Məhkəmə qərarları › İş №e-2(008)-2424/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2424/2024

22.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2424/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş) məhkəməyə müraciət edərək Zeynalova (Rəcəbova) Aidə Oktay qızına məxsus əşyaların Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25 saylı evdən boşaldılmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Sabunçu Rayon Məhkəməsinə cavabdehlər X3, X4 və X2 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25 saylı evə dair istifadə hüquqlarının itirilməsi və evdən çıxarılması tələbi ilə müraciət etmişdir. Belə ki, Sabunçu Rayon Məhkəməsi tərəfindən 2(008)-3080/2014 N-li mülki iş üzrə qəbul edilmiş xx.xx.2014-cü il tarixli qətnaməsilə X6 xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25 saylı evə köçürümələri qət edilmişdir. X6 İddiaçı keçmiş gəlini, X4 və X5 isə nəvələridir. Həmin qətnamə əsasında 1 ədəd masa, 8 ədəd miz, 1 ədəd yataq mebeli dəsti, 1 ədəd mətbəx mebeli dəsti, 1 ədəd sandıq, 1 ədəd televizor altlığı, 1 ədəd Samsung markalı paltaryuyan maşın, 1 ədəd Samsung markalı televizor, 1 ədəd Moolinex markalı tozsoran, 1 ədəd Maxi markalı qabyuyan, 1 ədəd Beko Markalı soyuducu, 1 ədəd LG markalı şirəçəkən, 1 ədəd Beko markalı kombayn, 1 ədəd Geepas markalı ətçəkən, 1 ədəd qazan, 2 ədəd çilçıraq (lüstr) Kapsella pərdələr, 1 ədəd 5 m uzunluğunda, 1 ədəd 3 m uzunluğunda, 1 ədəd 2 m uzunluğunda, 1 ədəd 5 m uzunluğunda tül pərdə, 2 ədəd 2 m uzunJuğunda qapə pərdəsi, 3 ədəd Madonna çay servisi, 1 ədəd Madonna kofe servisi, 3 ədəd Madonna şirə dəsti, 2 ədəd Madonna meyvə qabı, 1 ədəd Madonna nahar servisi, 1 ədəd Madonna çıraq, 1 ədəd xrustal meyvə qabı, 6 ədəd xrustal badə, 1 ədəd xrustal güldan (üzərində böyük çərçivədə Qurani-Kərim tablosu), 2 ədəd Meduza meyvə qabı, 1 ədəd güldan sandıq əşyaları-2 ədəd döşəkağı dəsti, 1 ədəd yüngül, nazik bir laylı yorğan(odeyal), 2 ədəd məhraba dəsti, 4 ədəd can məhrəbası (tək-tək), 6 ədəd əl məhrəbası (tək tək), 2 ədəd çay dəsmalı dəsti, 6 ədəd döşəkağı-döşəküzlüyü (tək-tək), 2 ədəd türk yorğanı, qoşa dəst, 1 ədəd hamam üçün dəst, 1 ədəd tək döşəkağı-döşəküzlüyü dəsti, 4 ədəd yastıq üzü (buxovlu, kreujevalı), 4 ədəd döşək (tək-tək), 1 ədəd 2 nəfər üçün döşək, 2 ədəd döşək üzü, 4 ədəd bir nəfər üçün yorğan, 1 ədəd 2 nəfər üçün yorğan, 3 ədəd mütəkkə, 2 ədəd sintepon yastıq, 6 ədəd 1 nəfər üçün yastıq, Xalçalar-1 ədəd 6x3 ölçüdə Gəncə istehsalı olan xalçalar, 3 ədəd qazanla, 1 ədəd tava dəsti, 1 ədəd işlənmiş Tefal qazanı 3 ədəd qazanla, 1 ədəd tava dəsti, 1 ədəd od samovarı, 1 ədəd elektrik samovarı, 12 ədəd qaşıq dəsti, siyirtməli, bağlamada 1 ədəd aşsüzən, 2 ədəd şirəli qazan Uşaq ləvazimatları-1 ədəd beşik içi dəst yataq dəsti, 1 ədəd palma dəsti, 1 ədəd uşaq üçün manej, 3 ədəd böyük ayılar, 2 ədəd balaca ayılar, 2 ədəd böyük gəlincik, 1 ədəd qara güldan, böyük gülləri ilə 1 ədəd qızılı güldan, böyük gülləri ilə 1 ədəd xrustal gül bazası Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küç, 25 saylı evə köçürülmüşdür. Həmin tarixdən etibarən cavabdeh azyaşlı uşaqları ilə bir gün belə olsun həmin mənzildə yaşamamışlar, köçürülmənin ilk ilində Aidə Rəcəbova tərəfindən evə köçürülmüş şəxsi əşyalarının müəyyən hissəsi evdən götürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də görünür ki, cavabdehin evdə qalmış əşyaları 10 ildir istifadəsiz vəziyyətdə qalmışdır. Adıçəkilən ev faktiki olaraq İddiaçı mülkiyyətindədir. Məhkəməyə təqdim etdiyimiz qəbzlərdən də görünür ki, evin kommunal xidmətləri faktiki mülkiyyətçi İddiaçı həyat yoldaşının adınadır. Məhkəməyə təqdim edilmiş Zeynalova (Rəcəbova) Aidə Oktay qızının ərizəsindən görünür ki, şəxs mənzildən çıxarılmağa və mənzilin boşaldılmasına etiraz etmir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. İddiaçı xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin rüsum dövlət büdcəsindən ona qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı evin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar