Məhkəmə qərarları › İş №e-2(008)-2760/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-2760/2025

17.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-2760/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Yusif oğlunun, Cavabdeh nümayəndəsi Vəkil2 Əliheydər oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə giriş üçün yolun ayrılması” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə giriş üçün yolun ayrılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu, həyat yoldaşı X1, oğlanları X2, X3 və X4 ilə birlikdə cavabdehlə birgə nikah dövründə tikdikləri, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi 2-ci məhəllə 7-8-ci sahədə yerləşən, fərdi yaşayış evinə köşürülməkləri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə tikdikləri, özbaşına tikinti hesab edilən, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 2-ci məhəllə, 7/8-ci sahədə yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsindən, evin üzü Zabrat- Maştağa yoluna tərəf istiqamətinin sağ tərəfindən sahibliyində olan 0,12 ha torpaq sahəsinə giriş üçün 4 metr enində yol ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı onun keçmiş həyat yoldaşı olduğunu, uzun illərdir onların arasında hazırki mübahisə predmeti olan torpaq sahəsi və evlə bağlı məhkəmə çəkişmələri olduğu və bununla bağlı xeyli sayda qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğunu, həmin məhkəmə qərarları ilə müəyyən edilmiş faktların hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyini, hazırda İddiaçı tərəfindən məhkəmə qətnaməsi ilə həll olunmuş məsələnin yenidən mübahisələndirilməsi bildirmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5137/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1757/2020 nömrəli 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh qarşı “yolun açılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-6214/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5137/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddia tələbinin predmet və əsasını dəyişdiklərini, yerli baxış zamanı da iddiaçının başqa çıxış yolu olmadığının müəyyən edildiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, hazırkı mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğunu, ərizəni müdafiə ederək, AR MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bütün bunları nəzərə alaraq, ərizənin təmin edilməsini, mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5137/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsinə sərbəst (piyada və avtomobil ilə) giriş-çıxış üçün cavabdehin istifadəsində olan torpaq sahəsindəki evin ön tərəfindən yolun açılması və bunun üçün cavabdeh tərəfindən həmin torpaq sahəsinin öz hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-1757/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, 2-ci Zabrat qəsəbəsi, 2-ci məhəllə, sahə 7-8-də yerləşən 1200 kv.m iddiçıya məxsus torpaq sahəsinə sərbəst giriş-çıxış (piyada və ya nəqliyyat vasitəsilə) üçün Cavabdeh istifadəsində olan torpaq sahəsindəki evin ön tərəfindən yolun açılması, həmin yoiun açılması üçün torpaq sahəsinin boşaldılmasının iddiaçının öz vəsaiti hesabına təmin edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş, daha sonra apelyasiya baxışı zamanı apelyasiya şikayətində dəqiqləşdirmə verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının hazırki iddia tələbi uzun illər məhkəmə mübahisəsinin predmeti olmuş torpaq sahəsinə və evə dair dolayı yolla hüquqlarının tanınmasına yönəlmişdir. Məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarları nəzərə alınmamışdır. Apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1757/2020 nömrəli 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçı Cavabdeh qarşı “yolun açılması tələbinə dair” iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6214/2021 nömrəli xx.xx.2021-ci il tarixli Qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5137/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesаb edir ki iş üzrə icrааtа хitаm verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci mаddəsinə əsаsən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hаkim iş üzrə icrааtа хitаm verir. Belə ki, iş üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan, iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuхаrıdа göstərilənləri və Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə giriş üçün yolun ayrılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar