Məhkəmə qərarları › İş №e-2(008)-254/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-254/2024

20.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-254/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, S.Əliyev adına südlükmaldarlıq üzrə X29 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda ona ayrılmış 0,08 ha torpaq sahəsindən cavabdehlər X4 və Cavabdeh2, torpaq sahəsində olan bir mərtəbəli evdən cavabdeh X4 və iki mərtəbəli evdən Cavabdeh2 çıxarılmasına, evlərin və ərazinin boşaldılmasın, torpaq sahəsinin və evlərin onun qanuni sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X16 ailə üzvləri və digər şəxslərlə birlikdə bir mərtəbəli və iki mərtəbəli evlərdən çıxarılmasına, evlər və torpaq sahəsinin boşaldılaraq onun sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini, iddia ərizəsinin mətnində "Mən evləri və torpaq sahəsini Taley Alaverdiyevə verərək ona təhvil verdim. O, isə vəzində mənə əmlaklar verdi" texniki səhv olaraq düzgün yazılmamışdır, "vəzində" sözü, əvəzində, "əmlaklar" sözü əmlakları sözü, "verdi" sözü isə vermədi kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə barədə ərizəni iş məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilmədiyindən və təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığından icraata qəbul edilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X29 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda ona 0,08 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsində şəxsi vəsaiti hesabına iki fərdi yaşayış evi inşa etdirmişdir. 2012-ci ildə o, X9 adlı şəxslə danışaraq evləri və torpaq sahəsini ona verməyi və əvəzində T.Alaverdiyev tərəfindən evlərin və torpaq sahəsinin dəyərinin əmlaklarla əvəzləşdirilməsinə razılaşmışlar. Ona görə də onun adına xx.xx.2012-ci ildə və xx.xx.2020-ci ildə etibarnamələr vermişdir. Evləri və torpaq sahəsini Taley Alaverdiyevə təhvil vermişdir. O, isə əvəzində ona əmlaklar vermişdir. Lakin, Taley Alaverdiyev onu aldatmışdır, üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Onun verdiyi əmlaklardan birinin sənədi verilmədi, digər əmlaklar isə özünə qaytarıldı. Ona görə də razılaşma pozulmuşdur. O, xx.xx.2021-ci ildə Taley Alaverdiyevə verdiyi etibarnamələri ləğv etmişdir. Lakin, o, torpaq sahəsini və evləri ona qaytarmamışdır. Əksinə, Taley Alaverdiyev qardaşı X5 həmin torpaq sahəsində yerləşdirmiş, hazırda Cavabdeh1 həmin torpaq sahəsində inşa etdiyi bir mərtəbəli evdə hüquqi əsaslar olmadan yaşayır. Həmçinin, digər iki mərtəbəli evdə Cavabdeh2 adlı şəxs yaşayır, həmin torpaq sahəsindən və iki mərtəbəli evdən qanunsuz istifadə edir. Taley Allahverdiyev ona məxsus digər əmlakları da mənimsəmişdir, onun külli miqdarda borcu vardır. Hazırda T.Alaverdiyev həbsdədir. Cavabdehlər ona məxsus torpaq sahəsindən qanunsuz istifadə edirlər, evlərdə qanunsuz yaşayırlar, onların torpaq sahəsinə və evlərə heç bir hüququ yoxdur, bu da onun sahiblik, istifadə hüquqlarını pozur. Cavabdehin nümayəndəsi Vəkil2, iddia tələbinə qarşı yazılı etirazla müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Taley Alaverdiyev ilə aralarında razılaşma olduğunu iddia ərizəsində göstərmişdir. Razılaşmanın şərtlərinə görə, o guya özünə məxsus olan torpaq sahəsini Taley Alaverdiyevə verir, Taley Alaverdiyev isə əvəzində ona əmlaklar verməli idi. İddiaçı bu hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Yalnız iddia ərizəsinə təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı Taley Alaverdiyevə 2012-ci ildə torpaq sənədləşdirməsi ilə bağlı etibarnamə verir. İddiaçı məhkəməyə bu formada iddia qaldırmaqda məqsədi Taley Alaverdiyevin ailəsinə qarşı hədə-qorxu gəlməkdən ibarətdir. Belə ki, Taley Alaverdiyev ilə İddiaçı arasında bina tikintisi ilə bağlı müəyyən məsələlər olmuşdur. Taley Alaverdiyev barəsində cinayət işi məhkəmənin icraatındadır və o hazırda Bakı İstintaq Təcridxanasındadır. İddiaçı ilə hazırkı mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı belə bir iddia tələbinin irəli sürməsinə səbəb iddiaçının Taley Alaverdiyev ilə aralarında olan uğursuz biznes münasibətləri yaranmasıdır. Bu səbəbdən də İddiaçı Taley Alaverdiyevin ailə üzvlərinə qarşı bu formada iddia irəli sürmüşdür. Təqdim edilən xx.xx.2018-ci il tarixli payın alqısatqı müqaviləsindən görünür ki, hazırkı mülki iş üzrə İddiaçı ilə Taley Alaverdiyev arasında "xxxx" MTK-nın 39% payının 7%-nin alqı-satqısı həyata keçrilmişdir. Burdan da görünür ki, Taley Alaverdiyev ilə iddiaçı arasında işgüzar münasibətlər yaranmışdır. Digər tərəfdən iddiaçının özünəməxsus olduğu və müvafiq kserosurət sənədlər təqdim etdiyi torpaq sahəsinin cavabdehlərə heç bir aidiyyatı yoxdur. Bu səbəbdən də iddiaçının hazırkı iddia ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpağı qardaşı ilə birlikdə almışdır. Həmin torpağı satanlardan biri vəfat etmiş, digəri ilə infarktdır. Ona görə də onları şahid qismində cəlb edə bilməmişdir. Ekspert tərəfindən düzgün ölçü aparılmamışdır, çünki həyətə keçid eləməmişdir. O vaxt torpağı təqribən 9 sot civarında idi, həmçinin vəkili təqdim etdiyi sənədlərin hamısını məhkəməyə verməmişdir. Dəfələrlə ondan Natiqi evdən çıxartmamasını xahiş etmişlər. Əgər ev onun olmasa idi, niyə ondan belə xahiş etmişlər. 2021-ci ildə ona məlumat verilib ki, ev satılmışdır. Sonradan o, etibarnaməni ləğv etdirmiş. Mübahisəli əmlaklara dair çıxarışı xəstələndiyindən və imkanı olmadığından əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 iddianı müdafiə edərək bildirmişdir ki, ekspert rəyi tam deyil, bütün sənədləri ilə evin faktiki yeri tam üstüstə düşür. Mütəxəssis müəyyən edə bilərdi ki, ev həmin evdir. Bu evdən başqa iddiaçının həmin ərazidə başqa əmlakı yoxdur. Yerli icra nümayəndəliyinin arayışı da təqdim edilmişdir, orada evin iddiaçıya məxsus olması tam aydın görünür, lakin orada iddiaçı tərəf deyil, cavabdehlər yaşayır. Plan-sxemin əsli Talehdədir. Lakin plan-sxem bir dəfə notariusda təsdiq edib. Təhvil-təslim aktını təqdim etmişlər. Aralarındakı razılaşmaya görə torpaq sahəsinin əvəzinə mənzillər veriləcəkdir. Faktiki olaraq ev iddiaçıya verilməmişdir, ona görə o da etibarnamələri ləğv etmişdir. Sonradan məlum olur ki, oradakı evlərə Talehin qohumları köçür və yaşayır. Taleh təcridxanada olduğu üçün cavabdeh kimi qoymamışlar. O, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçməyib, koordinatları məlum deyil. Leyla və Natiqin iddiaçının iddia etdiyi torpağa aidiyyəti yoxdur. O, iddia əsassız olduğundan məhkəmədən rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, iddiaçı yoldaşının bacısının əridir. Evin birinci mərtəbəsini onun qardaşı uşaqları 2010-2011-ci illərdə tikmişdilər. Sifarişi Heydər vermişdir. Heydərin torpağıdır, lakin onun sənədin olubolmamasını bilmir. Onun briqadası orada işləmişdir. Ev Ramanadadır, kanalı keçdikdən sonra sağ tərəfdə yerləşir. Təxminən 8-10 sot arası idi torpaq sahəsi. Evin eni və uzunu 10 metrənin və 10,5 metrəyə yaxın idi, uzunluğu 3 metr idi. Evi tikdikləri zaman 2 ev var idi, orada kimin yaşaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X10 ifadəsində bildirdi ki, iddiaçının qardaşı oğludur. Torpaq sahəsinin hasarını da, evi də onlar Tarverdi ilə birlikdə tikmişlər. Onlar tikən vaxtlar yaşayış az idi, hal-hazırda mübahisələri evdə Natiq və Taleh birlikdə yaşayır. O, həmin kənddə yaşayır. Evə dair çıxarış yoxdur, lakin qətnamə ilə qeydiyyata alınmışlar. Evlərin ikisini də onlar tikmişlər, 2008-ci ildə aprel və ya may aylarında birinci hal-hazırda 2 mərtəbəli evin 1-ci mərtəbəsini tikmişlər. Təxminən 2010- 2011-ci ildə Elxan 2-ci mərtəbəsini tikmişdir. Elxanın hansı işləri gördüyünü bilmir, Rüstəm fəhlə kimi işləyib. Orada Məzahir olmayıb, tikinti işlərini 2 usta, bir fəhlə aparmışlar. 2 ay müddətə bütün işləri yekunlaşdırmışlar. Əmisi torpağı ya Hüseyn, ya da Ağalardan almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli F311 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X29 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrə əsasən İddiaçı fərdi ev tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. - "Elektron notariat" avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı X2 adına verdiyi xx.xx.2012-ci və xx.xx.2020-ci il tarixli etibarnamələrə xitam verilmişdir. - İddiaçının Cavabdeh1 xx.xx.2023-cü ildə ünvanladığı təklifindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda ona ayrılmış 0,08 ha torpaq sahəsindən, torpaq sahəsindən olan bir mərtəbəli evdən 10 gün müddətində çıxmağı, evi və ərazini boşaltmağı, torpaq sahəsini və evi onun qanuni sahibliyinə qaytarmağı təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. - İddiaçının Cavabdeh2 xx.xx.2023-cü ildə ünvanladığı təklifindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda ona ayrılmış 0,08 ha torpaq sahəsindən, torpaq sahəsindən olan iki mərtəbəli evdən 10 gün müddətində çıxmağı, evi və ərazini boşaltmağı, torpaq sahəsini və evi onun qanuni sahibliyinə qaytarmağı təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. - 27.08.2023-cü il tarixli aktı ilə X13, X11 və X18 tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, M. Müşfiq küçəsində (yeni) qonşuluqlarındakı 800 kv.m torpaq və üzərindəki tikililər 2008-ci ildə X6 tərəfindən tikilmiş və ona məxsus olması təsdiq edilir. Mövcud sənədlərə əsasən də, torpağın arxiv arayışı və sənədlər İddiaçı adınadır. - Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X29 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəsisslərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş İddiaçı 0,08 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. - Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X29 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən sovxozda işləyən fəhlə və mütəxəsisslərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş X3 0,08 ha torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. - 25.02.2000-ci il tarixli "Həyətyanı torpaq sahəsinin verilməsinə aid akt"dan görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsi yer üzərində ara nişanlar ayrılaraq vətəndaşa daim istifadə üçün təhkim edilmişdir. - Bakı Şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli "Payın alqı-satqı müqaviləsi"ndən satıcı X9 "xxxx" MTK-nın 39% ilk payından 7% ilk payı alıcı İddiaçı 1 manata satdığı, alıcı İddiaçı həmin 7% ilk payı 1 manata aldığı, qalan 32%-lik payı X2 mülkiyyətində qaldığı görünür. - Sabunçu Rayaon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndiliyinin xx.xx.2023-cü il tarixli 5-18-5/2-5478/2023 nömrəli məktubundan görünür ki, Abşeron İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X29 Təsərrüfatı Müəssisəsinin 17 fevral 2000-ci il tarixli 06 nömrəli əmri ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu, rayonu, Ramana Südçüliik sovxozu adlanan ərazidə (Mikayıl Müşviq küçəsində) yerləşən 0,08 ha torpaq sahəsində inşa edilmiş nömrəsiz fərdi yaşayış evlərinə Maştağa qesəbə nümayəndəliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş, Maştağa qəsəbəsi, Mikayıl Müşviq küçəsi ünvanında həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evlərində Cavabdeh1, X1, X7, Cavabdeh2 qeydiyyatsız yaşayırlar. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8170 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmin torpaq sahəsinin koordinatlar üzrə sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa İddiaçı məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron RlH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmçinin, torpaq sahəsinin faktiki texniki parametrləri ilə Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə qeyd olunan parametrlər arasında uyğunsuzluq olduğundan (torpaq sahəsinin faktiki eni 18,6 metr, sənəd üzrə 21,2 metr) həmin torpaq sahəsinin koordinatlar üzrə hüdudlarına cavabdeh X22 və ya digədəri tərəfindən hər hansı bir müdaxilə olunubolunmamasının müəyyən edilməsi mümkün olmamışdır. - "xxxx" MTK-nın sədri X9 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MTK-nın 3T saylı xx.xx.2021-ci il tarixli ümumi yığıncağının protokolu ilə müəyyən edilmiş qaydada "xxxx" qismində İddiaçı tərəfindən MTK-nın tikinti-inşaat işlərinin yerinə yetirilməsi üçün maliyyə sərfiyyatı etmişdir. Müəyyən edildi ki, Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X29 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli əmrə əsasən İddiaçı fərdi ev tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı ona ayrılmış həmin 0,08 ha torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə olunduğunu iddia edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən, torpaqdan təyinatı üzrə istifadə edilməsi torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı torpaq sahəsi üzərində istifadə hüququnun müdafiə olunması üçün ilk növbədə onun bu hüququnun pozulub-pozulmaması araşdırılmalıdır. Bu məqsədlə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilərək və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Cavabdeh1 Şəmil oğluna məxsus Sabunçu rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin koordinatları müəyyən edilməklə sərhədləri müəyyən edilsin.

2. İddiaçıya məxsus Sabunçu rayonu, Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin kordinatlar üzrə hüdudlarına Cavabdeh2 və ya digərləri tərəfindən hər hansı bir müdaxilə olmuşdurmu? (hər hansısa bir tikili tikilmişdirmi?)

3. Əgər müdaxilə olunubsa, hasar tikilmişdirsə (tikili inşa edilibsə) həmin tikilinin ölçüləri müəyyən olunsun (ətraflı göstərilməklə)? - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmin torpaq sahəsinin koordinatlar üzrə sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa İddiaçı məxsus fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinə dair Abşeron RlH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından həmçinin, torpaq sahəsinin faktiki texniki parametrləri ilə Abşeron RİH-nin baş memarı tərəfindən təsdiq edilmiş sxemdə qeyd olunan parametrlər arasında uyğunsuzluq olduğundan (torpaq sahəsinin faktiki eni 18,6 metr, sənəd üzrə 21,2 metr) həmin torpaq sahəsinin koordinatlar üzrə hüdudlarına cavabdeh X22 və ya digədəri tərəfindən hər hansı bir müdaxilə olunub-olunmamasının müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iş üzrə təqdim edilmiş sənədlərlə mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması təsdiq olunsa da, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin iddiaçıya məxsus həmin torpaq sahəsi olması sübuta yetirilməmişdir. İddiaçı istifadəsinə verilmiş 0,08 ha torpaq sahəsinin coğrafi yerləşməsini, ölçülərini, koordinatlarını bildirən, təsdiq olunmuş cizgi tərtib edilməmişdir. Edilmişdirsə də, məhkəməyə təqdim olunmmaışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər mübahisəli evin tikintisində iştirak etmiş olsalar da, mübahisəli hal olan məhz həmin evin cavabdehlər tərəfindən zəbt olunması onların ifadəsində öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçı ona ayrılmış 0,08 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini sübuta yetirə bilmədi, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan, eləcə də ödənilməmiş 50 manat məhkəmə tikinti-texniki ekspertizasının dəyərindən ibarətdir. Hazırkı iddia təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçıya aid edilməli və 50 manat məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı " Abşeron rayonu, S.Əliyev adına südlük-maldarlıq üzrə X29 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 06 nömrəli Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunda ona ayrılmış 0,08 ha torpaq sahəsindən cavabdehlər X4 və Cavabdeh2, torpaq sahəsində olan bir mərtəbəli evdən cavabdeh X4 və iki mərtəbəli evdən Cavabdeh2 çıxarılmasına, evlərin və ərazinin boşaldılmasın, torpaq sahəsinin və evlərin onun qanuni sahibliyinə qaytarılması" tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar