Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3567/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 oğuna və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küç. ev 1, mənzil 18-ə qanunsuz qeydiyyata alınmış X4, Cavabdeh2, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan oğlu X8 həmin mənzilə istifadə hüquqlarının olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslabdırılmışdır ki, o, 28 iyun 2005-ci ildən Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ev 1, mənzil 18-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2005-ci il tarixli, iş № 2-913 saylı qətnaməsi ilə onun Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev -2 küçəsi 1 saylı evin 18 saylı mənzilinin yaşayış sahəsinə istifadə hüququ tanınmış və o, ailə üzvlərimlə birlikdə həmin mənzilə qeydiyyata alınmaqla orada yaşayır. Bakı şəhəri İcra Hakimiyyəti Sabunçu rayon MKTB-nin 69 saylı MKİS-nin rəsinin vəkil sorğusuna verdiyi 20 saylı, xx.xx.2025-ci il tarixli məktubdan da görünür ki, o, həqiqətən də xx.xx.2005-ci ildən məhkəmə qətnaməsi əsasında qeyd olunan ünvanda olan 3 otaqlı mənzilin 2 otağında ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. X9 və Cavabdeh2 qeydiyyatdadırlar. Mənzilin 1(bir) otağı Qubadlı rayonu məcburi köçkünü tərəfindən zəbt olunmuşdur. Sonradan ona məlum oldu ki, onun və ailə üzvlərinin xəbəri və razılıqları olmadan Sabunçu RPİ-nin qeydiyyat şöbəsi tərəfindən başqa şəxslər də onun ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə qeydiyyata alınıblar. Halbuki həmin şəxslər heç vaxt onun mənzilində yaşamayıblar. Ona məxsus mənzildə cavabdehlərə məxsus hər hansı bir əşya belə yoxdur. Bu faktı onunla eyni ünvanda - ünvan 1ə qeydiyyatda olmaqla yaşayan X3 və mənzil 5-də qeydiyyatda olmaqla yaşayan X18 da təsdiq edə bilərlər. “Yaşayış yeri üzrə qeydiyyat haqqında”ASAN 5 xidmətinin verdiyi xx.xx.2023-cü il tarixli, ******* N-li arayışdan görünür ki, qeyd olunan mənzildə ailə üzvlərindən başqa X9, X10, Cavabdeh2, Cavabdeh3, X19 adlı şəxslər də qeydiyyatdadırlar ki, onların onun mənzilində qeydiyyatda qalmaları onun və ailə üzvlərinin mənzil hüquqlarını kobud surətdə pozur. Həmin evdə faktiki olaraq o ailə üzvlərimlə birlikdə yaşadığı üçün həmin evə sahiblik və istifadə hüquqlarına malikdir. Lakin cavabdehlərin həmin evə istifadə hüquqlarının olmamasına baxmayaraq onların həmin mənzilə qeydiyyatlarının olması səbəbindən o həmin evə dair mülkiyyət hüquqlarımı rəsmiləşdirə bilmir. Halbuki o iddianın predmeti olan evdə yaşadığından və daimi istifadəçi olduğumdan hazırki iddia ilə məhkəməyə müraciət etməkdə tam subyektiv hüquqa malikdir. Onun hazırki iddianı irəli sürmək üçün ev-mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmalı olması mütləq şərt deyildir. Yetər ki, o həmin mənzildə yaşasın və istifadə hüquqları yaranmış olsun. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60cı maddəsində birbaşa göstərilir:“Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 oğunun və Cavabdeh2 məhkəməyə məlum olan rəsmi qeydiyyat yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 139 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsi-2, 1 saylı evin 18 saylı mənzilinə dair İddiaçı arasında kirayə müqaviləsi bağlanmasına dair göstəriş verilmişdir. Sərəncamın icrası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementi Sabunçu rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 69 saylı Mənzil Kommunal İstismar sahəsinə tapşırılmışdır. Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsinə kirayə haqqında 15 iyul 2025-ci il tarixli Birtipli Müqavilədən görünür ki, İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Tsərrüfatı Departementi Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 69 saylı Mənzil Kommunal İstismar sahəsi arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsi-2 saylı evin 18 saylı mənzil İddiaçı müddətsiz istifadəsinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementi Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 69 saylı Mənzil Kommunal İstismar sahəsinin 20 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Tsərrüfatı Departementi Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 69 saylı Mənzil Kommunal İstismar sahəsinin balansında olan Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsi-2, 1 saylı evin 18 saylı mənzili Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il 461 nömrəli Sərəncamına əsasən X5 adına kirayə müqaviləsi bağlanmışdır. Mənzil 3 otaqdan ibarətdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-913/2005 nömrəli qətnaməsinə əsasən İddiaçı, X15, X11, X16 və X17 qeydiyyatdadırlar və mənzilin 2 otağında yaşayırlar. Cavabdeh1 İsfgəndiyar oğlu və Cavabdeh2 qeydiyyatdadırlar. Mənzilin digər 1 otağı Qubadlı rayonu məcburi köçkünü tərəfindən zəbt olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-913/2005 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsi-2, 1 saylı evin 18 saylı mənzilinin yaşayış sahəsinə istifadə hüququ tanınaraq pasport qeydiyyatına alınmış və həmin mənzilə dair onunla icarə müqaviləsi bağlanılması Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsi-2, 1 saylı evin 18 saylı mənzilində İddiaçı ilə birlikdə X10, X15, X11, X16 və X17, Cavabdeh1 İsfgəndiyar oğlu, Cavabdeh2, X19 (xx.xx.2014-cü il təvəllüdlü) və Cavabdeh3 qeydiyyatdadırlar. İş materiallarında olan əlyazısından görünür ki, X10 ona məxsus Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsi-2, 1 saylı evin 18 saylı mənzilinin 2 otağını İddiaçı 2500 ABŞ dollarına satmış, mənzilin 1 otağını isə özündə saxlamışdır. İddiaçı xx.xx.2005-ci ildə pulun 1300 ABŞ dollarını beh şəkilində X6 vermişdir. Yerdə qalan 1200 ABŞ dollarını isə 2005-ci ilin noyabr ayının axırı X6 verəcəkdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3567/2025 nömrəli 26 avqust 2025-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadast və Reyestri” X29 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı sorğuya əsasən məhkəməyə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadast və Reyestri” X29 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-44643/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsi-2, 1 saylı evin 18 saylı mənzilinin dövlət qeydiyyatından keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********65 nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-ci maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən Əsas icarədardan icarəyə götürmə müqaviləsinin müddəti qurtardıqda əsas icarədardan icarəyə götürən müqaviləni təzələməyi tələb etmək ixtiyarına malik deyildir və əsas icarədardan icarəyə götürdüyü yaşayış sahəsini əsas icarədarın tələbi ilə boşaltmalıdır. Sahəni boşaltmaqdan imtina etdikdə, ona başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdır. Beləliklə, mülki işin matriallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departementi Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 69 saylı Mənzil Kommunal İstismar sahəsinin 20 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda görünür ki, ünvan 3 ünvanında yerləşən 3 otaqlı məzil Sabunçu İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 461 saylı Sərəncamı ilə X2 verilmişdir. İddiaçı ilə X12 arasında tərtib edilmiş əlyazmadan görünür ki, X12 ona kirayəyə verilmiş 3 otaqlı mənzilin 2 otağına dair istifadə hüququnu pul müqabilində İddiaçı ötümüşdür. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-913/2005 nömrəli qətnaməsi əsasında Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 139 nömrəli sərəncamından və Dövlət və İctimai mənzil fondu evlərində yaşayış sahəsinə kirayə haqqında 15 iyul 2025-ci il tarixli Birtipli Müqavilədən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ə.Məmmədəliyev küçəsi 2 nömrəli evin 18 nömrəli mənzili müddətsiz iddiaçıya istifadəyə verilmişdir. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan oğlu X19 iddiaçının istifadəsinə verilmiş mənzildə rəsmi qeydiyyatdadırlar. Hazırda iddiaçı məhkəməyə müraciərt edərək ona kirayə verilmiş mənzildə rəsmi qeydiyyatda olan şəxslərin həmin mənzildən istifadə hüuqularının olmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehlərin həmin məzildə istifadə hüquqlarının olması müəyyən edilməmişdir. Belə ki, cavabdehlər sözügedən mənzildə hansı əsasla qeydiyyata düşdükləri müəyyən edilmədiyindən, hazırda iddiaçı sözügedən mənzilə dair kirayə müqaviləsi olduğundan, cavabdehlərin iddiaçının ailə üzvüləri olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X4, Cavabdeh2, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan oğlu X1 mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan övladı X13 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi-2, 1 saylı evin 18 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-3567/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3567/2025
08.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver