Məhkəmə qərarları › İş №e-2(008)-2252/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2252/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2252/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 998,5 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçıMMC-yə 1048,50 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2020-ci il tarixindən hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixə İddiaçı MMC-yə yekun olaraq 998,50 manat borcu qalır. Cavabdeh hazırkı vaxtadək həmin borcdan heç bir ödəniş etməmişdir. Qeyd olunan müqavilənin 3.2-ci bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə, İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. İddiaç tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvana borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul edərək, tələbdə göstərilən məbləğdə borcunun olduğunu etiraf etmiş və iddianın təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, “X4” MMC-nin adı İddiaçı MMC-yə dəyişdirilmişdir. - xx.xx.2020-ci il tarixli “X4” MMC və Cavabdeh arasında bağlanılmış borcun etirafı və ödəniş qaydası haqqında müqaviləsinə əsasən, sonuncu, “Oba-Nardaran” mağazasında administrator vəzifəsində çalışdığı zaman invertarizasiya nəticəsində 1048,5 manat məbləğində zərər vurduğunu etiraf etmiş və xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 104,85 manat olmaqla 10 ay ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı MMC xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 998,5 manat məbləğində borcu vardır. - xx.xx.2022-ci il tarixli pretenziyadan aydın olur ki, vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC-nin “Oba-Nardaran” mağazasında administrator vəzifəsində çalışmış və işlədiyi dövrün invertarizasiyası nəticəsində onun tərəfindən 1048,5 manat məbləğində çatışmazlıq müəyyən edilmiş, cavabdeh isə bunu qəbul edərək xx.xx.2020-ci il tarixdə iddiaçı ilə borcun etirafı barədə müqavilə bağlamışdır. Həmçinin cavabdeh məhkəmə iclasında verdiyi izahatında da iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəməyə bu barədə ərizə təqdim edərək iddianın təmin olunmasına etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə, Cavabdeh iddiaçıya vurduğu ziyana görə hazırda 998,5 manat məbləğində borcunun olduğuna dair etirafını, habelə prosessual qənaət prinsipini rəhbər tutaraq, iddia tələbi üzrə əlavə araşdırma aparmağa zərurət görmür və tədqiq edilmiş sübutları kifayətedici hesab edib belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddiası təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması ilə əlaqədar 30 manat pul ödənilmişdir. İddia tələbi tam təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 998,5 (doqquz yüz doxsan səkkiz manat, əlli qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar