Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3496/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2009-cu il tarixində Bakı şəhərində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi, X2 xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi, övladlarının doğumu haqqında akt qeydinin ata qrafasında Quliyev Şirxan, ana qrafasında isə Ərizəçi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi – 2008-ci Gürcüstan Respublikasının vətəndaşı Quliyev Şirxanla faktiki nikah münasibətlərinə daxil olmuşdur. Bu nikahdan iki övladı - xx.xx.2009-cu ildə X5 və xx.xx.2012-ci ildə X7 anadan olmuşdur. Quliyev Şirxanla nikahı xx.xx.2018-ci ildə 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 417 nömrəli alt qeydi ilə rəsmiləşdirilmişdir. Övladlarına doğum haqqında şəhadətnamə Maraqlı şəxs tərəfindən verilmişdir. 2017-ci ildə o, hər iki övladına köhnə nəsil, şəkilsiz şəxsiyyət vəsiqəsi almışdır. 2025-ci ilin fevral ayında o, övladlarına yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün 6 saylı Bakı ASAN xidmət mərkəzinə müraciət etmişdir. 6 saylı Bakı ASAN Xidmət mərkəzində ondan uşaqların doğumu haqqında şəhadətnamə tələb edildi. Lakin o, evini nə qədər axtarsa da uşaqların doğumu haqqında şəhadətnaməni tapa bilməmişdir. 6 saylı Bakı ASAN Xidmət mərkəzində ona uşaqların doğumu haqqında şəhadətnamənin Maraqlı şəxsndə verildiyini bildirmişdilər. O, övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 təkrar doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Bakı şəhəri Maraqlı şəxs övladlarının doğumu haqqında akt qeydinin aşkar olunmadığını bildirərək, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarla ona doğum haqqında şəhadətnamə verməkdən imtina etdi və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirildi. Buna görə də o, məcbur olub övladlarının doğumu haqqında akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq uşaqlarının şəxsiyyət vəsiqəsinin olduğunu, sonradan doğum haqqında şəhadətnamələrinin itirildiyini, Qeydiyyat Şöbəsinə müraciət edən zaman doğum haqqında şəhadətnamələrin olmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 3-16- 5/7-13-421/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə ev şəraitində doğulmuş qız uşağının Azərbaycan Respublikası Ailə Məcəlləsinin maddə 44.1 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktalarının dövlət qeydiyyatı qaydası”-nın 2.5.3 bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənəd ilə təsdiq edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim etmədiyini üçün ərizənizi təmin etmək mümkün olmamışdır. Aiddiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 3-16-5/7-13-421/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2009-ci il tarixdə ev şəraitində doğulmuş qız uşağının Azərbaycan Respublikası Ailə Məcəlləsinin maddə 44.1 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktalarının dövlət qeydiyyatı qaydası” –nın 2.5.3 bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin müvafiq sənəd ilə təsdiq edilməlidir. Doğum haqqında tibbi şəhadətnamə təqdim etmədiyini üçün ərizənizi təmin etmək mümkün olmamışdır. Aiddiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. 21 nömrəli Şəhər Poliklinikasının 120 nömrəli Tibbi Arayışdan görünür ki, Ərizəçi qız övladı xx.xx.2009-cu il tarixdə evdə doğulmuşdur. 21 nömrəli Şəhər Poliklinikasının 548 nömrəli Tibbi Arayışdan görünür ki, Ərizəçi qızı övladı xx.xx.2012-ci il tarixdə evdə doğulmuşdur. AZE 11546538 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyəti Vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə X6 doğulmuşdur, atası Quliyev Şirxan, anası isə Pirməmmədova Pərvanədir. AZE 18107256 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyəti Vəsiqəsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə X5 doğulmuşdur, atası Quliyev Şirxan, anası isə Pirməmmədova Pərvanədir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin Savalan qəsəbəsi 28 nömrəli tam orta məktəbin 2050 nömrəli, 27 mart 2025-ci il tarixli arayışdan görünür ki, X6 28 nömrəli tam orta məktəbin 6 b sinifdə oxuyur. Bakı şəhəri üzrə Təhsil İdarəsinin Savalan qəsəbəsi 28 nömrəli tam orta məktəbin 2049 nömrəli, 27 mart 2025-ci il tarixli arayışdan görünür ki, X5 28 nömrəli tam orta məktəbin 10 a sinifdə oxuyur. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi ev şəraitində xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X6 doğmuşdur. Hazırda ərizəçi məhkəməyə müraciət edərək xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 doğum haqqında qeydin əvvəllər mövcud olduğunu lakin sonradan uşağların doğum haqqında şəhadətnamələrinin itirmiş olduğunu bildirərək uşağların doğum haqqında qeydlərinin bərpa edilməsini məhkəmədən xahiş etsələrdə, ərizəçi uşağların barəsində əvvəllər doğum haqqında qeyd olunduğunu təsdiq edəcək heç bir möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “doğumun qeyd edilməsi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3496/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3496/2025
26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver