Məhkəmə qərarları › İş №e-2(008)-215/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-215/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-215/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “02 may 2016-cı il tarixli Barışıq Sazişinin şərtlərinə riayət etmək vəzifəsi qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə 02 may 2016-cı il tarixli Barışıq Sazişinin şərtlərinə riayət etmək vəzifəsi qoyulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə bacısı X6 vasitəsilə tanıdığı X3 və onun oğlu Cavabdeh yaşadıqları evin həyət sahəsinin 7 sotunu ona 35000$ (otuz beş min dollara) satmışdır. Pulu tam şəkildə onlara ödəmişdir. Satanda söz vermişdirlər ki, yaxın zaman ərzində sənədlər düzəldəcəklər və onun adına 7 sot torpağı keçirəcəklər. Sonra isə həyəti bölüb ortadan hasar tikəcəklər. Lakin onlara torpaq sahəsinin darvazasının açarını belə ona verməmişlər. Onlar insan olaraq Nəcəfov Səfərəli və Kamala inanmış və ümidlə həyat yoldaşı ilə birlikdə Hollandiyaya qayıtmışlar. 2009-cu ilin iyun ayında uşaqların yay tətili vaxtı onlar Bakıya gəldi ki, torpaq sahələrinə yiyələsinlər və bu məqsədlə Səfərəli və Kamaldan həmin torpağa dair iddiaçı adına rəsmiləşdirilmiş sənədləri onlardan təhvil alsınlar. Təəsüf ki, gördüyükləri başqa mənzərə olmuşdur. Kamal üçün nişan mərasimi təşkil olunmuşdur, ona həmin onlara satılası həyətin içində 2 otaqlı yaşayış evi tikmişdirlər, özlərinə Nissan “Sunny” markalı maşın almışdırlar. Onlara aid olan torpaq sahəsini isə zibillik kimi istifadə edirdilər. 2010-cu ildə ölkəyə gələndə həmin sahəyə dair açarları olmadığı üçün girə bilməmişlər. 5 gün ərzində Səfərəli və Kamal iddiaçını aldadıb hər dəfə bir səbəb tapıb görüşə bilmədiklərini bildirdilər. Səfərəlini tapıb ondan izahat istəyəndə isə dedi ki, Kamalın xeyir işi ilə məşğuldur və gələn yay hamısı hazır olacaqdır. 2011-ci ildə gəlib nə sənədlərin nə də hasarın hazır olmadığını görəndə Səfərəli və Kamalın onu aldatdıqlarını başa düşmüşdür və məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə bağlanan barışıq sazişinə əsasən qısa müddət ərzində Səfərəli Nəcəfov torpağın sənədlərini düzəldib onlara təhvil verməli olmuşdur. Əks halda ödədiyikləri 35.000 ABŞ dollarını manatla onlara qaytarmalı idi. Müəyyən olunmuş vaxt ərzində öhdəsinə düşən vəzifəni S.Nəcəfov yerinə yetirə bilmədiyi üçün ödənilən 35.000 ABŞ dollarını qaytarmalı oldu. Çox az məbləğ ödəyirdi (ayda 200 manat). Bu səbəbdən Ədliyyə Nazirliyində məhkəmə qərarının icrasından qərəzli boyun qaçırmaya görə (CM-nin 306.1-ci maddəsi) X3 barəsində cinayət işi başlanmışdır. Sabunçu rayon məhkəməsinin 18 fevral 2016-cı il tarixli hökmü ilə təqsirləndirilən Səfərəli Nəcəfov həmin cinayətin törədilməsində təqsirli bilinərək ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin iş apellyasiya instansiyasında baxılarkən X2 Nəcəfov ona müraciət etmiş və barışıq təklif etmişdir. Danışıqlar nəticəsində 02 may 2016-cı il tarixli X12 Sadıxova və Cavabdeh arasında bağlanmışdır. Həmin Sazişin mətni Cavabdeh tərəfindən əlyazma formasında şəxsən icra edilmiş və imza edilmişdir. Buna orada qeyd edilmiş şahidlər də şahidlik etmişlər. Həmin Sazişin şərtlərinə əsasən Cavabdeh 10.000 manatı birdəfəlik, qalan borcu isə atası Səfərəli Nəcəfovla birlikdə ayda 400 manat ödəməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində Bakı Apellyasiya Məhkəməsinin cinayət işinin baxış iclasında İddiaçı nümayəndəsi qismində o Səfərəli Nəcəfovla barışıq əldə olunduğunu bildirdi və buna əsasən onun həbsdən azad olunmasını xahiş etdi. Məhkəmə məhs buna əsaslanıb onu həbsdən azad etdi, cəzasını isə şərti cəza ilə əvəzləşdirdi. Bir müddət ödənişlər ödənilirdi. Lakin xx.xx.2018-ci ildə Səfərəli Nəcəfov rəhmətə getdiyindən sonra Cavabdeh Barışıq Sazişi əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmağa başladı. Bununla bağlı xüsusi qeyd edir ki, Cavabdeh yuxarıda qeyd edilmiş öhdəliyi öz üzərinə götürməsəydi o onun atasının həbsdən azad olunmasına razı olmayacaqdı və belə olan halda cəzasını real çəkməli olacaqdır. onların barışığa getdiyinə görə məhkəmə bunu nəzərə alıb Səfərəli Nəcəfovu həbsdən azad etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 22 avqust 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 02 may 2016-cı il tarixli Barışıq Sazişinə əsasən ödənilməmiş 15800 ABŞ dolları məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 02 may 2016-cı il tarixli Barışıq sazişi ilə əlaqədar 10831 ABŞ dolları və 53 ABŞ sent ödəniş gününə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq cavabdehdən alınara ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbinin həcminin azaldılmasına dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X8 izahat verərək bildirmişdir ki, cavabdeh iddiaçıya barışığ sazişində nəzərdə tutulan məbləğin xeyli bir hissəsini ödəmişdir, onun təxminən iddiaçıya 10000 ABŞ dolları məbləğində borcu qalmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 04 may 2016-cı il tarixli qərarına əsasən, X3 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli hökmü dəyişdirilmiş, təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycab Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan 02 may 2016-cı il tarixli X10 ilə Cavabdeh arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər etiraf edirlər ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli 2(008)-1248/2012 nömrəli qərardadına əsasən Cavabdeh atası X1 ödəməli olduğu 35000 ABŞ dollarından 9500 manatını yəni 10389 dollarını 2016-cı ilin fevral ayınadək İddiaçı ödəmişdir. Cavabdeh qalıq borcdan 10000 manataı yəni 6634 dolları xx.xx.2016-cı il tarixdə, qalan məbləği yəni 17976 dolları 2016-cı ilin iyun ayından başlayaraq hər ay 400 olmaqla İddiaçı kart hesabına ödəməyə razılaşmışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, Nəcəfov X5 Nəsir Ağa oğluna 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2016-ci il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 10000 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 600 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2017-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2017-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2020-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2017-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2017-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2016-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2017-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2016-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2017-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 600 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2016-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2016-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2016-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 10000 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2018-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2018-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 200 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2018-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 200 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2018-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2018-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 200 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2016-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2016-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 301 manat pul göndərmişdir. (Bakı şəhəri Sabunuçu Rayon İcra Şöbəsinin vasitəsilə) İş materiallarında olan xx.xx.2016-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 201 manat pul göndərmişdir. (Bakı şəhəri Sabunuçu Rayon İcra Şöbəsinin vasitəsilə) İş materiallarında olan xx.xx.2017-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2017-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan 04.012.2018-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2016-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2017-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 400 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2021-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 500 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 500 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2021-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 300 manat pul göndərmişdir. İş materiallarında olan xx.xx.2021-cu il tarixli qəbzdən görünür ki, Nəcəfov X4 Lalə Zahid qızına 500 manat pul göndərmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3107/2023 nömrəli 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə Məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/9603/2024 rəyinin surətindən görünür ki, tərəflər arasında imzalanmış 02 may 2016-cı il tarixli Narışıq sazişində qeyd olunanlara əsasən götürülməklə 17976 (on yeddi min doqquz yüz yetmiş altı) ABŞ dolları olan borcdan və onun vəkili Vəkil1 adına ödənilən ödəniş qəbzləri nəzərə alınmaqla (ödıniş gününə uyğun olaraqMərkəzi Bankın məzənnəsi ilə hesablanmaqla) hazırda ödənilməmiş borcun məbləği 10367,88 ABŞ dolları təşkil edir. Aparılmış tədqiqatın dəyəri 150 manat müəyyən edilmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənmişdir. 130028611 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən əlavə 75 manat dövlət rüsumu ödənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Məhkəmə mülki işi araşdıraraq qeyd edir ki, işin halları ilə açıq aydın təsdiq olunur ki, Cavabdeh atası X1 məhkəmə qərardadı ilə təsdiqini tapmış İddiaçı olan 35.000 ABŞ dolları məbləğində borcunun ödənilməmiş 25.500 ABŞ dolları qalıq hissəsini ödəməyi öz öhdəsinə götürmüş və bununla bağlı tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçının təqdim etdiyi müqavilə mahiyyətcə öhdəliyin keçməsi barədə razılaşmanı ehtiva edir. Bu mənada cavabdeh digər şəxsin (X1) icra sənədinə əsasən iddiaçıya qarşı yaranmış pul öhdəliyini öz üzərinə götürmüş, öhdəliyin verilməsi tərəflər arasında həmin məbləğə müqavilənin imzalanması ilə rəsmiləşdirilmiş, bununla da cavabdeh iddiaçı qarşısında olan əvvəlki borclunu əvəz etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh borclu X1 öhdəliklərini öz üzərinə götürdüyündən, borclu X1 iddiaçıya ödəmədiyi borcun qalıq hissəsinə iddiaçıya ödəməlidir. İddiaçı hazırda məhkəməyə müraciət edərək cavabdehin ona hazırda öhdəliyin ötürülməsi müqaviləsi üzrə 10831.53 ABŞ dolları borcunun qaldığını bildirsədə, cavabdeh tərəf borcun məbləği ilə razılıaşmayaraq cavabdehin iddiaçıya təxminən 10.000 ABŞ dolları məbləğində borcu qaldığını bildirmişdir. Belə olan halda məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və cavabdehin öhdəliyin ötürülməsi müqaviləsi üzrə iddiaçıya 10367.88 ABŞ dolları məbləğində borcunun olduğu müəyyən edildiyindən iddia tələbi qismən ekspertizanın rəyinə münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni zamanda hazırki işdə eksperizanın rəyinin alınması ilə ödənilməli olan 150 manat eksperiza xərci tərəflərə bərabər qaydada aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10367.88 (on min üç yüz altmış yeddi ABŞ dolları, səksən səkkiz sent) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 143 (bir yüz qırx üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində olan ekspertiza xərcinin 75 (yetmiş beş) manat olan hissəsi Cavabdeh, digər 75 (yetmiş beş) manat olan hissəsi isə iddiaçı Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar