Məhkəmə qərarları › İş №e-2(008)-2270/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2270/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2270/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6950 manat məbləğində əsas borcun və ödənilmiş 89,50 manat dövlət rüsumunun, cəmi 7039,50 manat əvəzinin alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında onun övladı X1 2021/2022-ci tədris ilində MTK-da təhsil alması üçün xx.xx.2021-ci il tarixində ümumtəhsil xidmətlərinin göstərilməsi barədə 17521 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli 17521 nömrəli ümumtəhsil xidmətlərinin göstərilməsi barədə müqaviləyə əsasən MTK təhsil alan şagirdə, yəni Cavabdeh oğlu M.Cavabdeh təhsil prosesini yüksək səviyyədə təşkil etməklə müqavilədə sadalanan müvafiq təhsil pilləsi və təlim modeli üzrə keyfiyyətli təhsil verməyi, onu gigiyenik tələblərə uyğun qida ilə təmin etməyi, məktəbdə təşkil olunmuş müxtəlif idman növü və müəyyən maraq dairəsi üzrə klub və dərnəklərdə onun öz seçimi ilə məşğul olmasına şərait yaratmağı və məktəbdə olduğu müddətdə onun təhlükəsizliyini təmin etməyi, Cavabdeh isə göstərilən xidmətlərə görə təhsil haqqını müqavilədə göstərilən qaydada və vaxtında ödəməyi, həmçinin müqavilədə göstərilən digər vəzifələrini yerinə yetirməyi öhdəsinə götürdü. Müqavilənin 2.2 bəndinə əsasən təhsil haqqının məbləği və ödəniş qaydası müqavilənin ayrılmaz hissəsi olan əlavə 1-də əks olunur. Əlavə 1-ə əsasən Cavabdeh təhsil aldığı rus bölməsində təhsil haqqının məbləği 11500 manat məbləğində müəyyən edilmişdir. Belə ki, 4550 manat məbləğində müqavilə üzrə təhsil haqqı borcunun bir hissəsi ödənilmişdir. Lakin yerdə qalan 6950 manat məbləğində təhsil haqqı borcu ödənilməmişdir. Belə ki, müqavilə üzrə yekun təhsil haqqı borcu 6950 manat təşkil etmişdir. Cavabdeh isə bu şərti pozaraq qeyd olunan yekun təhsil haqqı borcunu ödəməmişdir, lakin onun övladı müqavilədə qeyd olunan təhsil xidmətlərindən istifadə etmişdir. 30 iyun 2022-ci il tarixində müqavilənin müddəti bitmişdir və yeni 2022/2023-cü tədris ilində M.Cavabdeh MTK-da təhsilini davam etdirməmişdir. Təhsil xidmətlərinin tam olaraq sonadək göstərilməsinə və artıq müqavilənin müddəti bitməsinə baxmayaraq ödəniş valideyn tərəfindən yenə də aparılmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia əriəzinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi barədə müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin 1-ci bəndinə əsasən ”məktəb” 2021-2022-ci tədris ili üçün “şagirdə” sadalanan təhsil pilləsi və təlim modeli üzrə təhsil almasını təmin etməyi və bununla bağlı müqavilədə göstərilən bütün vəzifələri yerinə yetirməyi, ”Valideyn” isə “məktəbin” təqdim etdiyi təhsilin ödənişini vaxtında ödəməyi və müqavilədə göstərilən digər vəzifələrini yerinə yetirməyi öhdəsinə götürür. "xxxx" Maliyyə şöbəsi təhsil haqqı ödənişlərinə dair verilmiş arayışdan görünür ki, Cavabdeh 2021/2022 tədris ilinə uyğun olaraq, 11500 manat ümumi təhsil haqqı məbləğindən 4550 manat ödəniş etmiş, 6950 manat isə borcu qalmışdır. -xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC 6950 manat borcun xx.xx.2022-ci il tarixədək ödəməsi üçün cavabdehə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arsında bağlanmış müqaviləyə əsasən cavabdehin övladı "xxxx" MMC-də təhsil almış və ödənişli təhsilə görə cavabdeh ödəniş etməyi öhdəsinə götürüb. Məhkəmə hesab edir ki, tərəflər arasında ödənişli təhsil xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan tədris prosesinin təşkili üçün normal şəraitin təmin edilməsini tələb etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında təhsil haqqını iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçının tədris proqramına dair hüququndan istifadə etmiş, təhsil haqqını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 6950 manat məbləğində pul tutularaq idiaçıya ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 89,50 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin mənasına görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6950 (altı min doqquz yüz əlli) manat məbləğində təhsil haqqı, 89 (səksən doqquz) manat, 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7039 (yeddi min otuz doqquz) manat, 50 (əlli) qəpik pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar