Məhkəmə qərarları › İş №e-2(008)-313/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-313/2024

12.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-313/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İlk iddia üzrə İddiaçı nümayəndəsi (əri) Cavabdeh4, İlk iddia üzrə Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsi və evdən çıxarılması, İddiaçı Cavabdeh1nun cavabdehlər İddiaçı, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyesteri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 19 saylı Dövlət Notariat Ofisinə qarşı pul tələbi barədə iddia tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia verərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi 251 №-li bağ evi ünvanında 0,06 ha torpaq sahəsi və həmin sahədə olan evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-4656 №-li qətnaməsilə müstəqil tələblər sürən 3-cü şəxs ilə iddiaçı Cavabdeh1 Bakı şəhəri 19 saylı Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddiası təmin olunmuş, iddiaçının apelyasiya şikayətinə əsasən qətnamə ləğv olunmuş, Cavabdeh1 verdiyi kassasiya şikayəti də təmin olunmamış və beləliklə həmin iddianın predmeti olan AN-1No ******* №-li xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi qüvvədə qalmışdır. Nəticədə onun mülkiyyətçi kimi hüquqları sənəd üzərində olsa da bərpa olunmuşdur. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsi 251 №-li bağ evi ünvanda 0,06 ha torpaq sahəsinin onun mülkiyyəti olması barədə çıxarış verildi. Beləliklə iddiaçı əvvəllər Cavabdeh1 məxsus mülkiyyətin qanuni mülkiyyətçisidir. Lakin, Cavabdeh1 hələ də onun hüquqlarını pozmaqda davam edir, evdən və sahədən çıxmır, zorakılıq edir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət kadastr və Reyesteri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 19 saylı Dövlət Notariat Ofisinə qarşı qarşılıqlı iddia verərək alqı-satqı müqaviləsinin və ona uyğun olaraq alınmış reyesterdən çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianı Cavabdeh1 onunla əsaslandırmışdır ki, o, paylı mülkiyyətlə ona məxsus olmuş 0,06 ha torpaq sahəsindən 2 ha hissəsinin satılması üçün adətən bu işlərlə məşğul olduğunu bildiyi Cavabdeh4 xx.xx.2018-ci ildə 19 saylı notariat ofisində AR-İ 693155 № ilə qeydiyyata alınan 7E-20078 reyestr nömrəsi ilə qeydiyyatına alınmış etibarnamə vermişdir. Həmin etibarnamə Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 251 №-li bağ evi ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsinin 0,02 hissəsinin satılması barədə olmuşdur. Sonradan məlum olmuşdur ki, həmin alqı-satqı müqaviləsini həyata keçirən Cavabdeh4 etibarnamədə 0,02 ha torpaq sahəsinin satılmasına etibarnamə verdiyi halda, indiki cavabdeh - özünün həyat yoldaşı İddiaçı adına alqı-satqı müqaviləsini rəsmiləşdirib. Daha sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi həm də paylı mülkiyyətdə olduğuna görə digər payçıların da razılığı olmadan alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinin alqı- satqısı nəticəsində ona 1 manat da olsun pul ödənilməmişdir, yəni Cavabdeh4 torpaq sahəsinin qanunun tələblərinə zidd olaraq öz həyat yoldaşına guya satıldığını təşkil etmiş, guya alqı-satqıya görə haqq ödənilmiş, əslində isə Cavabdeh4 bütövlükdə onu aldatmışdır. O, bunları biləndən sonra verdiyi etibarnamənin ləğv olunması barədə ərizə vermiş və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə iddia təmin olunmuş və alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdeh tərəfin vermiş olduğu apellyasiya baxışı zamanı məlum oldu ki, iddia tələbi düzgün qoyulmamış və tələb əsl cavabdehə deyil, sadəcə olaraq 19 saylı notariat ofisinə yönəldilmişdir ki, bu əsasla da Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarxli qətnaməsi ləğv edilmişdir. Ali Məhkəmə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə dəyişiklik edilmədən saxlamışdır. Hələ bu fırıldaqla həyata keçirilmiş alqı-satqı müqaviləsi ilə reyesterdən Çıxarış almaq üçün İddiaçı AR DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə imtina veriləndən sonra o, Bakı İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmədə aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ondan başqa X17 əğlu, X9 payçı olduqlarından alqı-satqı üçün onların razılığı qanunla tələb edilməli olduğu halda, bu edilməmişdir. Bakı İnzibati məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-329/2021 №-li qərarı ilə İddiaçı iddiası təmin edilməmiş, həmin qərardan da yuxarı instansiya məhkəmələrinə şikayət verilməmişdir. Onun verdiyi etibarnaməyə uyğun olaraq mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinin 0,02 ha hissəsinin satılmasına etibarnamə verdiyi halda, mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin satılması barədə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olan Cavabdeh4 notariat ofisi ilə cinayətkar əlaqəyə girib onun iradəsi əleyhinə alqı-satqı müqaviləsinin “təşkil edilməsi”nə nail olmuşdur ki, belə şəraitdə bağlanmış olan alqı-satqı müqaviləsi qanunun tələblərinə uyğun hesab edilə bilməz. Bundan başqa, həmin alqı-satqı müqaviləsini “təşkil edən” zaman Cavabdeh4 bilə-bilə notariat ofisi ilə razılaşıb paylı mülkiyyətdə olan digər payçıların razılığını almadan hazırda mübahisələndirdiyi alqı-satqı müqaviləsini “təşkil etmişdir” ki, bununla da razılaşmaq mümkün deyil. Yuxarıda göstərilən bütün sadalanan qanun pozğunluqları Bakı İnzibati məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə uyğun olaraq həmin halların sübut olunmasına ehtiyac qalmamışdır. Bakı İnzibati məhkəməsinin qərarı ilə qanuni hesab edilməmiş alqı-satqı müqaviləsi ilə hansı fırıldaq yolu ilə 0,06 ha torpaq sahəsinin və guya 33,8 ky.m bağ evinin tərəfindən satılması və İddiaçı mülkiyyət hüququnun qeydiyyatdan keçməsi barədə reyester qeydiyyatı aparılmış və çıxarış verilmişdir ki, həmin çıxarışın da verilməsini qanuni hesab etmək olmaz. Bundan başqa, onun etibarnaməli nümayəndəsi digər tərəflə pis niyyətlə razılığa gəlməsi və nəticədə onun maddi cəhətdən ağır vəziyyətə düşməyi ilə nəticələndiyindən Mülki Məcəllənin 339-cu maddəsinin mənasına görə belə şəraitdə bağlanmış (təşkil olunmuş) əqd etibarsız hesab olunmalıdır. Sonradan Cavabdeh1 iddia tələbini dəyişdirərək Cavabdeh4 47000 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 tələbi onunla əsaslandırmışdır ki, o, paylı mülkiyyətlə ona məxsus olmuş 0,06 ha torpaq sahəsindən 2 ha (məhkəmənin ehtimalına görə iddiaçı texniki səhvə yol verərək 2 sot və ya 0,02 ha əvəzinə 2 ha qeyd etmişdir) hissəsinin satılması üçün adətən bu işlərlə məşğul olduğunu bildiyi Cavabdeh4 verdiyi xx.xx.2018-ci il tarixli etibarnamədə Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi 251 №-li bağ evi ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha torpaq sahəsinin 0,02 hissəsini satmaq üçün Cavabdeh4 səlahiyyət vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin alqı-satqı müqaviləsini həyata keçirən Cavabdeh4 etibarnamədə 0,02 ha torpaq sahəsinin satılmasına etibarnamə verdiyi halda, indiki cavabdeh - özünün həyat yoldaşı İddiaçı adına alqı-satqı müqaviləsini rəsmiləşdirib. Daha sonra ona məlum olmuşdur ki, həmin torpaq sahəsi həm də paylı mülkiyyətdə olduğuna görə digər payçıların da razılığı olmadan alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Eyni zamanda mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısı nəticəsində ona 1 manat da olsun pul ödənilməmiş, yəni Cavabdeh4 torpaq sahəsinin qanunun tələblərinə zidd olaraq öz həyat yoldaşına guya satıldığını təşkil etmiş, guya alqı-satqıya görə haqq ödənilmiş, əslində isə Cavabdeh4 bütövlükdə onu aldatmışdır. Cavabdeh4 İddiaçı nümayəndəsi olaraq məhkəməyə təqdim etmiş olduğu xx.xx.2018-ci il tarixdə tərtib olunmuş kassa mədaxil çeklərinin 83 №-li reyesterindən görünür ki, Cavabdeh4 "xxxx" ASC İnvest filialından 47000 AZN pul çıxarmışdır. Həmin məbləğin Cavabdeh1 verilmədiyini məhkəmənin hazırlıq iclasında özü etiraf etdi. Bundan başqa, Cavabdeh1 da vermiş olduğu qarşılıqlı iddia ərizəsində Cavabdeh4 ona 0,06 ha torpaq sahəsinin satılması müqabilində pul vermədiyi öz əksini tapır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, eyni zamanda qarşılıqlı iddia üzrə Cavabdeh4 ilk iddianın məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 251 №-li bağ evi ünvanında 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerlşən 33,8 kv metrdən ibarət olan ev paylı mülkiyyətlə ******* №-li Çıxarış (reyestr nömrəsi **********78-11301) əsasında aşağıdakı şəxslərə məxsus olmuşdur: X11 (evin 1/2 hissəsi və 0,126 ha torpaq sahəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014 ), X10 (evin 1/2 hissəsi və 0,065 ha torpaq sahəsi, qeydiyyat nömrəsi və qeydiyyat tarixi göstərilməmişdir), Cavabdeh1 (0,06 torpaq sahəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018). Cavabdeh1 xx.xx.2018-ci il tarixdə Cavabdeh4 «ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 251 №-li bağ evi ünvanında yerləşən ümumi sahəsi 33,8 kv metr (0,2 ha torpaq sahəsi) bağ evinin ona məxsus hissəsinə» bütün əməliyyatların aparılması barədə 10 il müddətinə notarial qaydada təsdiq edilmiş AR-İ 693155 №-li etibarnamə vermiş, etibarnamə notarius tərəfindən 7E-20078 nömrəsi ilə reyestrdə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Adıçəkilən etibarnamə Cavabdeh1 tərəfindən Cavabdeh4 verilən gün, yəni xx.xx.2018ci tarixdə, onların ikisinin arasında (digər şəxslərin iştirakı ilə) aşağıdakı məzmunda razılaşma imzalanmışdır. Əzizov X5 qəsəbəsi, 251 №-li bağın 5 sotunu 2 otaqlı evi ilə əvvəllər Cavabdeh1 almış və onlar halallaşmış, lakin sonradan X10 (Cavabdeh1 bacısı və torpağın payçılarından biri) 12,5 ha (məhkəmənin ehtimalına görə 12,5 sot əvəzinə 12,5 ha yazılışında texniki səhvə yol verilmişdir), üçün həmin bağ sahəsinə çıxarış almış və 6 sotunu bacısı Şirinə satmış, Cavabdeh4 ilə Cavabdeh1 5 sot barədə əvvəldən halallaşdıqlarından, Cavabdeh4 yerdə qalan 1 sotun dəyəri olan 5500 manatı Cavabdeh1 vermək barədə öhdəlik götürmüş, həmin məbləğin 4500 manat hissəsini vermiş, qalan 1000 manatı xx.xx.2018-ci il tarixədək vermək barədə öhdəlik götürmüş, Cavabdeh1 isə 6 sotu alqı-satqı yolu ilə Cavabdeh4 təhvil vermək barədə öhdəlik götürmüşdür. Aktın bu hissəsindən sonra Cavabdeh1 və digərləri imzalarını icra etmişlər. Həmin razılaşma barədə akt «4500 manatı Əzizovdan aldım» qeydi ilə Cavabdeh1 tərəfindən bir daha imzalanmışdır. İmzadan sonra 1060 manatın verilməsi barədə müxtəlif qeydlər verilmiş, lakin həmin qeydləri heç kim imzası ilə təsdiq etməmişdir. Cavabdeh1 mövqeyinə görə həmin razılaşma 0,02 ha torpaq barədə olmuş, 4500 manatdan əlavə 500 manatı da almış, lakin qalan 500 manatı almamışdır. Adıçəkilən etibarnamə əsasında Cavabdeh4 tərəfindən Cavabdeh1 adından ona məxsus hissə xx.xx.2018-ci il tarixdə İddiaçı satılmış, alqı-satqı Bakı şəhəri 19 saylı Notariat kontorunda rəsmiləşdirilmişdir. Həmin alqı-satqı müqaviləsinə dair notairat işi qovluğundan aşağıdakılar müəyən olunur. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə hər iki payçıya xx.xx.2018-ci il tarixdə ona məxsus olan 0,06 ha torpağı 5500 manat məbləğə satmaq niyyətində olduğu, 45 gün müddətində fikirlərini bildirməyi onlara təklif etməyi, əks halda torpaq sahəsini başqa şəxsə satacağı barədə xəbərdarlıq göndərmişdir. Həmin xəbərdarlıq Azərpoçt MMC tərəfindən elə həmin gün, xx.xx.2018-ci il tarixdə təhvil alınmışdır. Payçılardan biri X1 Şirin Oqtay qızına məxsus 0,06 ha hisəsinin satılmsı ilə əlaqədar üstünlük hüququndan istifadə etmədiyi və həmin payın üçüncü şəxsə satılmasına razı olduğu barədə notarial qaydada imzasını təsdiq etdirməklə xx.xx.2018-ci il tarixdə ərizə vermişdir. Digər payçının razılığı notariat işi qovluğunda yoxdur. xx.xx.2018-ci il tarixdə AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından etibarnamə əsasında onun təmsil edən Cavabdeh4 0,06 ha torpaq sahəsini İddiaçı (arvadına) 47000 manat məbləğində satmış, həmin məbləğ rəsmi qaydada MuğanBank ASC vasitəsilə ödənilmişdir. Lakin, həmin məbləğ Cavabdeh4 tərəfindən Cavabdeh1 verilməmişdir (işin mübahisəsiz halı). Cavabdeh4 mövqeyinə görə satılan torpağa dair onlar artıq xx.xx.2018-ci tarixdə halallaşmışlar. Cavabdeh1 Cavabdeh4 xx.xx.2018-ci tarixdə verdiyi etibarnaməyə alqı-satqıdan üç ay sonra xx.xx.2019-cü il tarixdə xitam verdirmişdir. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi, 251 №-li bağ evi ünvanında 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerlşən 33,8 kv metrdən ibarət olan ev paylı mülkiyyətlə (reyestr nömrəsi **********78-11301) əsasında aşağıdakı şəxslərə məxsusdur: X11 (evin 1/2 hissəsi və 0,125 ha torpaq sahəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014 ), X10 (evin 1/2 hissəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021), İddiaçı (0,06 torpaq sahəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023), X6 (0,065 ha torpaq sahəsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023). İddiaçı mülkiyytəində olan torpaq sahəsində özbaşına tikili mövcuddur və hazırda Cavabdeh1 həmin tikiliyə yerləşib. Məhkəmə Ekspertizası Mərkəzənin xx.xx.2024-cü il tarixli ekpsert rəyinə əsasən həmin ev İddiaçı mülkiyytəində olan torpaq sahəsi ilə üst-üstə düşür. Hazırda iddiaçı Həsənova X7 Şirinin 0,06 ha torpaq sahəsi və həmin sahədə olan evdən çıxarılmasını, Cavabdeh1 isə 47000 manat pulun Cavabdeh4 tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə qarşılıqlı iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasəni alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1.-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin arasındakı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır və onun etbarsızlığı ilə əlaqədar əsaslar möcud deyil. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiasını dəyişdirib pul tələb etməklə həmin alqısatqımüqaviləsinin etibarlılığını özü də qəbul edir və sadəcə ona pulun verilməməsi səbəbindən pulun ona verilməsini istəyir. Yuxarıda qeyd edildiyi kimi, 47000 manat pulun Cavabdeh4 tərəfindən Cavabdeh1 verilmədiyi işin mübahisəsiz halıdır. Lakin, məhkəmə qeyd etdiyi kimi, xx.xx.2018-ci il tarixdə Cavabdeh4 və Cavabdeh1 həmin altı sot barədə hallaşmışlar, bu işin təkzibedilməz halıdır, həmin məbləğin yalnız 500 manatın verlməsini təsdiq edən sübut Cavabdeh4 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Cavabdeh1 0,06 ha deyil, 0,02 ha torpağın satılmasına etibarnamə verməyi barədə dəlillərinə dair qeyd etmək istəyir ki, bu hal iş materialları ilə sübut edilmir. Əvvəla, verdiyi etibarnamədə 0,02 ha torpaq sahəsi barədə qeyd verilməmişdir. Bundan sonra alqı-satqı müqaviləsində də 0,06 ha torpaq sahəsi göstərilmişdir. Bundan sonra İddiaçı 0,06 ha torpaq sahəsinə dair çıxarış almışdır. Beş il ərzində Cavabdeh1 susması onun könüllü şəkildə 0,06 ha torpaq sahəsini satmasına və həmin torpaq sahəsinin rəsmi alqı-satqısından 47000 manat pula haqqının olmadığını bildiyinə dəlalət edir. Cavabdeh1 Cavabdeh4lə halallaşmasının 0,02 ha barədə olmasının da hər hansı bir əsası yoxdur. Cavabdeh4 47000 manatın onun tərəfindən Cavabdeh1 verilmədiyini etiraf etməsəydi həmin halın əksinin sübut edilməsi mümkün olmazdı. Məhkəmə hesab edir ki, Cavabdeh4 alqı-satqıdan əvvəl artıq halallaşdığına görə 47000 manat pulun verilmədiyini əsaslı bilib səmimi etiraf etmişdir. Mülki Məcəllənin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən müqavilənin təfsiri zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 iddiaçı qismən təmin edilməklə, yalnız 500 manat pul Cavabdeh4 onun xeyrinə tutulmalı, onun iddiası qalan hissədə rədd edilməlidır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə İddiaçı iddiasının əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı qız daşınmaz əmlakın qanuni mülkiyyətçisi olduğuna, Cavabdeh1 həmin torpaq sahəsinin üzərində olan evə girdiyinə görə İddiaçı ondan çıxarılmasını və əmlakın ona təhvil verilməsini istəməkdə haqlıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının 50 manat dəyəri yarı-yarı tərəflərdən tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İlk iddia təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsi 251 №-li bağ evi ünvanında 0,06 ha torpaq sahəsi və həmin sahədə olan evdən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh4 500 manat pul alınıb Cavabdeh1 verilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının 50 manat dəyərinin 25 manat hissəsi ilk iddia üzrə İddiaçı, 25 manat hissəsi ilk iddia üzrə Cavabdeh1 tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar