Məhkəmə qərarları › İş №e-2(008)-3084/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3084/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3084/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı «TuranBank” ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və İddiaçı ASC-nə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «TuranBank” ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və İddiaçı ASC-nə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər-X2 qızı, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən TuranBank Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (**********86-10301) boşaldılması, həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin TuranBank ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, TuranBank Açıq Səhmdar Cəmiyyəti X5 qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Naxçıvan MR Sədərək Rayon Məhkəməsinə müraciət etmişdir. Naxçıvan MR Sədərək Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(088)-56/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 TuranBank ASC-nin xeyrinə əsas borc üzrə 151385.14 ABŞ dolları, faiz borcu üzrə 21294.69 ABŞ dolları olmaqla, cəmi 172674.83 ABŞ dolları ( bir yüz yetmiş iki min altı yüz yetmiş dörd dollar səksən üç sent) məbləğində borcun tutulması, tutmanın X8 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək mənzilin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(108)- 06/2019 saylı Qətnaməsi ilə şikayət qismən təmin olunmuşdur. Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(108)-06/2019 saylı Qətnaməsi ilə ipoteka predmeti olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 158.2 kv.m yaşayış sahəsindən, ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 315000 (üç yüz on beş min ) manat məbləğində müəyyən edilmişdir. Əmlak Sabunçu Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. TuranBank ASC tərəfindən mənzilin əldə edilməsi təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın reyestr nömrəsi **********86-10301, Qeydiyyat nömrəsi ********** çıxarışa əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında TuranBank Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən mənzilin boşaldılması və Banka təhvil veriməsi üçün əmlak üzrə qeydiyyatda olan şəxslər- X2 qızına, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Beləliklə də, Bankın mülkiyyət hüquqlarına müdaxilə edilmiş olur. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə “mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X17 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışının surətinə əsasən, ünvan 1 ünvanının tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 10 iyun 2014-cü il tarixli İRH-FB-003 nömrəli İpoteka Müqaviləsindən görünür ki, X18 ilə TuranBank ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İRH-FB-003 nömrəli kreditin təminatı kimi X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, 15/1 nömrəli evini ipotekaya qoymuşdur. 10 iyun 2014-cü il tarixli İRH-FB-003 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC 42 ay müddətinə illik 16 faiz olmaqla 200000 ABŞ dolları krediti X3 vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)- 06/2019 nömrəli, 04 fevral 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X4 nümayəndəsi və vəkilinin apellyasiya şikayəti təmin edilərək, Sədərək Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli, 2(088)-56/2016 nömrəli qətnaməsinin «faiz borcu üzrə 21294.69 ABŞ dolları, cəmi 172674.83 (yüz yetmiş iki min altı yüz yetmiş doqquz dollar, səksən üç sent) ABŞ dollan məbləğində pulun Azərbaycan Respublikası Milli Bankının» sözləri göstərilən hissəsi dəyişdirilməsi, qətnamənin qət etdi hissəsinə «151385.14 ABŞ dolları» sözündən sonra «və 11433.35 ABŞ dollan məbləğində faiz borcu, cəmi 162818.49 (bir yüz altmış iki min səkkiz yüz on səkkiz dollar qırx doqquz sent) ABŞ dollan Azərbaycan Respublikası Mərkəzi Bankının» sözləri əlavə edilməsi, ipotekanın predmeti olan ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 158.2 kvadrat metr yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 315000 (üç yüz on beş miri) manat məbləğində müəyyən edilməsi, cavabdeh X1 145 (bir yüz qırx beş) manat ekspertiza tədqiqatının dəyəri alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin qalan hissəsi apellyasiya şikayəti vermiş şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3921/2019 nömrəli, 11 iyun 2019-ci il tarixli qətnamənin surətindən görünür ki, cavabdelər X11, X12 və onların vəkili Əzizov Azər Mirzə oğlunun kassasiya şikayəti təmin elməməsi, iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-06/2019 nömrəli, 04 fevral 2019-cu il tarixli qətnaməsi onların kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2021-ci il tarixli Hərracın yekunları barədə protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Pəri küçəsi, 15/1 saylı ev ilkin hərracda 315000 manat, təkrar hərracda satıqş qiymətu 267750 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışının surətinə əsasən, ünvan 1 ünvanının tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Pəri küçəsi, 15/1 saylı evin boşaldılmasını barədə tələb edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 rəsmi qeydiyyat ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Pəri küçəsi, 15/1 saylı evdir . - ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdən danışnamz əmlaka mülkiyyət hüququ TuranBank ASC-yə məxsus olmuşdur. Lakin keçmiş mülkiyyətçi X12 və digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçının müraciəti olmasına baxmayaraq həmin əmlakı boşaldaraq mülkiyyətçiyə təhvil verməmiş və həmin əmlakdan istifadə hüquqlarını qanuni əsas olmadan davam etdirərək mülkiyətçinin hüqualarını pozmuşdur. Yuxarda qeyd edilənləri nəzəra alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən 15/1 nömrəli evdən çıxarılmalı, həmin mənzil boşaldılaraq, banka təhvil verilməli və cavabdehlərin sözügedən mənzildən istifadə hüquqları xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən 15/1 nömrəli evdən istifadə hüquqlarına xitam verilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən 15/1 nömrəli ev cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qız tərəfindən boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar