Məhkəmə qərarları › İş №e-2(008)-332/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-332/2024

14.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-332/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İlk iddiaz üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınin nümayəndəsi və vəkili Vəkil3, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçınin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçıyə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs və Bakı şəhəri 16 saylı Notariat ofisi cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, çıxarışın ləvğ edilməsi, miras payın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətanamə xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu Rayon, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1v, mənzil 55 onun mülkiyyətindədir. Gürcüstan vətəndaşı olan cavabdeh Bakı şəhərinə gələrkən bir-neçə gün mənzildə qalmağı ondan xahiş etmişdir. Lakin mənzildən çıxmaq istəmir. Cavabdehin həmin ünvanda nə qeydiyyatı, nə də istifadə hüququ yoxdur. Cavabdeh onun ailə üzvü deyil və əvvəllər həmin mənzildə heç vaxt yaşamamışdır. Cavabdehin mənzildə yaşaması onun mülkiyyət hüququnu məhdudlaşdırır. Hesab edir ki, cavabdehin onun iradəsinin ziddinə olaraq mülkiyyətində olan mənzildə yaşaması üçün heç bir əsas olmadığından mənzildən çıxarılmalıdr. İddiaçı Cavabdeh İddiaçıyə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, çıxarışın ləvğ edilməsi, miras payın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri 16 saylı Notariat Ofisində Gulieva Khumainin adına xx.xx.2023-cü il tarixində 2V-45 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarış ləğv edilməsi, Quliyev İlqardan miras qalmış ünvan 4, 55 saylı mənzilə dair Cavabdeh miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Guliyeva Khumai Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mənzili iddiaçının oğlu Quliyev İlqarın ölümündən sonra miras qalmış və X6 üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzilə dair müvafiq Çıxarış əldə etmişdir. Mübahisəli mənzilə dair vərəsəlik işindən məlum olur ki, ünvan 2 ünvanda yerləşən mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Cavabdeh da vərəsəlik hüquqlarım nəzərə alınmalı idi. Belə ki, A.Şahmərdanova miras qoyan İlqar Quliyevlə 22 ildən artıq faktiki olaraq birgə yaşamışdırlar, 17 avqust 2010-cu il tarixdə nikah rəsmi qeydiyyata alınmışdır. Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən araşdırma aparılarkən Gürcüstan Respuklasının Ədliyyə Nazirliyinə vəfat etmiş Quliyev İlqarın mülkiyyətində hər-hansı əmlakın olub-olmaması sorğu edilmiş, lakin digər vərəsələrin olub-olmaması sorğuda sual kimi qeyd olunmamışdır. Göründüyü kimi Cavabdeh qanun üzrə vərəsələrdən biridir və vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən iddiaçı notariusu aldadaraq Ə.Şahmardanovanı vərəsələr sırasından gizlətmişdir. Mülki qanunvericiliyə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu hallarda məhkəməyə müraciət etmək hüququna malikdir. Yəni, şəxs iddia qaldırarkən birinci növbədə iddianın predmeti kimi göstərdiyi halın onun hansı hüququnu pozduğunu əsaslandırmalıdır. İddiaçının ərizəsində göstərilən mənzilə vərəsəlik hüquqlarının olmasını təsdiq edən sənədlər əlavə olunmaqla, təsdiq olunur ki, göstərilən mənzil ilə əlaqədar aparılmış, iddia ərizəsində göstərilmiş hərəkətlər Cavabdeh ərindən qalmış miras əmlaka dair hüquqlarını pozur. Cavabdeh ərindən miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi, ev İV, 55 saylı mənzili faktiki qabul etməyi və hazırda həmin mənzildə yaşamağı işin mübahisəsiz tərəfidir və iddiaçı ilkin iddia ilə onu bir daha sübuta yetirmişdir. Məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınin nümayəndəi və vəkili Vəkil3 ilk iddia tələbini müdafiə edib, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddia tələbini qəbul etməyərək tərəflərin nikahda olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin və Bakı şəhəri 16 saylı Notariat ofisinin nümayəndəi məhkəməyə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə mülki işə mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs və Bakı şəhəri 16 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli 2V-45 nömrəli Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Quliyev İlqar vərəsələri Gulieva Khumaidir və o mirasdan tam hissədə pay almalıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi xx.xx.2023-cü il tarixdən Gulieva Khumaidir. - Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, İlqar Quliyev xx.xx.1967-ci il tarixdə doğulmuş, xx.xx.2022-ci il tarixdə Gürcüstan,Tbilisi şəhərində ölmüşdür. xx.xx.2022-ci il tarixli Gulieva Khumai tərəfindən 16 saylı notariat ofisini ünvanladığı ərizədən görünür ki, o xx.xx.2022-ci ildə vəfat etmiş oğlu Quliyev İlqar oğlundan irs qalmış ünvan 3 ünvanında yerləşən mənzilə miras payını qəbul etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət Reyatrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi xx.xx.2016-ci il tarixdən İlqar Quliyevdir. İİİ РЭ 619796 nömrəli doğum haqqında şəhadətnamdən görünür ki, X5 xx.xx.1967-ci il tarixdə doğulmuşdur, atası Quliyev Mpövlud, anasi isə Quliyeva Xumaidir. - Gürcüstan Ədliyyə Nazirliyinin X3 X1 ünvanlanmış 52/230520 nömrəli, xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, dövlət servisləri inkişaf agentliyinin birgə elektron bazasında vəfat etmiş övladınız İlqar Quliyevin nikah qeydiyyatında olması müəyyən edilmədiyi əlavə olaraq sözügedən baza məlumatlarının 2008-ci ildə yaradıldığını və mövcud akt qeydlərinin diqitazlizasiyası və elektron bazada qeydlər mərhələ-mərhələ həyata keçirildiyi bildirilmişdir. - Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh ilə İlqar Quliyev xx.xx.2010-cu il tarixdə Rusiya Muskva baş idarəsinin VVAQ şöbəsində **********6 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. - Bakı şəhəri Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsinin 19 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1 v ünvanında yerləşən 55 saylı mənzil İlqar Quliyevə məxsus olan vaxtdan bugünədək həmin mənzildə yaşayır. - ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Məhkəmə ilk olaraq qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, mülki iş matraillarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1 v ünvanında yerləşən 55 nömrəli mənzil xx.xx.2016-ci il tarixdən X4 məxsus olmuşdur. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O vəfat edən zaman onun qanunu üzrə birinci növbədən vərsələri qarşılıqlı iddia üzrə cavabdeh olan anası Quliyeva Xumai, iddiaçı olan arvadı isə Cavabdeh olmuşdur. İlkin iddia üzrə iddiaçı tərəf iş matriallarına cavabdeh tərəfindən əlavə edilmiş Cavabdeh ilə X5 arasında bağlanmış nikahı təsdiq edən şəhadətnamənin qüvvəsinin olmadığlını bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı hansı səbəblərdən cavabdeh olan Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1 v ünvanında yerləşən 55 nömrəli mənzildə yaşamasını izah edə bilməmişdir. Belə ki, iş matriallarına əlavə edilmiş sənədlərdən də görünür ki, Cavabdeh sözügedən mənzildə hələ mənzilin ilkin mülkiyyətçisinin (İlqar Quliyevin sağlığından) dövüründə yaşmağa başlamışdır. Bundan başqa iş matriallarından həmçinin o hallarda sübut olunur ki, X5 vəfat etdikdən sonra onundan miras qalmış mənzil həmin dövürdə qüvvədə olan qanunvericiliy ilə müəyyən edilmiş müddət ərzində ilkin iddia üzrə iddiaçı olan Quliyeva Xumai notarial orqana ərizə verərək qəbul etsədə, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə cavabdeh də sözügedən mənzildə yaşamağı davam etdirərək faktiki miras əmlakını qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nəqədər ki, X2 vəfatından sonra ondan miras qalmış mənzili qanunu üzrə birinci növbədən olan hər iki vərəsə qəbul etmişdir, qarşılıqlı iddia tələbi təmin edilməli, Bakı şəhəri 16 saylı Notariat Ofisində Gulieva Khumainin adına xx.xx.2023-cü il tarixində 2V-45 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında Gulieva Khumai adınaverilmiş çıxarış ləğv edilməli, Quliyev İlqarın vəfatndan sonra miras qalmış ünvan 4, 55 saylı mənzilin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə Quliyeva Xumainin pay hüququ tanınmalıdır. Bundan sonra məhkəmə ilkin iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, nə qədər ki, Quliyev İlqarın vəfatndan sonra miras qalmış ünvan 4, 55 saylı mənzilin qarşılıqlı iddia üzrə Cavabdeh pay hüququ tanınmışdır ilkin iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia üzrə İddiaçı-nin Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. İlkin iddia ürzə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Bakı şəhəri 16 saylı Notariat Ofisində Gulieva Khumainin adına verilmiş xx.xx.2023-cü il tarixinli 2V-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, həmin şəhadətnamə əsasında Gulieva Khumai adına verilmiş çıxarış ləğv edilsin. Quliyev İlqarın vəfatndan sonra miras qalmış ünvan 4 ünvanında yerləşən 55 saylı mənzilin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə isə Quliyeva Xumainin pay hüququ tanınsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar