Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3098/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 6501.78 manat borcun, ödənilmiş 85.02 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı tərəfindən açılmış ******************** nömrəli kart hesabına əsasən Cavabdeh Azərbaycan Respublikasının ərazisində, o cümlədən xaricdə istifadə edilə bilən plastik kartın verilməsi təmin edilmişdir. Filialın müştərisi olan Cavabdeh ona təqdim edilmiş plastik kart hesabından sui-istifadə edərək ümumilikdə 6504.22 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Bankın “Sabunçu” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsası olmadan 4437 manat məbləği hesabdan çıxarmış, həmin məbləğə 2067.22 manat faiz hesablanmışdır. Hüquqi əsası olmadan əldə olunmuş məbləğdən 2.44 manat silinmə aparılmışdır. Cavabdeh Banka cəmi 6501.78 manat borcu mövcuddur. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7322.08 manat borcun, ödənilmiş 93.23 manat dövlət rüsumunun və 0.80 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul etmir, ekspert rəyində göstərilən 4437,00 manat borcu qəbul edir, kartı lançda istifadə etmək üçün götürmüşdür. İddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ödəniş kartı üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh istifadəsində olan "xxxx" plastik kart hesabından 6504.22 manat pul məxaric etmiş, sonradan hesaba 2.44 manat mədaxil etmiş, hazırda banka 6501.78 manat borcu qalmışdır. - xx.xx.2022-ci il tarixli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh 1 ədəd plastik kart təhvil verilmişdir. - əsassız varlanmanı əks etdirən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh banka 6501.78 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 64.35 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 20.67 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 8.21 manat dövlət rüsumu ödəmişdir. - əsassız varlanmanı əks etdirən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh banka 7322.08 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh istifadəsində olan "xxxx" plastik kart hesabından istifadə edərək, bir neçə dəfə müxtəlif məbləğlərdə pul vəsaitləri məxaric etməklə əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdehin əsassız varlanmaqla iddiaçıya ziyan vurması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı vurulmuş ziyanın məbləği ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5622 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və "xxxx" ASC-nin əsassız varlanmanı əks etdirən arayış məlumatlarından göründüyü kimi xx.xx.2023-cü il tarixinədək 4437,00 manat məbləğində (1,5% komissiya daxil olmaqla) nağdlaşdırma aparılması müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında faiz dərəcəsi göstərilmədiyindən 2067,20 manat faiz borcunun düzgünlüyünü müəyyən etmək olmadı. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4437 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 64.37 manatı Cavabdeh alınıb iddiaçıya verilməli, 100 manat ekspertiza xərci "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4437 manat borc və 64.37 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, 100 manat ekspertiza xərci "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4437 manat borc və 64.37 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh müştərək qaydada tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-3098/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3098/2024
04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver