Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2440/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı4, X6, İddiaçı5, İddiaçı6, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun,İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17 vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili X3, Cavabdeh Maştağa Bələdiyyəsinin nümayəndəsi X18, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi X22 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, X6, İddiaçı5, İddiaçı6, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun,İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, Məmmədova (Məlikova) Əminə Şükür qızının, İddiaçı7, X7, İddiaçı8, İddiaçı9, X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Maştağa Bələdiyyəsinə, Cavabdeh4 MMC-yə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X40 şəxsin 1 saylı Bakı ərazi İdarəsi olmaqla «zəbt edilmiş torpaq sahəsinin boşaldılması və hərəkətlərin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı4, X14, İddiaçı5, İddiaçı6, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlu, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, Məmmədova (Məlikova) Əminə Şükür qızı, İddiaçı7, X15, İddiaçı8, İddiaçı9, X23 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Maştağa Bələdiyyəsinə, Cavabdeh4 MMC-yə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X43 şəxsin 1 saylı Bakı ərazi İdarəsi olmaqla «zəbt edilmiş torpaq sahəsinin boşaldılması və hərəkətlərin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Maştağa bələdiyyəsinin 277 nömrəli 21 iyun 2005-ci il tarixli və 233 nömrəli 01 iyun 2005-ci il tarixli sərəncamları ilə ayrılmış 37500 m2 və 22500 m2 torpaq sahələri Nardaran qəsəbəsinin inzibati ərazisindəki torpaq sahələrinə aid olmadığından həmin şəxslərin iddiaçılar X27 istifadəsində olan 5000 m2 (sahə № 11, yer № 07) bağ torpaq sahəsindən, İddiaçı2 5000 m2 (sahə № 11, yer № 21) bağ torpaq sahəsindən, X24 istifadəsində olan 5000 m2 (sahə № 11, yer 03) bağ torpaq sahəsindən, mərhum X19 istifadəsində 5000 m2 (sahə № 11, yer № 01) bağ torpaq sahəsindən, X8 istifadəsində olan 5000 m2 (sahə № 11, yer № 13) bağ torpaq sahəsindən, İddiaçı5 istifadəsində olan 5000 m2 (sahə № 11, yer № 15) bağ torpaq sahəsindən, İddiaçı6 istifadəsində olan 5000 m2 (sahə № 11, yer № 19) bağ torpaq sahəsindən, İddiaçı6 istifadəsində olan 1200 m2 (Ləhiş bağ massivi sahə № 4802) bağ torpaq sahəsindən, İddiaçı7 1200 m2 (Ləhiş bağ massivi sahə № 4501) bağ torpaq sahəsindən, X9 1200 m2 (Ləhiş bağ massivi sahə № 4805) bağ torpaq sahəsindən, İddiaçı8 1200 m2 (Ləhiş bağ massivi sahə № 927) bağ torpaq sahəsindən, İddiaçı10 1200 m2 (Ləhiş bağ massivi sahə № 4502) bağ torpaq sahəsindən, İddiaçı11 1200 m2 (Ləhiş bağ massivi sahə № 4808) bağ torpaq sahəsindən, İddiaçı12 1200 m2 (Ləhiş bağ massivi sahə № 4310) bağ torpaq sahəsindən, İddiaçı1 1200 m2 (Ləhiş bağ massivi sahə № 4601) bağ torpaq sahəsindən, X10 1200 m2 (Ləhiş bağ massivi sahə № 4807) bağ torpaq sahəsindən, X1 1200 m2 (Ləhiş bağ massivi sahə № 4803) bağ torpaq sahəsindən, X2 1200 m2 (Ləhiş bağ massivi sahə № 4811) bağ torpaq sahəsindən, İddiaçı14 1200 m2 (Ləhiş bağ massivi sahə № 4809) bağ torpaq sahəsindən, İddiaçı15 1200 m2 (Ləhiş bağ massivi sahə № 4812) bağ torpaq sahəsindən, mərhum X20 1200 m2 (Ləhiş bağ massivi sahə № 4813) bağ torpaq sahəsindən, İddiaçı17 1200 m2 (Ləhiş bağ massivi sahə № 4806) bağ torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ləhiş bağ massivində qanuni əsasla iddiaçıların istifadəsində olan bağ torpaq sahələrinə ayrı-ayrı şəxslərin qanunsuz müdaxiləsinin qarşısının alınması və həmin şəxslərin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Belə ki, 6 ha ərazisi olan mübahislə torpaq sahəsində aşağıda adları sadalanan sakinlərin bağ sahələri mövcuddur. X27 istifadəsində olan 5000 m2 (sahə № 11, yer № 07) bağ torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 19 saylı qərarı ilə, İddiaçı2 5000 m2 (sahə № 11, yer № 21) bağ torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə, X24 istifadəsində olan 5000 m2 (sahə № 11, yer 03) bağ torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə, mərhum X19 istifadəsində 5000 m2 (sahə № 11, yer № 01) bağ torpaq sahəsinə Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 10 saylı qərarı ilə, X8 istifadəsində olan 5000 m2 (sahə № 11, yer № 13) bağ torpaq sahəsinə Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 16 saylı qərarı, İddiaçı5 istifadəsində olan 5000 m2 (sahə № 11, yer № 15) bağ torpaq sahəsinə Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 15 saylı qərarı ilə, İddiaçı6 istifadəsində olan 5000 m2 (sahə № 11, yer № 19) bağ torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2004-cü il tarixli 13 saylı qərarı, İddiaçı6 istifadəsində olan 1200 m2 bağ torpaq sahəsi (Ləhiş bağ massivi sahə № 4802) Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbə üzrə X4 02/857 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, İddiaçı7 1200 m2 (Ləhiş bağ massivi sahə № 4501) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/870 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, X9 1200 m2 (Ləhiş bağ massivi sahə № 4805) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/860 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, İddiaçı8 1200 m2 (Ləhiş bağ massivi sahə № 927) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/248 nömrəli xx.xx.2008-ci il tarixli çıxarışa əsasən, İddiaçı101200 m2 (Ləhiş bağ massivi sahə № 4502) Azərbaycan Respublikası Bakı şəhəri, S abunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/871 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, İddiaçı11 1200 m2 (Ləhiş bağ massivi sahə № 4808) Azərbaycan Respublikası Bakı şəhəri, S abunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/862 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, İddiaçı12 1200 m2 (Ləhiş bağ massivi sahə № 4310) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/864 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, İddiaçı1 1200 m2 (Ləhiş bağ massivi sahə № 4601) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/869 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, X10 1200 m2 (Ləhiş bağ massivi sahə № 4807) Azərbaycan Respublikası Bakı şəhəri, S abunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/861 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, X1 1200 (Ləhiş bağ massivi sahə № 4803) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/858 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, X2 1200 m2 (Ləhiş bağ massivi sahə № 4811) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/865 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, İddiaçı14 1200 m2 (Ləhiş bağ massivi sahə № 4809) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/863 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, İddiaçı15 1200 m2 (Ləhiş bağ massivi sahə № 4812) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəsi üzrə X4 02/866 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən, mərhum X20 1200 m2 (Ləhiş bağ massivi sahə № 4813) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbəs üzrə X4 02/867 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışına əsasən, İddiaçı17 1200 m2 (Ləhiş bağ massivi sahə № 4806) Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran Qəsəbə üzrə X4 02/861 nömrəli xx.xx.2005-ci il tarixli çıxarışa əsasən rəsmiləşdirilmişdir. Cavabdeh Azərbaycan Respublikasının vətəndaşı 1968-ci il təvəllüdlü Cavabdeh2 Azərbaycan Respublikası Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 277 nömrəli 21 iyun 2005-ci il tarixli sərəncamını əlində rəhbər tutaraq ona həmin sərəncamla Maştağa "Ləəç" bağ massivində bağçılıq və bostançılıq üçün ayrılmış 22500 m2 torpaq sahəsinin Nardaran qəsəbəsi ərazində yerləşən mübahisəli əraziyə aid olduğunu iddia edərək həmin torpaq sahəsini "xxxx" MMC-yə satmaq niyyəti ilə zəbt etmişdir. Cavabdeh Azərbaycan Respublikasının vətəndaşı 1962-ci il təvəllüdlü Cavabdeh1 Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 233 nömrəli 01 iyun 2005-ci il tarixli sərəncamını əlində rəhbər tutaraq ona həmin sərəncamla Maştağa "Ləəç" bağ massivində bağçılıq və bostançılıq üçün ayrılmış 37500 m2 torpaq sahəsinin Nardaran qəsəbəsi ərazində yerləşən mübahisəli əraziyə aid olduğunu iddia edərək həmin torpaq sahəsini "xxxx" MMC-yə satmaq niyyəti ilə zəbt etmiş və torpaq sahəsini daşla hasarlamağa cəhd etmişdir. Cavabdeh "xxxx" MMC iddiaçılara məxsus olan bağ torpaq ərazilərinə daxil olaraq orada Nardaran qəsəbə sakinlərinə Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbə Nümayəndəliyinin qərarı əsasında istifadələrində olan bağ torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərin olmasına baxmayaraq tikinti işləri aparmaqdadır. Nardaran qəsəbəsi – Bakı şəhərinin Sabunçu rayonu ərazisində qəsəbə olmaqla Bakıətrafı 32 kənddən biridir, Bakıdan 25 kilometr şimalda yerləşir. Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır. Rayonun Maştağa, Bilgəh və Kürdaxanı qəsəbələri ilə sərhəddə yerləşməklə ərazisi 29 kv.km-dir. Məhkəmə iclasında iştirak edən İddiaçılar İddiaçı2, İddiaçı4, X6, İddiaçı5, İddiaçı6, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun,İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17 vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Maştağa Bələdiyyəsinin nümayəndəsi X29 öz izahatında göstərmişdir ki, iki çağırış, yəni 10 il Nardaran qəsəbəsində bələdiyyə seçkiləri keçirilməmişdir, ona görə də yaranmış vəziyyət-şəraitə tam uyğun laraq qonşuluqda olan Maştağa bələdiyyəsi Nardaran qəsəbəsində bələdiyyə funksiyalarını həyata keçirmişdir. Odur ki, yerli özünü idarəetmə orqanı kimi Azərbaycan Respublikası ərazisində 2000-ci ildən Bələdiyyə orqanlarına seçkilər olmuş və fəaliyyətə başlamışlar. Həmin vaxtdan da qüvvədə olan qanunları uyğun torpaq sahələrin ayrılmaları, icarəyə və ya istifadəyə verilməsi yalnız və yalnız Bələdiyyələr tərəfindən həyata keçirilmişdir, yəni həmin səlahiyyətlər bələdiyyələrə həvalə edilmişdir. Digər hər hansı təşkilatların torpaq sahələrin ayrılmasına səlahiyyətləri olmamışdır. Sabunçu rayon Məhkəməsinə daxil olmuş hazırkı kollektiv iddia ərizəsində görün ir ki, ərizədə qeyd olunan iddiaçıların 2005-ci ildə Sabunçu rayon İHB-nın Nardaran qəsəbəsi üzrə Nümayəndəsinin qərarı (çıxarışı) əsasında bır qayda olaraq müxtəlif həcmdə torpaq sahəsi ayrılmışdır. Halbuki İcra hakimiyyət qurumlarının torpaq sahələrin ayrılmasına heç bir səlahiyyətləri olmamışdır. Yalnız rayon icra hakimiyyət başçıları səlahiyyətləri dairəsində torpaq Məcəlləsinin 16-cı maddəsinə uyğur olaraq Dövlət Yaylaq və Qışlaq fondunda olan torpaqları icarəyə verməyə səlahiyyətləri vardır. Ona görə kollektiv iddia ərzəsini imza edən 18 nəfər iddiaçılara ayrıları torpaq sahəsinə dair sənədlərin etibarlı olmamasına əsaslı şübhələr vardır. Bunlardan tam fərqli olaraq Maştağa bələdiyyəsinin X17 və Cavabdeh2 torpaq sahəsinin ayrılması barədə Maştağa Bələdiyyəsinin 277 nömrəli, 21 iyun 2005-ci il tarixli və 233 nömrəli 01 iyun 200!-ci il tarixli sərəncamına qanuna uyğun qaydada verilmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi X34 iddianın rədd edilməsini məhkəmədn xahiş etmişdir. İş üzrə digər iddiaçılar Məmmədova (Məlikova) Əminə Şükür qızı, İddiaçı7, İddiaçı5, İddiaçı8, İddiaçı9, cavabdehlər Cavabdeh1, Cavabdeh2, , Cavabdeh4 MMC-nin nümayəndəsi, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin nümayəndəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X40 şəxsin 1 saylı Bakı ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasını vaxtı və yeri barədə xəbərdar edilməsinə bxamayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər iddiaçılar Məmmədova (Məlikova) Əminə Şükür qızının, İddiaçı7, İddiaçı5, İddiaçı8, İddiaçı9, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 MMC-nin nümayəndəsinin, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin nümayəndəsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X40 şəxsin 1 saylı Bakı ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 24 may 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X11 etiraz ərizəsi yazaraq bildirmişdir ki, iddiaçılar İddiaçı2 və qeyriləri (18 iddiaçı) onlara və qeyrilərinə qarşı Sabunçu rayon məhkəməsində iddia qaldırmışlar. İddiaçılar iddia ərizəsində bildirirlər ki, Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Nardaran qəsəbəsi üzrə X4 (müxtəlif tarixlərdə: 2004-2005-ci illərdə iddiaçıların hər birinə ayrıayrılıqda) verilmiş çıxarışa əsasən müxtəlif ölçülərdə torpaq sahələri əldə etmişlər. İddiaçılar, həmçinin, qeyd edirlər ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin müvafiq olaraq 233 nömrəli xx.xx.2005-ci il tarixli və 277 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamları ilə Cavabdeh1 və Cavabdeh2 Maştağa “Ləəç” bağ massivində bağçılıq və bostançılıq üçün ayrılmış 37500 kv.m və 22500 kv.m torpaq sahələri ayrılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onara Baladiyyə sərəncamı ilə ayrılmış həmin torpaq sahələrini faktiki olaraq istifadə edirlər. İddiaçılar hesab edirlər ki, cavabdehlərin faktiki istifadəsində və sahibliyində olan torpaq sahələri - onlara Nardaran Ərazi Nümayəndəliyinin Aparatının çıxarışı ilə “ayrılmış” torpaq sahələri ilə eynidir. İddiaçılar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sahibliyində olan torpaqları “zəbt etdiklərini” hesab edərək, həmin torpaq sahələrindən çıxarılmasına dair qətnamə çıxarılmasını tələb edirlər. cavabdeh hazırki iddia tələbi ilə razı deyildir. İddiaçıların özlərinin qeyd etdikləri və Məhkəməyə də məlum olduğu kimi, idiaçıların iddia etdiyi torpaq sahələri Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin müvafiq olaraq 233 nömrəli xx.xx.2005ci il tarixli və 277 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamları ilə onlara ayrılmışdır. Torpaq sahələri 2005-ci ildən faktiki istifadələrində və sahibliyindədir. İddiaçıların həmin torpaq sahələrinə dair iddiaları əsassız və qanunsuzdur. Eyni zamanda, hesab edirik ki, hazırki iş üzrə iddianın əsaslığının yoxlanılmasının ilkin mərhələsi kimi, ilk növbədə, iddiaçıların subyektiv hüququnun olub-olmadığının müəyyənləşdirilməsi zəruridir. Belə ki, iddiaçıların hazırki iddianı irəli sürmələri üçün ilk növbədə “mübahisələndirilən torpaq sahələrinin” onlara qanuni əsaslarla məxsus olub-olmadığı yoxlanılmalıdır. İddiaçıların istinad etdiyi Sabunçu Rayon İH-nin Nardaran qəsəbəsi üzrə Nümayəndəliyin aparatının torpaq ayırmağa dair səlahiyyətli olmasını təsdiq edən hər hansı normativ baza mövcud deyildir. Yəni, Nardaran qəsəbəsi üzrə Nümayəndəliyin torpaqlara dair sərəncam vermək hüququ 2005-ci ildə olmamışdır, indi də belə hüququ yoxdur. Belə olduğu halda iddiaçıların istinad etdikləri “Nardaran qəsəbəsi üzrə nümayəndəliyin Aparatının qərarından çıxarış”lar hər hansı hüquqmüəyyənedici əhəmiyyətə malik deyildir, belə kağızlar (“çıxarışlar”) heç kəsə torpaq üzərində sahiblik və ya istifadə hüququ verə bilməz. Bununla əlaqədar, “Nardaran qəsəbəsi üzrə nümayəndəliyin Aparat”ın adından verilmiş “çıxarışlar”ın hüquqmüəyyənedicilik əhəmiyyətini və mötəbərliyinin müəyyənləşdirilməsi üçün nümayəndəliyin tabe olduğu Sabunçu Rayon İcra Hakimiyyətinin hazırki işə cəlb olunması və iddiaçıların istinad etdiyi “çıxarışlar” barədə yerli icra hakimiyyəti orqanının məlumatlı olub-olmadığı araşdırılmalıdır. Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi”nin “Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi” şərtlərini və qaydalarını tənzimləyən 13-cü fəslində fiziki və hüquqi şəxslərə yerli icra hakimiyyətlərinin Nümayəndəliyi tərəfindən torpaq sahələrinin ayrılması səlahiyyəti nəzərədə tutulmamışdır. Bu səbəbdən, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh4 MMC-nin nümayəndəsi X36 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinin 277 nömrəli, 21 iyun 2005-ci il tarixli sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləəç bağ massivində 22500 kv.m olan torpaq sahəsi Cavabdeh2 bağçılıq və bostançılıq üçün ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinin 233 nömrəli, 01 iyun 2005-ci il tarixli sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləəç bağ massivində 37500 kv.m olan torpaq sahəsi Cavabdeh1 bağçılıq və bostançılıq üçün ayrılmışdır. İş materaillarında olan Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 16 nömrəli 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri İcra hakimiyyətinin 23 oktyabr 1991-ci il tarixli 14-655 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının genişləndirilməsi üçün 5000 kv/m əlavə yardımçı torpaq sahəsi X10 30 il müddətinə ayrılmışdır. (Sahə 11, yer 13) İş materaillarında olan Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 19 nömrəli 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri İcra hakimiyyətinin 23 oktyabr 1991-ci il tarixli 14-655 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının genişləndirilməsi üçün 5000 kv/m əlavə yardımçı torpaq sahəsi X30 30 il müddətinə ayrılmışdır. (Sahə 11, yer 07) İş materaillarında olan Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 15 nömrəli 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri İcra hakimiyyətinin 23 oktyabr 1991-ci il tarixli 14-655 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının genişləndirilməsi üçün 5000 kv/m əlavə yardımçı torpaq sahəsi İddiaçı5 30 il müddətinə ayrılmışdır. (Sahə 11, yer 15) İş materaillarında olan Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 09 nömrəli 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri İcra hakimiyyətinin 23 oktyabr 1991-ci il tarixli 14-655 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının genişləndirilməsi üçün 5000 kv/m əlavə yardımçı torpaq sahəsi X28 30 il müddətinə ayrılmışdır. (Sahə 11, yer 03) İş materaillarında olan Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 12 nömrəli 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri İcra hakimiyyətinin 23 oktyabr 1991-ci il tarixli 14-655 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının genişləndirilməsi üçün 5000 kv/m əlavə yardımçı torpaq sahəsi İddiaçı2 30 il müddətinə ayrılmışdır. (Sahə 11, yer 21) İş materaillarında olan Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 13 nömrəli 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri İcra hakimiyyətinin 23 oktyabr 1991-ci il tarixli 14-655 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının genişləndirilməsi üçün 5000 kv/m əlavə yardımçı torpaq sahəsi İddiaçı6 30 il müddətinə ayrılmışdır. (Sahə 11, yer 19) İş materaillarında olan Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin 10 nömrəli 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri İcra hakimiyyətinin 23 oktyabr 1991-ci il tarixli 14-655 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının genişləndirilməsi üçün 5000 kv/m əlavə yardımçı torpaq sahəsi X25 30 il müddətinə ayrılmışdır. (Sahə 11, yer 01) İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/857 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün İddiaçı6 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4802 ünvanında 1200 kv/m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/862 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün İddiaçı11 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4808 ünvanında 1200 kv/m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/864 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün İddiaçı12 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4810 ünvanında 1200 kv/m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/863 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün İddiaçı14 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4809 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/866 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün İddiaçı15 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4812 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/861 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün İddiaçı17 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4806 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/858 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün X13 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4803 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/865 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün X5 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4811 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/861 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün X10 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4807 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/870 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün İddiaçı7 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4501 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 2/248 nömrəli 28 avqust 2008-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün İddiaçı8 Bakı şəhəri, Nardaran qəsəbəsi, Bağ massivində sahə 927 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/869 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün İddiaçı1 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4601 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/867 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün X20 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4813 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/860 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün X9 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4805 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra hakimiyyəti Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarının 02/871 nömrəli 18 yanvar 2005-ci il tarixli Çıxarışından görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 nömrəli 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisi üçün İddiaçı10 Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində sahə 4902 ünvanında 1200 kv/m olan torpaq sahəsi ayrılmışdır. İş materaillarında olan Bakı Şəhəri İcra hakimiyyəti Başçısının 285 nömrəli 20 iyun 2007-ci il tarixli Sərəncamında görünür ki, Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 12 iyun 2007-ci il tarixli 1/539 nömrəli razılıq məktubu və Cavabdeh4 MMC-nin 20 aprel 2007-ci il tarixli D/04/01 saylı müraciətini nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə 101 ha torpaq sahəsi icarə əsasında Cavabdeh4 MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 26 nömrəli, 06 fevral 2023-cü il tarixli Sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-2008-ci illlər ərzində Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin ayrı-ayrı vətəndaşlar üçün torpaq sahələrinin ayrılması barədə qəbul etdiyi qərarlar etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin A seriyalı 915356 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən dövlət torpaq sahəsi Cavabdeh4 MMC-yə icrayə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsiindəki dövlət mülkiyyətindəki 54.3828 ha olan yaşayış məntəqələrinin torpaq sahəsi Cavabdeh4 MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə ünvanlanmış 2(008)- 2440/2023 nömrəli, 27 mart 2023-cü il tarixli sorğusuna əsasən məhkəməyə göndərdiyi 13 aprel 2023-cü il tarixli 3-48-2F/2-02559/2023 nömrəli cavab məktubundan görünür ki, Bakı Şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinin 277 nömrəli, 21 iyun 2005-ci il tarixli sərəncamının Cavabdeh2 ayrılmış torpaq sahəsinin yerləşmə sxemi məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə ünvanlanmış 2(008)- 2440/2023 nömrəli, 27 mart 2023-cü il tarixli sorğusuna əsasən məhkəməyə göndərdiyi 13 aprel 2023-cü il tarixli 3-48-2F/2-02558/2023 nömrəli cavab məktubundan görünür ki, Bakı Şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinin 233 nömrəli, 01 iyun 2005-ci il tarixli sərəncamının Cavabdeh1 ayrılmış torpaq sahəsinin yerləşmə sxemi məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə X21 Mərkəzinin 25 aprel 2023-cü il tarixli 3-16-9/2-16428-3-92/2023 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləəç bağ massivində 22500 kv.m olan bağçılıq və bostançılıq üçün ayrılmış torpaq sahəsinə dair Bakı Şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinin 277 nömrəli, 21 iyun 2005-ci il tarixli sərəncamı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə X21 Mərkəzinin 25 aprel 2023-cü il tarixli 3-16-9/2-16428-3-90/2023 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləəç bağ massivində 37500 kv.m olan bağçılıq və bostançılıq üçün ayrılmış torpaq sahəsinə dair Bakı Şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinin 233 nömrəli, 01iyun 2005-ci il tarixli sərəncamı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının İ müavinin məhkəmənin vermiş olduğu xx.xx.2023-cü il tarixli sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda görünür ki, iddiaçılara ayrılmış torpaq sahələrinin yerləşmə sxeminə aid sənədlər Rayon İcra Hakimiyyətində olmadığından həmin sənədlərin təqdim edilməsi mümükün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, iddiaçılar məhkəməyə müraciət edərək onların qanunu istifadəsində olan torpaq sahələrinə cavabdehlər tərəfindən qanunsuz müdaxilə olduğunun bildirmişdir. Belə olan halda məhkəmə iddiaçılara əkinçiliyin genişləndirilməsi və fərdi evlərin tikilməsi üçün ayrılmış torpaq sahələri ilə cavabdehlərə ayrılmış torpaq sahələrinin üst-üstə düşməsi halının müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməsi zəruruətini tərəflərin diqqətinə çatdırmış və iddiaçılardan onlara ayrılmış torpaq sahələrinin yerləşmə sxeminin məhkəməyə təqdim edilməsi tələb edilmiş, eyni zamanada məhkəməyə təqdim edilməsi məqsədi ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə başçısının İ müavinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə müraciət edərək sorğuda qeyd edilən sənədlərin Rayon İcra Hakimiyyətində olmadığı bildirilmişdir. Belə olan halda iddiaçılar onlara ayrılmış olduğunu iddia etdiyini torpaq sahələrinə cavabdeh tərəfində müdaxilə etməsinə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı4, X6, İddiaçı5, İddiaçı6, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı1, İddiaçı13 Böyükağa oğlunun, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, Məmmədova (Məlikova) Əminə Şükür qızının, İddiaçı7, X7, İddiaçı8, İddiaçı9, X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Maştağa Bələdiyyəsinə, Cavabdeh4 MMC-yə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X43 Şəxsin 1 saylı Bakı ərazi İdarəsi olmaqla «zəbt edilmiş torpaq sahəsinin boşaldılması və hərəkətlərin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2440/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2440/2023
15.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver