Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-255/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması”, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 Cavabdeh qarşı “vərəsəlik hüququ tanınmaqla payların müəyyən edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payın müəyyən edilməsi, dövlət qeydiyyatının etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi X21 küçəsi 14B ünvanında yerləşən torpaq sahəsinə ½ hissədə payının müəyyən edilməsi, Cavabdeh adına həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməklə ləğv edilməsi və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X16 Cavabdeh qarşı “dövlət qeydiyyatının etibarsız hesab edilməsi və vərəsəlik hüququ tanınmaqla payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi X21 küçəsi 14B ünvanında yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi və həmin əmlaka vərəsəlik hüququ tanınmaqla payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4809/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərardadına əsasən İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsinə ½ hissədə payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-4809/2022 saylı mülki işin birlikdə baxılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 Cavabdeh qarşı “payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməklə ləğvi və mülkiyyət hüququnun tanınması”, müstəqil tələb irəli sürən 3-cü şəxs X11 Cavabdeh qarşı “payın müəyyən edilməsi, çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizələri üzrə e-2(008)-702/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh adına xx.xx.1992-ci il tarixli 856 saylı Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən ataları X7 müraciəti əsasında Yeni Ramana qəsəbəsi Dmitrov küçəsi 7 nömrəli evin 7 saylı mənzilinin yaxınlığında 732 kvadrat torpaq sahəsi ayrılmışdır. X4 vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 856 saylı sərəncamına əsasən ayrılmış toıpaq sahəsini özəlləşdirmiş və hazırda həmin torpaq sahəsinə Ramana qəsəbəsi X21 küçəsi 14B ünvanı verilməklə onun mülkiyyətindədir. Qeyd edilən əmlak atasından qalan miras əmlakdır. Lakin buna baxmayaraq, cavabdeh torpaq sahəsinin hansısa yolla öz mülkiyyətinə keçməsinə nail olmuşdur. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, qaynı Cavabdeh adına xx.xx.1992ci il tarixli 856 saylı Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən cavabdehin X4nun müraciəti əsasında Yeni Ramana qəsəbəsi Dmitrov küçəsi 7 nömrəli evin 7 saylı mənzilinin yaxınlığında 732 kvadrat torpaq sahəsi ayrılmışdır. X2 2002-ci ildə vəfat etmişdir. Cavabdeh Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 856 saylı sərəncamına əsasən ayrılmış toıpaq sahəsini özəlləşdirmiş və hazırda həmin torpaq sahəsinə Ramana qəsəbəsi X21 küçəsi 14B ünvanı verilməklə onun mülkiyyətindədir. Qeyd edilən əmlak qaynatasından qalan miras əmlakdır. Lakin buna baxmayaraq, cavabdeh torpaq sahəsinin hansısa yolla öz mülkiyyətinə keçməsinə nail olmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxs X16 iddia tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X15 ilə 2008-ci ildən rəsmi nikah münasibətlərində olmaqla, birgə ailə təsərrüfatı aparmışdır. Həmin nikahdan biri qız, digəri oğlan olmaqla iki övladları olmuşdur. X15 xx.xx.2020-ci ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra qanunverciliklə müəyyən edilmiş qaydada o və övladları onun vərəsələri kimi tanınaraq ona məxsus olmuş əmlaklar üzərində mülkiyyət hüququ əldə etmişlər. ünvan 2 ünvanında yerləşən əmlak həyat yoldaşı mərhum Emin Cəfərova X4ndan miras qalmışdır. xx.xx.2021-ci il tarixli 07/2021 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 onlara ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixdə **********27-05101-093083 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə X10 adına qeydiyyata alınan, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 76.70 kv.m olan mənzillin 1/4 hissəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2021-ci il tarixdə **********43 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə X10 adına qeydiyyata alınan, ünvan 5 ünvanında yerləşən, 0.0548 ha torpaq sahəsinin 1/4 hissəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2021-ci il tarixdə **********62 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə X10 adına qeydiyyata alman, Abşeron rayonu Hökməli qəsəbəsi ünvanında yerləşən, 0.100040 ha torpaq sahəsinin 1/4 hissəsindən ibarət əmlaklar miras qalmışdır. Cavabdeh adına xx.xx.1992-ci il tarixli 856 saylı Bakı şəhər Sabunçu Rayon icra Hakimiyyətinin Sərəncamına əsasən X4nun müraciəti əsasında Yeni Ramana qəsəbəsi Dmitrov küçəsi 7 nömrəli evin 7 saylı mənzilinin yaxınlığında 732 kv.m torpaq sahəsi ayrılmışdır. Mərhum həyat yoldaşı X10 X4 vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə alınan sorğudan məlum olmuşdur ki, Cavabdeh xx.xx.1992-ci il tarixli 856 saylı Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən ayrılmış torpaq sahəsini özəlləşdirərək qeydiyyata aldırmış və hazırda həmin torpaq sahəsinə Ramana qəsəbəsi X21 küçəsi 14B ünvanı verilməklə cavabdehin mülkiyyətindədir. Qeyd edilən əmlak mərhum həyat yoldaşı X10 X4ndan qalan miras əmlakdır. Lakin buna baxmayaraq Cavabdeh torpaq sahəsini hansısa yolla öz mülkiyyətinə keçirməyə nail olaraq digər vərəsələri onlara çatası miras əmlakdakı paydan məhrum etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq iddiaçılar, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf etmədi və işə mahiyyəti üzrə baxılmasını tələb edərək izahatında bildirdi ki, iddia ərizəsində göstərilən hallar əsassızdır və heç bir sübuta əsaslanmır. İddiaçılar məhkəmədə yalnış fikir yaratmaqla ləğv edilmiş 27 iyul 1992-ci il tarixli 856 saylı sərəncamı məhkəməyə təqdim etmiş və Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi X21 küçəsi 14B ünvanında yerləşən torpaq sahəsinin guya mərhum X4ndan miras qalan əmlak kimi təqdim etmişdir. Həmin torpaq sahəsi 27 iyul 1992-ci il tarixli 856 saylı sərəncamla X4na bostançılıqla məşğul olmaq üçün ayrılmışdır. Lakin atasının səhhəti ağır olduğundan və bostançılıqla məşğul ola bilmədiyi üçün ona bostançılıqla məşğul olmaq üçün ayrılmış qeyd olunan torpaq sahəsindən imtina etmiş və həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etdiyi üçün Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 06 may 1997-ci il tarixli 477 saylı sərəncamı ilə atası Muradxan Cəfərovun adına verilmiş 27 iyul 1992-ci il tarixli 856 saylı sərəncam ləğv edilmişdir. Həmin sərəncama əsasən də Yeni Ramana qəsəbəsi Dimitrov küçəsi 14 saylı yerdə 750 kv.m bostançılıqla məşğul olmaq üçün torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün onun adına qanuniləşdirilməsi qərara alınmışdır. Bundan sonra o, həmin vaxtdan qeyd olunan torpaq sahəsindən istifadə etməyə başlamış və orada tikinti işləri aparmışdır. Həmin torpaq sahəsi 1997-ci ildən bəri onun istifadəsindədir. Həmin torpaq sahəsinə dair ona 2011-ci ildə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmiş və torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Qardaşı İddiaçı1 ümumiyyətlə o bağa heç bir aidiyyəti yoxdur və atası sağlığında, yəni 1997-ci il tarixdə öz xahişi ilə həmin torpaq sahəsindən imtina etmişdir. 1992-ci ildə torpaq sahəsi bostançılıqla məşğul olmaq üçün atasına ayrılsa da torpaq sahəsi atasının mülkiyyətində olmamışdır. Halbuki atasına ayrılmış sərəncam 1997-ci ildə ləğv edildiyindən həmin torpaq sahəsinin də atası Muradxan Cəfərova heç bir aidiyyəti qalmamışdır. Bu səbəbdən həmin torpaq sahəsi atasından miras kimi qəbul edilə bilməz. Göründüyü kimi iddiaçılar bu torpaq sahəsinin onun adına olmasını təsdiq edən sərəncamı gizlətməklə məhkəməni aldatmağa çalışmışlar. Həmçinin iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia müddətini ötürmüşlər. Qeyd olunanlara əsasən iddia tələblərinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbləri rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu RİHB-nın 856 nömrəli 27 iyul 1992-ci il tarixli sərəncamının surətindən görünür ki, Yeni Ramana qəsəbəsi Dmitrov küçəsi 7 nömrəli evin 7-ci mənzilində yaşayan X9 bostançılıqla məşğul olmaq üçün yaşadığı evin ətrafında 732 kv.m torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Sabunçu RİHB-nın 477 nömrəli 06 may 1997-ci il tarixli sərəncamının surətindən görünür ki, Sabunçu RİHB-nın 856 nömrəli 27 iyul 1992-ci il tarixli sərəncamı ilə vətəndaş X12 bostançılıqla məşğul olmaq üçün ona ayrılmış torpaq sahəsindən səhhəti ağır olduğundan imtina edərək, oğlu Cavabdeh adına fərdi yaşayış evi tikmək üçün qanuniləşdirilməsini xahiş etmişdir. Eyni zamanda, Ramana qəsəbəsi Dmitrov küçəsi 7 saylı evin 7 saylı mənzilinin sakini Cavabdeh Bakı şəhəri Sabunçu RİH-nə müraciət edərək, atası M.M.Cəfərovun adına olan bostan sahəsinin onun adına fərdi yaşayış evi tikmək üçün qanuniləşdirilməsini xahiş etmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Sabunçu RİHB-nın 856 nömrəli 27 iyul 1992-ci il tarixli bostançılıqla məşğul olmaq üçün torpaq sahəsi ayrılması barədə sərəncamı ləğv olunmuş, Yeni Ramana qəsəbəsi Dmitrov küçəsi 14 saylı yerdə 750 kv.m bostançılıqla məşğul olmaq üçün torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün vətəndaş Cavabdeh adına qanuniləşdirilmişdir. - MA seriyalı ******* nömrəli 27 iyul 2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən, sahəsi 0.075 ha olan torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. - AZ-İİ seriyalı 062347 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 aprel 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - 31 oktyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsəsi İddiaçı2 ünvan 8 ünvanında yerləşən, 2 otaqlı 10 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddia tələbləri üzrə iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və onların tərəfindən həmin hüquqların pozulub-pozulmamasını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X12 İddiaçı1 atası, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs X11 isə qaynatasıdır. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin vərəsəlik hüquqlarının tanınması və payların müəyyən edilməsini tələb etdikləri əmlak Cavabdeh xüsusi mülkiyyətindədir. Belə ki, X1 Bakı şəhəri Sabunçu RİHB-nın 856 nömrəli 27 iyul 1992-ci il tarixli sərəncamı ilə bostançılıqla məşğul olmaq üçün ona ayrılmış torpaq sahəsindən imtina edərək, həmin torpaq sahəsini oğlu - hazırkı iş üzrə Cavabdeh adına fərdi yaşayış evi tikmək üçün qanuniləşdirilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu RİHB-nın 477 nömrəli 06 may 1997-ci il tarixli sərəncamına əsasən Sabunçu RİHB-nın 856 nömrəli 27 iyul 1992-ci il tarixli sərəncamı ləğv olunmuş, Yeni Ramana qəsəbəsi Dmitrov küçəsi 14 saylı yerdə 750 kv.m bostançılıqla məşğul olmaq üçün torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün vətəndaş Cavabdeh adına qanuniləşdirilmişdir. Həmin sərəncam əsasında Cavabdeh adına MA seriyalı ******* nömrəli 27 iyul 2011-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin vaxtdan mübahisəli torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı toplanmış sübutlara əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi öldüyü vaxt X7 mülkiyyətində olmamışdır. Belə olan halda, həmin torpaq sahəsinin miras kütləsinə daxil olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin miras kütləsinə daxil olmayan və cavabdehin mülkiyyətində olan əmlaka vərəsəlik hüquqlarının tanınması və payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmələrinə subyektiv hüquqları olmamışdır. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmələrinə subyektiv hüquqları olmadığından, məhkəmə, prosessual qənaət prinsipi baxımından iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması”, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 Cavabdeh qarşı “vərəsəlik hüququ tanınmaqla payların müəyyən edilməsi” tələbinə dair hissədə iddiaları əsassız olduğundan rədd edilməlidir. Cavabdeh adına olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi X21 küçəsi 14B ünvanında yerləşən torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməklə ləğv edilməsi hissəsində isə icraata xitam verilməlidir. Belə ki, inzibati orqanın aktı əsasında verilmiş çıxarışın ləğvi mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır, 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbləri rədd edildiyindən, ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması”, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 Cavabdeh qarşı “vərəsəlik hüququ tanınmaqla payların müəyyən edilməsi” tələbinə dair iddiaları rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-255/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-255/2023
30.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver