Məhkəmə qərarları › İş №e-2(008)-294/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-294/2025

19.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-294/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Pakistan Milli Bankının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Pakistan Milli Bankının Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhəri Filialı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 7 nömrəli mənzildən Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məcburi qaydada çıxarılması barədə qətnam qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(103)-288/20 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Sabunçu Rayonu Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(008)- 2998/2017 saylı qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunmağını, cavabdeh "xxxx" MMC-dən 47512,7 manat əsas, 8988,87 manat faiz borcu və 5000 manat cərimə borcunun iddiaçının xeyrinə tutularaq, tələbin ipoteka predmeti olan ünvan 3 ünvanında, 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində, 84,0 kv.m ümumi, 62,4 yaşayış və 21,6 kv.m yardımçı sahəsindən ibarət, otaqlı, 7 nömrəli mənzilə yönləndirilməsini, həmin mənzilin açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yönləndirilməsini, həmin mənzilin ilkin satış qiyməti 118000 (bir yüz on səkkiz min) manat məbləğində müəyyən olunmasını, işin qalan hissədə rədd olunmasını qət etmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, qətnamənin icrası ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş icra tədbirləri həyata keçirilmiş, ipoteka predmetinin açıq hərracda satılması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hərrac keçirilmiş, ev hərracda satılmadığı ücün İpoteka haqqında” qanunun 43-cü maddəsinə müvafiq olaraq tələbkar kimi Pakistan Milli Bankının Bakı Filialı tərəfindən əldə edilmişdir. Daha sonra həmin daşınmaz əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Pakistan Milli Bankının Bakı Filialının adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarış verilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, Cavabdeh mülkiyyətində olduğu əmlak qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilmiş, kredit borcu qaytarılmadığından həmin əmlaka tələb yönəldilmiş və qeyd edilən daşınmaz əmlak qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı Pakistan Milli Bankının Bakı Filialının mülkiyyətinə keçmişdi. Lakin cavabdeh hazırda bankın mülkiyyətində olan mənzildə yaşamaqda davam etməklə, iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit edilmiş mülkiyyət hüququnu həyata keçirməyə əsassız maneə törədilər. xx.xx.2025-ci il tarixdə İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının nümayəndəsi ərizə ilə müraciət edərək, Pakistan Milli Bankının Bakı Filialının prosessual hüquq varisi kimi Pakistan Milli Bankı ilə əvəz edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-294/2025 nömrəli 27 fevral 2025-ci il tarixli qərardadına əsasən iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı Pakistan Milli Bankı ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Pakistan Milli Bankının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmiş eyni zamanda ünvan 1 ünvanda yerləşən 7 nömrəli mənzili iddiaçıdan almaq isdədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin qismən edilməlidir. Belə ki, iş materiallarında olan 30 mart 2012-ci il tarixli 69 nömrəli X1 görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 335 nömrəli kreditin təminatı kimi ünvan 3 ünvanında yerləşən 7 nömrəli mənzilini ipotekaya qoymuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-288/2020 nömrəli 16 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(008)-2998/2017 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 47512,7 manat əsas, 8988,87 manat faiz borcu və 5000 manat cərimə borcu iddiaçının xeyrinə tutulması, tələb ipoteka predmeti olan ünvan 3 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində, 84,0 kv.m ümumi, 62,4 yaşayış və 21,6 kv.rh yardımçı sahədən ibarət, 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 118000 (bir yüz on səkkiz min) manat məbləğində müəyyən olunması qət edilmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışının elektron imza ilə təsdiq edilmiş surətinə əsasən, ünvan 3 ünvanında yerləşən 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə «Pakistan Milli Bankı» Bakı filialının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, сavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən 7 nömrəli mənzilinin boşaldılmasını barədə tələb edilmişdir. - **********12 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 7 nömrəli mənzil hazırda iddiaçı Pakistan Milli Bankının mülkiyyətindədir. İşin mübahisə olunmayan halı ondan ibarətdirki sözügedən mənzilin keçmiş mülkiyyətçisi olan cavabdeh və onun ailə üzvüləri hazırda iddiaçının mülkiyyətində yaşayır. Beləliklə məlum olur ki, cavabdeh və onun ailə üzvülərinin iddiaçının mülkiyyətində olan məzildə yaşaması iddiaçının həmin mənzildən sərbəst isifadə etməsini həmçinin məzilə sahblik və sərəncam hüqunun həyata keçirməsinə maneə olduğundan iddia tələbi cavabdeh və onun ailə üzvüləri sözügedən mənzildən çıxarılmaldır. Bundan sonra məhkəmə iddia tələbinin “digər şəxslərin mabahisəli mənzildən çıxarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı digər şəxslər dedikdə kimi nəzərdə tutması iddia tələbindən məlum olmadığında iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvüləri ünvan 3 ünvanında yerləşən 7 nömrəli mənzildən məcburi qaydada çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Pakistan Milli Bankına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar