Məhkəmə qərarları › İş №e-2(008)-3291/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3291/2023

01.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3291/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi H.Sultanov küçəsində yerləşən 2 saylı evin 21ci mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış 4Ə-1638 reyestr nömrəli 18 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mübahisəli mənzildə 18 avqust 1998-ci il tarixdən yaşayış hüququ ilə daimi pasport qeydiyyatındadır. Bu hal ərizəyə əlavə olunmuş sənədlərlə təsdiq olunur. Ancaq cavabdeh hər vəchlə onun mənzilə olan hüquqlarını məhdudlaşdırmağa çalışırdı. Hətta məcburiyyət qarşısında qalıb müvəqqəti olaraq yuxarıda qeyd olunan ünvanda yaşamağa başlamışdır. Cavabdeh dəfələrlə onunla mübahisə edərək onu təhdid edirdi. Deyirdi ki, “mənim arxam var, biz çoxuq, sən isə təksən. Səni şərləyib istədiyimizə nail olacağıq”. Bu ilin fevral ayında ona məlum oldu ki, Cavabdeh1 onun xəbəri, razılığı və iştirakı olmadan qeydiyyatda olduğu yaşayış hüququ olan mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Cavabdeh bu qanunsuz, hüquqa zidd hərəkəti ilə onun konstitusion hüquqlarını pozmuşdur.Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsində birmənalı olaraq göstərilir ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Ancaq bu alqı-satqı müqaviləsi ondan gizlin və razılığı olmadan rəsmiləşdirilmişdir. O, halhazırda da mübahisəli mənzildə qeydiyyatdadır. Doğma bacısı X2 adına olan və Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsinin H.Sultanov küçəsində yerləşən 2 saylı evin 21-ci mənzilinin əldə edilməsində, təmirində, genişlənməsində atası Ağabəy Rəcəbovun və onun çox böyük maddi köməklikləri olmuşdur. Belə ki, qeyd olunan mənzilin mətbəxinin eyvana köçürülməsini, mənzilin döngəsində yerləşən digər uçulan eyvanın isə genişlənməsi və bərpası, dəfələrlə dam örtüyünün qırlanması, sonradan isə dam örtüyünün tam dəyişərək bərpa olunması, otağa və hamama yeni qapı qoyulması, hamam-tualetin təmiri, mal-material alınması, ustalara zəhmət haqqı-pulunun ödənilməsi, eyvanların, damın təmiri üçün boru-ştanqaların alınması və s. yalnız onların maddi dəstəkləri nəticəsində əmələ gəlmişdir. Məzildə bütün işıqlandırma sisteminin bərpası və elektrik xəttlərin dəyişdirilərək yenilənməsi qardaşı Faiq Rəcəbov tərəfindən həyata keçirilmişdir. Dəfələrlə MKTB-dən, İcra Hakimiyyətindən, Rayon Polis İdarəsindən gələn nümayəndələrlə danışıqlar apararaq razılığa gəlmişlər. Qeyd etdiyi işlərin heç birində iş üzrə Cavabdeh1 iştirakı olmayıb. Həmin vaxt, yəni 1992-1998-ci ilədək Cavabdeh1 insan ölümü ilə nəticələnən cinayət əməli törətdiyi üçün məhkəmə hökmünə əsasən cəzaçəkmə müəssisəsində cəzasını çəkirdi. Bir sözlə doğma bacısı X2 adına olan - ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın əldə olunmasında, təmirində heç bir iştirakı olmamış, həmçinin maddi cəhətdən də köməyi olmayıb. O, 1984-1992-ci illərdə “Leninneft” NQÇİ-də mühasib, 1992-ci ilin may ayından 1996-ci ilin iyul ayının 2-nə kimi “Azneft” İB “Balaxanıneft” NQÇİ-də mühasib və 1996-cı ilin iyul ayının 2-dən isə 2012-ci ilin aprel ayının 2-dək (15 il 9 ay müddət) mühasibin müavini vəzifəsində çalışmış indi də həmin vəzifədə çalışır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubunda bildirilir ki, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsinin H.Sultanov küçəsində yerləşən 2 saylı evin 21-ci mənzili 5 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq olunmuş 4ə-1638 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazıda mülkiyyətindədir. Hesab edir ki, mübahisiləndirilən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi qanunsuz və ədalətsiz olduğu üçün etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmamış, 1998-ci ildən orada yaşamamışdır. O, usta işləyir, mənzili özü, öz vəsaiti hesabına təmir etdirmişdir. İddiaçı mənzilinə heç bir vəsait xərcləməmişdir. O, mülkiyyətində olan mənzil barəsində sərbəst şəkildə sərəncam verərək, mənzili Cavabdeh2 satmışdır. İddiaçının mübahisəli mənzilə heç bir hüququ yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, mübahisəli mənzili alqı-satqı müqaviləsinə əsasən 43.000 manata Cavabdeh1 almışdır. Mənzildə Cavabdeh1 və qızları qeydiyyatda olmuşlar. Alqı-satqı rəsmiləşdirilən zaman iddiaçının mənzildə qeydiyyatda olması müəyyən edilməmişdir. O, mənzili tam qanuni şəkildə almışdır. Hazırda mənzil onun mülkiyyətindədir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. -Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda başqa şəxslər yoxdur. -148 saylı MKİS tərəfindən verilmiş 114 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır (əsas Forma A). Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 422 saylı sərəncamına əsasən Sultanov küçəsinin adı dəyişdirilərək Mehdi Mehdizadə küçəsi olmuşdur. İddiaçı ilə birlikdə qeydiyyatda olan bacısının ailə üzvləri bunlardır: bacısı X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir; bacısı qızları X7, X8; bacısının həyat yoldaşı Cavabdeh1. -Ev-mənzil vərəqlərinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 (xx.xx.1998-ci il tarixdən), həyat yoldaşı Cavabdeh1 (xx.xx.1998-ci il tarixdən), qızları X9 və X8, bacısı İddiaçı (xx.xx.1998-ci il tarixdən) ünvan 2 ünvanında qeydiyyatdadırlar. -Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli, ******* və ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, X11, X12 və Cavabdeh1 ünvan 5 ünvanında qeydiyyatdadırlar. -xx.xx.1994-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X10 Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Sultanov küçəsi ev 2 ünvanında yerləşən 21 saylı mənzili X3 vəsiyyət etmişdir. -xx.xx.1998-ci il tarixli arayışın surətindən görünür ki, beş nəfərdən ailə üzvü ilə birlikdə ünvan 7 ünvanında daimi yaşayan X1 RPİ-nin 12-ci PB-nə müraciət edərək, ünvan 9 ünvanına qeydiyyata alınmalarını xahiş etmişdir. -Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sonuncu xx.xx.1998-ci il tarixdə ünvan 5 ünvanına yaşayış hüququ ilə daimi pasport qeydiyyatına alınmışdır, hal-hazırda da həmin ünvanda pasport qeydiyyatındadır. Bundan başqa, həmin ünvanda Cavabdeh1, X12 və X11 pasport qeydiyyatındadırlar. -xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 Cavabdeh2 xüsusi mülkiyyətindədir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vətəndaşın qeydiyyatda olduğu ünvan barədə elektron arayışdan görünür ki, İddiaçı ünvan 11 ünvanında qeydiyyatdadır. -5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində 4Ə-1638 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notariat işindəki: xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən notariusun depozitinə 43.086 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 13 ünvanında yerləşən 21 nömrəli mənzili 43.000 manata Cavabdeh2 satmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1, X11 və X12 ünvan 5 ünvanında qeydiyyatdadırlar. V-ЖГ seriyalı 470349 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X5 xx.xx.1991-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. AZ-İİ seriyalı 007227 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. X12 tərəfindən xx.xx.2022-ci il tarixdə notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, o, Cavabdeh1 məxsus olan, qeydiyyatda olduğu Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Sultanov küçəsi ev 2 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına etiraz etmir. Eyni zamanda, müqavilədə göstərilən müddətdə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. X11 tərəfindən xx.xx.2022-ci il tarixdə notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, o, Cavabdeh1 məxsus olan, qeydiyyatda olduğu Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Sultanov küçəsi ev 2 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına etiraz etmir. Eyni zamanda, müqavilədə göstərilən müddətdə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquq münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli qərarında müəyyən edilən hüquqi mövqeyə görə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ərarvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Mülki Məcəllənin 271.1-ci maddəsinə görə, girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, hətta mənzil üzərində şəxsi servitutun mövcudluğu ona dair sərəncam verilməsi imkanını aradan qaldırmır. Hazırki işdə isə iddiaçının mübahisəli mənzildən istifadə hüququ (şəxsi servitut) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzili vicdanlı əldə edən olması halına da qiymət verilməlidir. Belə ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Buna görə də hazırkı işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh1 arasında AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsassızdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə, “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar