Məhkəmə qərarları › İş №e-2(008)-3274/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3274/2024

05.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3274/2024 05.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cəmil oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilə vərəsəliyin müəyyən edilməsi və mənəvi zərərə görə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı “mənzilə vərəsəliyin müəyyən edilməsi və mənəvi zərərə görə pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 tərəfindən 20 fevral 2008-ci il tarixli müqavilə və 22 fevral 2008-ci il tarixli maliyyə arayışına əsasən 109 892,00 manat məbləğində pula alınmış ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzildən ibarət miras əmlak payına qanun üzrə yeganə vərəsə kimi tam payla vərəsəlik hüququnun müəyyən edilməsi, ona vurulan mənəvi zərərə görə cavabdehdən 10 min manat pulun, dövlət rüsumuna görə ödənilmiş 120 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, atası X2 cavabdehlə bağladığı 20 fevral 2008-ci il tarixli müqaviləyə və 22 fevral 2008-ci il tarixli maliyyə arayışına əsasən ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödədiyi 109 892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüququnun tanınması, mənzilin sahiblik və istifadəsinə verilməsi, ona vurulan mənəvi zərərə görə cavabdehdən 10 min manat pulun, dövlət rüsumuna görə ödənilmiş 120 manat, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 321 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, atası X4 20 fevral fevral 2008-ci il tarixli müqaviləyə əsasən “Qaraxan'' Mənzil-Tikinti Kooperativindən dəyərini tam ödəyərək ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzili almışdır. MTK tərəfindən həmin mənzilin əvəzini kooperativə tam olaraq, yəni 109 892,00 manat məbləğində ödəməsi barədə ona 22 fevral 2008-ci il tarixli maliyyə arayışı verilmişdir. İddiaçının atası 01 aprel 2023-cü il tarixdə vəfat etmişdir. O, atası vəfat etdikdən sonra atasının adına çıxarış almaq üçün tələb olunan sənədləri almaq məqsədilə cavabdehə nümayəndəsi vasitəsilə müraciət etsə də, atası tərəfindən mənzilin əvəzi tam ödənilmədiyi üçün bundan imtina edilmişdir. İddiaçı ikinci dəfə isə mənzilin yeganə qanun üzrə vərəsə kimi öz adına sənədləşdirmək üçün zəruri sənədlərin verilməsi xahişi ilə nümayəndəsi vasitəsilə cavabdehə müraciət etmişdir. Hər iki halda cavabdeh yazılı müraciətlərə yazılı cavab verməsə də ona şifahi bildirilmişdir ki, qeyd etdiyi kimi güya atası mənzili alarkən əvəzini tam ödəməmişdir. Ona görə də, mənzilin iddiaçının adına sənədləşdirilməsi üçün sənədləri verməkdən imtina etmişdir. Bakı şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu Əli Əliyev məhkəmə və digər səlahiyyətli orqanlara ünvanladığı 30 yanvar 2024-cü il tarixli g-26 nömrəli məktubunda vərəsəliyin qəbulu haqqında ərizəsinə əsasən 11 may 2023-cü il tarixdə V-32/2023 nömrəli vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçının bacısı, digər birinci dərəcəli qanun üzrə vərəsə X5 notariat qaydada təqdim edilmiş ərizəsinə əsasən miras əmlakın qəbulundan imtina etdiyindən mirası qəbul edən yeganə vərəsə İddiaçı hesab edilmişdir. Məktubda bildirilmişdir ki, mülkiyyət hüququ verən sənəd təqdim edilmədiyindən ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümükün olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, iddiaçının atası Hüseynov Ramiz sağlığında Cavabdeh MTK-dan mənzil aldığını, bu barədə müqavilə də bağladığını, mənzilin dəyərinin tam ödənilməsi barədə arayışın mövcud olduğunu, dəfələrlə Cavabdeh MTK-yə müraciət edərək, iddiaçının atası Hüseynov Ramizin vəfat etməsi ilə əlaqədar mənzil iddiaçının adına sənədləşməsini istəsə də, cavabdeh bundan o əsasla imtina etmişdir ki, ödəniş ödənilməmişdir. Bununla əlaqədar bir neçə dəfə danışıqlar aparılmış, Qaraxan MTK tərəfindən imtina üçün əsas barədə sübutlar təqdim edilməmişdir. Hazırda kütləvi informasiya vasitələrində də Cavabdeh MTK-nın dələduzluğu ilə bağlı məlumatlar yayılıb. Hal-hazırda iddiaçı həmin mənzil təmir edərək yaşadığını bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.6-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarından görünür ki, X4 20 fevral 2008-ci il tarixli, 054 nömrəli müqaviləyə əsasən “Qaraxan'' Mənzil-Tikinti Kooperativindən dəyərini tam ödəyərək ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzili almışdır. İş materiallarına əlavə olunan 22 fevral 2008-ci il tarixli 017 nömrəli arayışdan görünür ki, verilir X3 ondan ötrü ki, o Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi-1, ünvanda Cavabdeh MTK inşa etdiyi 1C nömrəli yüksəkmərtəbəli yaşayış binasının 13 mərtəbəsində yerləşən, sahəsi 120,76 kv.m olan, 110 nömrəli mənzilin tam dəyərini, xx.xx.2008-ci il tarixli, 054 nömrəli müqaviləyə əsasən xx.xx.2008-ci il tarixdə tam ödənilib. İş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat Ofisinin 30 yanvar 2024-cü il tarixli, g-26 nömrəli məktubunda ünvan 3 ünvanda qeydiyyatda olmuş xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı mərhumun birinci dərəcəli vərəsəsi olan oğlu İddiaçı vərəsəliyin qəbulu haqqında ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə tərəflərindən V- 32/2023 nömrə ilə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mərhumun digər birinci dərəcəli vərəsəsi qızı X5 notariat qaydada təsdiq olunmuş ərizəsinə əsasən miras əmlakın qəbulundan imtina etmiş və mirası qəbul edən yeganə vərəsə oğlu İddiaçı hesab edilmişdir. Eyni zamanda vərəsəliyin qəbulu haqqında ərizədə vərəsə mirasa ünvan 4 ünvanda yerləşən 110 nömrəli mənzilin daxil olduğunu qeyd etmiş, lakin həmin əmlaka dair mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edildikdən sonra İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəyi qeyd edilmişdir. İş materiallarına əsasən X5 Notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü ildə ölmüş atası X1 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Məhkəmə hesab edir ki, sözügedən mənzilin dövlət reyestrindən qeydiyyatdan keçməməsinə baxmayaraq, iddiaçı tərəf mənzilə görə ödənilmiş əmlak payı olan pul vəsaitində ataları mərhum X2 hissəsinə vərərsəlik hüquqlarının olmasını iddia etməklə haqlıdırlar. Mənzilə görə 109 892,00 manat pul vəsaitinin ödənilməsi faktı işin mübahisəsiz halıdır. Bakı şəhəri 30 saylı Notariat Ofisinin 30 yanvar 2024-cü il tarixli, g-26 nömrəli məktubundan da göründüyü kimi ünvan 3 ünvanda qeydiyyatda olmuş xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı mərhumun birinci dərəcəli vərəsəsi olan oğlu İddiaçı vərəsəliyin qəbulu haqqında ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə tərəflərindən V- 32/2023 nömrə ilə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mərhumun digər birinci dərəcəli vərəsəsi qızı X5 notariat qaydada təsdiq olunmuş ərizəsinə əsasən miras əmlakın qəbulundan imtina etmiş və mirası qəbul edən yeganə vərəsə oğlu İddiaçı hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmənin hüquqi qiymətləndirməsi: Göründyü kimi, qanunvericilik mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirir, yəni, vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məhkəmə hesab edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o. mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. İşin materiallarından görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada atalarından miras qalmış əmlaka dair vərəsəlik hüquqlarının reallaşdırılması üçün Notariat Kontoruna müvafiq qaydada müraciət etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı 01 aprel 2023-cü ildə vəfat etmiş X2 1-ci növbə vərəsəsi olduğu üçün onun ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödədiyi 109 892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüqunun tanınmalı, mənzil onun sahibliyinə və istifadəsinə verilməlidir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Cavabdehdən mənəvi zərərə görə 10000 manat tələb edən iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn məhkəməyə və bütün dövlət orqanlarına müraciət etmək hüququndan istifadə edən cavabdehin hərəkətləri nəticəsində keçirə biləcəyi mənəvi sarsıntının və iztirabların nədə ifadə olunmasına, işgüzar nüfuzuna ziyan vurulmasına, bunların cavabdehin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehin hərəkətləri ilə vurulması iddia edilən mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərə görə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 1c nömrəli çoxmənzilli binanın 13-cü mərtəbəsindəki, ümumi sahəsi 120,76 kv.metr olan üç otaqlı 110 nömrəli mənzil üçün ödənilmiş 109 892,00 manat miras əmlak payına tam payla vərəsəlik hüqunun tanınaraq, mənzil onun sahibliyinə və istifadəsinə verilsin. 120 manat dövlət rüsumu və vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 321 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar