Məhkəmə qərarları › İş №e-2(008)-2687/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2687/2023

04.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2687/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi, Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə inzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının Nümayəndəliyi olmaqla «mülkiyyətin qanunsuz istifadədən geri tələb edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi, Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə inzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının Nümayəndəliyi olmaqla «mülkiyyətin qanunsuz istifadədən geri tələb edilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin ərazisindəki Ləhiş bağları massivində yerləşən 750 kv.m sahəsi olan, 4497 “V” saylı torpaq sahəsi boşaldılaraq İddiaçı istifadəsinə qaytarılması, orada olan tikili və qurğular özbaşına hesab edilərək cavabdehin hesabına sökülməsi, ödədiyi dövlət rüsumu və vəkil xidmət haqqı məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinin ərazisindəki Ləhiş bağları massivində yerləşən və uzun müddət istifadəsində olmuş 750 kv.m sahəsi olan, 4497 “V” saylı torpaq sahəsi qərarına uyğun olaraq Bələdiyyə Şurasının xx.xx.2011 -ci il tarixli torpaq sahəsinin plan- sxemi əsasında ********** saylı VÖENə əsasən vergiyə cəlb edilmişdir. Həmin bağ sahəsi üzrə hüquqlar xx.xx.2015-ci il tarixli notarial etibarnamə əsasında X1 həvalə edilmişdir. Ərazi tərəfindən təmizlənmiş, dəmir torlu çəpərə alınmış və istifadəyə yararlı vəziyyətə salınmışdır. Bələdiyyə tərəfindən vergi ödəniş bildirişlərinə uyğun olaraq 2009-2022-ci illərə aid həmin torpaq sahəsinin vergisi Kürdəxanı bələdiyyəsinə ödənilmişdir. Daim vergisini ödədiyi torpaq sahəsində müvafiq tikinti quraşdırma işlərini aparmaq üçün dəfələrlə bələdiyyə orqanına müraciət etsə də, imtina verilərək bildirilmişdir ki, bələdiyyə orqanın bu məsələ ilə sənədləşmə işləri aparmaq səlahiyyəti dayandırılmışdır. Bu səbəbdən 10 ildən artıq vergisini ödədiyi torpaq sahəsində ondan asılı olmayan səbəblərdən tikinti aparmaq niyyəti həyata keçirilməmişdir. 2020-2021-ci illərdə “pandemiya” zamanı naməlum şəxslər ona məxsus torpaq sahəsinə gəlib-getmiş, əraziyə tikinti materialları daşıyaraq orada tikinti işləri aparmağa hazırlaşmış və həmin sahəyə qanunsuz işıq sayğacı quraşdırmışlar və dam örtüyü olmayan kiçik tikili inşa etmişlər. Əraziyə baxış zamanı bu hallar öz təsdiqini tapdığından dərhal DİN-nin u102” polis xidmətinə və Kürdəxanı bələdiyyəsinə məlumat vermişdir. Polis tərəfindən görülmüş tədbirlər nəticəsində həmin ərazidə kənar şəxslərin özbaşına tikintisi dayandırılsa da, Kürdəxanı bələdiyyəsi mülkiyyətində olan və 10 ildən artıq ondan vergisini aldığı əmlakın qanunvericiliyə uyğun istifadəsi üçün heç bir tədbir görməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Sabunçu RPİ-nin ərazisi olan 15-ci PB-nə müraciət etmişdir. Polisdə aparılmış təhqiqat nəticəsində toplanmış materiallar xx.xx.2022-ci il tarixli qərarla Cinayət Məcəlləsinin 188-ci maddəsinin (torpaq üzərində hüquqları pozma, özbaşına tirinti işləri aparma) tərkibi olduğundan Sabunçu RPİ-nin İŞ-nə həvalə edilmişdir. Buna baxmayaraq ərizəsi əsasında polisdə araşdırma aparıldığı halda xx.xx.2022-ci il tarixdə Cavabdeh Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə İcra Hakimiyyəti Başçısının Nümayəndəliyi tərəfindən saxta arayış onun verilərək onun həqiqətən Kürdəxanı qəsəbəsi, Ləhiş bağ sahəsində qeydiyyatsız yaşadığı qeyd edilmişdir. Polisdə verdiyi izahatdan məlum olmuşdur ki, Cavabdeh ona məxsus torpaq sahəsini X6 almışdır. Təhqiqat və istintaq materialları ilə sübut olunmuşdur ki, Kürdəxanı bələdiyyəsinin Ləhiş bağları massivindən onun istifadəsinə verdiyi 4497 “V” torpaq sahəsi Kürdəxanı sakinləri Rəsmiyyə Şahbazova, Şükür Qasımov və Vaqif Əzizov arasında özbaşma alqı-satqı yolu ilə dövriyəyə çıxarılaraq qanunsuz gəlir mənbəyinə çevrilmiş, bələdiyyə isə özünü görməzliyə vurmuşdur və bu gün də vurur. Təəsüf ki, Kürdəxanı bələdiyyəsi balansında olan vergiyə cəlb etdiyi əmlakın qanunsuz dövriyyəsinə qarşı heç bir tədbir görmür və görmək də istəmir. Bələdiyyə tərəfindən onun müraciətlərinə verdiyi cavab və hərəkətsizliklər, o cümlədən ən vacibi əmlak barəsində artıq istintaq aparan polis orqanına həmin faktla bağlı heç bir münasibət bildirməməsi ilə təsdiq edilir. Həmçinin araşdırılmalıdır ki, tərəfindən xx.xx.2022-ci il tarixdə polis ərizə veriləndən 3 gün sonra, xx.xx.2022-ci il tarixdə özbaşına istifadəçi Cavabdeh tərəfindən həmin sahədə bələdiyyənin guya xəbəri olmadan elektrik sayğacı və dəmir darvazasının quraşdırılması necə baş vermişdir? Kürdəxanı bələdiyyəsi balansında olan, vergisini yığdığı əmlakın ətrafında hər cür özbaşınalıqların, hətta cinayət tərkibi ilə baş verdiyi hadisələrin baş verməsinə və davam etməsinə bilərəkdən şərait yaradır. Bu şəraiti yaradanlar isə 30 ilə yaxındır öz fəaliyyətlərini fəxrlə etiraf edərək davam etdirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna əsasən bələdiyyə torpaqlarının istifadəyə, icarəyə verilməsi zamanı qanunvericiliyə əməl edilməli və bələdiyyələr öz inzibati əraziləri daxilində torpaqlara sahiblik, onlardan istifadə və haqqında sərəncam vermək müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını fiziki şəxslərin istifadəsinə, icarəsinə vermək, bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisi almaq, bələdiyyə torpaqlarının mülahizəsinə nəzarət etmək səlahiyyətinə malikdir, bələdiyyə mülkiyyətində olan torpağa sərəncam verilməsi, onların istifadəsi və mühafizə bələdiyyələrin müstəsna səlahiyyətidir, qeyri-qanuni istifadə olunan bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmalıdır, torpaqla əlaqədar əqdlər müqavilələrlə rəsmiləşdirilir, bələdiyyə torpaqlarını idarə edilməsi haqqında qanunvericiliyinin pozulmasına təqsirkar olan şəxslər məsuliyyət daşıyırlar. Hal-hazırda istifadəsində olmalı, lakin torpaq sahəsinin və quraşdırılmış qurğuların məlum olmayan şəxs(lər) tərəfindən zəbt edilməsi, orada özbaşına tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilinin və qurğuların sökülməsi, həmin sahənin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsə də, cavabdeh haqlı tələblərə əhəmiyyət verməyərək qanunsuz əməllərini davam etdirmişdir. Yəni, istifadəsində olan torpaq sahəsinə dair tərəfindən torpaq vergisi daim olaraq vaxtı-vaxtında ödənilmişdir. Cavabdehə və qeyrilərinə qarşı hazırki iddianın qaldırılması üçün Dövlət rüsumu haqqında Qanunun 8-ci maddəsinə əsasən dövlət rüsumu və vəkil xidməti haqqı ödəməli olmuşdur. İddia təmin edildikdən sonra həmin rüsumun və vəkil xidmət haqqının cavabdehdən tutulmalı olduğu qənaətindədir. Hesab edir ki, zəbt edilmiş torpaq sahəsi boşaldılaraq onun - İddiaçı istifadəsinə qaytarılmalı, orada olan tikili və qurğular özbaşına hesab edilərək cavabdehin hesabına sökülməli, iddia ərizəsi ilə bağlı dövlət rüsumu və vəkil xidməti haqqının məbləği cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və 3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi, Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə inzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının Nümayəndəliyi məhkəmə iclasını vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, 3-cü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakının təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş məktubun məzmununda qeyd edilmişdir ki, İddiaçı 2011-ci ildə Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə müraciət edərək, Ləhiş bağ ərazisində yerləşən və uzun illər istifadəsində olmasını qeyd etdiyi sahənin qeydiyyata alınaraq vergiyə cəlb olunmasını xahiş etmişdir. Kürdəxanı Bələdiyyəsi, rəsmi sənədləri olmayan torpaq istifadəçilərinin qeydiyyata alınması, inventarlaşdırılması və vergiyə cəlb edilməsi üçün xx.xx.2011-ci il tarixli 05 saylı protokolun 07-ci bəndinə istinadən, İddiaçı uzun illər istifadəsində olmasını iddia etdiyi bağ sahəsində inventarizasiya aparılmış və sxematik xəritəyə uyğun 4497 v saylı 750,0 kv metr torpaq sahəsi qeydiyyata alınaraq vergiyə cəlb olunmuşdur. xx.xx.2011-ci ildə tərtib olunmuş 4497 v saylı torpaq sahəsində heç bir tikinti olmamış, ətrafı məftillə çəpərlənmişdir. X9 cənablarının 23 Noyabr 2007-ci il tarixli müvafiq sərəncamı ilə 2007-ci il dekabrın 1-dən bələdiyyə qurumlarının torpaq üzərində icarə və alqısatqı əməliyyatları aparmaq səlahiyyəti dayandırmışdır. Ona görədə İddiaçı torpaq sahəsi ayrılması barədə Kürdəxanı Bələdiyyəsi tərəfindən heç bir qərar qəbul edilməmişdir. İddia ərizəsində İddiaçı qeyd etmişdir ki, X4 bağları massivində mənim istifadəmə verdiyi 4497y torpaq sahəsi Kürdəxanı sakinləri Rəsmiyyə Şahbazova, Şükür Qasımov və Vaqif Əzizov özbaşına alqı-satqı yolu ilə dövriyyəyə çıxarılaraq qanunsuz gəlir mənbəyinə çevrilmişdir. Qeyd olunanlara etiraz olaraq bildiririk ki, əvvəla Kürdəxanı Bələdiyyəsi 4497 v saylı bağ sahəsini İddiaçı istifadəsinə verməmiş, həmçinin digər vətəndaşlar Rəsmiyyə Şahlarova, Şükür Qasımov və Vaqif Əzizov 4497 v saylı bağ sahəsinin istifadəçisi kimi qeydiyyata alınmamşlar. Əlavə olaraq bildiririk ki, Ləhiş bağ massivi Kürdəxanı Bələdiyyəsinin inzibati ərazisi olsada mülkiyyətində deyildir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin əhalidən vergilərin qəbulu üçün qəbzlərin surətindən görünür ki, İddiaçı 2009-2011-ci illər 21 manat, 2011-ci il üçün 20 manat, xx.xx.2015-ci il üçün 13.50 manat pul ödəmişdir. Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin istifadə olunan torpaq sahəsinin sxeminin görünür ki, Ləhiş bağ Massivində yerləşən 4497 v saylı 750.0 kv.m olan torpaq sahəsi İddiaçı Nəzir oğlunun istifadəsindədir. Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə inzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Əzizov X5 qəsəbəsi. Ləhiş bağ sahəsi küçəsində qeydiyyatsız yaşayır. Arayış Asan Xidmətə təqdim edilməsi üçün verilmişdir. Azərişığın abonə haqqında saldosundan görünür ki, **********50301 nömrəli abunə kodu ünvan 1 ünvanı üzrə abonent Cavabdehdur. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı X2 vaistəsi ilə X1 Bakı şəhəri Kürdəxanı Ləhiş bağları ərazisində yerləşən 750 kv.m torpaq sahəsini idarə etməyə və sair hərəkətlər etməyə dair xx.xx.2064-cü ildək etibarnəmə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olub-olmadığı və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Eyni zamanda mülki işin araşdırılması zamanı əvvəlcə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və onun məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalıdır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya işin faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uyğunluq təşkil etmirsə, məhkəmə üçün hüquqi dəyərləndirmə başa çatmalıdır. Məhkəmə araşdırılması zamanı o cümlədən mülki işin materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi 4497 v dalan ünvanda yerləşən torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Qeyd olunan Qərarda nümayiş olunan hüquqi mövqe Konstitusiya Məhkəməsinin digər Qərarlarında da öz əksini tapmışdır.) Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin edilə bilməz. Şərh olunan hallara əsasən, məhkəmə işin sonrakı araşdırılmasına ehtiyac olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sabunçu rayonu Kürdəxanı Bələdiyəsi və Sabunçu rayonu Kürdəxanı qəsəsbəsi inzibati ərazi dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəliyi olmaqla «zəbt edilmiş torpaq sahəsinin boşaldılması, sahibinin istifadəsinə qaytarılması, orada inşa edilmiş qeyri-qanuni tikilinin və quraşdırılmış qurğuların sökülməsini cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar