Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2362/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Bakı şəhəri 16 saylı notariat ofisinin maraqlı şəxs qismində göstərildiyi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi1 atasına məxsus olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə, Ərizəçi2 ata tərəfdən babası X7 və babasının bacısı X8 məxsus olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumilikdə 2/3 hissəsinə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mükiyyətdə olmaqla 1/3 hissəsi X7, 1/3 hissəsi X8 və 1/3 hissəsi Rəşid Ələkbər oğluna məxsus olmuşdur. Ərizəçi1 Rəşid Ələsgər oğlunun qızıdır və Rəşid Ələsgər oğlu 1998-ci ildə vəfat etmişdir. Digər mülkiyyətçilər X9 və X10 bacı-qardaş olmuşlar və Ərizəçi2 X4 nəvəsidir. X5 vərəsəsi yoxdur. X4 Orxan Ələkbərov və Kamal Ələkbərov adlı övladları olmuş, Orxan Ələkbərov 2022-ci ildə, Kamal Ələkbərov isə 2021-ci ildə vəfat etmişlər. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi mülkiyyətində olmuş Rəşid Ələsgər oğlunun vərəsəsi Ərizəçi1 tərəfindən, digər mülkiyyətçilər X9 və X5 payları isə digər Ərizəçi2 tərəfindən miras əmlak kimi qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla belə, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Ərizəçi2, onun və digər ərizəçinin nümayəndəsi və vəkili Vəkil, ərizəni müdafiə edərək, ayrı-ayrılıqda onun məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etmişlər. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Ərizəçi2 qardaşının oğlu, Ərizəçi1 isə qardaşının arvadı olmuşdur. Ərizəçilər həmişə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Ərizəçi1 o evə gəlin köçəndən yaşamışdır, lakin nə vaxt gəlin gəldiyini xatırlamır. Ərizəçi2 isə həmin evdə doğulmuşdur. Atası Ələsgər 2020-ci ildə, anası Mədinə isə 2006-cı ildə vəfat etmişlər. Həmin evdən pay istəmir, imtina etmişdir, mirasdan imtina barədə ərizə yazmışdır, çünki öz evi var. X22 da orada yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, ərizəçilərin qonşudur. Ərizəçilər, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar, həmçinin Ələkbərov Orxan da orada yaşamışdır, sonradan vəfat etmişdir. Onlardan başqa heç kim həmin evdə yaşamamışdır. Həmin ev iki mərtəbəlidir, üçüncü mərtəbə mansarddır. Ərizəçi2 anası Ərizəçi1 və ailəsi ilə birgə həmin evdə yaşayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə tərəfindən məcmu halında qiymətləndirilən: -АЗ 294145 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X11, anası X24 olmuşdur. - Vİ-ЖГ 338200 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Rəşid Ələkbər oğlu olmuşdur. -Vİ-ЖГ 338200 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 və Ərizəçi1 xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuşlar. - XVİİ-ЖГ 461812 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi2 atası X16, anası Ərizəçi1dır. - XİX-ЖГ 307323 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X14 atası X16, anası Ərizəçi1dır. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş təkrar ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, Rəşid Ələkbər oğlu xx.xx.1998-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X11 xx.xx.2020-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X17 xx.xx.2021ci il tarixdə, xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən isə, aydın olur ki, X25 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. - Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2005-ci il tarixdə ölmüşdür. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi ünvanında yerləşən ½ saylı ev 1/3 hissədə X4, 1/3 hissədə X5 və 1/3 hissədə Rəşid Ələkpər oğlunun xüsusi mülkiyyətindədir. - Bakı şəhəri, 39 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş X2 miras qalmış əmlaka dair vərəsəlik işinin surətindən görünür ki, sonuncunun xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işindən aydın olur ki, miras qoyanın nəvəsi Ərizəçi2 miras əmlakı qəbul etmiş, miras qoyanın qızı X13 xx.xx.2023-cü il tarixdə verdiyi ərizəsinə əsasən, atasından qalmış mirasın nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş, qəbul etmək niyyətində deyil, mirasın qəbulu müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcək. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi ünvanında yerləşən ½ saylı ev, 1/3 hissədə X4, 1/3 hissədə X5 və 1/3 hissədə Rəşid Ələkpər oğlunun paylı mülkiyyətindədir. Mülkiyyətçilərdən X4 oğlu X17, sonuncunun arvadı Ərizəçi1, övladları Ərizəçi2 və X18r. X1 xx.xx.2020-ci il tarixdə, X17 xx.xx.2021-ci il tarixdə, xx.xx.1995-ci il təvəllüdlü X25 xx.xx.2022-ci il tarixdə vəfat etmişlər. Beləliklə, Ərizəçi1 X12 arvadı, Ərizəçi2 isə X12 övladı, X6 isə nəvəsidir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarında görünür ki, Ərizəçi1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi ünvanında yerləşən ½ saylı evdə X16 ilə xx.xx.1993-cü il tarixdə nikaha daxil olduğu vaxtdan, Ərizəçi2 isə doğulduğu xx.xx.1993-cü il tarixdən etibarən yaşayışır, həmin evdən faktiki istifadə edib, idarə etməyə faktiki başlamaları, bununla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmələri faktı aşkardır. Belə olan halda, məhkəmə hesab edir ki, müəyyən edilməsi xahiş olunan faktın təsdiq edilməsi barədə ərizənin təmin olunması üçün kifayət qədər əsaslar mövcud olduğundan, hazırkı ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Rəşid Ələkpər oğlundan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi ünvanda yerləşən ½ saylı fərdi yaşayış evinin 1/3 hissəsinin Ərizəçi1 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X2 və X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi ünvanda yerləşən ½ saylı fərdi yaşayış evinin ümumilikdə 2/3 hissəsinin Ərizəçi2 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2362/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2362/2023
24.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver