Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2444/2023 16.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu Ərizəçi maraqlı şəxs DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı sənədin eyni şəxsə məxsus olması faktının müəyyən olunması barədə ərizəsinə baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı sənədin eyni şəxsə məxsus olması faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən X1 adına verilən 27 mart 1991-ci il tarixli, 1308 v (kiril əlifbası ilə 1308 в) nömrəli, 3/318 nömrəli qərarı və həmin qərarla X2 verilən orderin mərhum həyat yoldaşı X3 məxsus olması faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi etibarnamə üzrə nümayəndə və vəkili Vəkil “elektron informasiya sistemi” vasitəsi ilə daxil etdiyi ərizəsindən görünür ki, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı sənədin eyni şəxsə məxsus olması faktının müəyyən olunması barədə ərizədə müəyyən dəyişikliklər etmək zərurəti yarandığından ərizəni və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-ci maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılır. İş üzrə MPM-nin 152.1.9-cü maddənə əsasən ərizənin qaytarılması nəzərdə tutulduğuna görə məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı “sənədin eyni şəxsə məxsus olması faktının müəyyən olunması barədə" ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizəçi maraqlı şəxs DƏDRX-nin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı sənədin eyni şəxsə məxsus olması faktının müəyyən olunması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-2444/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2444/2023
16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver