Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2980/2025 23.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil Bəylər qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxslər 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə və Maraqlı şəxs2nə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə və Maraqlı şəxs2nə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü qızı X12 1979-cu ildə və xx.xx.1981-ci il təvəllüdlü oğlu X4 1981-ci il tarixdə Ordubad şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, X19 və X15 onun övladları idi. 03 avqust 1978-ci il tarixdə X21 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahından xx.xx.1979-cu il təvəllüdlü X19 və xx.xx.1981-ci il təvəllüdlü X15 dünyaya gəlmişdir. Övladları uzun illər əvvəl körpə olan zaman (mərhumə X19 45 günlük və mərhum övladı X15 50 günlük) zaman qəfil xəstəlikdən vəfat etmişdilər. Övladları vəfat edən zaman heç kim övladları üçün ölüm şəhadətnaməsi almamışdır. Bundan başqa övladlarının Ordubad şəhər qəbiristanlığında dəfn edilməsi faktını şahidlər də təsdiq edə bilərlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Hazırda onların ölüm faktının müəyyən edilməsi yalnız məhhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq ölüm haqqında şəhadətnamələrin ərizəçinin ərinin ölümü ilə bağlı vərəsəlik işinin açılması zaman sənədlərin təqdim edilməsində zərurət yarandığını bildirmişdir. Maraqlı şəxslər 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə və Maraqlı şəxs2nə məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq öz nümayəndəsinin iştirakını təmin etməmiş, 4 saylı Asan Xidmət Mərkəzi tərəfindən ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, Maraqlı şəxs2 öz nümayəndəsinin iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 4 saylı Bakı “ASAN Xİdmət” X10 tərəfindən verilmiş arayışdan görünür ki, X21 və X13 03 avqust 1978-ci il tarixdə 66 nnömrəli aktla nikaha daxil olmuşlar, Ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. X20 şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X15 xx.xx.1981-ci il tarixdə Ordubad şəhərində anadan olmuşdur. X8, anası X5r. X20 şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X19 xx.xx.1979-ci il tarixdə Ordubad şəhərində anadan olmuşdur. X8, anası X5r. X9 Birliyi “X26 Mərkəzi” X27 Ordubad Rayon Mərkəzi Xəstəxanasının 17 fevral 2025-ci il tarixli, 58 nömrəli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü mərhum X15 və xx.xx.1979-cu il təvəllüdlü X1 Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatda olmamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X10 tərəfindən X6 ünvanlamış xx.xx.2024-cü il tarixli 3-16-5/1510-6-24 nömrəli məktubdan görünür ki, oğlunuz xx.xx.1981-ci il təvəllüdlü mərhum X4 ölmünün qeyd edilməsi ilə ərizəyə baxılaraq bildirilirki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003- cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X10 tərəfindən X6 ünvanlamış xx.xx.2024-cü il tarixli 3-16-5/1509-6-24 nömrəli məktubdan görünür ki, qızınız 07.10.279-ci il təvəllüdlü mərhum X12 ölmünün qeyd edilməsi ilə ərizəyə baxılaraq bildirilirki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003- cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz Ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2015-ci ildə Bakı şəhərində ölmüşdür. (Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 745201 nömrəli ölüm haqqında şəhadətnamə) Naxçıvan şəhər Ordubad Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 07.1.1979-cu il ildə anadan olmuş X16, xx.xx.1981-ci ildə anandan olmuş X15 körpəikən vəfat etmişdir. Hər iki uşaq Ordubad şəhər Qəbristanlığında dəfn edilmişdir. X3 Ədliyyə Nazirliyinin Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-264/2024 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs2nə göstərilən sənədlərdən hər hansı birini təqdim etmədiyindən X12 1979-cu ildə və X4 1982-ci ildə ölmələrinə dair ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X2 ifadə verərək bildirilmişdir ki, ərizəçi onun böyük bacısıdır. Bacısının üç övladı var, 2 övladı isə ölmüşdür. Adları Könül və Məhərrəm olmuşdur. Onlar ölən zaman 1972-ci il təvəllüdlü olduğundan uşaq olmuşdur. Lakin hər bir hadisəni xatırlayır. Tarixlər yadında olmasa da yas mərasimi, dəfn olunma vaxtları yadındadır. Anası, bacısı Ordubad rayonunda yaşamışlar. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun böyük bacısıdır. Bacısı Tellinin hal-hazırda 3 övladı var. Lakin 2 övladı ölmüşdür. Ölən uşaqların adları Könül və Məhərrəm idi. Tam vaxtı xatrılamasa da, yas mərasimdə iştirak edərək anasına köməklik etmişdir. Ölüm yeri Ordubad rayonunda olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində bildirmişdir ki, ərizəçi onun xalası qızıdır. Uşaqlar rəhmətə gedərkən onun 13-14 yaşı olmuşdur. Uşaqlar Ordubad rayonunda doğulmuşdur. Həmin rayonda da dəfn ediliblər. Dəfndə iştirak etmişdir. Məhərrəmin bir yaş yarım olarkən öldüyünü, Könülülün isə daha kiçik yaşda öldüyünü xatırladığnın bildirmişdir. Ölüm səbəblərinin nə olduğunu bilmədiyini qeyd etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X19 və X15 ərizəçinin uşaqları olmuşdur. X19 1979-cu ildə, X15 1981-ci ildə Ordubad rayonunda vəfat etmişdir.Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi aidiyyatı orqanlara müraciət etmiş, lakin imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X12 1979-cu il tarixdə Ordubad rayonunda və xx.xx.1981-ci ildə liyev Məhərrəm Qasım oğlunun 1981-ci il tarixində Ordubad rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-2980/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2980/2025
23.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver