Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3101/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəilə məhkəməyə müraciət edərək, X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçinin qardaşı X5 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olub. Sonradan onun səhhətində müxtəlif problemlər yaranmış, müalicələr alsada heç bir faydası olmamışdır. Qardaşı xx.xx.2012-ci il tarixdə rəhmətə getdi və Xəzər rayonu, Zirə qəsəbəsində qəbirstanlığda basdırmışlar. Qardaşının qəfil rəhmətə getməsi onları çox sarsıltdı, ona görə ölüm haqqında şəhadətnamənin almağı unutmuşlar. Bu il mənzili özəlləşdirmək məqsədilə vərəsəlik şəhadətnaməsinin alınması üçün Notariat Ofisinə müraciət etmişdir. Orda ona bildirildi ki, X3 ölüm faktı müəyyən olunmalıdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası nazirlər kabinetinin Qərarının 6.6-cı maddəsinə Uşaq aralarında nagah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdə sonra məhkəmə qətnaməsinə əsasən qeydə alır. Sonradan ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X3 xx.xx.2012-ci ildə Sabunçu rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümükün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil, ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli 3-16-5/8-15- 2055/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı Qərarının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə(ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Müraciətinizə cavab olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyət üzrə müraciət etməyi tövsiyyə olunmuşdur. Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi” Publik Hüquqi şəxs X15 X16 xx.xx.2024-cü il gtarixli 18-1-17/2-246 nömrəli arayışından görünür ki, X5 xx.xx.2012-ci ildə Cərrahi profili reanimasiya şöbəsinə daxil olub xx.xx.2012-ci il tarixdə Cərrahi profili reanimasiya şöbəsində ölmüşdür. -“Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi” Publik Hüquqi şəxs X15 X16 21 fevral 2024-cü il tarixli 18-1-17/2-732/2024 nömrəli məktubdan görünür ki, vətəndaş X4 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün ona aid xəstəlik tarixindəki məlumatların (ölümə səbəb, ölüm saatı, diaqnoz) Vahid informasiya Sisteminə işlənilməsi vacibdir. Lakin 2013-cü ildə arxivdə 2010-2012-ci illərə aid xəstəlik tarixlərini su basması ilə əlaqədar olaraq X4 aid xəstəlik tarixi və bununla bağlı müvafiq məlumatlar (ölümə səbəb, ölüm saatı, əsas xəstəlik) mövcud deyildir. Bunu nəzərə alaraq vətəndaşa aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün AR Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın təsdiq edilməsi barədə qərarının 5.3-cü maddəsinəəsasən məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir - Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28 may 1985-ci il tarixdə X-ЖГ 473909 nəmrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, atası X6, anası X2r. - Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi tərəfindən verilmiş XVİİ-ЖГ 266137 nəmrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 may 1992-ci ildə Bakı şəhərində anadan olmuş, atası X6, anası X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Onlar 3 qardaş olmuşlar. Qardaşı Qüdrət şəkər xəstəliyindən əziyyət çəkirdi. Qardaşı xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o ərizəçinin əmisi arvadıdır. Ərizəçinin qardaşı şəkər xəstəliyindən əziyyət çəkirdi. 2012-ci ildə ərizəçinin qardaşı xəstəxanada rəhmətə gedib.. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ərizəçinin qardaşı olmuşdur. O, xx.xx.2012-ci ildə Bakı şəhərində xəstəxanada vəfat etmişdir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixdə doğulmuş X3 xx.xx.2012-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3101/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3101/2024
22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver