Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-339/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020 il tarixli, NZNPT0102 saylı kredit müqaviləsi üzrə 7381,38 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 389,68 manat məbləğində faiz borcu və 2200 manat məbləğində dəbbə borcu, cəmi 9971,06 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 119.72 manat məbləğində, cəmi 164,72 manat pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Əsildar Məmmədəliyev küçəsi, 46K saylı Qeyri yaşayış binasına, “Neftçi” kafesinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2020 il tarixli, NZNPT-0102 saylı kredit müqaviləsi üzrə cəmi 9971,06 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 164,72 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Əsildar Məmmədəliyev küçəsi, 46K saylı Qeyri yaşayış binasından, “Neftçi” kafesindən çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmş, iş üzrə icraat daayndırılmışdır. Ekspert tərəfindən məhkəmə ekspertizasının aparılması üçün əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli vəsatət məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ASC-yə sorğu ilə müraciət edilərək, ekspert vəsatətində qeyd olunan sənədlərin ən qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş edilmiş, həmin sorğu ekspert vəsatəti ilə birlikdə elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı ASCnin elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı ASC tərəfindən sənədlər təqdim edilmədiyindən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda ekpsertizanın aparılmasından imtina edilməsi bildirilmişdir, həmin məktub məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işə üzrə icraat təzələnmiş, işin hazırlıq iclası xx.xx.2023-cü il saat 10:00-a təyin edilmiş, həmin qərardad iddiaçının elektron kabinetinə yerləşdirilmiş, lakin iddiaçı nümaynədəsinin iştirakını təmin etməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Göründüyü kimi, iddiçı hazırki işə baxılması və mahiyyəti üzrə qətnamənin çıxarılmasında maraqlı olmadığını nümayiş etdirmişdir. Cavabdeh də məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-339/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-339/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver