Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3354/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X9, İlk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, İlk iddia üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarma və digər tələblərinə, İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qarşı daşınmaz əmlakın alqı - satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və daşınmaz əmlakın əvvəlki vəziyyətinə qaytarılması tələblərinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Sabunçu rayon Məhkəməsinə iddia verərək (dəqiqləşdirilmiş tələblə) Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzilin bəzi əşyaları ilə - kondisioner, dəhliz şkafı, mətbəx mebeli ilə birlikdə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 tərəfindən İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 ilə birgə həmin mənzildən çıxarılmaları, mənzilin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 tərəfindən boşaldılması, mənzilin açarlarının cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə giribçıxmasına maneçilik törədilməsinin cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları X4 və X5 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin noyabr ayının əvvəllərində ailəsiylə birlikdə internet üzərindən axtarışlar etmiş, bəzi evlərə gedib yerində baxmış və sonunda hazırda mübahisə predmeti olan - Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzili almaq qərarına gəlmişdir. Mənzilin satış vasitəçisi, əmlakçı Hüseyn adlı şəxslə ailəlikcə gedib həmin mənzilə baxmışdılar. Mənzildə Xuraman xanım adlı qadın var idi. Mənzilin dəyəri kimi 137000 manat yazılmışdı. Oğlu F.Abazər qayıtdıqdan sonra onunla 135000 manata razılaşmış, sonradan isə 137000 manata razılaşmışdılar. Alqı-satqı zamanı məlum olmuşdur ki, həmin mənzil onların yox, başqa şəxsin - Süleyman adlı şəxsin adınadır. İddiaçı ümumiyyətlə Süleyman adlı şəxsi tanımamış, görməmişdir. Cavabdehlər dedilər ki, narahat olmayın, həmin adama onların borcu var, mənzili satırlar, həmin adam öz borcunu götürür və qalan pul da onlara çatır. Düşündü ki, əgər notarius vasitəsilə alqı-satqı müqaviləsi bağlayırsa, DƏDRX tərəfindən çıxarış verilirsə, o zaman heç bir narahatçılıq olmaz. Səhəri günü Süleyman adlı şəxs alqısatqı müqaviləsi bağlamaq üçün gələn zaman bildirdi ki, mənzili satmır, alqı-satqıdan imtina etdi. İddiaçı da mübahisəli mənzili artıq almaq istəməmişdir. İki gün sonra Xuraman xanım və oğlu Abazər xahiş etdilər ki, Süleyman razıdı, alqı-satqı müqaviləsi bağlamaq üçün gəlsinlər. Hətta onların vəkili də var idi və bu proseslərdə iştirak edirdi. Vəkil də bildirdi ki, “heç bir narahatlıq yoxdur, siz həmin mənzilə köçəcəksiniz, mənzil sizindir və maksimum 1 ay ərzində evi boşaldacaqlar”. İddiaçı alqı-satqı müqaviləsi bağladı. Tərəfindən beh müqaviləsi ilə 30200 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir. xx.xx.2023-cü il tarixdə ƏMDX DƏDKR PHŞ tərəfindən çıxarış da aldı. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Beh müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək evi boşaldacaqlarına dair öhdəlik götürmüşdülər. Lakin növbəti dəfə danışanda bildirdilər ki, 15 fevraladək evi boşaldacaqlar. Bu minvalla fevralın 15-i, daha sonra fevralın axırı, daha sonra martın 15nə kimi vaxtı uzatdılar. Sonda isə F.Abazər bildirdi ki, mənzildən çıxmır, mənzili boşaltmır, get kimə şikayət edirsən et. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X3, 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin Xüsusi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia verərək İddiaçı ilə X3 arasında ünvan 2 ünvanında yerləşən 10 №-li mənzilə dair 22 dekabr 2022-ci il tarixdə bağlanmış və 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin Xüsusi X1 tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair İddiaçı adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi, mübahisə predmeti olan mənzilin alqı- satqısı ilə bağlı bütün danışıqlar, mənzilin dəyəri, nə zaman boşaldılacağı, hansı əşyaların qalacağı və s. Cavabdeh1 və onun anası ilə aparılmışdır. Hətta iş materiallarından görünür ki, iddiaçı mübahisə predmeti olan mənzilə dair BEH müqaviləsini Cavabdeh1lə bağlamış və ona 30200 manat məbləğində pul ödəmişdir. Lakin, bütün bunlara baxmayaraq, iddiaçı mübahisə predmeti olan mənzilə dair alqı-satqı müqaviləsini X3 ilə bağlamışdır. Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrinin tələblərinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əad tərəflərinin davranışını, tərəflər arasında formalasan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxsar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin bas vermə vaxtım və s. nəzərə almalıdır. Bir necə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), evni gündə bir necə əlaqəli əqdin bağlanması, tərəflərin və va üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş ücün bağlanılmasına dəlalət edə bilər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir”. İş materiralları və iddia ərizəsinin özündə göstərilənlərlə də təsdiq edilir ki, İddiaçı əslində mənzili Süleyman Süleymanovdan deyil, Cavabdeh1 və onun anasından almışdır. Şərh edilənlər iddiaçının vicdanlı alıcı olmadığını, onunla X3 arasında bağlanmış müqavilənin formal olmasını, mənzilin qanuni sahibinin Cavabdeh1 olduğunu, iddiaçının mübahisə predmeti olan mənzilə dair qanuni mülkiyyət və sahiblik hüquqlarının olmadığını təsdiq edir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, 4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin Xüsusi X1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə adları çəkilən tərəflərin iştirakı olmadan hər iki iddiaya mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 ilk iddianın məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) X6 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 (sonradan7 – mübahisəli mənzil) ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X2 mülkiyyətində olmuşdur. X3 həmin mənzili xx.xx.2022-ci il tarixdə ilk iddia üzrə İddiaçı 106190 manat müqabilində satmışdır (4 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisində reyestrdə 4Ə- 2165 № ilə qeyd edilmiş və inforomasiya sisteminə daxil edilmiş AN-İ seriyalı ******* №-li alqı satqı müqaviləsi). Həmin mənzildə ilk iddia əzrə cavabdehlər yaşamış və hal-hazıradək yaşayırlar, mənzilin alqı-satqısı barədə danışıqları Rüstəmli X7 Abazər Hüseyn oğlu və onun anası Cavabdeh3 ilə aparmışdır (işin mübahisəsiz halı). Məhz bu səbəbdən mənzilə dair 30200 manat müqabilində beh müqaviləsi xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmışdır. İddiaçı mübahisəli evə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakı reyestr nömrəsi **********97-05101-093008, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2023-cü il olan Çıxarış). Hazırda Cavabdeh1 və onun ailə üzvləri mübahisəli mənzili boşaldıb qanuni mülkiyyətçisinə təhvil verməkdən imtina edirlər. İlk iddia üzrə iddiaçı həmin məzlinin boşaldılıb ona təhvil verilməsini istəyir, qarşalıqlı iddia üzrə iddaçı hesab edir ki, alqı-satqı müqavilə etibarsız müqavilədir və bu əsasdan Çıxarış ləğv edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, qarşılıqlı iddia qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir, digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əssən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır. Cavabdeh1 bağlanmış əqdin etibarsızlığı ilə əlaqədar məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin arasındakı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır və onun etbarsızlığı ilə əlaqədar əsaslar möcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1nın iddiası rədd edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddia üzrə İddiaçı iddiasının qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X8 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Beləliklə, qeyd edildiyi kimi, İddiaçı qanuni əsaslarla mənzildə əldə etdiyinə, mənzilə olan hüququ dövlət qeydiyyatına aldırdığına görə onun bu hüququ qorunmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 azyaşlılar - X14, X10, X17 (MAPS arayışına əsasən) ona məxsus mübahisəli mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 560.2-ci maddəsinə əsasən hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Eyni zamanda məhkəmə hesab edir ki, ilk iddia «mənzilin bəzi əşyaları ilə kondisioner, dəhliz şkafı, mətbəx mebeli ilə birlikdə təhvil verilməsi» hissədə rədd edilməlidir. Belə ki, tərəflərin arasında belə bir razılığın olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzil cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 tərəfindən İddiaçı təhvil verilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 ilə birgə həmin mənzildən çıxarılmalı, mənzil cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 tərəfindən boşaldılmalı, mənzilin açarları cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 tərəfindən iddiaçıya təhvil verilməli, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsi cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları X4 və X5 qadağan edilməli, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İlk iddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 saylı mənzil cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 tərəfindən İddiaçı təhvil verilsin, cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 ilə birgə həmin mənzildən çıxarılsınlar, mənzil cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 tərəfindən boşaldılsın, mənzilin açarları cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları - X12 və X13 tərəfindən iddiaçıya təhvil verilsin, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsi cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və sonuncuların övladları X4 və X5 qadağan edilsin. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-3354/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3354/2023
27.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver