Məhkəmə qərarları › İş №e-2(008)-250/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-250/2025

31.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-250/2025 31.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X23 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 Əli oğlunun, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Vəkil2 Səyyad oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı və X6 cavabdelər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X22 4 saylı Abşeron Ərazi İdarəsi olmaqla) “qanunsuz inşa edilmiş hasarın sökülməsi və istifadəsində olan torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X13 cavabdelər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz inşa edilmiş hasarın sökülməsi və istifadəsində olan torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, **********5-10301 reyestr nömrəli xx.xx.2021 tarixli çıxarışa əsasən mülkiyyətlərində olan Bilgəh qəsəbəsi, Musa Nağıyev kücəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsində özbaşına inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(008)-99/2022 nömrəli, qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, X7 hüquqi varisləri İddiaçı və X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 8 nömrəli evdən əşyaları ilə birlikdə çıxarılmaları, evin iddiaçılara təhvil verilməsi qət edilmişdir. Həmən qərardan verilmiş Apellyasiya və kassasia şikayətləri təmin olunmamış, qeyd olunan məhkəmə qərarları icraya yönəldilmişdir. Sabunçu rayon İcra Şöbəsi tərəfindən icra hərəkətlərinə başlanmış, lakin məhkəmə qərarına əsasən boşaldılması nəzərdə tutulmuş yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehlər tərəfindən sonradan hasar çəkilməklə zəbt olunduğundan, qanunsuz hasarın tikilməsi zamanı evə küçədən giriş-çıxış üçün istifadə olunan həyət darvazası sökülərək ləğv edilmiş, nəticədə iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsində olan su quyusundan və su anbarından istifadə etmələrindən məhrum olunmuşlar. Göstərilən səbəblərdən yaşayış evinin təhvil verilməsi ilə bağlı icra hərəkətlərinin başa çatdırılması mümkün olmamışdır. İş materiallarında olan AN-1N=0749417 nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı daşınmaz əmlakı yardımçı tikililəri ilə birlikdə alıcı- mərhum X1 verməyi öhdəsinə götürmüşdür. Eləcə də işdə olan ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdsrəsinin işdə olan 3**********5-10301 reyestr nömrəli təlexniki pasportuna əsasən, Abşeron rayonu Bilgəh Zəfəran sovxozu ərazisi Musa Nağıyev küçəsi ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evinin faktiki torpaq sahəsi 0.0928 ha ibarət olmaqla həmin torpaqda yaşayış evindən istifadə üçün su quyusu və su anbarı mövcud olmaqla, yaşayış evindən xeyli uzaq məsafədə həmin torpaq sahəsində yerləşməsi qeyd olunmuşdur. Yardımçı tikililər (su quyusu və su anbarı) evdən istifadə üçün zəruri bir vasitədir. Həmçinin ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023 tarixli, 3-21-3-32/2-8960 nömrəli məktubuna əsasən, fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmaqla, həmin evin yerləşdiyi istifadədə olan 0.0928 ha torpaq sahəsi 3**********5-10301 reyestr nömrəsinə əsasən bu evin yerləşdiyi torpaq sahəsinə aiddir. İddiaçı nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3**********5-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətlərində olan Bilgəh qəsəbəsi Musa Nağıyev küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan 0,0928 hadan ibarət həyətyanı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunaraq, hasar inşa edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, hasarın cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçıların sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etməyərək, torpaq sahəsindən faktiki olaraq istifadə etdiklərini, iddiaçının faktiki sahiblik etmədiyini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, alqı-satqı müqaviləsinin predmetinin fərdi yaşayış sahəsi olduğunu, onun yerləşdiyi torpaq sahəsi olmadığını, faktiki sahibliyin necə həyata keçrilməsinin sual yaratdığını, iddiaçının həmin evdən və torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyini, mübahisəli torpaq sahəsinin X5 istifadəsində olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində faktiki olaraq Biləcəri qəsəbəsində yaşasa da, ünvan 3 ünvanında qeydiyyatda olduğunu, həmin ərazini 2018-ci ilin oktyabr ayında Əskərov Elxana satdığını, evi satan zaman hasar daxilində həyətdə su quyusu, hövuz və hamam olduğunu, evi Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi olan Həşimov İbrahim adlı şəxsdən aldığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh2 və Cavabdeh1, X8 hüquqi varisləri olan İddiaçı və X6 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 8 nömrəli evdən əşyaları ilə birlikdə çıxarılmaları, evin onlara təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarına əsasən, Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli evə Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh2 və X15 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evi sonuncuya 29.000 manata satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli ev üzərində X9 xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan X15 və X14 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evi sonuncuya 60.000 manata satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli ev üzərində X7 xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və adına texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli evin üzərində ¾ hissədə İddiaçı, ¼ hissədə isə X6 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixli, 3**********5-10301 reyestr nömrəli Texniki Pasport verilmişdir. İş materiallarında olan, ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2023 tarixli 3-21-3-32/2-8960 nömrəli, məktubuna əsasən, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və həmin evin yerləşdiyi istifadədə olan 0.0928 ha torpaq sahəsi 3**********5-10301 reyestr nömrəsinə əsasən bu evin yerləşdiyi torpaq sahəsinə aiddir. İş materiallarında olan Cavabdeh2 adına Abşeron Rayon RDTİ və MHQİ tərəfindən tərtib edilmiş 2004-cü il tarixli, yaşayış evinin texniki pasportundan görünür ki, torpaq sahəsi 1559.6 kv.m təşkil etmişdir. İş materiallarında Azərbaycan Respublikasının Ədliyyə X16 Mərkəzi vətəndaşlar İddiaçı və Məmmədqulu Əskərovun etibarnamə üzrə nümayəndəsi Mikayıl Mikayılova müraciətinə cavab olaraq, Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 734 nömrəli qərarı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda qeydiyyata alınmadığı, Bilgəh bələdiyyəsindən təqdim olunmuş arayışda bələdiyyənin arxiv sənədləri mövcud olmadığından qeyd edilən qərarla bağlı bələdiyyədə məlumatın olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci maddəsinə əsasən, Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən, Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən, Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən, Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2-ci maddəsinə əsasən, əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında konvensiyaya dair 1 nömrəli protokolun 1-ci maddəsinin mənası baxımından “ Mülkiyyət” və “Əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən, Daşınar və Daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə, mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnun, torpağa icarə, istifadə hüququnun da mülkiyyət kimi qəbul edir. Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə tədim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəam məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə hesab edir ki, hazirki mübahisəli hüquq münasibətlərinə Mülki qanunvericiliyin analogiyası üzrə tətbiqi nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.2-ci və Torpaq Məcəlləsinin 88.1-ci maddələrinin tələbləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.2-ci maddəsinə görə özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir.Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşinmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və dəyişdirilməsi üçün əsas deyildir. Qeyd olunan qanun normalarının məzmunundan göründüyü kimi daşınmaz əmlaka eləcədə tikliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən həmin tikilinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin,qurğunun və ya müəssəsinin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Qeyd olunan qanun normalarının məzmunundan göründüyü kimi daşınmaz əmlaka, eləcədə tikiliyə mülkiyyət hüququ başqa şəxsə keçərkən həmin tikilinin yerləşdiyi torpaq sahəsinə də hüquq əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə yeni mülkiyyətçiyə keçir. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda qeydə alınmış və həyətyanı sahə kimi faktik sahiblik hüququ ilə Cavabdeh2 istifadəsində olmuş mübahisəli torpaq sahəsi, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Alqı-satqı” müqaviləsinə əsasən vətəndaş X3 sonra həmin müqavilənin 11-ci bəndində nəzərdə tutulmuş satıcıyla razılaşdırılmış qaydada, yəni yardımçı tikililər, texniki pasport və evin yerləşdiyi faktiki torpaq sahəsi ilə birlikdə Mübariz Mikayılovun sahibliyinə verilmişdir. Cavabdeh2 adına Abşeron Rayon RDTİ və MHQİ tərəfindən tərtib edilmiş 2004-cü il tarixli, yaşayış evinin texniki pasportundan göründüyü kimi, həmin ildə cavabdehin faktiki sahibliyindən 1559.6 kvm. torpaq sahəsi mövcud olduğu qeyd edilsə də, yuxanda göstərilən “Alqı-satqı” tarixində bu evin yerləşdiyi faktiki həyətyanı sahə 0,0928 ha ölçüdə olmuş və həmin ölçüdə də qeyd olunan torpaq sahəsi razılaşmaya əsasən, cavabdeh tərəfindən X9 faktiki sahibliyinə verilmişdir. xx.xx.2018-ci il tarixli, AN-10749417 nömrəli “Alqı-satqı” müqaviləsi ilə sözügedən fərdi yaşayış evi X15 tərəfindən, mərhum X4 və onun yerləşdiyi 0,0928 hadan ibarət faktiki həyətyanı sahə evlə birlikdə Elxan Əskərovun sahibliyinə verilmişdir. Torpaq sahəsinin faktiki 0.0928 ha ölçüdə olması DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən onun adına hazırlanmış xx.xx.2019-cu il tarixli, 3**********5-10301 reyestr nömrəli Texniki Pasportla da müəyyən edilir. X7 vəfatından sonra qeyd olunan fərdi yaşayış evi və onun yerləşdiyi 0,0928 ibarət istifadədə olan faktiki həyətyanı sahə paylı mülkiyət hüququ ilə onun vərəsələri, İddiaçı və X2 keçmiş və adlarına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və xx.xx.2021-ci il tarixli, 3**********5-10301 reyestr nömrəli Texniki Pasport verilmişdir. İddiaçıların adına verilmiş Texniki Pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,0928 hadan ibarət olduğu birdaha qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, mübahisəli 0,0928 ha torpaq sahəsinin X5 istifadəsində olduğunu ona torpaq sahəsi ilə bağlı Bilgəh Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 734 nömrəli qərarı ilə verildiyini bildirmişdir. Bu barədə məhkəmə qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikasının Ədliyyə X16 Mərkəzi vətəndaşlar İddiaçı və Məmmədqulu Əskərovun etibarnamə üzrə nümayəndəsi Mikayıl Mikayılovun müraciətinə cavab olaraq, Bilgəh bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 734 nömrəli qərarı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda qeydiyyata alınmadığı, Bilgəh bələdiyyəsindən təqdim olunmuş arayışda bələdiyyənin arxiv sənədləri mövcud olmadığından qeyd edilən qərarla bağlı bələdiyyədə məlumatın olmadığı cavabını vermişdir. Həmçinin Bilgəh bələdiyyəsinə 11 dekabr 2024-cü il tarixdə məhkəmənin vermiş olduğu sorğuya Bilgəh Bələdiyyəsinin 06 yanvar 2025-ci il tarixli 4 nömrəli cavabında Bələdiyyənin 2000-2008-ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün Arxiv İdarıəsinin 18 fevral 2009-cu il tarixli aktına əsasən məhv edildiyindən tələb olunan sənədlərin surətlərini təqdim etmək imkanlarının olmadığı cavabı verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-99/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, X7 hüquqi varisləri İddiaçı və X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 8 nömrəli evdən əşyaları ilə birlikdə çıxarılmaları, evin onlara təhvil verilməsi qət edilmişdir. Həmən qərardan verilmiş Apellyasiya şikayəti təmin olunmamış, qərar icraya yönəldilmişdir. Lakin 2023-cü ilin may ayından başlayaraq, iş üzrə cavabdehlər iddiaçıların müvəqqəti evdə olmamasından istifadə edərək, heç bir hüquqi əsası olmadan özbaşınalıqla, evin eyvan hissəsinə aid damın və həyətin giriş darvazasını söküb aparmış və iddiaçının faktiki sahibliyində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsini daş hasarla hörərək, “Alqı-satqı” müqaviləsindən irəli gələn razılaşmanı pozaraq, nəyinki yaşayış və həmin evə məxsus hovuz tikilisini də onun yerləşdiyi torpaq sahəsindən tamamilə təcrid etmişlər. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı və X6 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bilgəh Zəfəran sovxozu ərazisi, Musa Nağıyev küçəsi 8 nömrəli evin yerləşdiyi, iddiaçıların faktiki istifadəsində olan 0,0928 ha həyatyanı torpaq sahəsinin cavabdelər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt olunaraq orada hasar inşa olunması ilə bağlı hərəkətlər qanunsuz hesab edilməli, həmin hasar cavabdehlərin hesabına sökülməli, 0.0928 ha torpaq sahəsindən cavabdehlər çıxarılmalı, torpaq sahəsi boşaldılaraq iddiaçıların sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və X6 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bilgəh Zəfəran sovxozu ərazisi, Musa Nağıyev küçəsi 8 nömrəli evin yerləşdiyi, iddiaçıların faktiki istifadəsində olan 0,0928 ha həyatyanı torpaq sahəsinin cavabdelər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt olunaraq orada hasar inşa olunması ilə bağlı hərəkətlər qanunsuz hesab edilsin, həmin hasar cavabdehlərin hesabına sökülsün, 0.0928 ha torpaq sahəsindən cavabdehlər çıxarılsın, torpaq sahəsi boşaldılaraq iddiaçıların sahibliyinə qaytarılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçılara ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar