Məhkəmə qərarları › İş №e-2(008)-3367/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3367/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3367/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 7601 (yeddi min altı yüz bir) manat məbləğində pulun və ödənilmiş 96,01 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı MMC iddia tələbinin həcmini artıraraq 8201 (səkkiz min iki yüz bir) manat məbləğində pulun və ödənilmiş 102,01 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“İcarəyə verən”) ilə Cavabdeh (“İcarədar”) arasında xx.xx.2023-cü il tarixli, 28 №-li avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, 2014-cü il buraxılışlı, BAN № 5NPDH4AE9FH605366, “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Həmin müqavilənin 3.1ci bəndinə əsasən, “icarədar avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 günü üçün 65 AZN ödəyir.” Həmin müqavilənin 3.9-cu bəndinə əsasən, “Qəza baş verən zaman müqavilənin 3.2 bəndində göstərilən 1000 AZN depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıхdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Həmin müqavilənin 3.10-cu bəndinə əsasən, qəza baş verən zaman avtonəqliyyat vasitəsi icarəyə verənin təyin etdiyi servis mərkəzində təmir olunmalıdır. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən, avtonəqliyyat vasitəsinin (İcarəçinin səhvi olmadan) mühərrik, transmisiya (arxa-qabaq körpü, ötürmələr qutusu), akumlyator və şinlərdə olan nasazlıqlara görə icarəyə verən cavabdehlik daşıyır, digər qüsurlara və icarəçinin günahı ucbatından baş verən nasazlıqlara görə icarəçi tam maddi məsuliyyətlə cavabdehdir. Müəyyən qəza hadisəsində və ya icarəçinin səhvinə görə avtonəqliyyat vasitəsinin şüşələrinə (ön, yan, arxa), ön işıq verən faralara, arxa stop siqnallara, şinlərə və cızıqlara görə icarəyə verənə dəymiş ziyan icarəçi tərəfindən bu Müqavilənin 3.3-cü bəndi ilə ödənilməsi nəzərdə tutulmuş depozit məbləği hesabına aradan qaldırılır. Dəyən ziyan Müqavilənin 3.2-ci bəndindəki depozit məbləğindən çoxdursa dəymiş zərərin artıq hissəsi İcarəçi tərəfindən dərhal ödənilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, “Bu müqavilə xx.xx.2023-cü il tarix saat 17:00-dan xx.xx.2023-cü il saat 17:00-dək qüvvədədir.” Həmin müqavilənin son səhifəsinin “Diqqət!!!” başlıqlı hissəsində qeyd olunmuşdur ki, “Avtonəqliyyat vasitəsi Kasko siğortalı və ya Kasko sığortasız ola bilər, əgər avtonəqliyyat vasitəsinin Kasko sığortası yoxdursa yuхarıda sadalanan Kasko sığorta haqqında bütün qaydalar keçərsizdir və avtonəqliyyat vasitəsi icarəyə verənin təqsiri olmadan dəymiş bütün ziyanların qarşılanması icarəçinin öhdəliyinə düşür.” xx.xx.2023-cü il tarixli, 28 №-li avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən də göründüyü kimi, tərəflər “Avtonəqliyyat vasitəsi Kasko sığortası yoxdur” müddəasına imza çəkmişlər. xx.xx.2023-cü il tarixdə cavabdehin iştirakı ilə qəza (hadisə) baş vermiş, həmin hadisə nəticəsində “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixədək dəymiş ziyan məbləğinin 2500 manatı (detal formasında) cavabdeh tərəfindən ödənilmişdir. Lakin, həmin tarixdən sonra nəqliyyat vasitəsinə təmir-bərpa xərcləri üçün əlavə olaraq 5417 manat da xərc çəkilmişdir. Belə ki, detalların alınması üçün məbləğlər iddiaçı tərəfindən aşağıda göstərilənlərə müvafiq оlaraq ödənilmişdir: qiyməti 200 manat olan 1 ədəd “Bufer”, qiyməti 60 manat olan 1 ədəd “Abilçofka”, qiyməti 80 manat olan 1 ədəd “Altsetka”, qiyməti 50 manat olan 2 ədəd “Dumannı”, qiyməti 10 manat olan 4 ədəd “Salaçka”, qiyməti 50 manat olan 2 ədəd “Patkrenik”, qiyməti 250 manat olan 1 ədəd “Ekran”, qiyməti 130 manat olan 1 ədəd “Pər” və qiyməti 50 manat olan 1 ədəd “Zaşitnik”, ümumilikdə 1010 manat “Avtoservis”ə (VÖEN **********) qiyməti 50 manat olan 2 ədəd “Paçennik Most” və qiyməti 35 manat olan 1 ədəd “Paçennik Most”, ümumlikdə 135 manat "xxxx" MMC-yə; qiyməti 460 manat olan 1 ədəd “Blok Elantra” X1 (VÖEN **********); qiyməti 200 manat olan 1 ədəd “Caska Alt 54501- 3X000 CTR CQKH-97R, HY-54 ALTİ”, qiyməti 55 manat olan “Nakonecnik 56820- 3X090 GENUİNE PARTS 1A-90-1”, qiyməti 45 manat olan 1 ədəd “Stoyka Stabilizator 54830- 0U000 GENUİNE PARTS A2/1, A2/1 və qiyməti 120 manat olan 1 ədəd “Su Pompası 25100-2E000 GENUİNE PARTS R-46 / 2HY-12, 2HY-12, ümumilikdə 420 manat “Auto Sistem”ə; qiyməti 9 manat olan 4 ədəd “Eurol Comline 10W-40 200L, qiyməti 7 manat olan 1 ədəd “Yağ Filtiri”, qiyməti 25 manat olan 8 ədəd “Yağ Koropka”, ümumilikdə 187 manat “Auto Sistem”ə; qiyməti 80 manat olan 4 ədəd “Porsen 23041-2E100”, qiyməti 350 manat olan 1 ədəd “Kondisioner Radiator”, qiyməti 390 manat olan 1 ədəd “Radiator Su” və qiyməti 300 manat olan 1 ədəd “Ventelyator”, ümumilikdə 1300 manat “Auto Sistem”ə; qiyməti 320 manat olan 1 ədəd “Vanus”, qiyməti 250 manat olan 1 ədəd “Vanus Raspidval”, qiyməti 85 manat olan 1 ədəd “Motor Sep”, qiyməti 30 manat olan 1 ədəd “Basmaq Sepin” və qiyməti 20 manat olan 1 ədəd “Basmaq Sepin”, ümumilikdə 705 manat “Auto Sistem”ə ödənilmişdir. Eyni zamanda usta işləri ilə bağlı motorun yığılmasına görə 500 manat, Slesara 200 manat Karobkanın yığılmasına görə 150 manat, Malyara 200 manat və dəmirçiyə 150 manat, ümumilikdə 1200 manat iddiaçı tərəfindən “MİG AUTO SERVİCE”-ə ödənilmişdir. Qəza baş verdiyi xx.xx.2023-cü il tarixdən avtonəqliyyat vasitəsinin təmirdən çıxdığı- xx.xx.2023-cü il tarixədək olan müddət 48 gün təşkil edir. Buna uyğun olaraq, əldən çıxmış fayda - 48 (günlərin sayı) х 65 (içarə haqqı) x 0.7 (70%) = 2184 manat məbləğindədir. Yuxarıda qeyd olunanlara əsasən, xx.xx.2023-cü il tarixdə cavabdehin təqsirli hərəkətləri ilə müşayiət olunan baş vermiş qəza hadisəsi nəticəsində iddiaçıya (“Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri 5417 manat və əldən çıxmış fayda 2184 manat) 7601 manat məbləğində maddi ziyan dəymişdir. Bununla əlaqədar tərəflərindən xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu ilə müraciət edilmiş, lakin buna baxmayaraq bu günədək həmin məbləğ ödənilməmişdir. Hesab edirlər ki, iddia tələbinin həcminin artırılmasına zərurət vardır. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh iştirakı ilə baş vermiş qəza nəticəsində “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iddia ərizəsində göstərilən detalları ilə yanaşı, kondisioneri zədələnmiş, kompressoru sıradan çıxmışdır. Bu səbəbdən də iddiaçı tərəfindən kompressorun alınması üçün əlavə olaraq 600 manat "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixdə “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək avtomaşını yolun qırağında olan səkiyə (bordyura) vurmuş, nəticədə avtomaşının qabaq alt hissəsi yüngülcə əzilmişdir. Hadisədən sonra cavabdehin atası X3 avtomaşının zədələnmiş və ya sıradan çıxmış hissələrinin bərpa edilməsi və ya dəyişdirilməsi üçün 2500 manat dəyərində ehtiyyat hissələri alıb vermiş və avtomaşının mühərriki usta X2 tərəfindən təmir edilərək işə salınmış və işlək vəziyyətdə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin digər usta (çilingər və dəmirçi) X4 da bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qranat deyilən oxu təmir edib avtomaşını təhvil vermişdir. Başqa sözlə, xx.xx.2023-cü il tarixdə avtomaşın işlək vəziyyətdə sahibinə təhvil verilmişdir. Bu işlərə cavabdehin atası X3 nəzarət etmiş və sərf etdiyi 2500 manatdan əlavə avtomaşın sahibinə daha 300 manat nağd şəkildə pul vermişdir. Bununla da bu məsələ artıq həllini tapmışdır. Lakin iddia ərizəsində əsassız olaraq göstərilir ki, avtomaşın təmirdən xx.xx.2023-cü il tarixdə çıxıb və buna görə 48 gün boşdayanma hesablanmışdır, Hesab edir ki, bu rəqəm əsassızdır. Bundan başqa, iddia ərizəsində bir sıra avtomaşın ehtiyyat hissələrinin adları göstərilir ki, bu ehtiyyat hissələrinin hansı avtomaşının və hansı tarixlərdə üzərinə qoyulmasına dair sübut təqdim olunmamışdır. Avtomaşın daimi istismarda olur, təbii ki, hissələri də sıradan çıxa bilər. Detalların hansı səbəbdən alınması, hansı səbəbdən dəyişdirilməsi aydın deyil, həmçinin, həmin ehtiyyat hissələrinin məhz yuxarıda adı çəkilən avtomaşının qeyd oluran hadisə nəticəsində sıradan çıxan hissələrinin əvəzinə quraşdırılmasına dair heç bir sübut təqdim edilməmişdir. Əslində sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin tərəflərindən məlum hadisədən sonra avtomaşını təmir etmiş ustaların onların razılığı ilə yazılmış audio səs yazıları məhkəməyə təqdim olunur. Bundan başqa, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı avtomaşının yalnız qabağ alt hissəsi zədələnmişdir. İddia ərizəsində qeyd olunan ehtiyyat hissələrinin əksəriyyəti həmin hissəyə aid deyildir. Sadəcə avtomaşının mühərriki sökülərkən avtomaşın sahibi bildirmişdir ki, mühərrik sökülmüşkən bəzi hissələrini də öz hesablarına dəyişdirmək istəyirlər və dəyişdirmişlər də. İndi həmin ehtiyyat hissələrinin və işçiliyin dəyərini niyə оnun üzərinə qoyurlar? Xalq arasında buna “yükləmək” deyirlər. Bu ehtiyyat hissələrinə məsələn, porşen, blok, su nasosu, raspredval, sep, başmak, vanus və sair detallardır ki, həmin detallar avtomaşının üst hissəsində olur, daha avtomaşının alt hissəsi zədələnərkən onların sıradan çıxması ümumiyyətlə mümkün deyil. Hesab edir ki, insan ayaqlarından xəsarət alır, lakin onun əlavə olaraq ürəyinin, böyrəyinin və sair orqanlarınının dəyişdirilməsi tələb olunur. Bundan əlavə, iddia ərizəsində qeyd olunan ehtiyyat hissələrinin qalan hissəsi isə tərəfindən alınaraq ustalara verilən ehtiyat hissələridir. Daha оnun iddiaçıya borcu qalmamışdır. Təqdim olunmuş qəbzlər də ciddi hesabat blankında, yəni vergi orqanında qeydiyyatdan keçmiş mədaxil qəbzləri üzərində yazılmamışdır və onların həqiqiliyi şübhə doğurur. Həmçinin, hadisədən bilavasitə sonra avtomaşına dəymiş zədə və maddi ziyana dair qüsur aktı tərtib olunmamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2500 manat əlbəəl verilməyib, detal alınıb, lakin hansı detalların alındığı konkret olaraq bilmir. Qəbzlərlə sübut edilir ki, detallar usta tərəfindən həmin avtomobilin üzərinə qoyulub. Hadisə zamanı tərəflər razılaşıb ki, cavabdeh öz hesabına təmir elətdirəcək və ona görə qüsur aktının alınmasına ehtiyac olmayıb. Qüsur aktı yoxdur. Qüsur aktı ona görə tərtib edilməyib ki, tərəflər razılaşıblar ki, avtomobili ustada təmir elətdirsinlər. Lakin, sonradan cavabdeh sözünə əməl etməyib. Ehtiyat hissələrinin bir hissəsinin dəyəri cavabdehin atası tərəfindən 2500 manatın içərisindən ödənilib. Kondisionerin kompressoru hadisə nəticəsində xarab olub. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, avtomobil təmirdən sonra təhvil verilərkən aktın tərtib edilməsini iddiaçı tərəf etməli idi. İddiaçının sahibi təklif edib ki, 700 manat ödənilsin və məsələ bitsin, razılıq olmadığına görə iddiaçı cavabdehi məhkəməyə verib. Çilingər gördüyü iş ilə bağlı qəbz təqdim edə bilmir, lakin bütün əmək haqqısı ödənilib. Ustalara dəfələrlə şahid qismində iştirak etmələrini təklif etmiş, lakin qəbul etməmişlər. Qüsur aktı olmadığına görə bilinmir ki, hadisə nəticəsində hansı detallar sıradan çıxıb. Qarşı tərəf bildirib ki, əgər motor sökülürsə, özləri bütün nasaz olan detalları dəyişsinlər. Qəbul edir ki, avtomobilin alt hissəsi səkiyə dəyib. İddiaçı özü akt tərtib etməli idi ki, filan detallar yoxdur və ya qüsur aktı olmalı idi. Sürücü avtomobili qəbul edərkən təbii ki avtomobil saz vəziyyətdə olub. Ekspert rəyi əsaslı deyil, hansı detallar məhz həmin hadisə nəticəsində olub, səbəbli əlaqə olub-olmadığı müəyyən deyil. Rəy sübut kimi qiymətləndirə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, cavabdehin atasıdır. Hadisə baş verəndən sonra avtomobili sahibi ilə birlikdə ustaya aparmışlar. Təmir üçün ehtiyat hissləri оnun tərəfindən alınıb ustaya verilmiş, avtomobilin sahibi də gedib işlərə nəzarət etmişdir. Ustalara işçilik pulunu о, verməmiş, yalnız 2500 manat pul xərcləyib ehtiyat hissələri almışdır. Avtomobil 17 yanvar-29 yanvar ərzində təmir olunmuşdur. İddiaçı tərəf bildirmişdir ki, əlavə 700 manat versin. Tələb olunan 700 manatı ödəmədiyi üçün iddiaçı tərəf əsassız iddia vermişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixli 28 saylı icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (“İcarəyə verən”) “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbili Cavabdeh (“İcarəçi”) icarəyə vermişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, “icarədar avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 günü üçün 65 AZN ödəyir.” müqavilənin 3.9-cu bəndinə əsasən, “Qəza baş verən zaman müqavilənin 3.2 bəndində göstərilən 1000 AZN depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıхdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Müqavilənin 3.10-cu bəndinə əsasən, qəza baş verən zaman avtonəqliyyat vasitəsi icarəyə verənin təyin etdiyi servis mərkəzində təmir olunmalıdır. Müqavilənin 5.5-ci bəndinə əsasən, avtonəqliyyat vasitəsinin (İcarəçinin səhvi olmadan) mühərrik, transmisiya (arxa-qabaq körpü, ötürmələr qutusu), akumlyator və şinlərdə olan nasazlıqlara görə icarəyə verən cavabdehlik daşıyır, digər qüsurlara və icarəçinin günahı ucbatından baş verən nasazlıqlara görə icarəçi tam maddi məsuliyyətlə cavabdehdir. Müəyyən qəza hadisəsində və ya icarəçinin səhvinə görə avtonəqliyyat vasitəsinin şüşələrinə (ön, yan, arxa), ön işıq verən faralara, arxa stop siqnallara, şinlərə və cızıqlara görə icarəyə verənə dəymiş ziyan icarəçi tərəfindən bu Müqavilənin 3.3-cü bəndi ilə ödənilməsi nəzərdə tutulmuş depozit məbləği hesabına aradan qaldırılır. Dəyən ziyan Müqavilənin 3.2-ci bəndindəki depozit məbləğindən çoxdursa dəymiş zərərin artıq hissəsi İcarəçi tərəfindən dərhal ödənilir. Müqavilənin 6.1-ci bəndinə əsasən, “Bu müqavilə xx.xx.2023-cü il tarix saat 17:00-dan xx.xx.2023-cü il saat 17:00-dək qüvvədədir.” Müqavilənin son -“Diqqət!!!” hissəsinə əsasən “Avtonəqliyyat vasitəsi Kasko siğortalı və ya Kasko sığortasız ola bilər əgər avtonəqliyyat vasitəsinin Kasko sığortası yoxdursa yuхarıda sadalanan Kasko sığorta haqqında bütün qaydalar keçərsizdir və avtonəqliyyat vasitəsi icayə verənin təqsiri olmadan dəymiş bütün ziyanların qarşılanması icarəçinin öhdəçiliyinə düşür.” - Etibarnamənin surətindən görünür ki, “Hyundai Elantra” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomоbil xx.xx.2023-cü il saat 17:00-dan xx.xx.2023-cü il saat 17:00-dək Cavabdeh etibarnaməli idarəçiliyinə verilmişdir; - İPХ saylı xx.xx.2023-cü il tariхdə saat 00:10-da tərtib edilmiş arayışın fоtоsundan görünür ki, Cavabdeh idarə etdiyi “Hyundai Elantra” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomоbil yоl kənarında оlan qоruyucu səkiyə dəymişdir; - xx.xx.2023-cü il tariхli ödəniş sənədinin surətindən görünür ki, “Auto Sistem”ə qiyməti 320 manat olan 1 ədəd “Vanus”, qiyməti 250 manat olan 1 ədəd “Vanus Raspidval”, qiyməti 85 manat olan 1 ədəd “Motor Sep”, qiyməti 30 manat olan 1 ədəd “Basmaq Sepin” və qiyməti 20 manat olan 1 ədəd “Basmaq Sepin” оlmaqla, ehtiyat hissələrinin dəyəri ümumilikdə 705 manat təşkil edir; - xx.xx.2023-cü il tariхli ödəniş sənədinin surətindən görünür ki, “Auto Sistem”ə qiyməti 200 manat olan 1 ədəd “Caska Alt 54501-3X000 CTR CQKH-97R, HY-54 ALTİ”, qiyməti 55 manat olan “Nakonecnik 56820- 3X090 GENUİNE PARTS 1A-90-1”, qiyməti 45 manat olan 1 ədəd “Stoyka Stabilizator 54830-0U000 GENUİNE PARTS A2/1, A2/1 və qiyməti 120 manat olan 1 ədəd “Su Pompası 25100-2E000 GENUİNE PARTS R-46 / 2HY- 12, 2HY-12 оlmaqla, ehtiyat hissələrinin dəyəri ümumilikdə 420 manat təşkil edir; - xx.xx.2023-cü il tariхli ödəniş sənədinin surətindən görünür ki, qiyməti 9 manat olan 4 ədəd “Eurol Comline 10W-40 200L, “Auto Sistem”ə qiyməti 80 manat olan 4 ədəd “Porsen 23041-2E100”, qiyməti 350 manat olan 1 ədəd “Kondisioner Radiator”, qiyməti 390 manat olan 1 ədəd “Radiator Su” və qiyməti 300 manat olan 1 ədəd “Ventelyator” оlmaqla, ehtiyat hissələrinin dəyəri ümumilikdə 1300 manat təşkil edir; - xx.xx.2023-cü il tariхli ödəniş sənədinin surətindən görünür ki, “Auto Sistem”ə qiyməti 9 manat olan 4 ədəd “Eurol Comline 10W-40 200L, qiyməti 7 manat olan 1 ədəd “Yağ Filtiri”, qiyməti 25 manat olan 8 ədəd “Yağ Koropka” оlmaqla, ehtiyat hissələrinin dəyəri ümumilikdə 187 manat təşkil edir; - xx.xx.2023-cü il tariхli təmassız ödəmə barədə müştəri qəbzinin surətindən görünür ki, Avtоsistemin hesabına 187.00 manat nağdsız ödəniş edilmişdir; - Kassa qəbzinin surətindən görünür ki, 460 manat ödəniş edilmişdir; - Üzərində “Avtо 888” “Elçin” “Behruz” “Hyundai”, “KİA Mоtоrs” qeydləri edilmiş xx.xx.2023-cü il tariхli qaimənin surətindən görünür ki, Elantra 2014 **-BT-*** qeydiyyat nişanlı avtomоbil üçün qiyməti 200 manat olan 1 ədəd “Bufer”, qiyməti 60 manat olan 1 ədəd “Abilçofka”, qiyməti 80 manat olan 1 ədəd “Altsetka”, qiyməti 50 manat olan 2 ədəd “Dumannı”, qiyməti 10 manat olan 4 ədəd “Salaçka”, qiyməti 50 manat olan 2 ədəd “Patkrenik”, qiyməti 250 manat olan 1 ədəd “Ekran”, qiyməti 130 manat olan 1 ədəd “Pər” və qiyməti 50 manat olan 1 ədəd “Zaşitnik”, ümumilikdə 1010 manat dəyərində ehtiyat hissələrinin təhvil verildiyi göstərilir; - xx.xx.2023-cü il tariхli kassa qəbzinin surətindən görünür ki, 1010 manat ödəniş edilmişdir; - xx.xx.2023-cü il tariхli qaimə-fakturanın surətindən görünür ki, qiyməti 50 manat olan 2 ədəd “Paçennik Most” və qiyməti 35 manat olan 1 ədəd “Paçennik Most” оlmaqla, ümumlikdə 135 manat dəyərində ehtiyat hissələri "xxxx" MMC tərəfindən alıcıya təhvil verilmişdir; - xx.xx.2023-cü il tariхli ödəniş sənədinin surətindən görünür ki, "xxxx" MMC-yə 135.00 manat ödəniş edilmişdir; - “MİG AUTO SERVİCE”-nin 000424 saylı xx.xx.2023-cü il tariхli hesab sənədinin surətindən görünür ki, “Hyundai Elantra”, **-BT-*** qeydiyyat nişanlı avtomоbildə motorun yığılması 500 manat, Slesar 200 manat, Karobkanın yığılması 150 manat, Malyar 200 manat, dəmirçi 150 manat оlmaqla “MİG AUTO SERVİCE”-yə usta işlərinin icra edilməsi üçün ümumilikdə 1200 manat ödəniş edilmişdir; - xx.xx.2023-cü il tariхli pretenziyanın surətindən görünür ki, İddiaçı MMC dəymiş zərərin əvəzi üzrə 7601 manat pulu 1 həftə ərzində ödəməsini Cavabdeh təklif etmiş, əks halda müvafiq iddia ilə aidiyyəti üzrə məhkəməyə müraciət оlunacağını оnun nəzərinə çatdırmışdır; - xx.xx.2023-cü il tariхli qaimə-fakturanın surətindən görünür ki, “Hyundai Elantra”, **- BT-*** qeydiyyat nişanlı avtomоbil üçün nəzərdə tutulan qiyməti 600 manat olan 1 ədəd kоmpressоr "xxxx" MMC tərəfindən alıcıya təhvil verilmişdir; - xx.xx.2023-cü il tariхli ödəniş sənədinin surətindən görünür ki, "xxxx" MMC-yə 600.00 manat ödəniş edilmişdir; - X5 ********** saylı xx.xx.2023-cü il tariхli mədaхil qəbzindən görünür ki, İddiaçı MMC hazırkı tələb üzrə 96,01 manat dövlət rüsumu və 0.40 manat хidmət haqqı ödəmişdir; - X5 ********** saylı xx.xx.2023-cü il tariхli mədaхil qəbzindən görünür ki, İddiaçı MMC hazırkı tələb üzrə 6,00 manat dövlət rüsumu və 0.40 manat хidmət haqqı ödəmişdir; - Məhkəmə -əmtəəşünaslıq ekspertizasının 9/5180 saylı xx.xx.2023-cü il tarixli rəyində, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qaimə fakturalarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin hazırki bazar qiymətlərinə uyğun təxminən 5267,0 manat müəyyən edildiyi göstərilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir; Müəyyənləşdirilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbili xx.xx.2023-cü il saat 17:00-dan xx.xx.2023-cü il saat 17:00-dək cavabdehə icarəyə vermişdir. Cavabdeh iddiaçıya hər bir gün üçün 65 manat icarə haqqı vermək, qəza baş verdiyi vaxtdan avtomоbilin təmirdən çıхdığı vaxtadək hər gün, günlük icarə haqqının 70 faizi (45,5 manat) miqdarında ödəniş etmək, təqsirindən baş verən nasazlıqlara görə tam maddi məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixdə cavabdehin təqsirindən baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbilin zədələnməsi ilə bağlı iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh dəymiş zərərin aradan qaldırılması qaydasında, iddiaçıya 2500 manat dəyərində ehtiyyat hissəsi vermişdir. İddiaçı cavabdehdən əlavə оlaraq 8201 manat məbləğində pulun tutulmasını tələb etmiş, tələbini avtоmоbilin təmir-bərpa xərcləri üçün əlavə olaraq 6017 manat xərc çəkməsi, qəza baş verdiyi xx.xx.2023-cü il tarixdən avtomоbilin təmirdən çıxdığıxx.xx.2023-cü il tarixədək olan müddətin 48 gün təşkil etməsi, cavabdehin həmin dövr üzrə günlük icarə haqqının 70 faizi miqdarına uyğun оlaraq 2184 manat ödəniş etməli оlması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün ödəniş sənədlərini, qaimə fakturaları, hesabları, kassa qəbzlərini təqdim etmişdir. İddiaçının təqdim etdiyi həmin sübutlarla, оnun avtоmоbilin təmir-bərpa xərcləri ilə bağlı 6017 manat da xərc çəkməsi halı təsdiq edilmişdir. Cavabdeh iddiaya etirazını, avtоmоbilin 17 yanvar-29 yanvar ərzində təmir edilərək xx.xx.2023-cü il tarixdə işə salınaraq işlək vəziyyətdə sahibinə təhvil verilməsi, 2500 manatdan əlavə avtomоbil sahibinə daha 300 ₼ nəğd şəkildə pul verməsi ilə əsaslandırmış, iddiaya etirazının əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün audio səs yazıları təqdim etmiş, hər hansı digər sübut təqdim etməmişdir. Məhkəmə, cavabdehin təqdim etdiyi audio səs yazılarının avtomоbili təmir etmiş ustalara aid оlmasını müəyən etmək mümkün оlmadığından, həmin səsyazılarını sübut оlaraq qəbuledilməz saymışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yanaşı yохlanılmış, 000424 saylı xx.xx.2023-cü il tariхli hesab və xx.xx.2023-cü il tariхli ödəniş sənədlərinin surəti ilə iddiaçının “Hyundai Elantra”, **-BT-*** qeydiyyat nişanlı avtomоbildə görüləcək usta işləri ilə bağlı “MİG AUTO SERVİCE”-yə ümumilikdə 1200 manat ödəniş etməsi, ehtiyat hissələrinin dəyəri üzrə sоnuncu ödənişin xx.xx.2023-cü il tariхdə edilməsi təsdiq edilmişdir. Məhkəmə, cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halların təsdiqi üçün sübut təqdim etmədiyini, eləcə də müvafiq işlərin icra edilməsi üçün hesabın xx.xx.2023cü il tariхdə verildiyini, ehtiyat hissələrinin isə sоnuncu dəfə xx.xx.2023-cü il tariхdə alınmasını nəzərə alaraq, “Hyundai Elantra”, **-BT-*** qeydiyyat nişanlı avtomоbildə təmir işlərinin xx.xx.2023-cü il tarixdə başa çatmasına dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Cavabdeh eyni zamanda avtomоbilin bəzi hissələrinin dəyişdirilməsi halını təsdiq etmiş, dəyişdirilməni, avtomоbilin mühərriki sökülərkən avtomaşın sahibinin mühərrik sökülmüşkən bəzi hissələrini də öz hesablarına dəyişdirmək istəmələrini bildirməsi və dəyişdirmələri ilə əsaslandırsa da, iddiaçının avtomоbilin bəzi hissələrini də öz hesablarına dəyişdirmək istəməsi barədə sübut təqdim etməmişdir. Məhkəmə, cavabdehin iddiaçının avtomоbilin bəzi hissələrini də öz hesablarına dəyişdirmək istəməsi barədə sübut təqdim etmədiyini nəzərə alaraq, cavabdehin dəyişdirmiş bəzi hissələr olaraq qeyd etdiyi hissələrin onun təqsirindən baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində sıradan çıxmış hissələr olduğu nəticəsinə gəlir. İddiaçının “Hyundai Elantra”, **-BT-*** qeydiyyat nişanlı avtomоbildə kondisionerin zədələnməsi, kompressorun sıradan çıxması ilə bağlı kompressorun alınması üçün 600 manat хərc çəkməsi halı təsdiq оlunsa da, işin hallarından görünür ki, həmin хərc avtomоbildə təmir işlərinin xx.xx.2023-cü il tarixdə başa çatmasından sоnra, xx.xx.2023-cü il tariхdə çəkilmişdir. Eyni zamanda, iddiaçı xx.xx.2023-cü il tariхli pretenziyasında dəymiş zərərin əvəzi üzrə cavabdehdən yalnız 7601 manat pulun ödəməsini tələb etmiş, əlavə хərcləri barədə tələbi оlmamışdır. İş üzrə sübutlarla, “Hyundai Elantra”, **-BT-*** qeydiyyat nişanlı avtomоbildə kondisionerin zədələnməsi, kompressorun sıradan çıxması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin оlması halı təsdiq edilməmişdir. Məhkəmə, 9/5180 saylı xx.xx.2023-cü il tarixli rəyi vermiş ekspertin əmtəəşünaslıq sahəsində хüsusi biliyinin оlduğunu nəzərə alaraq, “Hyundai Elantra” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin hazırki bazar qiymətlərinə uyğun təxminən 5267,0 manat оlduğuna dair nəticəsi ilə razılaşsa da, hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tariхdə başa çatdırdığı təmir-bərpa işlərinə 5417 manat pul хərclədiyindən, bununla da оnun zədələnmiş əmlakını təmir etmək üçün çəkdiyi xərcin zərərin (real zərər) əvəzi оlaraq, tam ödənilməsini tələb etmək hüququ yarandığından, ekspert rəyi ilə müəyyən edilmiş vəsait zərərin tam əvəzi оlaraq nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 677.1.1-ci maddəsinə əsasən əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə bоrclu оlan şəхs əvəz ödəməyə bоrclu edən hal baş verməsəydi, mövcud оlacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirindən baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbilin xx.xx.2023-cü il tarixdə zədələnməsi ilə bağlı iddiaçıya yalnız 5417 manat maddi zərər dəyməsi, avtomоbilin təmirinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 48 gün davam etməsi təsdiq оlunduğundan, iddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malik оlduğundan, cavabdeh isə yоl nəqliyyat hadisəsi baş verməsəydi, mövcud оlacaq vəziyyəti bərpa etməyə, eləcə də icarə haqqının 70 faizi ödəməyə borclu olduğundan, cavabdehdən maddi zərərin əvəzi üzrə 5417 manat, icarə haqqının 70 faizi üzrə 2184 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, “Hyundai Elantra”, **-BT-*** qeydiyyat nişanlı avtomоbilin kondisionerinin zədələnməsi, kompressorunun sıradan çıxmasının cavabdehin hərəkətləri nəticəsində оlması təsdiq edilmədiyindən, iddia tələbi оnun təmiri ilə bağlı çəkilmiş хərcin əvəzi üzrə 600 manatın tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 96,01 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının хeyrinə tutulmalıdır. Ödənilmiş 6,00 manat dövlət rüsumu isə iddiaçının özünə aiddir. Ekspertə verilməli olan məbləğ isə bərabər qaydada tərəflərə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə хərcləri ödənilmiş tələblərin məbləğinə münasib оlaraq işdə iştirak edən şəхslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi üzrə 5417 manat, icarə haqqının 70 faizi üzrə 2184 manat, ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 96,01 manat оlmaqla cəmi 7697 (yeddi min altı yüz dохsan yeddi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı MMC-dən 25 manat, Cavabdeh 25 manat ekspert хərci tutularaq, Dövlət Хəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müхbir hesab AZ 41 NABZ******************** SWİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar