Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2377/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti olmaqla “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti olmaqla “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xüsusi Ekspert MMC ilə İddiaçı arasında bağlanmış və Elektron Hökümət portalına daxil edilmiş əmək müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmək müqaviləsinin bildirişinin mərkəzləşdirilimiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Dövlət Əmlak Müfəttişliyi Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı heç bir əmək münasibətlərində olmadığına baxmayaraq qanunsuz olaraq Xüsusi Exspert MMC Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən onun işçisi kimi qeyd edilməklə əmək müqaviləsi Elektron Hökumət portalının sisteminə əlavə etmiş, həmin MMC ilə hər hansı münasibətləri olmamış, heç bir zaman əmək müqaviləsi bağlamamışdır. Bütün qeyd edilənlərin heç bir hüququ faktiki əsası olmamışdır. Yuxarıda qeyd edilənlərlə bağlı tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edilmiş müraciətdə qeyd edilmiş əmək müqaviləni sistemdən silinməsini təmin edilməsi istənilmişdir. X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********1 saylı məktubuna əsasən sistemdən əmək müqaviləsinin bildirişinin silinməsi mümkün olmadığı qeyd edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli cavab məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilmədir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/3/2023-00055 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçılar tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışdan görünür ki, İddiaçı Xüsusi Ekspert Hüquq Xidmət MMC-də xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən hüquqşünas vəkil kimi işə qəbul edilmişdir. Məhkəmənin Xüsusi Ekspert Hüquq Xidmət MMC-yə xx.xx.2023-cü il tarixdə göndərmiş olduğu sorğusundan görünür ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin olub olmamasına dair sorğu göndərmiş, lakin cavabdeh təşkilat tərəfindən soruğaya cavab verilməmişdir. Elektron Məhkəmə X1rumlarının dövlət reysteri məlumatlarına verilmiş sorğudan görünür ki, cavabdeh Xüsusi Ekspert Hüquq Xidmət MMC hal-hazırda fəaliyyətdədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü və 337.4-cü maddələrinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə ilk öncə iddia tələbinin ilkin - Xüsusi Ekspert MMC ilə İddiaçı arasında bağlanmış və Elektron Hökümət portalına daxil edilmiş əmək müqaviləsinin etibarsız hesab edilməsi- hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etməsinin səbəbinin onunla cavabdeh arasında hər hansı müqavilə münasibətləri olmadığı halda cavabdehin onun adın işçi kimi elektron sistemə daxil etməsini bildirmiş, məhkəmə tərəfindəndə cavabdehə sorğu verilərək tərəflər arasında hər hansı bir müqavilənin mövcud olub-olmamasına dair məlumatın verilməsi xahiş edilmiş, lakin tərəflər arasında müqavilə olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə məlum olur ki, tərəflər arasında hər hansı bir əqd yəni əmək müqavilə olmamışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək mövcud olmayan müqavilənin etibrsız hesab edilməsini məhkəmədən xahiş etsədə, məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, müqavilənin etibarsızlığını müəyyən etmək üçün ilk öncə sözügedən müqavilə mövcud olmalıdir. Tərəflər arasımnda hazırda əmək müqaviləsi mövcud olmadığında, mövcud olmayan müqavilə etibarsız hesab edilə bilmədiyindən iddia tələbi ilk hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin digər yəni-həmin əmək müqaviləsinin bildirişinin mərkəzləşdirilimiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Dövlət Əmlak Müfəttişliyi Xidmətinə həvalə edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədədə aydın olmadığından, yəni hansı əmək müqaviləsi bildirişini və ya əmək müqaviləsi etibrsızlığ bildirişinin və ya ümumiyyətlə tərəflər arasında əmək müqaviləsi münasibətləri olmaması bildirişin daxil edilməsi müəyyən edilə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Mehdiyev İlham Rəşid cavabdeh "xxxx" MMC-yə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti olmaqla “əmək müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmək müqaviləsinin bildirişinin mərkəzləşdirilimiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Dövlət Əmlak Müfəttişliyi Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2377/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2377/2023
16.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver