Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-232/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz istifadədən geri qaytarılması, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz istifadədən geri qaytarılması, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandaİddiaçı mülkiyyətində olan 0.035 ha həyətyanı torpaq sahəsinin 87.0 kv.m ölçüdə olan hissəsinin, Cavabdeh qanunsuz istifadəsindən iddiaçıya geri qaytarılması, mübahisəli sahədə inşa edilmiş (quraşdırılmış) qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləöində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 350 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə ona **********20 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Hal-hazırda iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin 87.0 kv.m hissəsi, digər vətəndaş tərəfindən zəbt edildiyinə görə ondan istifadə edə bilmir. Belə ki, qonşuluqda yerləşən torpaq sahəsinin sahibi Cavabdeh 350 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış İddiaçı torpaq sahəsinin 87.0 kv.m hissəsini öz ərazisinə qatarq orada talvar tipli avtoyuma boksları quraşdıraraq hal-hazırda da onlardan istifadə edir. İddiaçı tərəfindən dəfələrlə mülkiyyətinə qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etsə də, cavabdeh bu cür hərəkətləri davam etdirməkdə davam edir. Hətta İddiaçı Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis dəvət edərək, cavabdehin iştirakı ilə torpaq sahəsinin koordinatlarının naturada müəyyən edilməsinə cəhd etsə də, Cavabdeh bunda boyun qaçırmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı, məcburiyyət qarşısında qalaraq, 350 kv.m torpaq sahəsinin 87.0 kv.m hissəsinin, iddiaçının qanuni istifadəsinə qaytarılması, həmin sahədə Cavabdeh tərəfindən inşa edilmiş (quraşdırılmış) qanunsuz tikililərin axırıncının hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarlmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2001-ci il tarixli 11433 nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Bakıxanov qəsəbəsi, H. Cavid küçəsi ev 1-də yerləşən faktiki 0,0769 ha torpaq sahəsində yerləşən evin 1/2 hissəsi onun tərəfindən X6, xx.xx.2006-cı il tarixli ******* nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin evin ½ hissəsi isə iddiaçı tərəfindən X4 alınmışdır. X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edilərək xx.xx.2001-ci il tarixli 005313 nömrəli Qeydiyyat vəsiqəsi alınmış və həmin qeydiyyat vəsiqəsində torpaq sahəsinin 1/2 hissəsinin onun, digər hissəsinin isə X5 mülkiyyətində olması təsdiq edilmişdir. Torpaq sahəsinin texniki pasporuna xx.xx.2001-ci il tarixdə edilmiş dəyişikliyə əsasən torpaq sahəsinin və tikililərin planı, o cümlədən talvarın, qarajın və s. həyət tikililərinin planı və ölçüsü təsdiqlənmişdir.İddiaçı tərəfindən isə uzun müddət keçdikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş və xx.xx.2021-ci il tarixli **********06 reyestr nömrəli çıxarış alınmışdır. Həmin çıxarışda da paylı mülkiyyətin ½ hissəsinin onun, digər hissəsinin isə iddiaçının mülkiyyətində olması təsdiq edilmişdir. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir, iddiaya xx.xx.2022-ci il tarixdə məhkəmədə baxılmış və iddia təmin edilməklə ünvan 2 ünvanda yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən payı ayrılmaqla 0,035 ha ölçüdə olan hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi cavabdehə həvalə edilmişdir. Bakı inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(112)- 8208/2022 nömrəli qərarı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək ayrı-ayrlıqda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərək tərəflərin torpaq sahəsinin ölçüsünün 0,0350 ha olması müəyyən edilmişdir. İddia ərizəsində iddiaçının mülkiyyətində olan 0,035 ha həyətyanı torpaq sahəsinin 87,2 kv.m hissəsinin öz ərazisinə qatmaqla zəbt edildiyi iddia edilmişdir. İddiaçının bu dəlili hər hansı faktla və eləcə də aidiyyəti səlahiyyətli orqan tərəfindən müəyyən edilməmişdir. İddiaçının bu dəlili əsası olmayan fərziyyədən ibarətdir. Lakin bununla belə məhkəməyə bildirir ki, mübahisə predmeti kimi göstərilən torpaq sahəsi o mülkiyyətçi olmamışdan əvvəlki mülkiyyətçilər tərəfindən xx.xx.1991-ci ildə torpaq sahəsi bölünməklə 2,5 metr hündürlüyündə daş hasara alınmışdır. Bölgünün aparılması torpaq sahəsinin texniki pasportunda da qeyd edilmişdir. İstər iddiaçı, istərsə də o, o zamankı torpaq bölgüsünün koordinatları əsasında torpaq sahəsini almışdır. Onun ərazisinə düşən ev yararsız halda olduğundan evi sökmüş, lakin həmin hasar sökülməmiş və indi də mövcuddur. Sökdüyü evin bir divarı həm də aralarında olan hasarın divarı idi. Hazırkı vəziyyətdə həmin divar sökülməmişdir, evin mövcudluğu dövründə üzərində olan naxışlar da (gips lepkalar) olduğu kimi qalır. Bundan başqa, iddiaçı iddia edir ki, guya zəbt edilmiş ərazidə talvar tipli avtoyuma boksları quraşdırılaraq istifadə edilir .İddiaçının bu dəlili də əsassızdır. ona aid olan torpaq sahəsində talvar qurulmuş və qaraj tikilmişdir. Bu tikililərin planı və ölçüsü müvafiq səlahiyyətli orqan tərəfindən xx.xx.2001-ci il tarixdə texniki pasporta edilmiş dəyişikliklərlə təsdiq edilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısı aparılarkən torpaq sahəsinin faktiki ölçüsü dəqiqləşdirilməli olduğu halda dəqiqləşdirlməmiş, üzərindən uzun müddət keçdikdən sonra torpaq sahəsinin ona düşən hissəsinin faktiki ölçüsünün az olması ehtimalı ortaya atılmışdır. Halbuki iddiaçıya qədər həmin torpaq sahəsi bir neçə şəxslər tərəfindən alınaraq satılmış və onlar tərəfindən torpaq sahəsinin faktiki ölçüsü barədə hər hansı mübahisə olmamışdır.Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, fərdi qaydada tərəfindən torpaq sahəsinin onun payına düşən hissəsinin faktiki ölçüsü müəyyən edilərkən torpaq sahəsinin rəsmi sənəddə qeyd edilən ölçüdən az olduğu müəyyən edilmişdir.İddiaçı iddia edir ki, guya torpaq sahəsinin koordinatının naturada müəyyən edilməsi üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis dəvət edilsə də cavabdeh bundan boyun qaçırmışdır.İddiaçının digər dəliiiəri kimi bu dəlili də yalandan ibarətdir. Əgər belə bir fakt olubsa həmin fakt həmin səlahiyyətli orqan tərəfindən nəzərə alınardı, aidiyyəti tədbir görülərdi və s. Deməli, belə bir fakt olmadığına görə inzibati məhkəmənin qərarının icrası ilə bağlı tədbirlərnəticəsində ona yenidən eyni planda və eyni ölçüdə ifadə olunan torpaq sahəsinə görə xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarış verilməzdi 16 iyul 2024-cü il tarixdə cavabdeh məhkəməyə iddia ərizəsinə etiraza əlavə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinin dəlilərinə yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Lakin işin materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin t saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna və həmin məktuba əlavə edilən torpaq sahəsinin yerləşmə cizgisinə münasibət bildirilməmişdir. Aşağıda göstərilənlərə görə hesab edirik ki, iddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan son ra-qeydiyyat orqanı) xx.xx.2024-cü il tarixli məktubu əsassız olduğundan və həmin məktuba əlavə edilən torpaq sahəsinin yerləşmə cizgisi təhrif olunmaqla tərtib edildiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Qeydiyyat orqanının iddiaçıya təqdim etdiyi həmin məktubda iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsinə baxıldığı və torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan döngə nöqtələrinin koordinatlarının yerində (naturada) təyin edildiyi, sənəd üzrə 350,0 kv.m torpaq sahəsinin bir hissəsinin (87,0 kv.m) qonşu tərəfindən istifadə edildiyi göstərilmişdir. Qeydiyyat orqanı iddiaçıya bu məzmunda məktub verərkən səlahiyyət həddini aşmış və mübahisəni tənzimləyən qanunvericilik normalarının tələblərini pozmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “iddiaçının mülkiyyətində olan 0,035 ha həyətyanı torpaq sahəsinin 87,0 kv.m ölçüdə olan hissəsinin cavabdehin qanunsuz istifadəsindən iddiaçıya geri qaytarılması, mübahisəli sahədə inşa edilmiş (quraşdırılmış) qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin tutulması barədə” iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinin icraatına qəbul edilərək iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Aşağıda göstərilənlərə görə hesab edirəm ki, iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. Belə ki, işin hallarına əsasən xx.xx.2006-cı il tarixli ******* nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Bakıxanov qəsəbəsi, H. Cavid küçəsi ev 1-də faktiki 0,0769 ha torpaq sahəsində yerləşən evin 1/2 hissəsi iddiaçı tərəfindən X4 alınmışdır. Həmin dövrdə iddiaçı tərəfindən torpaq sahəsinin faktiki ölçüsü dəqiqləşdirilməli olduğu halda dəqiqləşdirlməmiş, üzərindən uzun müddət keçdikdən sonra torpaq sahəsinin ona düşən hissəsinin faktiki ölçüsünün az olması və digər mülkiyyətçi tərəfindən zəbt edilməsi iddia edilmişdir. İddiaçı Cavabdeh qarşı “iddiaçının mülkiyyətində olan 0,035 ha həyətyanı torpaq sahəsinin 87,0 kv.m ölçüdə olan hissəsinin cavabdehin qanunsuz istifadəsindən iddiaçıya geri qaytarılması, mübahisəli sahədə inşa edilmiş (quraşdırılmış) qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin tutulması barədə” iddia tələbinə iddia müddəti tətbiq edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia əriəsinə etiraza əlavə təqdim edərək bildirmişdir ki, işin faktiki hallarından da göründüyü kimi, ünvan 3 ünvanında 0.07 ha torpaq sahəsində yerləşən evin ½ hissəsi 11433 saylı, xx.xx.2001-ci il tarixli 11433 saylı notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən X3 alınmışdır. Təxminən 5 il sonra ******* saylı xx.xx.2006-cı il tarixli notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında ünvan 3 ünvanında 0.07 ha torpaq sahəsində yerləşən evin digər ½ hissəsi İddiaçı tərəfindən X1 alınmışdır. Lakin evin ½ hissəsi İddiaçı satılması Cavabdeh məlum olmamış, bu illər ərzində həmin payın X7 məxsus olduğunu bilmişdir. Belə ki, X8 öz payını satarkən bu barədə Cavabdeh xəbərdar etməmiş, üstünlük hüququnun pozulmasına səbəb olmuşdur. Hətta 2021-ci il tarixində notarial qaydada ərizələrin təsdiq edilməsi zamanı İddiaçı əvəzinə X9 iştirak etmiş və Cavabdeh yenə də payın satılmasından xəbəri olmamışdır. Dolayısı ilə ümumi paylı mülkiyyətçi kimi Cavabdeh satınalmada üstünlük hüququnun pozulması ******* saylı xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığına səbəb olur. Beləliklə, ******* saylı xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab olunaraq Cavabdeh sözügedən torpaq sahəsindəki paya dair üstün satınalma hüququ tanınmalı və İddiaçı satılmış qiymətdə Cavabdeh təkif edilməlidir. Və bu hal İddiaçı mülkiyyət hüququna dair **********20 reyestr nömrəli çıxarışın etibarsızlığını sübut edir. Sözügedən torpaq sahəsində iddiaçının sökülməsini iddia etdiyi tikililər X5 mülkiyyətçi olduğu dövrdə tikilmiş və buna heç bir etiraz etməmişdir və bu da razılıq anlamına gəlməkdədir. Hətta sözügedən torpaq sahəsi 1991-ci ildən daş hasarla faktiki olaraq bölünmüş və həm Cavabdeh, həm də Əliyeva Əpruz sözügedən torpaq sahəsini alarkən hazırki vəziyyətdə satın almışdırlar. Dolayısı ilə cavabdehin sökülməsini tələb etdiyi binalar da bu bölgüyə uyğun olaraq X5 dövründə tikildiyindən və onun da buna heç bir etirazı olmadığından Cavabdeh AR Mülki Məcəlləsinin 173-cü maddəsinə uyğun olaraq həmin tikililərə və onun altındakı torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Beləliklə, İddiaçı torpaq sahəsini əldə edərkən onun faktiki sahəsinin sənədlərlə uyğunsuzluğunu yoxlamaması və 20 ilə yaxın müddət keçəndən sonra buna dair tələb irəli sürməsi məntiqə sığmamaqla iddiaçının məsuliyyətinə aid olan məsələdir və bu situasiyada Cavabdeh heç bir məsuliyyət daşımamaqdadır. Digər tərəfdən AR “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 16.6-cı maddəsinə əsasən “Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir”. Ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat həmin əmlakın özünə deyil, mülkiyyətçinin həmin əmlakın üzərindəki hüququna dair prezumpsiyadır. Yəni reyestrdakı qeydiyyat mülkiyyətçinin əmlak üzərində hüquqlarına dair doğruluğunu göstərməkdədir, əmlakın faktikini vəziyyətinə görə deyildir. Məhz hazırki iş üzrə iddiaçı tərəfindən əmlakın faktiki vəziyyətinin onun reyestrdəki qeydiyyatına uyğun gəlməsin yoxlamaq vəzifəsi olduğu halda yoxlamamış və əmlakı hazırki vəziyyətdə əldə etmişdir. Beləliklə, yuxarıda qeyd etdiyimiz faktlar İddiaçı iddia tələbinin əsassızlığını sübut etməkdədir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8208/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ünvan 4 ünvanında yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən payı ayrılmaqla 0,035 ha ölçüdə olan hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 mart 2024-cü il tarixli 3-21-3-30/2-H01xx-xx/2024 (**********96) nömrəli məktubundan görünür ki, torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan döngə nöqtələrinin koordinatları yerində (naturada) təyin edilməklə göndərilmiş və sənəd üzrə 350 kv.m torpaq sahəsinin bir hissəsi (87.0 kv.m) qonşu tərəfdən istifadə edilir. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüququların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi yeni qaydalarla ünvan 5 ünvanın 0,0350 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüququların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.035 ha olan torpaqsahəsinin mülkiyyətçisi Cavabdehdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, iddiaçı və cavabdehə məxsus torpaq sahələri ilə bağlı izahlı baş plan əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçıya məxsus sənəd üzrə sahənin 87.0 kv.m hissəsi cavabdehin istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il Trixli 3-16-16/2-10/2563/2025 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-44622/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçı və cavabdehə məxsus torpaq sahələri ilə bağlı izahlı baş plan mütəxəssis rəyinə əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-44622/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçıya məxsus sənəd üzrə sahənin 87,0 kv.m hissəsi cavabdehin istifadəsindədir. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Mülki iş matriallarına əlavə edilmiş fotoşəkildən görünr ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt edilmiş hissəsində avtoyuma boksları mövcudur. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki,İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləriilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 7 ünvanında yerləşən 0.0350 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəylərindən görünür ki, iddiaçının mülkyyətində olan torpaq sahəsinin 87.kv.m olan hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Mülki işin matriallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh tərəfindən zəbt olunmuş hissədə tikinti-quraşdırma işləri mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsinin Cavabdeh tərfindən zəbt edilmiş 87 kv.m olan hissəsi iddiaçının qanunu istifadəsinə geri qaytarılmalı zəbt edilmiş 87.0 kv.m olan hissədə quraşdırlmış tikililər (avtoyuma boksları) cavabdehin hesabına sökülməlidir. Bundan sonra məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, hazırki tələb mülkiyyətin müadfiəsi ilə bağlı olduğundan və mülkiyyətin müdafiəsinə dair işlər üzrə idda müddəti tətbiq edilə bilmədiyindən cavabdeh tərəfin iddia müddətinə dair vermiş olduğu ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən Ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.3-ci maddəsinə əsasən İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 384.04-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmiş olduğundan ödənilmiş dövlət rüsumu və ekspertiza xərci cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Cavid küçəsi 1 ünvanında yerləşən ümumi sahəsi 0.0350 ha olan torpaq sahəsinin Cavabdeh tərfindən zəbt edilmiş 87.0 kv.m olan hissəsində cavabdeh tərəfindən quraşdırılmış tikililər-(avtoyuma boksları) cavabdehin hesabına sökülərək, torpaq sahəsinin zəbt olunmuş 87.0 kv.m olan hissəsi İddiaçı qanunu istifadəsinə geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-232/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-232/2025
29.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver