Məhkəmə qərarları › İş №e-2(008)-2277/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2277/2025

16.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2277/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı X10 və Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsindən və yaşayış evlərindən çıxarılma, həmin yaşayış evlərinə köçürülmə, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı X10 və Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsindən və yaşayış evlərindən çıxarılma, həmin yaşayış evlərinə köçürülmə, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin - Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanda yerləşən 200 (iki yüz) kv.m torpaq sahəsindən və həmin torpaq sahəsində olan fərdi yaşayış evlərindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evlərinin ona təhvil verilməsi; onun Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanda yerləşən 200 (iki yüz) kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində olan fərdi yaşayış evlərinə köçürülməsi; maddi ziyana görə 8400 (səkkiz min dörd yüz) manat, hüquqi yardımla əlaqədar ödədiyi 320 (üç yüz iyirmi) manat və 110 (yüz on) manat dövlət rüsumunun, cəmi 8830 (səkkiz min səkkiz yüz otuz) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabunçu Bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evi tikintisi üçün Sabunçu qəsəbəsi Anaşkin küçəsində 200 (iki yüz) kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə xüsusi mülkiyyətinə ayrılmasını xahiş etmişdir. Sabunçu Bələdiyyəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 21 sentyabr 2005-ci il tarixli 1/757 saylı məktubunu, “Torpaq islahatı haqqında” AR Qanununu və Bələdiyyələrin idarə edilməsi haqqında 19 avqust 2005-ci il tarixli 08 saylı iclasını nəzərə alaraq ona fərdi yaşayış evi tikintisi üçün Sabunçu qəsəbəsi Anaşkin (indiki Əliyar Əliyev) küçəsində 200 (iki yüz) kv.m torpaq sahəsini alqı-satqı yolu ilə satmışdır. Torpaq sahəsini aldıqdan sonra təxminən kirayə vermək üçün 2008-ci ildə orada ayrı-ayrı olan 2 ədəd birmərtəbəli fərdi yaşayış evləri inşa etdirmişdir. Həmin evləri 2008-ci ilin avqust ayından kirayəyə vermiş və kirayəşinlərə nəzarət etməyi qonşuluqda yaşayan X6 xahiş etmişdir. 2017-ci ilin fevral ayınadək kirayəşinlərdən kirayə pullarını da qonşuluqda yaşayan Bəhram alırdı və ona verirdi. Kirayə pulları ilk illər hər ev üçün hər aya görə 150 manatdan, sonralar isə hər evə görə 250 manat təşkil edirdi. 2017-ci ilin fevral ayında Rusiya Federasiyasının Moskva şəhərindən Bakı şəhərinə qayıtmışdır. Yaşayış evlərinə baş çəkdikdə məlum olmuşdur ki, orada yaşayan kirayəşinlər evlərini bərbad vəziyyətə salmışlar, kommunal xidmətlərə görə ödənişləri etmirlər. Ona görə də kirayəşinləri həmin evlərindən çıxarmışdır. Bir müddət sonra evləri təmir edib, yenidən kirayə vermək fikri var idi. Qısa müddətə şəxsi işləri ilə əlaqədar olaraq Moskva şəhərinə getmişdir, lakin müxtəlif səbəblərdən bir neçə il geri qayıda bilməmişdir. Bir müddət sonra qayıtmış və yenə də şəxsi işlərinə, habelə xəstəliyi ilə əlaqədar məsələlərə başı qarışdığından dərhal həmin evlərlə maraqlana bilməmişdir. 2023-cü ilin payız aylarında həmin evlərini təmir etdirmək və yenidən kirayəyə vermək qərarına gəlmişdir. Evlərin hər birini hər aya görə 300 manata, cəmi 600 manata kirayəyə vermək istəyirdi. Lakin həmin vaxtlar oraya gələndə məlum olmuşdur ki, torpaq sahəsini və həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evlərimi hazırda cavabdeh olan şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 zəbt etmişlər. Bununla bağlı cavabdehlərdən həmin fərdi yaşayış evilərini tərk etmələrini tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Hətta polisə etdiyi şikayətlərinin də heç bir müsbət nəticəsi olmamış və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdehlərin hamısı həmin ünvanda olan fərdi yaşayış evlərində faktiki olaraq yaşasalar da, bəziləri - Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 qeydiyyatsız yaşayırlar, bəziləri - Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 isə həmin ünvana qeydiyyata düşmüşlər. Dəfələrlə cavabdehlərdən tələb etmişdir ki, könüllü olaraq torpaq sahəsini və yaşayış evlərini boşaldıb getsinlər. Lakin cavabdehlər torpaq sahəsindən və evlərindən könüllü olaraq çıxmaq istəmirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində artıq uzun müddətdir ki, mülkiyyətçi kimi hüquqları kobud şəkildə pozulur, ona maddi və mənəvi ziyan dəyir. Fərdi yaşayış evi tikmək üçün aldığı torpaq sahəsinə və inşa etdirdiyi evlərə daxil ola bilmir. Bundan başqa, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddı ziyan dəymişdir. Belə ki, 2023-cü ilin noyabr ayından 2025-ci ilin yanvar ayınadək olan 14 ay müddətində, hər ay 600 (300+300) manat olmaqla, cəmi 8400 (səkkiz min dörd yüz) manat maddi ziyan dəymişdir. Ona görə məcbur olub hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 tərəfindən Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət, mənzil və mənzil toxunulmazlığı hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, İlham adlı şəxsdən 75000 manata yaşadığı evi hazır vəziyyətdə aprel-may aylarında 2019-cu ildə almış və ora köçmüşdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi, Cavabdeh1 izahatındakı xüsusatları təsdiq edərək bildirmişdir ki, təqdim olunan video görüntülərdən göründüyü kimi Nanuli və ailə üzvlərinin yaşadığı evin yerləşdiyi ərazidə ev olmamış, qonşuları olan hissədə isə 2 otaqlı balaca ev olmuşdur. İddiaçının hər hansı hüquq müəyyənedici sənədi və ümumiyyətlə evi olmamışdır. Odur ki, iddiaçının subyektiv hüququ olmadığı üçün onlara aid hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, evi etibarnamə ilə 73000 manata İlham adlı şəxsdən onun atası və babası Voroşil alıb, 2018-ci ildə həmin ev alınıb, o, həmin vaxt tələbə idi. Babası xəstələndikdən sonra evi öz adlarına keçirə bilmədilər. Nəzrin bacısıdır. 2018-ci ildən nənəsi Pakilət, bacısı Nəzrin və o, orada yaşayırlar. Etibarnamə ilə bütün hüquqlar ötürülmüşdür. İddiaçının torpaq sahəsində yerləşən evi İlham söküb. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etmədi, Cavabdeh3 izahatındakı xüsusatları təsdiq edərək bildirmişdir ki, yaşadıqları evi İlham adlı şəxs onun yoldaşı Voroşilə satıb, o iddiaçını tanımır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında bildirdi ki, o torpaq sahəsini İsmayıldan almışdır. Nanuli, Tofiq və məhkəmə iclas zalında olan yaşlı şəxsləri tanıyır, azyaşlı şəxsləri isə tanımır. Elxanla aralarında heç bir alqı-satqı olmayıb, onu məhkəmə iclas zalında görmüşdür. Həmin 2 sotluq bələdiyyə sənədini etibarnamə ilə İsmayıl 2014 və ya 2016-cı ildə ona vermişdir. İsmayılın da etibarnaməsi var idi, torpağı həmin etibarnamə əsasında ona satmışdır. O, makler deyil. Aldığı evin sənədi yox idi, elə həmin bəədiyyə sənədi idi. O, evi alanda yerdən 2 otaq balaca daxma var idi. Aşağıda bir nəfər də kirayə qalırdı, qaynaqçı idi. Sadəcə olaraq bir ev idi, başqa ev olmayıb. Əvvəldən hər şey onların adında olub, qaz, işıq sayğaclarını onlar qoymuşlar. Orada su xəttini də özü çəkmişdir. Ünvanın necə olduğunu bilmir. Ora köçəndə Elxanı orada görməmişdir. Torpağı alan zaman gedib sənədlərini almamasının səbəbi məsuliyyətsizlik olub. O, evi mərhum Voroşilə satanda da demişdir ki, bacarırsa evi gedib sənədləşdirsin. Bir həyətdə 5 sot torpaq idi, eyni həyətdə bacanağı Orxan üçün də ev tikmişlər. Etibarnamə hazırda onda deyil. O, evi tikəndən sonra adında olan etibarnaməni Tofiqin atasına - Voroşilə vermişdir. Nanuli xanım üçün veriləndə bacanağının adından o iştirak etmiş, qaz, suyu onun adına keçirmişlər, sonra da həmin ünvana qeydiyyata alınıb. Qalan qeydiyyat və s. məsələlər barəsində məlumat bilmir. Yəni o, bir həyətdə iki ev tikmiş, ayrı-ayrı hasara almış, ayrı ünvanlar verilmişdir. Torpağı Voroşilgilə neçəyə satdığını dəqiq bilmir, 7 il keçib, təxminən 73.000 manata satmış, Nanuligilə də 75.000 manata satmışdır. Bələdiyyə qərarında torpaq İddiaçı adında idi. İsmayıldan alanda artıq Elxanın kim olduğu barədə ondan soruşmamışdır, etibarnaməsi var idi. Ona verilən etibarnamə 100 illik idi, bir neçə ili getmişdi. Əkbərov Rauldan 53.000 manat verib almışdır, övladları üçün almışdır, o məsələlər başqa vaxt baxılıb həll edilib, torpaq alanda Elxanla telefon danışığı olmuşdu, Elxanla tanışlıqları olmayıb. Etibarnamə ilə ona bütün səlahiyyətlər verilmişdir. Məhkəmə iclasında şahid X16 ifadəsində bildirmişdir ki, Elxanla 70 ildir ki, kirvədirlər. Elxanın evi onun ixtiyarında olub, kiryayə qalanlar gətirirdi, pulları yığırdı, Elxan bəy gələndə ona verirdi. Sonra Elxan bəy Moskvaya getdi. Elxanın ərazisində Elxan olmayanda yaxın illərdə bir neçə ev tikilib. O, Elxanın bundan məlumatlı olduğunu bildiyi üçün ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, Elxan onun dayısıdır. Cavabdehləri tanımır. Torpaq sahəsinin alınma vaxtını dəqiq bilmir. Amma orada qaz və su xəttində problem olanda özü ora gedib baxırdı, çünki dayısı Moskva şəhərində yaşayırdı. Evdə iki ailə qalırdı, Bəstəkar adında oğlan qalırdı. Sonra işləri ilə bağlı ora gedibgəlməmişdir, sonradan bu barədə məlumatı yoxdur. Ancaq eşitmişdir ki, torpaq sahəsində ev tikilib satılıb. Orada ev tikilməsindən məlumatı olmamış, ona görə dayısına məlumat verməmişdir. Elşən adlı adamı tanımır, etibarnamədən məlumatı yoxdur, dayısı ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, məhkəmə iclas zalında əyləşən şəxsləri tanımır, görməmişdir. Təkcə Elxanı tanıyır, onunla həmkəndlidirlər. Qərbi Azərbaycanlıdırlar, oradan tanış olmuşlar. O, əvvəlcə Elxanın torpağı, evi olması barədə bilmirdi. Sonradan onunla rastlaşanda Elxan ona bu barədə demişdir. Orada 2-3 ev var idi, o, 2006-cı ildən 2015 və ya 2016-cı ilədək kirayə pullarını alırdı. Elxan bəyin oğlu Elmar vardı, aldığı kirayə pulları hazır olanda deyirdi ki, ona gəlib götürsün. Amma Elmar özü tək gedəndə onu aldadırdılar, kirayə pullarını vermirdilər. Bu işdə onun heç bir xeyiri yox idi. Beləcə 7-8 il davam etdi. Sonra Elxan dedi ki, Çingiz adlı adam gəlib evlərdə iş görəcək. Sonradan isə nə baş verdiyini bilmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli evlərin alqı-satqısı müqaviləsindən görünür ki, X3 qəsəbəsi Ə.Əliyev küçəsində yerləşən mənzili xx.xx.2019-cu il tarixdə 75.000 manata Cavabdeh1 satmağı öhdəsinə götürmüş, sonuncu 5000 manat beh verməyi öhdəsinə götürmüşdür. Müqavilədəki əlyazmadan görünür ki, “xx.xx.2019-cu ildı mən X10 özümə məxsus Sabunçu rayonu Ə.Əliyev küçəsində yerləşən, öz vəsaitim hesabına tikdiyim 2 sot yarım torpaqda 4 otaqlı evimi şahidlərin iştirakı ilə 75.000 manata satdım, 5000 manat beh almışam xx.xx.2019-cu il tarixdə, bugün isə evin tam pulunu sayıb yoxlayıb aldım, evi təhvil verdim, heç bir etirazım yoxdur. Evi satdı X10, şahidlər Əsgərov Xəqani Ə., Nəzərov Şövqi A. Evi aldı pulu sayıb verdi Cavabdeh1 S. xx.xx.2019-cu ildə. - xx.xx.2018-ci il tarixli əlyazmadan görünür ki, “Mən, Səbrəliyev İlham A. O. Sabunçu qəsəbəsi Əliyar Əliyev (köhnə Anaşkin) küçəsində mənə məxsus 2 sot torpaq və üzərində tikilmiş 4 otaqlı evi X5 73.000 yetmiş üç min manata satdım, pulumu tam aldım, evi təhvil verdim, gələcəkdə heç bir etirazım ola bilməz. Evi təhvil aldım, heç bir narazılığım yoxdur, heç bir iddiam ola bilməz”. - AR-İ 504016 nömrəli xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 175 saylı sərəncama əsasən onun adına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpağı və tikilini sənədləşdirirək özəlləşdirməyi, RİH-də, Bələdiyyədə, DT və XK-də lazım olan sənədləri təhvil verməyi, almağı, imza etməyi, DƏDRXİ-dən Forma 1, kadastr planı və çıxarış almağı, notariat kontorunda təmsil etməyi, sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X11 etibar etmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. - AR-İ 716110 nömrəli xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 175 saylı sərəncama əsasən onun adına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpağı və tikilini sənədləşdirirək özəlləşdirməyi, RİH-də, Bələdiyyədə, DT və XK-də lazım olan sənədləri təhvil verməyi, almağı, imza etməyi, DƏDRXİ-dən Forma 1, kadastr planı və çıxarış almağı, notariat kontorunda təmsil etməyi, sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X5 etibar etmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. İddiaçı adından etibarnaməni X10 imzalamışdır. - Sabunçu Bələdiyyəsinin 38 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə birlikdə Anaşkin küçəsində yerləşən 200 kv.m torpaq sahəsinə yerli baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, məktubda göstərilən 200 kv.m torpaq sahəsi Sabunçu Bələdiyyəsi tərəfindən 16 noyabr 2005-ci ildə qeydiyyat nömrəsi 175 saylı sərəncamla İddiaçı torpaq sahəsi ayrılmışdır. Araşdırma zamanı təqdim etdikləri sənədlərdə etibarnamə və sərəncamda bəlli oldu ki, həmin yeri X12 xx.xx.2018-ci il tarixdə baş etibarnamə ilə həmin torpaq sahəsini X2. İlham isə həmin torpaq sahəsində ev inşa edərək sonradan həmin evi X1. Bələdiyyədə əmlak və torpaq vergisi X4 adına qeydiyyata alınmışdır. Sorğuda göstərilən torpaq sahəsi Cavabdeh1 istifadəsində olan torpaq sahəsi deyildir. - iddia ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin 175 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sabunçu qəsəbəsi Anaşkin küçəsində 200 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmışdır. İddia tələbindən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin 175 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamına əsaslanaraq, istifadəsinə verilmiş Sabunçu qəsəbəsi Anaşkin küçəsində yerləşən 200 kv.m torpaq sahəsinin və orada inşa edilmiş fərdi yaşayış evlərinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunmasını, bununla da onun mülkiyyət hüquqlarının pozulduğunu iddia etmiş, cavabdehlərin torpaq sahəsindən və həmin torpaq sahəsində olan fərdi yaşayış evlərindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evlərinin ona təhvil verilməsi, onun Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanda yerləşən 200 (iki yüz) kv.m torpaq sahəsinə və həmin torpaq sahəsində olan fərdi yaşayış evlərinə köçürülməsini, maddi ziyana görə 8400 (səkkiz min dörd yüz) manat, hüquqi yardımla əlaqədar ödədiyi 320 (üç yüz iyirmi) manat və 110 (yüz on) manat dövlət rüsumunun, cəmi 8830 (səkkiz min səkkiz yüz otuz) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 175 saylı sərəncamına əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin sağ aşağı tərəfində tikili olmuş, sonradan həmin tikili sökülmüş və torpaq sahəsində X10 tərəfindən iki fərdi yaşayış evi inşa edilərək, biri X5, digəri isə Cavabdeh1 satılmışdır. X9 vəfat etmiş və hazırda sonuncuya satılmış evdə onun ailə üzvləri, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7 yaşayır. Belə ki, iddiaçı xx.xx.2016-cı il tarixli etibarnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 175 saylı sərəncama əsasən onun adına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpağı və tikilini sənədləşdirirək özəlləşdirməyi, RİH-də, Bələdiyyədə, DT və XK-də lazım olan sənədləri təhvil verməyi, almağı, imza etməyi, DƏDRXİ-dən Forma 1, kadastr planı və çıxarış almağı, notariat kontorunda təmsil etməyi, sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X11 etibar etmişdir. Həmçinin, bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Bundan başqa, iddiaçı, xx.xx.2018-ci il tarixli etibarnamə ilə Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 175 saylı sərəncama əsasən onun adına olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, həmin torpağı və tikilini sənədləşdirirək özəlləşdirməyi, RİH-də, Bələdiyyədə, DT və XK-də lazım olan sənədləri təhvil verməyi, almağı, imza etməyi, DƏDRXİ-dən Forma 1, kadastr planı və çıxarış almağı, notariat kontorunda təmsil etməyi, sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi X5 etibar etmişdir. Həmçinin, həmin etibarnamə üzrə səlahiyyətlə başqa şəxslərə verilə bilər. İddiaçının adından etibarnaməni X10 imzalamışdır. Göründüyü kimi iddiaçı, Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 175 saylı sərəncamı əsasında ona ayrılmış torpaq sahəsi üzərində sərəncam verməyi, orada tikinti işləri aparmağı və sair hüquqları həmin hüquqların başqa şəxslərə verilməsi hüququ ilə əvvəlcə X11, daha sonra X5 etibar etmiş, sonuncuya verilmiş etibarnaməni iddiaçının adından X10 imzalamışdır. X10 da iddiaçının ona verdiyi səlahiyyət əsasında torpaq sahəsində fərdi yaşayış evləri inşa etdirərək onları cavabdehlərə satmışdır. İddiaçı torpaq sahəsində tikili inşa etmək və sair salahiyyətlər barədə etibarnamələr verməsinin məqsədinin etibarnamələrdə qeyd ediləndən fərqli olması barədə hər hansı arqument və ya sübut təqdim edə bilməmiş, həmçinin, etibar edilən şəxslərə bu səlahiyyətlərin başqa şəxslərə ötürülməsi hüququnu da vermiş, bununla da, həmin torpaq sahəsinə münasibətdə ona öz əmlakı kimi yiyələnmək və onu öz mülkiyyətinə almaq kimi gözlənti bəxş etmişdir. Düzdür, tikililərin müvafiq icazə alınmaqla tikilməsi də təsdiq edilmir. Mülki Məcəllənin 180-ci maddəsinin məzmunu baxımından həmin tikililər özbaşına tikinti hesab olunur. Buna baxmayaraq, məhkəmə hazırda həmin tikililərə daşınmaz əmlakın dövlət reyestrinin obyekti kimi deyil, cavabdehlərə məxsus maddi dəyəri olan əşya kimi qiymət verir və bu baxımdan, onu əmlak hesab edir. Çünki cavabdehlər qeyd olunan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evlərini dəyərini ödəməklə almış və gələcəkdə həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün gözənti hüququ əldə etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına zəmanət verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edib ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “əmlak” konsepsiyası müstəqil mənaya malikdir və maddi nemətlər üzərində mülkiyyət hüququ ilə məhdudlaşmır. O, ölkə qanunvericiliyində müəyyən edilən formal təsnifata münasibətdə də müstəqildir. Maddi nemətlər kimi əmlak qismində çıxış edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” və beləliklə də, bu müddəanın məqsədləri üçün “əmlak” hesab oluna bilər (bax: “İatridis Yunanıstana qarşı” (İatridis v. Greece [GC], no. 31107/96, § 54, ECHR 1999-İİ)). “Əmlak” konsepsiyası yalnız “mövcud əmlak” ilə məhdudlaşmır və həmçinin ərizəçinin azından mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsi ilə bağlı ağlabatan və qanuni gözləntisinin olduğunu iddia edə biləcəyi əmlakı, o cümlədən tələbi əhatə edə bilər. “Gözlənti” sözü gedən mülkiyyət marağını nəzərdə tutan qanunvericilik normasına və ya hüquqi akta əsaslandıqda “qanuni” hesab edilir. Hər bir işdə bütünlükdə işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan həqiqi marağa malik olma hüququnu verib-vermədiyi araşdırılmalıdır (bax: “Saqinadze və Digərləri Gürcüstana qarşı” (Saghinadze and Others v. Georgia, no. 18768/05, § 103, 27 May 2010, with further references)). Bundan başqa, iddiaçı mübahisəli torpaq sahəsində fərdi yaşayış evləri inşa etdirib həmin evləri kirayə verdiyini, cavabdehlərin ona məxsus evləri qanunsuz zəbt edərək ona xeyli miqdarda, yəni 2023-cü ilin noyabr ayından 2025-ci ilin yanvar ayınadək olan 14 ay müddətində, hər ay 600 (300+300) manat olmaqla, cəmi 8400 (səkkiz min dörd yüz) manat maddi ziyan dəydiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi mübahisəli torpaq sahəsində inşa edilmiş və hazırda cavabdehlərin yaşadığı fərdi yaşayış evlərinin iddiaçı tərəfindən inşa edilməsi, həmin fərdi yaşayış evlərinin iddiaçı tərəfindən kirayə verilib gəlir əldə edilməsi, cavabdehlərin torpaq sahəsini və fərdi yaşayış evlərini qanunsuz zəbt etmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia maddi ziyanın ödənilməsi hissəsində də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı X10 və Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “torpaq sahəsindən və yaşayış evlərindən çıxarılma, həmin yaşayış evlərinə köçürülmə, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş 104 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli, artıq ödənilmiş 6 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68) . Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 qarşı X10 və Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsindən və yaşayış evlərindən çıxarılma, həmin yaşayış evlərinə köçürülmə, dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 104 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Artıq ödənilmiş 6 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar