Məhkəmə qərarları › İş №e-2(008)-2340/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2340/2022

16.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2340/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla “25 noyabr 2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi və ya xitam verilməsi, məlumatin cavabdeh tərəfindən elektron sistemdən silinməsi, mümkün olmadıqda həmin vəzifənin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi, 50 manat xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla “25 noyabr 2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi və ya xitam verilməsi, məlumatin cavabdeh tərəfindən elektron sistemdən silinməsi, mümkün olmadıqda həmin vəzifənin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi, 50 manat xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə (işəgötürən) Cavabdeharasında bağlanmış 25 noyabr 2019-cu il tarixli əmək müqaviləsinin ləğv edilməsi və ya xitam verilməsi, məlumatın (əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi) Cavabdeh tərəfindən elektron informasiya sistemindən silinməsi, bu mümkün olmadıqda isə həmin vəzifənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi, mediatora ödənilmiş 50 (əlli) manat xidmət haqqının Cavabdeh tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasnını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işçi statusunda onunla, yəni İddiaçı ilə işə götürən qismində Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və həmin Müqavilənin bağlanması ilə əlaqədar xxxxxxx000200 nömrəli əmək müqaviləsi Bildirişi xx.xx.2019-cu il tarixdə «Elektron Hökümət» (e.gov.az) internet portalına daxil edilmişdir. İddia ərizəsinin dəlilləri ondan ibarətdir ki, əmək mübahisəsinin baş vermə hallarının qısaca şərhi zamanı təxminən 2019-cu ilin əvvəllərində işə götürən Cavabdeh “X10” MMC adlanan qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyekti sahibindən icarəyə götürərək restoran təyinatı üzrə işlətməyə başlaması, həmçinin işəgötürən (obyekti icarəyə götürən) tərəfindən İddiaçı əmək fəaliyyətini davam etdirmək üçün həmin restorana “Barmen” peşəsi üzrə işə qəbul olunması mülki işin mübahisələndirilməyən rəsmi sənədlərlə öz təsdiqini tapan dəlilləridir. Lakin, sahibkar Cavabdeh sözügedən restoranı ********** nömrəli Vöenlə təxminən 2-3 ay işlətdikdən sonra qəflətən onun davamlı olaraq işə gəlməməsi, əlaqə (mobil və ev) nömrələrinə zəng çatmaması, yaşadığı və faktiki qeydiyyatda olduğu ünvanlarda tapılmamasının səbəbi heç kimə məlum olmamışdır. Bir sözlə, onunla heçkim əlaqə saxlaya bilməmiş və o, xəbərsiz yoxa çıxmışdır. İşəgötürən Cavabdeh (sahibkar) asan imza elektron tətbiqindən istifadə edərək onu işə qəbul etmişdir. Onunla bağlanmış əmək müqaviləsinə əsasən elektron hökümət internet portalında faktiki olaraq əsas iş yeri üzrə əmək fəaliyyətimi texnik adlı iş yerində, əsas iş yeri olması barədə qeydlə və əmək müqaviləsi üzrə "barmen" təsnifatı üzrə peşə kimi davam etdirməyi barədə əmək müqaviləsi bildirişinin aktiv görünməsi, onun halhazırda başqa şirkətdə əsas iş yeri üzrə deyil, məhz əvəzçilik üzrə işə qəbul olunmağına səbəb olmuşdur. Bildiyi kimi bu hal onu həm maddi cəhətdən, həm də mənəvi olaraq pis vəziyyətə salmışdır. Eyni zamanda, faktiki olaraq əsas iş yeri üzrə 7-8 ay sözügedən işdə işləməyinə baxmayaraq, ona tam olaraq əmək haqqı ödənilməmişdir. Bundan sonra, onun elektron portalda əsas iş yeri üzrə işdən azad edilməyi barədə əmək müqaviləsinə xitam verilmədiyindən, yeni işə qəbulla bağlı müraciət etdiyi şirkətin işəgötürəni tərəfindən Əmək Qanunvericiliyinə uyğun olaraq 2 əsas iş yerinin olmaması səbəbindən əvəzçilik (əlavə iş yeri) üzrə işə qəbul edilmişdir. İstər mənəvi, istərsə də maddi cəhətdən çox əziyyət çəkir. Bundan əlavə, son zamanlar ölkə başçısının məhkəmə hakimiyyəti çərçivəsində islahatları ədalətli, qanuni və obyektiv aktların qəbul edilməsinə, həmçinin vətəndaş süründürməçiliyinə yol verilməməsinə öz müsbət töhfəsini vermiş, buna görə də ümidini məhkəməyə bağlamışdır. Cavabdeh (işəgötürən) ilə aralarında bağlanmış əsas iş yeri üzrə əmək müqaviləsinə xitam verilməsini və adının e.gov.az internet portalında sözügedən restoranın işçisi kimi silinməsi və ya çıxarılması barədə dəfələrlə müxtəlif vasitələrlə təşəbbüs göstərsə də, buna baxmayaraq Cavabdeh ilə hər hansı bir formada əlaqə saxlanılması mümkün olmamışdır. Odur ki, mübahisə işəgötürən və işçi arasında baş verdiyindən əmək mübahisəsi hesab olunur. Buna görə də Əmək mübahisəsi qaydaları ilə tənzimlənən prosedurlara riayət edərək ilkin olaraq xx.xx.2021-ci il tarixdə tərəfindən cavabdeh olacaq şəxs Cavabdeh Mediasiya Prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Daha sonra, qanunda nəzərdə tutulmuş müddət (10 gün) keçdikdən sonra Məhəmməd adlı şəxsdən xəbər çıxmaması səbəbindən Mediasiya Şurasına mediator təyin edilməsi üçün müraciət göndərmişlər. X1 xx.xx.2021-ci il tarixli, 10405 nömrəli arayışına əsasən, əmək mübahisəsi üzrə Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 12:00- 13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyi təsdiq edilmişdir. Sözügedən arayışda əlavə olaraq mediator qeyd etmişdir ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediator tərəfindən verilmiş arayışı götürərək prosedur qaydalarına uyğun olaraq aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinin elektron informasiya sisteminə daxil olaraq «vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi» bölməsində işəgötürən fiziki şəxs olmuş Cavabdeh sözügedən restoranı işlətdiyi ********** nömrəli Vöenlə axtarış zamanı onun hüquqi ünvan dəyişikliyi barədə məlumatın aşkar edilmədiyi görünmüşdür. Təkrar olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, əmək müqaviləsi Bildirişində qeyd edilmiş işəgötürənin ünvanına özüm də dəfələrlə getmişdir. Buna baxmayaraq, işəgötürənlə əlaqəli həmin ünvanda heç kimi tapa bilməmişdir. Göründüyü kimi, əmək mübahisəsi öz həllini tapmadığından onun əmək hüquqları kobud şəkildə pozulmuş və pozulmaqda da davam edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmumuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etd. Cavabdeh və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında X7nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında X7nin nümayəndəsi iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Əvvəllki məhkəmə iclasında iştirak edən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında X7nin nümayəndəsi nümayəndəsi X5 bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi işəgötürən tərəfindən icra edilməlidir. Əgər onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə və ya hansisa formada bundan boyun qaçırırsa məhkəmə qətnaməsi əsasında əmək müqaviləsinə xitam verilməsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X7 Xidmətinə həvalə edilməsi mümkündür. Belə olan halda iddia tələbinin qismən təmin ödilməsini, öhdəliyin işəgötürənin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı Cavabdeh tərəfindən 2511.2019-cu il tarixdə barmen vəzifəsinə işə qəbul olunmuşdur və bu barədə tərəflər arasında xx.xx.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd olunur ki, onlar tərəfindən işəgötürən Cavabdeh ilə yarabnmış telefon əlaqəsi zamanı, işəgötürənin məsələdən xəbardar olduğunu , tezliklə adınıza sistemə m ək müqavikləsinə xitam verilməsi ilə bağlı bildirişi daxil edəcəyini bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisiteminə daxil edilməsi X7 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mediasiya Şurası tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 10405 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, Cavabdeh İddiaçı oğlu tərəfindən təsvir edildiyi kimi, əmək mübahisəsi üzrə xx.xx.2021-ci il tarixində, 12:00-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. İş materiallarında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə ünvanladığı xx.xx.2022-ci il mübahisəninn qarşılıqlı razılıq əsasıhnda həll edilməsi barədə təklifdən müəyyən olunur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsini cavabdehə təklif etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin tələbinə görə:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə barmen vəzifəsinə işə qəbul olunmuşdur və bu barədə tərəflər arasında xx.xx.2019-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Daha sonra cavabdeh iş yerinə gəlməmişdir, müəsisənin fəaliyyətini davam etdirməmiş, lakinişçi olan iddiaçının da əmək müqaviləsinə xitam verməmişdir. Bununla əlaqədar olaraq o, cavabdehə aralarındakı əmək müqaviləsinə xitam verilməsi məqsədilə dəfələrlə müraciət etsə də heç bir nəticə verməmişdir. Elektron İnformasiya sistemindən əldə olunmuş cavabdehə məxsus AZE ********* seriyalı şəxsiyyət vəsiqsi aktiv göstərilməklə, cavabdehin qeydiyyat yeri Bakı şəhəri sabunçu rayonu Baxıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 22 ev 21 olduğu müəyyən edilir. Göründüyü kimi cavabdehin şəxsiyyət vəsiqəsi aktivdir və dəfələrələ müraciət etməsinə baxmayaraq iddiaçının hüququ üzrə tələbinə, yəni, 25 noyabr 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi tələbinə heç bir cavab vermir və həmin müqaviləyə xitam vermir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüququnu müdafiə etmək məqsədi ilə iddia tələbi qismən təmin edilməli, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, İddiaçı ilə Cavabdehn oğlu arasında xx.xx.2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi caavbdeh Cavabdehn oğluna həvalə edilməlidir. Məhkəmə hesab edir ki, əmək müqaviləsi tərəflərin iradə ifadəsidir və hazırkı mübahisədə isə müqavilə tərələri mövcüdur. Nəqədər ki, işçi əmək müqaviləsinin xitamını tələb edirsə, işə götürənin öhdəliyidir ki, əmək müqaviləsinin xitamına dair məlumatı elektron sistemdə yerləşdirsin. Əmək Məcəllənin 49-cu maddəsinə əsasən bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəllənin 12.1-cu maddəsinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli, məhkəməyə müaricət edilməsi üçün iddiaçı tərəfindən çəkilmiş xərcdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Cavabdeh həvalə edilsin. 50 (əlli) manat mediyasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar