Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2540/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılmasına dair məsələyə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: 2********), Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tikintinin başa çatdırılması üçün tələb edilən 25851 manatın, 800 manat ekspertiza xərcinin və 171 manat dövlət rüsumunun, ümumilikdə 26.822 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2540/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 25851 manatın və 171 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın Cavabdeh1 və Cavabdeh3 qarşı rədd edilməsi, ödənilmiş 800 manat ekspertiza xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə qətnamədə iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat pulun tutulması hissəinə qiymət verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə iş üzrə əlavə qətnamənin çıxarılması barədə məsələyə baxılmasını zəruri hesab etmişdir. İşdə iştirak edən şəxslər əlavə qətnamə çıxarılmasına dair məsələyə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məsələyə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər. 229.1.3-cü maddəsinə əsasən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında təyin edildiyindən, ekspertiza xərci olan 50 manat cavabdeh "xxxx" MMC-dən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında təyin etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh "xxxx" MMC-dən tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 229 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh "xxxx" MMCdən tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-2540/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(008)-2540/2022
23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver