Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(008)-310/2025 24.02.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı İddiaçı İlhami qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı İlhami qızının cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “ödənilmiş pulun geri qaytarılması və əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İlhami qızı cavabdehlər cavabdeh1 MMC-yə, cavabdeh2 qarşı “ödənilmiş pulun geri qaytarılması və əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən ödənilmiş 50.000 (əlli min) ABŞ dolları miqdarında pulun və əldən çıxmış 220.000 (iki yüz iyirmi min) manat miqdarında faydanın cavabdeh1 MMCdən və cavabdeh2 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdeh1 MMC ilə arasında bağlanmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasında razılığa əsasən ödənilməli məbləğdən hissəvi olaraq ##.##.2021-ci il tarixli kassa mədaxil orderi ilə 30.000 (otuz min) ABŞ dolları, ##.##.2021-ci il tarixli kassa mədaxil orderi ilə 20.000 (iyirmi min) ABŞ dolları, cəmi 50.000 (əlli min) ABŞ dolları miqdarında pul ödəmişdir. Bütün pulları cavabdeh1 MMC-nin təsisçisi X1 şəxsən qəbul etmişdir. Müqqavilə şərtlərinə görə, cavabdeh1 MMC 1 il ərzində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1540 s saylı ünvanda yerləşən torpaq sahəsində cəmiyyət tərəfindən hazırlanmış layihəyə uyğun fərdi yaşayış evi tikib və onun təmir işlərini tamamlamalı idi. Müqavilənin bitməsindən 01 il 1 ay keçməsinə baxmayaraq təmir tikinti işləri başa çatdırılmamışdır. Onun nümayəndəsinin müraciəti əsasında “xxxx” MMC-nin verdiyi ##.##.2022-ci il tarixli ** saylı hesabatda aparılmış tikintiyə cəmi 53976 (əlli üç min doqquz yüz yetmiş altı) manat miqdarında xərc çəkildiyi, bağ evinin həyatyanı tikililərinin tikilib başa çatdırılmadığını, həmin tikilinin bünövrə hissəsinin tökülmüş beş mişar daşı hündürlüyündə inşa edildiyini, su hovuzunun betonlama işlərinin görülmədiyini, evin dam örtüyünün eskiz layihəyə uyğun inşa olunmadığını, bağ evinin və hovuzun beton hissəsində əyrilik olduğu üçün bərpasına və yenidənqurma işlərinə ehtiyac olduğunu göstərmişdir. cavabdeh1 MMC müqaviləsinin 2.2-ci bəndində nəzərdə tutulan vəzifələrinin heç birini icra etməmişdir. Təmir-tikinti işlərini tamamlamamış, yarımçıq tikililəri də keyfiyyətsiz həyata keçirmişdir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən icraçı xidmət keyfiyyətsizliyi aşkar olunduqda sifarişçinin tələbinə əsasən yeni xidmət göstərməli və ya ödənilmiş pulu geri qaytarmalıdır. Müqavilənin 2.3.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan xidməti keyfiyyətli və vaxtında yerinə yetirməkdən, sifarişi onları qəbul etməkdən və ödəməkdən imtina edə, ödəniş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. İşlər yekunlaşdıqdan sonra o, həmin fərdi yaşayış sahəsini kirayə vermək fikri var idi. Həmin bağ sahəsi hazır olandna sonra onun aylıq kirayə bazar qiyməti təxminən 10.000 (on min) manata yaxındır. cavabdeh1 MMC işləri tamamlamadığı üçün 220.000 (iki yüz iyirmi min) manat miqdarında fayda əldən çıxmışdır. Cavabdeh ödənilmiş 50.000 (əlli min) ABŞ dolları miqdarında pulun və əldən çıxmış faydanın 10 gün ərzində ona ödənilməsini könüllü olaraq təmin etməsi barədə ##.##.2022-ci il tarixli bildirişi almasına baxmayaraq, bugünə kimi heç bir ödəniş etməmiş, aldığı bildirişə heç bir münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı İlhami qızının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2021-ci il tarixli, FJ-F*/****/* nömrəli Nümayəndə ilə cavabdeh1 MMC arasında bağlanmış müqavildən görünür ki, icraçı cavabdeh1 MMC Bilgəh qəsəbəsində yerləşən 1540S ünvanında yerləşən sahədə 1 il müddətindı təmir tikinti işlərini görməyi öhdəsinə götürmüş, sifarişçi isə bunun müqabilində 180.000 manat pul ödəmiyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ##.##.2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Nümayəndə ##.##.2021-ci ildə 30000 ABŞ dolları (54000 manat)cavabdeh1 MMC-nin hesabına köçürmüşdür. İş materiallarında olan ##.##.2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Nümayəndə ##.##.2021-ci ildə 20.000 ABŞ dolları cavabdeh1 MMC-nin hesabına köçürmüşdür. İş materiallarında olan cavabdeh1 MMC-yə ünvanlanmış bildirişdən görünür ki, Ağeyeva Kəmalə İlhami qızı onun tərəfindən ödənilmiş 50.000 ABŞ dolları və 77000 manat əldən çıxmış faydanı 10 iş günü ərzində tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə qarşı tərəfi məlumatlandırmışdır. xxxx” MMC-nin ** nömrəli, ##.##.2022-ci il tarixli hesabatındaan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1540 s saylı sahədə yerləşən bağ evinin tikintisinə çəkilmiş xərcin dəyəri 53976.9 manat təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə eksperiza təyin edilmiş və ekspert qarşısında cavabdeh tərəfindən aparılmış tikintiyə sərf olunmuş məbləğin dəyəri və görülmüş işlərin qüsurlu olub-olmaması barədə sual qoyulmuşdur. Məhkəmə tərəfindən qərardadın icrası yönəlmiş Sərraf-M MMC-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbsəi 1540 s saylı ünvanda cavabdeh tərəfindən aparılmış təmir-tikinti işlərindən sonra ev sahibi yenidən təmir işləri görmüş olduğundan reyin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı ilə cavabdeh cavabdeh1 MMC arasında ##.##.2021-ci il tarixdə podrat müqaviləsi bağlanaraq, cavabdeh1 MMC 1 il müddətində 180000 manat müqabilində Bilgəh qəsəbəsi ərazisində yerləşən 1540 S ünvanında yerləşən sahədə bağ evini tikməyə və tam ünvan 1əhkəməyə təqdim edilən ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən podratçıya 30000 ABŞ dolları və 20.000 ABŞ dolları məbləğində pul ödənmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək sözügedən müqavilə üzrə iddiaçı 50.000 ABŞ dolları məbləğində pul ödəsədə, podratçı tərəfindən həmin məbləğ tam şəkildə evin təmirinə xərclənmədiyini, həmçinin icra edilmiş işlər keyfiyyətsiz icra olunmuş, müqavilənin müddətinin bitməsinə baxmayaraq işləri tam şəkldə sifarişçiyə təqdim edilməməsini bildirmiş və bu səbəbdən ödənmiş pulun tam şəkildə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki. İddiaçı tərəfindən təqdim edilən müstəqil ekspertin vermiş olduğu rəydən görünür ki, xxxx MMC-nin iddiaçının mülkiyyətində olan torpaq sahəsində görülmüş işlərin ümumi dəyəri 53976.9 manat olması müəyyən edilmişdir. İddiaçı həmin işlərin keyfiyyətsiz icra edilmiş olduğunu bildirsədə bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən isə bu halı müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş lakin evdə əlavə təmir bərpa işləri olduğundan ekspert rəy verməkdən imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə ödəmiş olduğu məbləğdən təmirə xərclənmiş məbləğ çıxılmalı, artqı qalan məbləğ isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, ödəniş dollar ilə olduğundan, xərclənmiş vəsait dollara çevrilməli (53976.96 : 1.70= 31751 ABŞ Dolları), 50.000 ABŞ dollarından xərclənmiş vəsait çıxılmalı və yerdə qalan 18249 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulmalı. Bundan sonra məhkəmə iddia tələbinin 220000 manat əldə çıxmış faydanın tutulması hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbini bu hissədə sübut edən hər hansı bir halı məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin cavabdeh2 yönələn hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında müqavilə hüquqi şəxs ilə bağlandığından iddia tələbidə yalnız hüquqi şəxsə yönəlmiş hissədə təmin edilə bilər. Belə ki, hazırki işdə cavabdeh2 iddia tələbinə cavab verməli olan şəxs hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh cavabdeh1 MMC-dən 18249 (on səkkiz min iki yüz qırx doqquz) ABŞ Dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində pul vəsiati tutularaq iddiaçı İddiaçı İlhami qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətamədən, rəsmi qaydadav erildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-310/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-310/2025
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver