Məhkəmə qərarları › İş №e-2(008)-2363/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2363/2023

20.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2363/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu təvəllüdlü X6 ilə birlikdə hazırda Cavabdeh ilə birlikdə xx.xx.2007-ci il təvəllüdlü X12 təvəllüdlü birgə yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanından ibarət olan fərdi yaşayış evinə köçürülməyi və istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə həyatı qurmuşlar. Birgə nikahından xx.xx.2007-ci il tarixində X7 və xx.xx.2010-ci il tarixdə X6 doğulmuşdur. Lakin cavabdehlə münasibətləri pisləşdiyi üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Birgə nikahından xx.xx.2007-ci il tarixində dünya gəlmiş X7 atasının himayəsinə və xx.xx.2010-ci il tarixində dünya gəlmiş X6 onun himayəsinə verilmişdir. Qeyd edir ki, cavabdehlə toyu olduğu gün 20 sentyabr 2006-cı il tarixində cavabdehə məxsus ünvan 1 ünvanından ibarət olan beş otaq, həyətində 4 ailənin kirayə qala biləcəyi 4 otaq və hər ailənin şəxsi istifadə edə biləcəyi hamam sanuzeldən ibarət, ümumi sahəsi 250 kv/m olan fərdi yaşayış evinə gəlin köçərək 15 il orada yaşamışdır. Həyətində ayrıca qaraj da var. Toydan sonra cehiz əşyalarını yerləşdirmişdir. Lakin cavabdehin təsiri nəticəsində yaşadığı evi tərk edərək məcburiyyət qarşısında bir uşaqla birlikdə qardaşına məxsus Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yerləşən evə gəlmişdir. Ona məxsus əşyaları hal-hazırda gəlin köçdüyü cavabdehlə yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanından ibarət olan evindədir. O, orada yaşamaq istəsə də cavabdeh buna imkan verməmişdir. Halbuki. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanından ibarət olan ev cavabdehlə bərabər onun da istifadəsində və sahibliyində olmuşdur. Cavabdehin qohumlarından aldığı məlumata görə cavabdehin onun evindən uzaqlaşdırmaqda məqsədi evini rahat şəkildə satmaqdır. Hətta bir neçə dəfə qohumlarına zəng edərək, cehiz əşyalarının çıxarılmasını tələb edib. O bunu bildikdə, Sabunçu rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cii il tarixli, 16(008)-23/2023 nömrəli qərardadı ilə ərizəsi qismən təmin edilərək, Cavabdeh adına olan evinin özgəninkiləşdirilməsi ona qadağan edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsinə tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O iddia tələbini qəbul etmir. İddia ərizəsinə qarşı etiraz edir. İddiaçı uşağı Banu ilə birlikdə iki ilə yaxındır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 13-dən çıxıb qardaşının yaşadığı Ramana qəsəbəsinə getmişdir. Lakin bu günə qədər cehiz əşyalarını gəlib evdən aparmamışdır. O, iddiaçı ilə boşanmış, uşağın biri onda digəri isə onda qalmışdır. Həmin ev onun atası X2 məxsusdur. Evin kommunal xidmətləri yəni işıq, qaz, su hamısı atasının adınadır. Hal-hazrda həmin evdə o, anası və oğlu ilə birlikdə yaşayır. Həmin evdə o qardaşı və bacısı pasport qeydiyyatındadır. İddiaçının isə həmin evə qeydiyyatı yoxdur. Onun həmin evə heç bir hüququ yoxdur, onun həmin evə istifadə hüququ tanına bilməz və o həmin evə köçürülə bilməz. Evdən istifadə qaydası da müəyyən oluna bilməz, çünki evin sənədi yoxdur, ev özbaşına tikilidir. Özbaşına tikilyə isə iddiaçının istifadə hüququ yoxdur və tanına bilməz. İddiaçının həmin evə yenidən gəlib köçməsinə razı deyil. Ona görə ki, onlar artıq boşanmış, iddiaçı ona başqa bir şəxslə xəyanət etmişdir, o xəyanəti bağışlaya bilmir və onunla bir evdə də yaşaya bilməz. İddiaçı həmin evə gəlib yaşayışı da deyil, bütün bunları onun əmisi oğlu X4 təşkil edir, iddiaçını da yoldan çıxaran o olmuşdur. O, iddiaçını qəbul etmir, iddiaçı yalandan iddia ərizəsi yazıb ki guya ki, həmin evə köçmək istəyir, lakin o həmin evə gəlib köçməyəcəkdir, çünki onun həmin evə köçməyə və onunla bir yerdə yaşamağa üzü yoxdur. Dəfələrlə iddiaçıya deyilib ki, gəlib cehiz əşyalarını evdən aparsın, lakin gəlib aparmayıbdır. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. İddiaçı ona qarşı evə köçürülmə və istifadə qaydasının müəyyən edilməsinə tələbinə dair iddia ərizəsinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. AZE 12283671 seriyalı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Məmmədova Banunun anası Həsənova Alidə atası isə Cavabdehdur. Gədəbəy rayon Məhkəməsinin 2(042)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamsəindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Sabunçu rayon Qeydiyyat şğbəsində nikah bağlanması haqqında akt qeydlər kitabında 526 nömrəli akt qeydi ilə bağlanmış xx.xx.2008ci il tarixli nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 Rauf Dəmir oğlunun, xx.xx.2010-cu il təvəllüdlü X6 isə İddiaçı himayəsində saxlanmışdır. Beləliklə məhkəmə araşdırılması zamanı tərəflərin vermiş olduğu izahatlarından görünür ki, iddiaçı ilə cavabdeh 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2007-ci il tarixində X7 və xx.xx.2010-ci il tarixdə X6 doğulmuşdur. Lakin cavabdehlə münasibətləri pisləşdiyi üçün Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Birgə nikahından xx.xx.2007-ci il tarixində dünya gəlmiş X7 atasının himayəsinə və xx.xx.2010-ci il tarixində dünya gəlmiş X6 onun himayəsinə verilmişdir. Eyni zamanda işin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər birgə nikaha daxil olduğu gündan-2008-cı il tarixindən tərərflər arasında bağlanmış nikah pozulduğu vaxtadək 2023cü ilin əvvəlinədək iddiaçı hazırki mübahisə predmenti olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanında yerləşən fərdi yaşayış evində birlikdə yaşamışlar. Həmçinin o da mübahisə olunamayan haldır ki, qeyd edilən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və həmin ev iddiaçı ora gəlin köçməmişdən əvvəl cavabdehin atası tərəfindən tikilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli evə dair hər hansı hüquqmüəyyənedici sənədlərin olmamasına baxmayaraq, hazırki mübahisənin düzgün həlli baxımından mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilidə faktiki yaşayanlarla iddiaçının əlaqəsi, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə məhkəmə iddiaçının Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, ev 18 ünvanında 2006-ci ildən yaşamağa başladığını nəzərə alaraq hesab edir ki, mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan müddəaların mənası baxımından məhkəmə hesab edir ki, iddiaçı uzun müddət yaşadığı mübahisəli ünvana köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Konistitusiyasının 43.1-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma xarakterinə görə qadağanedici norma, tətbiq edilən subyektlərin dairəsin görə isə ümumi normadır. Normanın mənası ondan ibarətdir ki , hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və ya digər bu kimi yerlərə köçürülməyə dair iddialar həll edilərkən ilk növbədə 3 məsələ aydınlaşdırılmalıdır. 1. Şəxs köçmək isdədiyi yerdə yaşayıbmı, 2. Şəxs yaşadığı yerdən məhrum edilibmi. 3.məhrumetmə qanunidir. Hazırki mülki işdə 1-ci və 2-ci hallar mövcuddur, ona görədə hazırda 3-cü halın mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilərdiki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Beləliklə cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edlmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Beləliklə cavabdeh yuxarıda qeyd edilən qadağanedici normaları pozmuş, pozuntunun nəticələri hal-hazırdada davam etməkdədir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks halda pozulan norma əhmiyyəti olmayan norma sayıla bilər. Məhkəmə onunda qeyd edir ki, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reysterindən qeydiyyata alınmaması Konistitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə maneə ola bilməz. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından bərabərlik prinsipinə uyğun olaraq iddiaçınında azyaşlı övladı ilə birlikdə həmin evdə yaşamaq hüququ vardır. Məhkəmə həmçinin nəzərə alır ki, Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikilidə yaşamalarını və oradan istifadə etmələrini qadağan edən norma yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə köçməsi uşağının da köçməsinə əsas yaradacaqdır. Çünki yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bundan başqa məhkəmə iddia tələbinin istifadə qaydalarının müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə konkret olmadığında, yəni mücərrət xarakter daşıdığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə bir daha qeyd etməyi zəruri sayır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması anlamına gəlmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumunun tutulmasına dair tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı övladı xx.xx.2010-cu il təvəllüdlü X6 ilə birikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar