Məhkəmə qərarları › İş №e-2(008)-2373/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2373/2024

17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2373/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs X28, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Sabunçu Rayon Qeydiyya Şöbəsi, Maraqlı şəxs2 olmaqla “qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi” tələbinə dair ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Sabunçu Rayon Qeydiyya Şöbəsinə, Maraqlı şəxs2 olmaqla “qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1924-cü ildə Bakı şəhərində doğulmuş anası X15 X16 ilə bacı olması və 18 avqust 1940-cı ildə Bakı şəhərində anadan olmuş X4 xalası oğlu olmasına dair qohumluq münasibətlərində olması faktının müəyyən olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş üzrə maraqlı şəxs (Syunina) X23 bacısıdır. 18 avqust 1940-cı ildə Bakı şəhərində anadan olmuş X5 xalası oğludur. Valerinin atası X32 anası isə X6. Mixeyev Valerinin anası Arxipova Anastasiya ilə anası X29 bacıdırlar. Anası X29 xx.xx.1996-cı ildə, xalası Arxipova Anastasiya 1998-ci ildə vəfat etmişdir. X22 X17 ilə 2004-cü ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından X34 doğulmuşdur. X34 xx.xx.2008-cü ildə vəfat etmişdir. X22 xx.xx.2017- ci ildə, həyat yoldaşı X10 2023-cü ildə vəfat etmişdir. X3 başqa heç bir yaxın qohumu yoxdur. ünvan 2 ünvanında X12 miras fərdi yaşayış evi qalmışdır. X18 qohumluq münasibətində olma faktının müəyyən olunması ondan qalmış miras əmlakı idarə edilməsi və sərəncam verilməsi, gələcəkdə adına vərəsəlik qaydasında rəsmiləşdirilməsi üçün lazımdır. X24 xalasıoğlu olmasını təsdiq edən X39 ilə xalası Anastasiya Arxipovanın qohumluq münasibətində olma faktını təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından və həmin sənədləri əldə etmək zəruri olduğundan və əldə etmək imkanı xaricində olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir, eyni zamanda məhkəmənin ona müfaviq orqandan imtina cavabdının alınması üçün vaxt verilməsinə dair təklifini qəbul etməyərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X35 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ИЕ seriyalı, 772196 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X33 xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X41 Yanakoviç, anası isə X13. АЗ seriyalı, 533516 nömrəli doğum haqqında şəahdətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X41, anası isə X19. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-DA/2-S- 331-6-427/2024 nömrəli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları İdarəsi” arxiv fondunda mühafizə edilən 1924-cü ilə dair Bakı şəhəri Lenin (sabunçu) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1924-cü il doğulan X14 təvəllüdü qeyd olunmuşdur. X42, atası isə Arxipov Aqafon-dur. ИЕ seriyalı, 145060 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, Syunin Nikolay ilə X25 ilə xx.xx.1951-ci ildə nikaha daxil olmuşlar. Arvada Syunin soyadı verilmişdir. İV-ЖГ seriyalı, 465466 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür. SSSR X43 Komisarlığının vermiş olduğu təvəllüd şəhadətnaməsinin surətindən görünür ki, X26 xx.xx.1940-cı il tarixdə doğulmuşdur. X37, anası isə Anastasiya Aqafanovadır. AZ-İ seriyalı, 125973 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X26 ilə X20 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşdur. Ərə Mixiyev, arvada isə Abramova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X40 Anatolyeviç, atası isə X7. İş materiallarında olan Maraqlı şəxs1 AZ-İ seriyalı, 843301 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X26 xx.xx.2017-ci ildə kəskin koronar çatışmazlığından ölmüşdür. AZ-İİ seriyalı, 368861 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X20 xx.xx.2023-cü il tarixdə ölmüşdür. AZ-İİ seriyalı, 368861 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X20 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X31 izahat verərək bildirmişdir ki, o ərizəçi Syunina Laris ilə yaxın qonşu olmuşdur, balaca olarkən onlar çox vaxtı bir yerdə oluduğlarını bildirdi. Larisanın anasının adı onun yadında qalmadığını, atası isə Larisa kiçik olarkən öldüyündən onu tanımamışdır. Larisanın xalasını tanıdığını, uşağ vaxtı olanda Larisagilə qonaq gedən zaman Larisanın xalasında onlarda olurdu. Larisanın xalasının adı Jenya olduğunu, onunoğlu olmadığını, Jenya xalanın əri olduğunu, Larisanın Valeri adında xalası oğlu olduğunu bildirdi, lakin Valerinin anasının adını yadında qalmadığını ancaq Jenya xalann Valerinin anası olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X1 qaynanasının bacısı olduğunu, onların 2012-ci ildən qohum olduğunu, lakin Larisanın atasını, anasını habelə xalasının tanımadığını bildirmişdir. Larisanın Valeri adında xalası oğlu olduğunu bildirdi. Lakin Valerinin anasının adını bilmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarında ərizəçinin anası X29 ilə X16 bacı olmasına dair məlumatların qeydiyyat şöbəsində olmasına dair Qeydiyyat şöbəsinə ərizəçi tərəfindən müarciət olunması və buna dair məlumatların olmamasına dair qeydiyyat şöbəsinin məkyubu iş matriallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə, şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-cı bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 2.3-cü maddəsinə əsasən Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, ərizəçi məhkəməyə müraciət edərək ərizəçinin anası ilə X8 bacı olması faktının müəyyən edilməsini xahiş etsədə, ərizəçi tərəfindən müvafiq orqana bu faktı yoxlamaq üçün müraciət olunmasını təsdiq edəcək məlumatlar iş matriallarına əlavə edilməmişdir. Məhkəmə tərəfindən isə sözügedən müraciət edilməsi üçün ərizəçiyə vaxt verilməsi təklif edilsədə, ərizəçinin vəkili vaxt verilməsindən imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Sabunçu Rayon Qeydiyya Şöbəsi, Maraqlı şəxs2 olmaqla «qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu büdcədən Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar