Məhkəmə qərarları › İş №e-2(008)-219/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-219/2024

29.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-219/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və X4 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 və X22 olmaqla, "mirasın qəbul edilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş müddətin uzadılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilərək, həmin hissəyə mülkiyyət hüquqlarının tanınması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 39 saylı Dövlət Notariat Kontoruna, Cavabdeh2 və X4 qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilərək, həmin hissəyə mülkiyyət hüquqlarının tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ildə vəfat etmiş qardaşı X5 miras qalmış Bakı şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi (torpaq sahəsi ümumi birgə) Cavabdeh3, digər hissəsi isə (torpaq sahəsi ümumi birgə və fərdi ev) Cavabdeh2 bərabər pay hüququ əsasında miras almasına dair Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən verilmiş "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 və Cavabdeh2 adına Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi (torpaq sahəsi ümumi birgə) X6, digər hissəsi isə (torpaq sahəsi ümumi birgə və fərdi ev) Cavabdeh2 bərabər pay hüququ əsasında mülkiyyət hüququ olmasını təsdiq edən çıxarışın ləğv edilməsi, 2019-cu ildə vəfat etmiş X5 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı payının müəyyən edilməsi və həmin paylar üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü ildə məhkməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum qardaşı X5 miras qalmış əmlakdan mirasın qəbul edilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbini üzrlü sayılaraq müddətin uzadılması, mərhum qardaşı X5 miras qalmış Bakı şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi (torpaq sahəsi ümumi birgə) Cavabdeh3, digər hissəsi isə (torpaq sahəsi ümumi birgə və fərdi ev) Cavabdeh2 bərabər pay hüququ əsasında miras almasına dair Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 və Cavabdeh2 adına Bakı şəhəri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsi (torpaq sahəsi ümumi birgə) Cavabdeh3, digər hissəsi isə (torpaq sahəsi ümumi birgə və fərdi ev) Cavabdeh2 bərabər pay hüququ əsasında mülkiyyət hüququ olmasını təsdiq edən çıxarışın ləğv edilməsi, mərhum qardaşı X5 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı payının müəyyən edilməsi və həmin paylar üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbinə yazılı etiraz təqdim etmiş, etirazında göstərir ki, iddiaçı AR MM-nin 1243.2-ci maddəsinin tələblərinə əməl edilməsi ilə bağlı hər hansı bir sübüt təqdim etməmişdir, miras qoyanın ölümü barədə məlumatlı olmasına baxmayaraq 4 ilə yaxın vaxt keçdikdən sonra mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmişdir. Mirasın qəbulu edilməsi üçün notariat ofisinə getməkdən imtina etmişdir. Həmçinin iddiaçı tələbində Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Cavid küçəsi ünvanında yerləşən 2B nömrəli fərdi yaşayış evi və torpaq sahəsinin 1/3 hissəsinə payının müəyyən edilməsini tələb etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mərhum X11 Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Cavid küçəsi ünvanında yerləşən 2B nömrəli fərdi yaşayış evi və torpaq sahəsinin 4/5 hissəsinə mülkiyyət hüququ olmuşdur. Həmin qətnaməyə əsasən qeyd edilən daşınmaz əmlakın qalan 1/5 hissəsi bacısı X2 mülkiyyətindədir. Buna görə də iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Cavid küçəsi ünvanında yerləşən 2B nömrəli fərdi yaşayış evi və torpaq sahəsinin tamamına deyil həmin daşınmaz əmlakın yalnız mərhum X14 məxsus olan 4/5 hissəsinə münasibətdə payının müəyyən edilməsini tələb edə bilər. Bundan başqa Cavabdeh2 qeyd etmişdir ki, onların başqa bacıları da var idi. Hazırda o, ölsə də onun sağ olan uşaqları var və onlar analarına düşən miras payı almaq hüququna malikdirlər. İddiaçı isə onunla bağlı məhkəməyə məlumat verməmişdir. Həmin uşaqlar da maraqlarına toxunulan şəxs kimi məhkəmə prossesində cəlb edilməlidirlər. Qeyd olunanlara əsasən, iddianın əssasız və qeyri-qanuni olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki mülki iş üzrə iddia tələbinin "mirasın qəbul edilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş müddətin uzadılması"na dair hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, dəfələrlə şəhadətnamənin əldə edilməsi üçün müraciət etsələr də, onlara sənədlər təqdim edilməmişdir. Cavabdehlər hakim Tahirə Əsədovanın sədrliyi ilə iclasda iddianı etiraf etmişlər, lakin iş baxılmamış saxlanmışdır. Cavabdehlərə müraciət olunsa da, notariusa gəlmədilər. 3-cü şəxslər notarial qaydada miras paydan imtina etdiklərini bildiriblər. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, əvvəl razı olsa da, sonradan ünvanına nalayiq sözlər edildiyindən notariusa getməmişdir. Qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Bakı şəhərı̇ 39 saylı Dövlət Notarı̇ at Kontoruna, Cavabdeh3, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X18 və X19 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 305241 nömrəli "Nikah haqqında şəhadətnamə"dən görünür ki, X1 X50 ilə xx.xx.1991-ci ildə nikah bağlamışlar, X12 Paşayeva soyadı verilmişdir. - İ-ИЕ seriyalı 316398 nömrəli "Doğum haqqında şəhadətnamə"nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1957-ci ildə Bakı şəhərinin Lenin rayonunda anadan olmuş X9 atası X16, anası X3r. - АЗ seriyalı 405583 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.1963-cü ildə Bakı şəhərinin Lenin rayonunda anadan olmuş X7 atası X16, anası X3r. - İ-ИЕ seriyalı 796229 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.1959-cu ildə Bakı şəhərinin Lenin rayonunda anadan olmuş Cavabdeh2 atası X16, anası X3r. - AZ-T seriyalı 115395 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, xx.xx.1957-ci ildə Bakı şəhərinin Lenin rayonunda anadan olmuş Cavabdeh3 atası X16, anası X3r. - 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 052417 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X20 xx.xx.2019-cu ildə odlu ürəyin aterosklerotik xəstəliyi səbəbindən vəfat etmişdir. - Azərbaycan Respublikası Əmlka Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 5 (yeni qaydalarla AZ1104, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X14 xüsusi mülkiyyət, torpaq sahəsi isə X14 və Cavabdeh3 ümumi birgə mülkiyyət əsasında məxsusdur. - Cavabdeh2 tərəfindən xx.xx.2020-ci ildə notariat ofisinə yazılmış "Mirasın qəbuluna dair ərizə"dən görünür ki, Cavabdeh2 ünvan 5 ünvanında yaşamış və xx.xx.2019-cu ildə vəfat etmiş X5 qalmış miras əmlakı qəbul edir. - Cavabdeh3 tərəfindən xx.xx.2020-ci ildə notariat ofisinə yazılmış "Mirasın qəbuluna dair ərizə"dən görünür ki, Cavabdeh3 ünvan 5 ünvanında yaşamış və xx.xx.2019-cu ildə vəfat etmiş X5 qalmış miras əmlakı qəbul edir. - xx.xx.2020-cu il tarixdə verilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"yə əsasən, Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X23 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2019-cu ildə ölmüş X11 vərəsələri ünvan 6 ünvanında yaşayan bacısı Cavabdeh3 və Bakı şəhəri, Zabrat qəsəbəsi, Tramvay küçəsi ünvanında yaşayan bacısı Cavabdeh2 hər biri miras əmlakdan bərabər şəkildə pay almalıdırlar. - Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci ildə verilmiş arayışdan görünür ki, X11 ailə vəziyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məluçmatları xx.xx.2019-cu ilədək "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziytəti aktları üzrə yoxlama aparılmış və X11 nikahı haqqında qeyd aşkar edilməmişdir. - Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2020-ci ildə bağlanmış "Miras paya sərəncam verilməsinə dair Müqavilə"dən görünür ki, Cavabdeh3 Bakı şəhəri 39 saylı Notariat ofisində xx.xx.2020-ci ildə 2V-36 reyestr nömrəsi ilə qeyd edilmiş "qanur üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında ünvan 5 (yeni qaydalarla AZ1104, ünvan 4 ünvanında yerləşən mərhuma məxsus tam fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinin mülkiyyətində olan 0,0766 ha torpaq sahəsindən ümumi birgə mülkiyyət üzrə mərhuma məxsus mülkiyyətçilik payından mənə düşən vərəsəlik payını bacısı Cavabdeh2 bağışlamışdır. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-1613/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 39 saylı Notariat Ofisinə, Cavabdeh2 və X4 qarşı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilərək, həmin hissəyə mülkiyyət hüquqlarının tanınması" tələbinə dair mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi əsasında baxılmamış saxlanılmışdır. - X18 tərəfindən xx.xx.2024-cü ildə notariat ofisinə yazılmış ərizədən görünür ki, X5 miras qalmış nədə ifadə edilməsindən və harada olmasından aılı olmayaraq bütün əmlaklardan ona çatası vərəsəlik payı qəbul etməmiş, pay istəmir və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Vərəsəlik payı ilə bağlı gələcəkdə heç bir iddiası olmayacaq. Mirasın istənilən şəxsin adına keçirilməsinə etiraz etmir. - X22 tərəfindən xx.xx.2024-cü ildə notariat ofisinə yazılmış ərizədən görünür ki, X5 miras qalmış nədə ifadə edilməsindən və harada olmasından aılı olmayaraq bütün əmlaklardan ona çatası vərəsəlik payı qəbul etməmiş, pay istəmir və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyil. Vərəsəlik payı ilə bağlı gələcəkdə heç bir iddiası olmayacaq. Mirasın istənilən şəxsin adına keçirilməsinə etiraz etmir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X20 2019-cu ildə vəfat etdikdən sonra ondan miras qalan Zabrat qəsəbəsində yerləşən və ona məxsus olan əmlak onun yalnız iki bacısı arasında bölünmüşdür. Çünki, miras əmlakın alınması üçün yalnız bacıları Solmaz və Gülçövrə müraciət etmişlər. B.Rəsulovun birinci növbə vərəsələri yoxdur. İkinci növbədə olan vərəsələrindən isə Solmaz, Gülçövrə və Xədicədən başqa Səyyarə adlı bacıları da olmuşdur ki, o, miras açılarkən artıq sağ deyildi. Həmin bacının övladları isə məhkəmə iclasında notarial qaydada təsdiq olunmuş ərizələr təqdim edərək mübahisə obyekti olan mirasdan imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın; Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər; Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin Qanunun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2023-cü il tarixli Qərarında izah etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Həmin Qərarda göstərilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarı). Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, notariat orqanı vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi istiqamətində kifayət qədər tədbir görməmiş, onların vərəsəliyə çağırılmalarını təmin etməmiş, miras qalmış əmlaklara (fərdi yaşayış evi və torpaq sahəsi) dair tam hissədə vərəsə kimi Cavabdeh2 və X8 tanımaqla iddiaçının vərəsəlik hüquqlarını pozmuş, miras əmlakdan ona düşən payı saxlamadan, tam vərəsə kimi bütün əmlak payını cavabdehlərə verməklə miras əmlakdan bərabər pay almaqdan iddiaçını məhrum etmişdir. Baxmayaraq ki, İddiaçı onun payına düşən miras əmlakdan imtina etməmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 39 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 və Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalı, mərhum X5 miras qalmış, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə X13 məxsus payın 1/3 hissəsinə İddiaçı miras payı tanınmalıdır. Belə ki, mərhumun birinci növbədə vərəsələri yoxdur, ikinci növbədə isə sağ olan 3 vərəsəsi var və onlardan biri də iddiaçıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 854663385 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci ildə 100 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən həmin məbləğ cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci ildə verilmiş, reyestrdə 2V-36 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci ildə verilmiş, reyestrdə 2V- 36 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən Cavabdeh3 və Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Hüseyn Cavid küçəsi küçəsi, ev 2B (yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə X13 məxsus payın 1/3 hissəsinə dair İddiaçı miras payı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar