Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-235/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavbdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin boşaldılması və sair tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia verərək, Bakı şəhəri,Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində olan ərazidə yerləşən sahəsi 55,3928 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanılmış 09 avqust 2022-ci il tarixli,3128 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin Bakı şəhəri,Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı,04 sentyabr 2006-cı il tarixli qərarı əsasında icarəmə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsi hissəsində etibarsız sayılması, Bakı şəhəri,Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində olan ərazidə yerləşən sahəsi 55,3928 ha olan torpaq sahəsi üzərində Cavabdeh2 adına icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 14 sentyabr 2022-ci il tarixdə ********** qeydiyyat (reyestr nömrəsi **********22) nömrəsi ilə ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın Bakı şəhəri,Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı,04 sentyabr 2006-cı il tarixli qərarı əsasında icarəmə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsi hissəsində ləğv edilməsi, Bakı şəhəri,Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı,04 sentyabr 2006-cı il tarixli qərarı əsasında icarəmə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsində Cavabdeh2 tərəfindən aparılmış özbaşına tikililərin onun hesabına sökülərək torpağın əvvəlki vəziyyətinin bərpa edilməsi və istifadəsinə qaytarılması, ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 №-li, 04 sentyabr 2006-cı il tarixli qərarı əsasında Sabunçu rayonunun “Ləəş bağları” adlandırılan bağlar massivində sahəsi 22500 kvadrat metr olan torpaq sahəsi onun istifadəsinə verilmiş və onunla Maştağa Bələdiyyəsi arasında qüvvədə olma müddəti 2099-cu ildək müəyyən edilmiş müvafiq torpaq icarə müqaviləsi bağlanılmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Maştağa Bələdiyyəsi tərəfindən 15 yanvar 2007-ci il tarixli, 28 №-li sərəncamla Sabunçu rayonunun “Ləəş bağları” adlandırılan bağlar massivində sahəsi 22500 kvadrat metr torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair yuxarıda adı çəkilən bələdiyyə qərarı və müvafiq torpaq icarə müqaviləsi ləğv edilmişdir. Həmin bələdiyyə sərəncamı barədə rəsmi qaydada ona məlumat verilməmişdir. Adıçəkilən sərəncamın mövcudluğundan 2020-ci ilin sonlarında məlumat əldə etdikdən sonra həmin sərəncamın etibarsız sayılması barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2021ci il tarixli,2-1( 112)-1200/2021 №-li qərarı ilə iddiası təmin edilmiş və Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin “Torpaq sahəsinin icarəyə veriləsi haqqında” 43 №-li, 04 sentyabr 2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi haqqında” 15 yanvar 2007-ci il tarixli 28 №-li sərəncamı etibarsız hesab edilmişdir. Ancaq qeyd edilən məhkəmə qətnaməsi çxıarıldıqdan bir müddət sonra torpaq sahəsinə gedərkən bələdiyyə tərəfindən ayrılmış torpağın da daxil olduğu böyük həcmdə torpaq sahəsinin naməlum şəxslər tərəfindən hasara alındığı və orada tikinti işlərinin aparıldığının şahidi olmuşdur. Müxtəlif dövlət qurumlarına etdiyi çoxsaylı müraciətlər nəticəsində yalnız bir müddət əvvəl torpağın kim tərəfindən zəbt edildiyini və həmin torpaqda tikintinin kim tərəfindən aparıldığını öyrənə bilmişdir. Məlum olmuşdur ki, bu işləri həyata keçirən Cavabdeh2dir. Araşdırmalar zamanı müəyyən edilmişdir ki,ona məxsus bağ sahəsinin də daxil olduğu bir çox şəxsin bağ sahələrinin yerləşdiyi Bakı şəhəri,Sabunçu rayonu,Nardaran qəsəbəsinin şimal hissəsində olan ərazidə 55,3928 ha torpaq sahəsi qanunsuz olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidməti ilə Cavabdeh2 arasında bağlanılmış 09 avqust 2022-ci il tarixli, 3128 №-li torpaq icarə müqaviləsi əsasında 2024-cü ilin 04 iyun tarixinədək sonuncunun icarəsinə verilmişdir. Eyni zamanda həmin icarə müqaviləsi əsasında Bakı şəhəri,Sabunçu rayonu,Nardaran qəsəbəsinin şimal hissəsində adlanan ərazidə yerləşən sahəsi 55,3928 ha olan torpaq sahəsi üzərində Cavabdeh2 icarə hüququna dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti "Daşınmaz Əmakın Dövbt Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 14 sentyabr 2022-ci il tarixdə ********** qeydiyyat (reyestr nömrəsi **********22) nömrəsi ilə qeydiyyat aparılmış və həmin qeydiyyat əsasında Cavabdeh2 adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti qanunsuzluğa yol verərək iddiaçıya məxsus torpaq sahəsini başqa şəxsə satmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin bu hərəkətlərini qanunsuz hesab edir, çünki bununla ona məxsus olan torpaq sahəsi üzərində hüququ kobud şəkildə pozulmuşdur. Cavabdehlər torpaq sahəsinə yerində baxış keçirmədən, həmin torpaq sahəsinə dair onunla bağlanılmış torpaq icarə müqaviləsinin qüvvədə olmasına dair mülki qanunvericiliklə müəyyən olunmuş normaları heçə sayaraq həmin torpaq sahəsinə dair iddiaçının adına verilmiş hüquqmüəyyənedici sənədlərin mövcudluğunu nəzərə almadan ona məxsus torpaq sahəsini qanunsuz şəkildə Cavabdeh2 istifadəsinə verərərək onun adına sənədləşdirmişlər. Bu səbəbdən cavabdehlərin yol verdikləri qanunsuzluqlar birbaşa onun hüquq və qanuni mənafeyimə toxunduğundan, məhkəməyə müraciət etməyə və yol verilmiş qanun pozuntularının aradan qaldırılaraq hüquqlarımın bərpasını tələb etməyə məcbur olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın «Bakı şəhəri,Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində olan ərazidə yerləşən sahəsi 55,3928 ha torpaq sahəsinin icarəyə verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanılmış 09 avqust 2022-ci il tarixli, 3128 №-li torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin Bakı şəhəri,Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı,04 sentyabr 2006-cı il tarixli qərarı əsasında icarəmə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsi hissəsində etibarsız sayılması, Bakı şəhəri,Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində olan ərazidə yerləşən sahəsi 55,3928 ha olan torpaq sahəsi üzərində Cavabdeh2 adına icarə hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 14 sentyabr 2022-ci il tarixdə ********** qeydiyyat (reyestr nömrəsi **********22) nömrəsi ilə ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın Bakı şəhəri,Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı,04 sentyabr 2006-cı il tarixli qərarı əsasında icarəmə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsi hissəsində ləğv edilməsi» hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından icraata xitam verilmişdir. Hazırda məhkəmə «Bakı şəhəri,Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı, 04 sentyabr 2006-cı il tarixli qərarı əsasında icarəmə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsində Cavabdeh2 tərəfindən aparılmış özbaşına tikililərin onun hesabına sökülərək torpağın əvvəlki vəziyyətinin bərpa edilməsi və istifadəsinə qaytarılması» hissəsinə baxılır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi «Bakı şəhəri,Sabunçu rayonunun Maştağa Bələdiyyəsinin 43 saylı,04 sentyabr 2006-cı il tarixli qərarı əsasında icarəsinə verilmiş sahəsi 22500 kvadrat metr olan torpaq sahəsində Cavabdeh2 tərəfindən aparılmış özbaşına tikililərin onun hesabına sökülərək torpağın əvvəlki vəziyyətinin bərpa edilməsi və istifadəsinə qaytarılması» hissəsində baxılmamış saxlınılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-235/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-235/2024
14.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver