Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-345/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X26 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Cəfərova Xəyalə Teymur qızının, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılmaqla himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında saxlanılmaqla himayəsinə verilməsi və aliment” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından olan övladı xx.xx.2016-cı il təvəllüdlü X8 onun yanında saxlanmaqla himayəsinə verilməsi, uşağın 18 yaşına çatanadək saxlanması üçün hər ay 235 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 13 may 2015-ci il tarixdə bağlanmış, 108 nömrə ilə qeyd edilmiş nikah Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2564/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X14 atası Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Belə ki, nikahın pozulması barədə məhkəmə prosesi gedən zaman Cavabdeh İddiaçı demişdir ki, övladının atasının himayəsində saxlanmasına sənəd üzərində etirazı olmadığını bildirsə, uşağın saxlanması üçün daha yaxşı maddi dəstək göstərəcəkdir. İddiaçı da ona inanıb məhkəmə zamanı iddia tələbini qəbul etmiş və qızı X8 atası Cavabdeh himayəsində saxlanılmasına etirazı olmadığını bildirmiş, lakin həmin razılığın mahiyyətini tam dərk etməmişdir. Baxmayaraq ki, tərəflərin nikahı pozulan zaman uşaq atanın himayəsinə verilmiş, lakin nə məhkəmədən əvvəl, nə də sonra xx.xx.2016-cı il təvəllüdlü X14 atası Cavabdeh yanında qalmamışdır. Uşaq hər zaman anası ilə, ananın himayəsində yaşamış, cavabdeh uşağın saxlanmasında nə maddi, nə də mənəvi dəstək olmamış, uşaqla maraqlanmamışdır. Uşaq anası İddiaçı himayəsində və yanında qalmaqla Bakı şəhəri 255 nömrəli tam orta məktəbdə təhsil alır. Uşağı məktəbə həmişə anası aparıb-gətirmiş, uşaqla ana məşğul olmuş ki, buna dair məktəbdən arayış da alınmışdır. Lakin məhkəmə qətnaməsi ilə uşağın himayəçiliyi atasında olduğundan iddiaçı uşağın sənədləşmə işləri ilə məşğul olduqda uşağın atada qalmasına dair məhkəmə qətnaməsinin olması ona maneçilik törədir. Belə olan halda uşağın mənafeyi üçün onun anasının himayəsində saxlanması barədə qətnamə qəbul edilməlidir. Həmçinin göründüyü kimi uşağa ana baxır, cavabdeh hər hansı bir maddi dəstək göstərməmişdir. İddiaçı uşağın saxlanmasında maddi çətinlik çəkir və hesab edirik ki, uşağın saxlanması üçün aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin müdafiə edərək, övladının faktiki olaraq onun yanında yaşadığını, ərizəni yazan zaman mahiyyətini tam başa düsmədiyini, uşağa özünün baxıb böyütdüyünü və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsini müdafiə edərək, tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, uşaq 2018-ci ildən onun yanında qaldığını, son 3 ildir anasının yanında yaşadığını, uşağa təyziq göstərildiyini və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında dindirilən şahid X5 ifadəsində iddiaçı ilə uşaqlıqdan bəri birlikdə böyüdüklərini, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həzi Aslanov küçəsində qonşu olduqlarını, X15 tanıdığını, tərəflər 2016-2017-ci illərdə ayrıldıqlarını, illərdir uşağa anasının baxdığını, uşağı atası ilə bir dəfə parkda gördüyünü və uşağı məktəbə anasının aparıb-gətirdiyini bildirdi. Məhkəmə iclasında dindirilən şahid X2 ifadəsində iddiaçı ilə 2003-ci ildən bəri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həzi Aslanov küçəsində qonşu olduqlarını, toylarında da iştirak etdiyini, İddiaçı Rüqəyya adında bir qızı olduğunu, iddiaçı valideyinleri ilə birlikdə yaşadığını, həmçinin iddiaçı işlədiyi üçün uşağa nənə və babasının baxdığını bildirdi. Məhkəmə iclasında dindirilən şahid X6 ifadəsində Cavabdeh ilə 20 ilə yaxındır ki ailə dostu olduqlarını, ayda 3-4 dəfə bir-birlərini ziyarət etdiklərini, onlara gedəndə qızını da orada gördüyünü, 3-4 ildir ki uşağı onlarda görmədiyini, soruşanda da anasının yanında yaşadığını, cavabdehin toyu 7-8 il bundan qabaq olduğunu, uşağı görəndə hələ məktəbə getmədiyini bildirdi. Məhkəmə iclasında dindirilən şahid X21 ifadəsində cavabdehlə bir ailə kimi gedişgəlişlərinin olduğunu, Cavabdeh toyunda da iştirak etdiyini, tərəflər 2 ilə yaxın evli olduqlarını, həmin nikahdan bir qız övladları olduğunu, uşaq balaca olanda anası imtina etdiyi üçün atasının yanında qaldığını, gəlinin psixi probləri olduğu üçün yola gedə bilmədiklərini bildrdi. Məhkəmə iclasında dindirilən şahid X7 ifadəsində cavabdehlə qonşu olduqlarını, əvvəlki nikahından bir qız övladının olduğunu, ona uşaqlıqdan bəri nənəsinin baxdığını, hal-hazırda uşağın 10 yaşı olduğunu və anasının yanına getdikdən sonra məktəbə də getməyə başladığını bildrdi. Məhkəmə, tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2564/2018 nömrəli 25 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə X25 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 13 may 2015-ci il tarixdə bağlanmış və 108 nömrə ilə qeyd edilmiş nikahın pozulması, Cavabdeh ilə X19 birgə nikahından doğulmuş 18 mart 2016-cı il təvəllüdlü X14 nikah pozulduqdan sonra Cavabdeh yanında qalması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 397279 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X19 nikahı Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2018-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2018-ci ilin 08 ayının 17 günündə 344 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Şücai, qadına Babaxan-zadə soyadı verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2022ci il tarixli xx/xx-2260 nömrəli arayışın surətindən görünür ki, X14 18 mart 2016-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2016-cı il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 612 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, X22r. 255 nömrəli tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2016-cı təvəllüdlü X14 2024/2025-ci tədris ilində 255 nömrəli tam orta məktəbin 3-cü sinifində təhsil alır. Oxuduğu müddət ərzində X10 anası X11 dərsə aparıb-gətirmiş, valideyn iclaslarında şəxsən özü iştirak etmiş, sinif rəhbəri uşaqla bağlı bütün məsələləri yalnız ana ilə əlaqə saxladığını bildirmişdir. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-5/2-3628/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, ev 52 daimi pasport qeydiyyatındadır. X14 anası İddiaçı ilə birlikdə həmin ünvanda yaşayır. Sabunçu Rayonu 255 nömrəli Tam Orta Məktəbin xx.xx.2024-cü il tarixli 437 nömrəli arayışdan görünür ki, X14 xx.xx.2022-ci il tarixində Sabunçu Rayonu 255 nömrəli tam orta məktəbin 1 sinifinə qəbul olmuş, təhsil aldığı müddətdə başqa məktəbə yerdəyişmə etməmişdir. Hal-hazırda məktəbin 3 sinifində təhsil alır. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 5-18/2- 416/2025 nömrəli 07 fevral 2025-ci il tarixli rəyindən görünür ki, Məsələ ilə əlaqədar cavabdeh Şücai X3 iclasında iştirak edərək bildirmişdir ki, o, ünvan 2 ünvanında ailəsi və anası ilə birlikdə yaşayır, fərdi əməklə (fermer təsərrüfatı) məşğuldur və praktik sağlamdır. Haqqında deyilənlərin böhtan xarakterli olduğunu diqqətə çatdıran Cavabdeh İddiaçı psixoloji vəziyyətində problemlərin olduğunu, onun qeyri-adekvat hərəkətlərə yol verdiyini və əsəbi halda mütəmadi olaraq mübahisələr yaratdığını qeyd etmişdir. Rəsmi şəkildə ayrıldıqdan sonra İddiaçı azyaşlı övladının onun himayəsinə verilməsinə razı olduğunu vurğulayan Cavabdeh bu müddət ərzində valideynlik vəzifələrini layiqincə yerinə yetirdiyini bildirmişdir. Sonuncu dəfə İddiaçı azyaşlı övladı ilə ünsiyyəti zamanı onu qaçıraraq bir daha geri gətirmədiyini vurğulayan Cavabdeh bu müddət ərzində övladı ilə ünsiyyət yaratmağa dəfələrlə cəhd etsə də qarşı tərəfin hər dəfə müxtəlif bəhanələrlə buna mane olduğunu və onu psixoloji təsir altında saxlayaraq ondan uzaqlaşdırmağa çalışdığını qeyd etmişdir. Cavabdeh bir ata kimi övladının təlim-tərbiyəsi ilə ciddi məşğul olması üçün xx.xx.2016-cı il təvəllüdlü X8 özünün himayəsində saxlanılmasını Komissiyadan xahiş etmişdir. Məsələ ilə bağlı 21 nömrəli Şəhər Poliklinikasından verilmiş tibbi arayışa əsasən, xx.xx.2016-cı il təvəllüdlü X14 həmin poliklinikanın 2-ci pediatriya şöbəsində tibbi qeydiyyatdadır və praktik sağlamdır. Azyaşlı R.Şücai Bakı şəhəri. Sabunçu rayonu, 255 nömrəli tam orta məktəbin 3-cü sinfində təhsil alır. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərəflərin yaşadıqları ünvanlara baxış keçirilmiş, mənzil-məişət vəziyyəti yoxlanılmış və müvafiq aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, Komissiya tərəfindən xx.xx.2016-cı il təvəllüdlü X14 ilə söhbət aparılmışdır. Söhbət zamanı o artıq uzun müddətdir ki, anasının himayəsində xoşbəxt yaşadığını, anasının onun qayğıları ilə ciddi məşğul olduğunu və sağlam mühtidə böyüməsi üçün lazımi şərait yaratdığını diqqətə çatdırmışdır. Bu müddət ərzində atası ilə ünsiyyətdə olduğunu vurğulayan azyaşlı R.Şücai atasının anası barədə yalan məlumatlar səsləndirərək onu anasından uzaqlaşdırmağa çalışdığını və onunla kobud rəftar etdiyini qeyd etmişdir. Atası ilə ünsiyyətdə belə olmaq istəmədiyini bildirən azyaşlı R.Şücai anasına daha çox bağlı olduğunu əsas gətirərək anasının himayəsində yaşamaq istədiyini bildirmişdir. Yuxarıda qeyd edilənlər və azyaşlıların qanunla qorunan hüquq və mənafeyi nəzərə alınaraq, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2016-cı il təvəllüdlü X8 iddiaçı X4 himayəsinə verilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X14 İddiaçı himayəsinə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minumum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının 2024-cü il üçün minimum əməkhaqqının məbləği 345 manat, 2025-ci il üçün minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X1-zadə Aysel Hafis qızının himayəsindədir. İddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəməyə müraciət olunan xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Həmçinin mediasiya üçün 60 manat ödənilmiş pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülkin Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X14 İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Mediasiya üçün ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq, iddiaçıya qaytarılsın. Cavabdeh məhkəmə xərci olaraq 30 (otuz) manat məbləğində rüsumü tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-345/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-345/2025
19.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver