Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2475/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X26 qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil Salman oğlunun, Maraqlı şəxs Azərbaycan Respublikası Sabunçu rayonu Zabrat Bələdiyyəsinin nümayəndəsi X10 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Sabunçu rayonu Zabrat Bələdiyyəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Sabunçu rayonu Zabrat Bələdiyyəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X9 miras qalmış ünvan 1ndə yerləşən 2.490 kv.m icarə hüququ ilə torpaq sahəsinin mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2.490 kv.m torpaq sahəsi xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon, Zabrat Bələdiyyəsi tərəfindən anası X12 icarəyə verilmiş, X2 rayonu, Mehdiabad qəsəbəsi, Vaqif küçəsi 10 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda yaşamış və xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra torpaq sahəsi və mirasını idarə edərək qəbul etsə də, anasının ölümündən dərindən sarsıldığından vərəsəlik işinin açılması üçün notariusa vaxtında müraciət edə bilməmişdir. X4 xx.xx.2013-cü ildə, qardaşı X14 24 dekabr 2008-ci ildə vəfat etmişdir. Mərhum anası X9 miras kimi ünvan 1ndə yerləşən 2490 kv.m torpaq sahəsinə icarə hüququ miras qalmışdır. Ərizəçi anasının ölümündən sonra ondan miras qalan əmlakı tam qəbul etmiş və daşınmaz əmlaka faktiki sahiblik və istifadəsində olmaqla, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olur, torpaqla bağlı icarə haqqı və xərcləri çəklir. Faktiki idarəçiliyində olan əmlak hüququna dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi icarə müqaviləsinin tərəfi kimi torpaq sahəsinin adına qeydiyyata alınması, ondan səmərəli istifadə olunmasına imkan verəcəkdir. Maraqlı şəxs əmlaka sahiblik və ondan istifadəyə mane olmasa da hüququnun qeydiyyata alınması üçün vərəsəliyi müəyyən edən sənədin əldə olması vacibliyini bildirmişdir. Lakin belə sənədi başqa qaydada ala bilmək imkanı yoxdur. Mirasla bağlı hər hansı mübahisə mövcud deyil. Maraqlı şəxsə müraciətinə cavab olaraq Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərmişdir ki, Ərizəçi torpaq sahəsi ilə bağlı 2017-ci ilin yanvar ayından miras qəbul edərək idarəetməni həyata keçirir, icarə haqqını ödəyir. Belə vəziyyətdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınaraq, miras əmlak üzərində hüququnun tanınmasına dair tələblə məhkəməyə müraciət olunması məcburidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, Zabrat bələdiyyəsi tərəfindən 2007-ci ildə torpaq sahəsi icarəyə verilmişdir. İddiaçının anası Əliyeva Leyla 2017-ci ilin yanvar ayında vəfat etmiş, həmin andan o mirası qəbul etmişdir. Ərizəçinin Bələdiyyə ilə heç bir problemi yoxdur. Vaxtlıvaxtında icarə haqqını ödəyir. Bir müddət keçəndən sonra başları qarışıq olduğu üçün vərəsəliklə bağlı müddəti ötürüblər. Sonra Abşeron rayonu üzrə notariat orqanına müraciət etsə də, müddət keçdiyinə görə imtina edilmişdir. Dəfələrlə bələdiyyəyə müraciət edilsə də, məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Xüsusi icraat qaydasında məhkəməyə müraciət edildiyini, bir neçə proses keçdiyini, Əliyeva Leylanın yoldaşı, oğlu dünyasını dəyişdiyini, sağ qalan vərəsələrin də imtina ərizələri daxil olduğunu bildirmişdir. Lakin 15 may 2024-cü il tarixində müqavilə müddəti keçdiyinə görə icraata xitam verilmişdir. Dəfələrlə maraqlı şəxsin nümayəndəsi iştirak edəndə də bildirmişdir ki, müqavilənin 5.4 və 5.5-ci bəndlərinə əsasən 2016-cı ilin iyun ayının 18-dən tərəflərin razılaşması ilə müqavilə qeyri-müəyyən müddətə uzaldılmışdır. Bununla bağlı arayışı məhkəməyə təqdim etdiklərini bildirmişdir. Ərizəçi mirası qəbul etmiş, borcu da yoxdur. Bu o deməkdir ki, tərəflərin münasibətləri davam edir. Ərizəçi əmlakı qəbul etdiyini, icarə haqqını, vergini ödədiyini, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X20 ərizəyə etiraz etmədiyini, icarə müqaviləsi bağlanan gündən icarə haqqı vaxtlı-vaxtında ödənildiyini, heç bir mübahisə yaranmadığını, 2017-ci ildə Əliyeva Leyla vəfat edəndən sonra Ərizəçi faktiki olaraq əmlakı qəbul etdiyini bildirmişdir. Bələdiyyənin mövqeydi də məhkəmə tərəfindən tanındıqdan sonra müqaviləni təzələməsidir. Hal-hazırda da heç bir etirazlarının və mübahisələri yoxdur. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. - Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsi ilə X19 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli 393 nömrəli icarə müqaviləsinə əsasən Zabrat qəsəbəsi R.Göyüşov küçəsi ünvanında yerləşən 2490 kv.m torpaq sahəsi illik 0.08 manat icarə haqqı ödəmək müqabilində xx.xx.2022-ci il tarixədək icarəyə X12 verilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsi xx.xx.2023-cü il tarixli 58 nömrəli arayışından görünür ki, Bakı şəhəri sabunçu rayonu R.Göyüşov küçəsində yerləşən 2490 kv.m2 olan torpaq sahəsi X11 vəfatından sonra Ərizəçi tərəfindən miras əmlakı kimi qəbul edilərək, həmin torpaq sahəsində idarəetməni həyata keçirir, icarə haqqını ödəyir və bu günə icarə haqqı borcu yoxdur. - Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsi xx.xx.2024-cü il tarixli 30 nömrəli arayışından görünür ki, Bakı şəhəri sabunçu rayonu R.Göyüşov küçəsində yerləşən 2490 kv.m2 olan torpaq sahəsi X11 vəfatından sonra Ərizəçi tərəfindən miras əmlakı kimi qəbul edilərək, həmin torpaq sahəsində idarəetməni həyata keçirir. - AZ-İİ seriyalı 108641 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 02 ayının 02 günündə 03 nömrə ilə qeyd edilmişdir. - AZ-İ seriyalı 343339 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 12 ayının 24 günündə 369 nömrə ilə qeyd edilmişdir. - AZ-İ seriyalı 587164 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-ci ilin 01 ayının 28 günündə 05 nömrə ilə qeyd edilmişdir. - X7 notariat ofisinə ünvanladığı ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş məhrum anası X9 miras qalmış əmlaklardan ona düşən miras payı qəbul etmədiyini və həmin miras paydan imtina etdiyini bildirmişdir. - X8 notariat ofisinə ünvanladığı ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş məhrum anası X9 miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmədiyini və həmin əmlaklardan qardaşı Ərizəçi xeyrinə imtina etmişdir. - X5 notariat ofisinə ünvanladığı ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş məhrum anası X9 miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmədiyini və həmin əmlaklardan qardaşı qardaşı Ərizəçi xeyrinə imtina etmişdir. - X1 notariat ofisinə ünvanladığı ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş məhrum anası X9 miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmədiyini və həmin əmlaklardan qardaşı qardaşı Ərizəçi xeyrinə imtina etmişdir. - X3 notariat ofisinə ünvanladığı ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş məhrum anası X9 miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmədiyini və həmin əmlaklardan qardaşı qardaşı Ərizəçi xeyrinə imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 noyabr 2013-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə icarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilər. İcarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarə münasibətləri bir qayda olaraq, Mülki Məcəllənin müddəaları ilə tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin müvafiq tənzimlənmə qaydası “İcarə haqqında” Qanunda və “Torpaq icarəsi haqqında” Qanunda müəyyən edilmişdir. Həmin normativ hüquqi aktların müddəaları əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olunmasını və bunlardan istifadə edilməsini, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən etməklə, icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqlarının onun vərəsələrinə (hüquqi varislərinə) keçməsini istisna etmir. Belə ki, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr tərəfindən torpaq sahələri üzərində icarə hüququnun vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, müqavilə üzrə icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqları onun vərəsələrinə (hüquqi varislərinə) keçir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 10-cu bəndinə əsasən məhkəmələrə izah olunur ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2007-ci il tarixli icarə müqaviləsi 15 il müddətinə bağlanmışdır və onun müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. X29 isə xx.xx.2017-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra oğlu Ərizəçi icarə münasibətlərini davam etdirərək mübahisəli torpaq sahəsindən istifadə etmiş, ona dair idarəçiliyi həyata keçirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Leyla Əliyevanın ölümündən sonra xx.xx.2007-ci il tarixli icarə müqaviləsi üzrə ona məxsus olmuş icarə hüququ da mirasın kütləsinə daxildir və ərizəçi qanun üzrə vərəsə kimi həmin mirasa, yəni icarə hüququna iddia edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X9 miras qalmış ünvan 1ndə yerləşən 2.490 kv.m icarə hüququ ilə torpaq sahəsinin - mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-2475/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2475/2024
16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver