, övladı X3 06 dekabr 2022-ci il tarixdə Bakı şəhərində Azərbaycan Dəmir Yolları Xəstəxanasının doğum şöbəsində doğulmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsini, doğum kat qeydin kitabında adı qrafasında Vaqif, Soyadı qrafasında Əhmədov, ata adı qrafasında “X6”, ana adı qrafasında “Ərizəçi” milliyəti qrafasında “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ərizəçi X6 ilə faktiki nikaha daxil olmuşlar, onlar ailə qurduqdan sonra tərəflərin birgə faktiki nikahlarından 06 dekabr 2022-ci il tarixdə oğlan uşaqları anadan olmuşdur. Tərəflər 29 may 2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, ərizəçi Nağıyeva soyadından ərinin soyadına keçərək Əhmədova olmuşdur. Doğuşun həyata keçirilməsi üçün ərizəçi “Azərbaycan Dəmir Yolları” Xəstəxanasına daxil olmuş, doğuşu xəstəxananın doğum şöbəsində həyata keçirimiş, 09 dekabr 2022-ci il tarixdə uşaqla birlikdə evə buraxılmışdır. Lakin, xəstəxanadan çıxan zaman uşağın doğulmasına dair Forma 103 arayışı təqdim edilməmiş, əvəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əvəzləmə Kartı təqdim edilmişdir. Bundan sonra Forma 103 arayışının verilməsi üçün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Həkim Sanitar Xidmətinə müraciət edilmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, X14 Xəsətəxanasının rəsmi fəlaiyyət göstərmədiyi bir vaxtda müraciət olunmuş, bununla bağlı Arxiv bölməsinə müraciət edilmiş və epkrizin surəti əldə olunmuşdur. Bununla yanaşı X5 Sistemindən Forma 103 arayışının çıxarılması ilə bağlı həm xəstəxana, həm də Həkim Sanitar Xidməti rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə bir neçə dəfə rəsmi müraciət edilsə də müsbət cavab alınmamışdır. Beləliklə doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizəçinin qeydiyyatı üzrə Sabunçu Rayon Qeydiyyat şöbəsinə müraciət olunsa da Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında arayışın verilməsindən imtina edilmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin diqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 06 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Azərbaycan Dəmir Yolları Xəstəxanasının doğum şöbəsində uşaq doğulmasına dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 07 yanvar 2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 nömrəli Ərizəçi nümayəndəsi və vəkili Vəkil ünvanlanmış sorğuya cavab məktubunda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.3 bəndinə uyğun olaraq “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” və 2.4.5. bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarına əlavə olunan Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Həkim Sanitar Xidmətinin 3-1/2-N-720/1-42/2024 nömrəli xx.xx.2024-cü il tarixli X4 ünvanlanmış sorğuya cavab məktubunda, xx.xx.2022-xx.xx.2022 tarixlərdə doğuşla əlaqədar X1 dair arayışın verilməsini təmin etmək məqsədilə Həkim-Sanitar Xidməti tərəfindən "xxxx" QSC-nin arxiv bölməsinə müraciət edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən əvəzləmə aktından (doğum evinin, xəstəxananın doğum şöbəsinin doğan qadın haqqında məlumat) görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə saat 10:35-də dünyaya oğlan övladı gətirmişdir. İş materiallarına əlavə olunan 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, ******* nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X7 arasında 29 may 2024-cü il tarixdə nikah bağlanmış və nikah 954 nömrə akt qeydi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində ərizəçi onun həm qonşusu həmdə uzaq qohumu olduğunu, uşaq 06 dekabr 2022-ci il Biləcəri qəsəbəsində, X15 xəstəxanasında doğulduğunu, 2-3 il olar X15 xəstəxanasının ləğv edildiyini və uşağın cinsiyyəti kişi olduğunu bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Azərbaycan Dəmir Yolları Xəstəxanasının doğum şöbəsində bir oğlan uşağı doğmuşdur. Həmçinin hazırda Azərbaycan Dəmir Yolları Xəstəxanası fəaliyyətini dayandırdığından, göstərilən faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından, düzgün olaraq məhkəməyə müraciət edilmiş və ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Azərbaycan Dəmir Yolları Xəstəxanasında bir oğlan uşağı doğması faktı təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-2066/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2066/2025
11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver