Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3339/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzilinə (əvvəllər - ünvan 3) köçürülmələri, iddiaçıların həmin mənzildən istifadə etmələrinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzilinə (əvvəllər - Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi-1 R.Axundov küçəsi ev 18A mənzil 1) köçürülmələri, iddiaçıların həmin mənzildən istifadə etmələrinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar həmin tələbi belə əsaslandırmışlar ki, cavabdeh doğma nənələridir. Köçürülmələrini tələb etdikləri Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzili (əvvəllər - ünvan 3) ata babaları Şahlarov Məcnun Həşim oğluna sosial kirayə müqaviləsi əsasında ayrılmışdır. Sərəncamda icarəçi X15 10 nəfər ailə üzvü, o cümlədən iddiaçıların atası X12 (3-cü sıra), anası X1 (8-ci sıra) və İddiaçı2 (9-cu sıra) adları da qeyd olunmuşdur. İddiaçı1 həmin sərəncamın qəbulundan 3 ay 17 gün sonra elə həmin evdə doğulmuşdur. Beləliklə, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzili Bakı Şəhəri Lenin Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 286 nömrəli sərəncamına əsasən, icarədar X33 olmaqla, iddiaçıların özlərinin və valideynlərinin sahiblik və istifadəsinə verilmiş, bununla da onların həmin mənzilə istifadə və sahiblik hüququ yaranmış və bu hüquqlar dövlət tərəfindən tanınmışdır. İddiaçılar və onların valideynləri 1992-ci ildən həmin mənzilə pasport qeydiyyatına alınmışlar, halhazırda da həmin ünvanda qeydiyyatdadırlar. Sonradan "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanuna əsasən, mübahisəli mənzil X15 bütün ailə üzvlərinin razılığı ilə sonuncunun adına özəlləşdirilmişdir. İddiaçı2 2017-ci ildə X16 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və arvadını da mülkiyyətçinin razılığı ilə sözügedən mənzilə gəlin gətirmişdir. 2018-ci ildə İddiaçı2 bu nikahından Zəhra adlı övladı olmuşdur. X33 (iddiaçıların babası) xx.xx.2018-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra birinci növbə vərəsələri, o cümlədən iddiaçıların atası Şahlar Şabanov özünə aid miras payını Cavabdeh bağışlamışlar. Cavabdeh tərəfindən Şahlar Şabanov, özünün və ailə üzvlərinin mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək miras payından anasının xeyrinə imtina etmişdir. Miras əmlak üzərində Cavabdeh mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra da Şahlar Şabanov və onun övladları, ailə üzvləri olan birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 mənzildə fasiləsiz və maneəsiz yaşamaqda davam etmişlər. İddiaçı2 və Nərminə Məmmədova arasında bağlanmış nikah 2021-ci ildə pozulmuşdur. Nikah pozulduqdan sonra da İddiaçı2 övladı Zəhra ilə ünsiyyətini yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzilində həyata keçirmişdir. İddiaçıların əmisi Elməddin Şabanov xx.xx.2021-ci ildə vəfat etmiş, onun ölümündən sonra Cavabdeh Rusiyada yaşayan oğlu Elçinin öyrətmələrinə baxaraq nəvələrini və gəlinini 2021-ci ildə mənzildən məcburi çıxartmışdır. Mərhum əmisinin övladları və əmisi arvadının evdən qovulmasına göz yummayan iddiaçılar ilə cavabdeh arasında söz söhbət yaranmışdır. İddiaçıların atası Şahlar Şabanov xx.xx.2022-ci ildə vəfat etmişdir. Şahlar Şabanovun ölümündən istifadə edən mərhum Şahların Rusiya Federasiyasında yaşayan qardaşı iddiaçıları evdən çıxartdırmaq məqsədilə yaşlı anası Cavabdeh öyrətməyə, ona təsir göstərməyə başlamışdır. Cavabdeh da İddiaçı2 və İddiaçı1 ilə münasibətlərini pozmuş, sonda isə 2022-ci ilin may ayında onları mənzildən qovmuşdur. Bu hal mənzilin yerləşdiyi əraziyə xidmət göstərən 73 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 84 nömrəli arayışı ilə təsdiq olunur. 73 saylı Mənzil İstismar Sahəsinin həmin arayışında göstərilir ki, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatdadırlar, lakin 2022-ci ildən bu ünvanda yaşamırlar. Onlar 1992-ci ildən fasiləsiz olaraq yaşadıqları və yeganə yaşayış yerləri olan və məcburiyyət qarşısında qalaraq tərk etdikləri Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzilinə qayıtmaq istəsələr də, Cavabdeh buna mane olmuşdur. Mənzildən çıxarıldıqları vaxtdan iddiaçılar dost-tanışın evində müvəqqəti yaşamaq məcburiyyətində qalmışlar. Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzili Cavabdeh mülkiyyətində olsa da, İddiaçı2 və İddiaçı1 həmin yaşayış sahəsindən istifadə etmək, yaşamaq hüquqları mövcuddur və onların mənzildən məcburi çıxarılmaları həmin istifadə hüquqlarına xitam vermir. Məhkəmə baxışı zamanı İddiaçı2 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, o, 2017-ci ildə ailə qurduğu zaman gəlin anasına məxsus evə, yəni Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 5J nömrəli mənzilinə gəlmişdir. Daha sonra keçmiş həyat yoldaşı anası ilə yola getmədiyi üçün 2019-cu ilin fevral ayında atası evinə getmişdir, anası da cehiz əşyalarının evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, 2019-cu ilin avqust ayında həyat yoldaşı ilə barışaraq onu nənəsinə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzilə gətirmiş, 2021-ci ilin dekabr ayınadək orada qalmış, 2022-ci ildə isə nikahları pozulmuşdur. O, hərbçidir və hal-hazırda hərbi hissədə qalır. Məhkəmə baxışı zamanı İddiaçı1 iddianı müdafiə etmiş, əlavə olaraq isə bildirmişdir ki, 2015-ci ildə anasına məxsus olan, yəni Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 5J nömrəli mənzildən gəlin köçmüşdür. Bundan sonra 2018-ci ildə ərindən ayrılmış, 2019-cu ildə isə nikahları pozulmuşdur. Boşandığı zaman cehiz əşyalarını satmış və anasına, yaxud nənəsinə məxsus evə gətirməmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil1 bildirmişdir ki, cavabdeh iddiaçıların nənəsidir, nənəsi onları evdən ataları vəfat etdikdən sonra qovmuşdur. İddiaçı2 və İddiaçı1 həmin evdə qeydiyyatdadırlar. İddiaçıların başqa yaşayış yeri yoxdur, iddiaçıların anasına məxsus ev qanunsuzdur, istənilən vaxt sökülə bilər. Cavabdehin nümayəndəsi Vəkil2 oğu xx.xx.2024-cü ildə iddia ərizəsinə etirazla müraciət edərək, iddianın rədd olunmasını xahiş etmişdir. O, etirazda bildirmişdir ki, hazırkı iddianın verilməsinə səbəb Cavabdeh iddiaçıların və digər şəxslərin formal qeydiyyatlarının ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia verməsidir. İddiaçılar hələ uşaq vaxtlarından öz valiydeynləri Şahlar Şabanov və İradə Tanrıverdiyeva ilə birlikdə özlərinə məxsus olan iki mərtəbəli 4 otaqlı fərdi həyət evində yaşamışlar və indi də orada yaşayırlar. Onların həmin evlərinin mülkiyyət sənədi olmadığına görə formal olaraq, Cavabdeh məxsus olan mənzildə qeydiyyatdadırlar. Hazırda iddiaçılar anaları İradə Tanrıverdiyeva ilə birlikdə həmin evin 1-ci mərtəbəsində yaşayırlar, 2-ci mərtəbəni, həmin evin həyətində, evin yaxınlığındakı digər həyətdə olan əlavə tikililəri kirayəyə vermişlər. İşin həmin halı aparılmış vəkil araşdırması zamanı əldə olunmuş rəsmi sənədlərlə təsdiq olunur. "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamentindən vəkil sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli 14-2-2-4/2- 913/2024 nömrəli cavab və ona əlavə olunmuş "Abonentin saldosu"ndan görünür ki, iddiaçıların ataları X30 qaz istehlakçısı (abonent) kimi X2 Sistemində qeydiyyatdadır (istehlakçı hesabı: **********30000). Bundan başqa, Zabrat Bələdiyyəsindən verilmiş cavabdan görünür ki, iddiaçıların anası X7 xx.xx.2023-cü ildən Zabrat qəsəbəsi 1 May küçəsində yerləşən 43 kv.m əmlak (ev) və 43 kv.m torpaq sahəsi ilə bağlı Zabrat bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçılar özlərinə məxsus olan fərdi yaşayış evi olduğu halda, məqsədli şəkildə maddi maraqları naminə məhkəməyə yalan məlumat verməkdən çəkinməyərək, nənələri Cavabdeh mənzilinə yerləşmək niyyətindədirlər. Məhkəmə baxışı zamanı Cavabdeh Zı̇ yat qızı iddianı qəbul etməyərək bildirmişdir ki, 1988-ci ildə Ermənistandan Azərbaycan Respublikasına gəlmişlər. Hazırkı iddianın verilməsinə səbəb, iddiaçıların və digər şəxslərin formal qeydiyyatlarının ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməsidir. İddiaçı1 və İddiaçı2 uşaq vaxtlarından öz valideynləri Şahlar Şabanov və İradə Tanrıverdiyeva ilə birlikdə özlərinə məxsus olan iki mərtəbəli 4 otaqlı fərdi həyət evində yaşamışlar və indi də orada yaşayırlar. Həmin evin mülkiyyət sənədi olmadığına görə formal olaraq, ona məxsus mənzildə qeydiyyatdadırlar. Hazırda iddiaçılar anaları İradə Tanrıverdiyeva ilə birlikdə həmin evin 1-ci mərtəbəsində yaşayırlar, 2-ci mərtəbəsini, həmin evin həyətində, evin yaxınlığındakı digər həyətdə olan tikililəri kirayəyə vermişlər. İddiaçıların özlərinə məxsus fərdi yaşayış evi olduğu halda, onun mənzilinə yerləşmək niyyətindədirlər. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, iddiaçılar bacı-qardaşdırlar və cavabdeh onların atasının anasıdır. Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzili Bakı Şəhəri Lenin Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 286 nömrəli sərəncamına əsasən, icarədar X15 (iddiaçıların babası, cavabdehin əri) və ailə üzvlərinin istifadəsinə verilmişdir. İddiaçılar cavabdehlə və digər ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamağa başlamışlar. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanuna uyğun olaraq, mənzil xx.xx.1994-cü ildə X15 adına özəlləşdirilmişdir. X33 xx.xx.2018-ci ildə vəfat etdikdən sonra xx.xx.2019-cu ildə mənzilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar sözügedən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan mənzilin yanında ünvanı ünvan 1A nömrəli evin 5J nömrəli mənzil olan başqa bir mənzil tikilmişdir. İddiaçıların anası X7 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 1993-cü ildə həmin evə köçdüyünü bildirmiş və həmin ünvana paport qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmənin 2-679/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X1 Bakı şəhəri Zabrat qəsəbəsi R.Axundov küçəsi 18A nömrəli evin 5J nömrəli mənzilinə pasport qeydiyyatına alınması qət edilmişdir. İşdə olan İ-ЗЖ seriyalı 148121 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X33 və X31 arasında xx.xx.1966-ci ildə nikah bağlanmışdır. İşdə olan İ-ЗЖ seriyalı 959777 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1966-cı ildə doğulmuş, atası X33, anası isə Cavabdehdır. İşdə olan İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.1968-ci ildə doğulmuş, atası X33, anası isə Cavabdehdır. İşdə olan İİ-СЛ seriyalı 045146 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1975-ci ildə doğulmuş, atası X33, anası isə Cavabdehdır. İşdə olan İ-ЗЖ seriyalı 959777 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1982-ci ildə doğulmuş, atası X33, anası isə Cavabdehdır. İşdə olan AZ-İ seriyalı 973978 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X33 xx.xx.2018-ci ildə vəfat etmişdir. İşdə olan Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı xüsusi təyinatlı mənzil kommunal təsərrüfatı birliyinin 73 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2019-cu il tarixli 317 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır, yaşayır və mərhum həyat yoldaşı X33 ölən günədək (xx.xx.2018-ci il) həmin mənzildə aşağıdakı şəxslərlə birlikdə yaşamışdır: - oğlu X30; - oğlu X34; - oğlu X17; - nəvəsi İddiaçı2 Məcnun oğlu; - nəvəsi X23; - gəlini X35; - nəvəsi X24; - nəvəsi X25. İşdə olan xx.xx.2019-cu il tarixli 2V-146 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, xx.xx.20118-ci ildə ölmüş X15 vərəsələri ünvan 3 ünvanında yaşayanlar: arvadı Cavabdeh, oğulları X17, X30, X34 və ünvan 4 ünvanında yaşayan X26 - hər biri miras əmlakdan bərabər şəkildə pay almalıdır. Miras əmlak Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Texniki inventarlaşdırılma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1994-cü ildə mərhum X27 verilmiş 30/30995 qeydəalma nömrəsi ilə 20 nömrəli kitabın 30995-ci sahifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzildən ibarətdir. İşdə olan AZ-İİ seriyalı 259994 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X30 xx.xx.2022-ci ildə vəfat etmişdir. İşdə olan Cavabdeh notariat ofisinə ünvanladığı "Mirasın qəbuluna dair ərizə"dən görünür ki, ünvan 3 ünvanında yaşamış və xx.xx.2018-ci ildə vəfat etmiş əri X13 qalmış miras əmlakı qəbul etmişdir. İşdə olan X18 notariat ofisinə ünvanladığı "Mirasın qəbuluna dair ərizə"dən görünür ki, ünvan 3 ünvanında yaşamış və xx.xx.2018-ci ildə vəfat etmiş atası X13 qalmış miras əmlakı qəbul etmişdir. İşdə olan X12 notariat ofisinə ünvanladığı "Mirasın qəbuluna dair ərizə"dən görünür ki, ünvan 3 ünvanında yaşamış və xx.xx.2018-ci ildə vəfat etmiş atası X13 qalmış miras əmlakı qəbul etmişdir. İşdə olan X11 notariat ofisinə ünvanladığı "Mirasın qəbuluna dair ərizə"dən görünür ki, ünvan 3 ünvanında yaşamış və xx.xx.2018-ci ildə vəfat etmiş atası X13 qalmış miras əmlakı qəbul etmişdir. İşdə olan X9 notariat ofisinə ünvanladığı "Mirasın qəbuluna dair ərizə"dən görünür ki, ünvan 3 ünvanında yaşamış və xx.xx.2018-ci ildə vəfat etmiş atası X13 qalmış miras əmlakı qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin "Qeydiyyat vəsiqəsi"ndən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi R.Axundov küçəsi 18A nömrəli ev 1 nömrəli mənzili X15 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 210 nömrəli reyestr kitabında 30995 səhifədə 30/30995 qeydəalma nömrəsi ilə xx.xx.1994-cü ildə qeydiyyat aparılmışdır. İşdə olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən "Arayış"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi R.Axundov küçəsi 18A nömrəli ev 1 nömrəli mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 210 öz nömrəli reyestr kitabının 30995 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli "Miras paya sərəncam verilməsinə dair müqavilə"dən görünür ki, X26, X30, X34, X17 Bakı şəhəri 39 saylı notariat ofisinə xx.xx.2019-cu ildə 2V-146 reyestr nömrəsi ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında ünvan 3 ünvanında yerləşən mənzildən onlara düşən vərəsəlik paylarını Cavabdeh bağışlamışlar. İşdə olan Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı xüsusi təyinatlı mənzil kommunal istismar sahəsinin xx.xx.2024-cü il tarixli 80 nömrəli arayışından görünür ki, İddiaçı2 ünvan 3 ünvanında 1989-cu ildən, bacısı İddiaçı1 1992-ci ildən qeydiyyatdadırlar. İşdə olan Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı xüsusi təyinatlı mənzil kommunal istismar sahəsinin xx.xx.2024-cü il tarixli 84 nömrəli arayışından görünür ki, İddiaçı2 ünvan 3 ünvanında bacısı İddiaçı1 ilə qeydiyyatdadır, lakin 2022-ci ildən həmin ünvanda yaşamırlar. İddiaçıların vəsatətinə əsasən, məhkəmə baxışı zamanı X19, X28 və X32 şahid qismində dindirilmişlər. X4 iddiaçıları və cavabdehi 1999-cu ildən tanıdığını, qonşusu olduğunu bildirərək qeyd etmişdir ki, iddiaçılar cavabdehə məxsus evdə qalıblar. O, 10 ildir həmin binadan köçmüşdür. Hansı vaxtdan hansı vaxta kimi iddiaçıların nənəsigildə qalmalarını dəqiq bilmir. X5 iddiaçıların və cavabdehin qonşusu olduğunu bildirərək qeyd etmişdir ki, iddiaçılar nənəsigildə qeydiyyatdadırlar, orada yaşayırlar. İddiaçıların analarının evi ilə cavabdehin evi üzbəüzdür. 19 ildir mübahisəli evin qonşuluğunda yaşayır. X8 iddiaçıların və cavabdehin 1989-cu ildən qonşusu olduğunu bildirərək qeyd etmişdir ki, iddiaçıları onlar həm nənəsilgildən, həm də anasıgildən çıxanda görmüşdür. Cavabdehin evi ilə onun evi arasında 100 metr məsafə var. İddiaçılar əvvəllər nənəsigildə qalırdılar. Cavabdehin vəsatətinə əsasən, məhkəmə baxışı zamanı X26 və X49 şahid qismində dindirilmişlər. X6 göstərmişdir ki, o, iddiaçıların bibisi, cavabdehin isə qızıdır. İddiaçı2 ilə İddiaçı1 öz evləri var, onlar valideynləri ilə birlikdə 1995-ci ildə öz evlərinə köçmüşlər. X20 cavabdehin qonşusu olduğunu bildirərək qeyd etmişdir ki, iddiaçıların ataları ev tikmiş, həmin evin tikilməsində iddiaçıların babası köməklik etmişdir. Cavabdehin evində olanda İddiaçı2 və İddiaçı1 orada görməmişdir. İddiaçılar anaları ilə birlikdə qalırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıların cavabdehə məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaları özü-özlüyündə onların həmin mənzilə köçürülmələri barədə tələbinin təmin olunmasına əsas vermir. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İddiaçıların evə köçürülmə tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə ilk növbədə onların mübahisəli evə istifadə hüququnun olub-olmadığına, istifadə hüququnun yarandığı təqdirdə isə onun itirilib-itirilməməsi məsələsinə qiymət verməlidir. Müəyyən olunmuşdur ki, İddiaçı2 1989-cu ildə, İddiaçı1 isə 1992-ci ildə doğulmuş, hər ikisi 1992-ci ildən etibarən ünvan 2 ünvanında yaşamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli mənzildən istifadə etməsi ilə əlaqədar hüquq münasibətləri xx.xx.2000-ci ilədək yarandığına görə hazırkı mübahisəyə xx.xx.2009-cu ilə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququnun itirilib-itirilməməsi məsələsi şəxsin həmin yaşayış sahəsini tərk edib-etməməsindən və bunun müddətindən asılıdır. İddiaçı1 izahatı ilə müəyyən edilmişdir ki, o, 2015-ci ildə ailə qurduğu zaman cavabdehin mənzilindən deyil, anasının yaşadığı 5J nömrəli mənzildən gəlin köçmüşdür. İddiaçı2 isə izahatında bildirmişdir ki, o, 2017-ci ildə ailə qurmuş, gəlin cavabdehin mənzilinə deyil, onun anasının yaşadığı 5J nömrəli mənzilə gəlmiş və o, arvadı ilə birlikdə anasının evində yaşamışdır. Eyni zamanda, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş 2(008)-6504/2018 nömrəli mülki işin materialları ilə müəyyən edilmişdir ki, iddiaçıların anası X7 İddiaçı2 arvadı X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncuya məxsus əşyaların onun mülkiyyətində olan ünvan 3 ünvanından çıxarılmasını xahiş etmiş, X29 isə X3 qarşı qarşılıqlı iddia verərək Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi R.Axundov küçəsi 18A nömrəli evin 1 nömrəli mənzili ilə üzbəüz yerləşən, cehiz əmlakının yerləşdiyi özbaşına tikilmiş evə köçürülməsini xahiş etmişdir. O, qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, xx.xx.2017-ci ildə İddiaçı2 ilə nikaha girməklə ailə qurmuş, toydan əvvəl ona məxsus olan cehiz əmlak İddiaçı2 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi R.Axundov küçəsi 18A nömrəli evin 1 nömrəli mənzili ilə üzbəüz yerləşən özbaşına evin ikinci mərtəbəsinə yerləşdirilmiş, həmin evdə xx.xx.2018-ci ildə onların bir övladı anadan olmuş, evin birinci mərtəbəsindən X7 həyat yoldaşı ilə birlikdə istifadə etmişdir. Bundan sonra iddiaçıların anası X7 ilk iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində texniki səhv olaraq evin ünvanının ünvan 5iyini, hazırda ünvanın dəqiqləşdirilməsi zərurətinin yarandığını bildirmiş və məhkəmədən X14 məxsus cehiz əmlaklarının Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi R.Axundov küçəsi 18A nömrəli evin 5J nömrəli mənzilindən çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İddiaçı1 ən geci 2015-ci ildə, İddiaçı2 isə ən geci 2017-ci ildə artıq cavabdehə məxsus mənzildə deyil, başqa yaşayış sahəsində, yəni qonşuluqda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olsa da, iddiaçıların anasının yaşayış yeri üzrə qeydiyyatda olduğu Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi R.Axundov (hazırda Musa Bayramov) küçəsi 18A nömrəli evin 5J nömrəli mənzlində daimi yaşamaları tamamilə sübut olunmuşdur. İddiaçılar cavabdehə məxsus mənzildə 2022-ci ilin may ayınadək yaşamalarını və sonra cavabdeh tərəfindən mənzildən çıxmağa məcbur edildiklərini bildirsələr də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim edə bilməmişlər. Onların vəsatəti əsasında dindirilmiş şahidlər də iddiaçıların 2022-ci ilin may ayınadək cavabdehə məxsus mənzildə yaşamalarını və cavabdeh tərəfindən mənzildən çıxmağa məcbur edilmələrini təsdiq etməmişlər. Eyni zamanda, İddiaçı2 arvadı ilə birlikdə 2019-cu ilin avqust ayında yenidən cavabdehin mənzilinə köçdüyünü bildirsə də, məhkəməyə bunu da təsdiq edən sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçılar daimi yaşamaq üçün başqa mənzilə köçməklə cavabdehə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsi 18A nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarını itirmişlər. Belə olan halda, onların həmin mənzilə köçürülmələri üçün hüquqi əsas yoxdur. Ona görə də iddiaçıların qeyd olunan mənzilə köçürülmələri və həmin mənzildən istifadə etmələrinə cavabdeh tərəfindən yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə tələb təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, məhkəmə xərclərini təşkil edən, İddiaçı2 tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Musa Bayramov küçəsində yerləşən 18A nömrəli evin 1 nömrəli mənzilinə (əvvəllər - ünvan 3) köçürülmələri, iddiaçıların həmin mənzildən istifadə etmələrinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X58.
Məhkəmə qərarları › İş №e-2(008)-3339/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3339/2024
10.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver