Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2378/2023 04.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Müdüroğlu Eran Efruzun Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəri sürməyən üçüncü şəxslər X1, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC qeyd edilməklə torpaq sahələrinə mülkiyyət hüququna xitam verilməsi və iddiaçının ülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Müdüroğlu Eran Efruz Cavabdeh qarşı X1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəri sürməyən üçüncü şəxs qismində qeyd edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ərazisində yerləşən 5061b №-li ; 5061d №-li ; 5061e №-li ; 5061q №-li 5061v №-li bağ sahələri üzərində Cavabdeh mülkiyyət hüququna xitam verilməsi və həmin bağ sahələri üzərində iddiaçı X4 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmış, lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Müdüroğlu Eran Efruzun iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-2378/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2378/2023
04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver